Oxunuşu / Transkripsiya və İzahı
Seyid ibn Tavus bu üç ayın ilk günü üçün dua nəql etmişdir. Şeyx Müfid isə belə buyurmuşdur: “Rəbius-sani ayının onu 232-ci h.q. ilində İmam Həsən Əskəri anadan olmuşdur və sox mübarək bir gündür. Yaxşı olar ki, bu böyük günün əzəmətinə oruc tutulsun. Cəmadiul-ula ayının 13,14 və 15-i Hz. Fatimə Zəhra (s)-ın ziyarəti və o həzrətə matəm qurulması çox yaxşıdır. Çünki mötəbər sənədli hədislərdə gəlmişdir ki, Hz. Fatimə (s) atasının şəhadətindən sonra 75 gün ömür sürdü. Məşhur nəzərə əsasən Hz. Rəsuli-Əkrəm (s)-ın şəhadəti Səfər ayının 28-ində baş vermişdir. Belə olan halda Hz. Fatimə (s)-ın ziyarəti bu üç gündən birinə düşür. Bu ayın ortasında 36-cı ildə Əmirəl-möminin Əli (ə) Bəsrəni fəth etmiş və İmam Zeynulabidin anadan olmuşdur. Hər iki imamın ziyarəti belə bir gündə çox münasibdir.