Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#473

Diz ağrısı üçün dua

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Orijinal Ərəbcə Mətni

يَا اَجْوَدَ مَنْ اَعْطَى، يَا خَيْرَ مَنْ سُئِلَ، وَ يَا اَرْحَمَ مَنِ اسْتُرْحِمَ، اِرْحَمْ ضَعْفي وَ قِلَّةَ حيلَتي وَ اَعْفِني مِنْ وَجَعي
وَاتْلُ مَا اُوحِيَ اِلَيْكَ مِنْ كِتَابِ رَبِّكَ لا مُبَدِّلَ لِكَلِمَاتِهِ وَ لَنْ تَجِدَ مِنْ دُونِهِ مُلْتَحَداً

Oxunuşu / Transkripsiya və İzahı

“Tibbul-əimmə” kitabında nəql olunmuşdur ki, Cabir Cofi İmam Baqirə (ə) dedi: “Mən İmam Hüseynin (ə) yanında idim, bu zaman Bəni Ümməyyə tayfasından olan şiələrdən biri gəlib dedi: “Ey Peyğəmbərin nəvəsi, mən ayağımdakı ağrılıqdan həmişə sizin hüzurunuza gələ bilmirəm.” Həzrət buyurdu: “Nə üçün İmam Həsənin (ə) göstərişinə əməl etmirsən?” O dedi: “Hansı göstərişinə?” Həzrət buyurdu: ““Fəth” surəsini “...Və kanəllahu əzizən həkima” ayəsinə qədər oxu.” Həmin şəxs o həzrətin göstərişinə əməl etdikdən sonra, artıq ayağında ağrılıq hiss etmədi.
Yenə də diz ağrısı üçün nəql olunmuşdur ki, namaz qıldıqdan sonra belə de:
Ey əta edənlərin ən səxavətlisi, ey istənilənlərin ən yaxşısı və ey rəhm istəyənlərə rəhmli olan! Mənim acizliyik və çarəsizliyimə rəhm et və bu dərdə şəfa ver!
Həmçinin, yeddi dəfə bu ayənin oxunması göstərişi verilmişdir:
Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun sözlərini heç kəs dəyişdirə bilməz. (Allahdan) başqa heç bir sığınacaq tapa bilməzsən! (Pənah yalnız Allahadır!)

Azərbaycan Dili Tərcüməsi

Ya əcvədə mən ə`ta, ya xəy-rə mən suil, və ya ərhəmə mənisturhim, irhəm zə`fi və qilləti hiləti və ə`fini min vəcəi.
Vətlu ma uhiyə iləykə min kitabi rəbbik, la mubəddilə likəlimatihi və lən təcidə min dunihi multəhəda.
Əvvəlki: #472. Bədəndə əmələ gələn yaralar, çibanlar və sızaqlar üçün dua Bütün Dualar ↑ Növbəti: #474. Göz ağrısı üçün dua