Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#230

On yeddinci gün

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Oxunuşu / Transkripsiya və İzahı

Şiə alimlərinin nəzərinə əsasən Həzrət Rəsulullah Məhəmməd ibn Abdullah (s.ə.s.ə)-in mövlud günüdür. Məşhur budur ki, Həzrət Məkkədə öz evində cümə günü Günəş doğan zaman Ammul-fil ilində ədalətli Ənuşirəvanın zamanında dünyaya gəlmişdir. Birinci Məclisi “Şərhu fəqih” kitabında yazır: “Həzrət Rəsulun dünyaya gəlməsi və aləmlərin rəhmət qapısı olması, Ənişirəvanın ədalətində öz təsirini göstərdi. Ənuşirəvanın ədaləti camaatın rahatlığına səbəb oldu.”
83 h.q ilinin belə bir günündə İmam Sadiq (ə)-ın da mövludu olmuşdur. Bu da günün daha da fəzilətli və şərafətli olmasına əlavə səbəbdir.
Bu gün bir neçə əməldən ibarətdir:
1. Qüsl almaq
2. Oruc tutmaq çoxlu fəzilətə malikdir. Bu günün orucunun bir illik orucun savabı vardır. Bu gün, il boyu orucu ilə seçilən dörd gündən biridir.
3. Peyğəmbəri istər uzaqdan, istərsə də yaxından ziyarət etmək.
4. Əmirəl-möminin Əli (ə)-ı İmam Sadiq (ə)-ı etdiyin ziyarətnamə ilə ziyarət etmək. Bu ziyarətnaməni Məhəmməd ibn Müslüm nəql etmişdir. (Ziyarətlər bölümündə gələcək)
5. Gün açılan kimi, iki rükət namaz qılmaq. Hər rükətdə “Həmd”dən sonra on dəfə “Qədr” və on dəfə “İxlas” surələrini oxumaq lazımdır və salamları verdikdən sonra öz namaz qıldığı yerdə əyləşib, bu duanı oxusun: “Əllahummə əntə həyyun la təmutu...”. Çox geniş bir duadır. Bu duanın sənədini məsuma yetişdiyinə yəqinimiz olmadığı üçün və ixtisara riayət edərək onu burada gətirmirik. İstəyənlər “Zadul-məad” kitabına müraciət edə bilərlər.
6. Müsəlmanlar bu günə hörmət etsinlər və çoxlu sədəqə versinlər. Möminləri sevindirsinlər və məsumların ziyarətinə getsinlər. Seyid “İqbal”da bu günə hörmət etməyi belə izah edib buyurmuşdur: “Mən xristianların və bəzi müsəlmanların Hz. İsanın mövluduna böyük hörmət bəsləmələrini gördüm. Müsəlmanların bütün peyğəmbərlərdən üstün olan öz peyğəmbərlərinin mövludunu, xristianların öz peyğəmbərlərinin mövluduna necə hörmət etməsindən zəif saxlamalarına və keçirmələrinə təəccüb etdim.
Əvvəlki: #229. On yeddinci gecə Bütün Dualar ↑ Növbəti: #231. Onuncu fəsil Rəbius-sani, cəmadiul-ila və cəmadius-saniyə aylarının əməlləri