Orijinal Ərəbcə Mətni
سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ
اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ
اللَّهُمَّ اغْفِرْ لِلْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ
يَا حَيُّ يَا قَيُّومُ يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا اللَّهُ يَا رَحْمَانُ يَا رَحِيمُ يَا أَرْحَمَ الرَّاحِمِينَ
السَّلامُ عَلَيْكِ يَا سَيِّدَةَ نِسَاءِ الْعَالَمِينَ السَّلامُ عَلَيْكِ يَا وَالِدَةَ الْحُجَجِ عَلَى النَّاسِ أَجْمَعِينَ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الْمَظْلُومَةُ الْمَمْنُوعَةُ حَقَّهَا
اللَّهُمَّ صَلِّ عَلَى أَمَتِكَ وَ ابْنَةِ نَبِيِّكَ وَ زَوْجَةِ وَصِيِّ نَبِيِّكَ صَلاةً تُزْلِفُهَا فَوْقَ زُلْفَى عِبَادِكَ الْمُكَرَّمِينَ مِنْ أَهْلِ السَّمَاوَاتِ وَ أَهْلِ الْأَرَضِينَ
Oxunuşu / Transkripsiya və İzahı
Seyid ibn Tavus nəql edir ki, bu ayda hər vaxt istəsən, iki-iki dörd rükət namaz qıl. Hər rükətdə “Həmd” surəsi oxunsun. Birinci rükətdə “Həmd”dən sonra bir dəfə “Ayətül-kürsi” və iyirmi beş dəfə “Qədr” surəsini, ikinci rükətdə “Həmd”dən sonra bir dəfə “Təkasur” surəsini və iyirmi beş dəfə “İxlas” surəsini, üçüncü rükətdə bir dəfə “Kafirun” surəsi və iyirmi beş dəfə “Fələq” surəsini, dördüncü rükətdə isə bir dəfə “Nəsr” surəsi və iyirmi beş dəfə “Nas” surəsini oxusun. Dördüncü rükətin salamında sonra yetmiş dəfə desin:
Allah bütün eyiblərdən pak və uzaqdır. Həmd-səna Allaha məxsusdur. Allahdan başqa heç bir tanrı yoxdur və Allah böyükdür!
Yetmiş dəfə:
İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir!
Sonra üç dəfə:
İlahi, mömin kişilər və möminə qadınları bağışla!
Sonra səcdəyə gedərək üç dəfə desin:
Ey diri, ey əbədi, ey calal və kəramət sahibi, ey Allah, ey bağışlayan, ey mehriban, ey mehribanların ən mehribanı!
Sonra öz hacətlərini Allah taaladan dilə. Allah onun özünü, mal-dövlətini, ailəsini, övladlarını, din və dünyasını gələn ilə qədər qoruyacaq. Əgər bu ildə ölsə, şəhadət məqamında dünyasını dəyişmiş və şəhidlərin savabına şərik olacaq.
Salam olsun sənə, ey aləmlərin qadınlarının xanımı! Salam olsun sənə, ey insanların üzərindəki bütün ilahi höccətlərin (imamların) anası! Salam olsun sənə, ey zülmə məruz qalan və haqqı qəsb olunan xanım!
Sonra de:
İlahi, kənizin, Peyğəmbərinin qızı və Peyğəmbərin canişininin zövcəsinə salam yetir; elə bir salam ki, onu Sənin səma və yer əhlindən olan əziz bəndələrinin məqamından da üstün bir məqama yüksəltsin!
Mötəbər sənədli rəvayətdə gəlmişdir ki, hər kəs həzrəti bu ziyarətnamə ilə ziyarət etsə və Allahdan bağışlanmaq diləsə, Allah taala onun günahlarını bağışlayar və onu cənnətə daxil edər.
Müəllif deyir: “Seyid ibn Tavus da bu ziyarətnaməni “Zəvaidul fəvaid” kitabında nəql etmişdir və onun cəmadius-saniyə ayının üçü həzrətin vəfat gününə məxsus olduğunu əlavə etmişdir. Orada ziyarətin qaydası belədir; əvvəl ya ziyarət namazı, ya da həzrətin öz namazını qılırsan (həzrətin öz namazı iki rükətdir və hər rükətdə “Həmd”dən sonra altmış dəfə “İxlas” surəsini oxumaq lazımdır. Əgər edə bilməsən, birinci rükətdə “Həmd”dən sonra bir dəfə “İxlas” surəsini, ikinci rükətdə isə “Həmd”dən sonra “Kafirun” surəsini oxu. Namazdan sonra ziyarətnaməni oxu.
Azərbaycan Dili Tərcüməsi
Subhanəllahi vəl həmdu lil-lahi və la ilahə illəllahu vəllahu əkbər.
Əllahummə səlli əla Muhəm-mədin və ali Muhəmməd.
Əllahumməğfir lil mu`mi-ninə vəl mu`minat.
Ya həyyu ya qəyyum, ya zəl cəlali vəl ikram, ya Əllahu ya rəhmanu ya rəhim, ya ərhəmər rahimin.
Əssəlamu ələyki ya səyyi-dətə nisail aləmin, Əssəlamu ələyki ya validətəl hucəci ələn nasi əcməin, Əssəlamu ələyki əyyətuhəl məzlumətul məm-nuətu həqqəha.
Əllahummə səlli əla əmətikə vəbnəti nəbiyyik, və zəvcəti və-siyyi nəbiyyik, səlatən tuzlifu-ha fəvqə zulfa, ibadikəl mukər-rəminə min əhlis səmavati və əhlil ərəzin.