Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#474

Göz ağrısı üçün dua

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Orijinal Ərəbcə Mətni

اللَّهُمَّ اِنّي اَسْئَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ عَلَيْكَ، اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ اَنْ تَجْعَلَ النُّورَ في بَصَري، وَ الْبَصيرَةَ في ديني، وَ الْيَقينَ في قَلْبي، وَ الاِْخْلاصَ في عَمَلي، وَ السَّلامَةَ في نَفْسي، وَ السَّعَةَ في رِزْقي، وَ الشُّكْرَ لَكَ اَبَداً مَا اَبْقَيْتَني
اَعُوذُ بِعِزَّةِ اللهِ، وَ اَعُوذُ بِقُوَّةِ اللهِ، وَ اَعُوذُ بِقُدْرَةِ اللهِ، وَ اَعُوذُ بِنُورِ اللهِ، وَ اَعُوذُ بِعَظَمَةِ اللهِ، وَ اَعُوذُ بِجَلالِ اللهِ، وَ اَعُوذُ بِجَمَالِ اللهِ، وَ اَعُوذُ بِبَهَاءِ اللهِ، وَ اَعُوذُ بِجَمْعِ اللهِ
بِكُلِّ اللهِ وَ اَعُوذُ بِعَفْوِ اللهِ، وَ اَعُوذُ بِغُفْرَانِ اللهِ، وَ اَعُوذُ بِرَسُولِ اللهِ، وَ اَعُوذُ بِالاَئِمَّةِ
عَلَى مَا تَشَاءُ مِنْ شَرِّ مَا اَجِدُ، اللَّهُمَّ رَبَّ الْمُطيعينَ
اُعيذُ نُورَ بَصَري بِنُورِ اللهِ الَّذي لا يُطْفَأُ

Oxunuşu / Transkripsiya və İzahı

Çoxlu rəvayətlərə əsasən, sübh və şam namazlarından sonra belə deyilsin:
İlahi, Məhəmməd və onun Əhli-beytinin Sənin üzərində olan haqqına and verib Səndən istəyirəm ki, Məhəmməd və onun Əhli-beytinə salam yetirəsən, gözümə nur, dinimə bəsirət, ürəyimə yəqin, əməlimə ixlas, bədənimə sağlamlıq, ruzimə firavanlıq əta edəsən və məni yaşatdığın müddətə qədər Sənə şükür etməyə müvəffəq edəsən!
Bəzənti Yunis ibni Zibyanın belə dediyini nəql etmişdir: “İmam Sadiqin (ə) hüzuruna getdikdə, o həzrətin göz ağrısına düçar olduğunu gördük. Sonrakı gün də o həzrətin hüzuruna getdik, lakin gözü ağrımırdı.” Dedik: “Sənə fəda olaq! Gözünüzü nə ilə müalicə etdiniz?
Buyurdu: “Dua ilə!”
Sonra biz də həmin duanı yazdıq, o dua belədir:
Allahın izzətinə pənah aparıram. Allahın gücünə pənah aparıram. Allahın qüdrətinə pənah aparıram. Allahın nuruna pənah aparıram. Allahın əzəmətinə pənah aparıram. Allahın calalına pənah aparıram. Allahın camalına pənah aparıram. Allahın cilvəsinə pənah aparıram. Allahın “cəmi”nə pənah aparıram.
Dedik: “Bu duada qeyd olunan “bicəm`illah” ifadəsində məqsəd nədir? Buyurdu:
Allahın bütün vəsfləri. Allahın əfvinə pənah aparıram. Allahın məğfirətinə pənah aparıram. Allahın Rəsuluna pənah aparıram. İmamlara pənah aparıram.
Sonra imamların bir-bir adlarını çəkib dedi:
Düçar olduğumun şərindən istədiklərimə (pənah aparıram)! İlahi, ey itaətkarların Rəbbi!
Yenə də göz ağrısı üçün göstəriş verilmişdir ki, “Ayətül-kürsi”ni gözə oxuduqdan sonra, onun sağalmasına yəqin etsin. Əgər “Ayətül-kürsi”ni oxumamışdan öncə əlini gözünə qoyub
Gözümün nurunu Allahın sönməz nuruna tapşırıram.
duası oxusa, gözün zəifliyinin aradan qaldırılması üçün çox faydalı olar.

Azərbaycan Dili Tərcüməsi

Əllahummə inni əs`əlukə bihəqqi Muhəmmədin və ali Muhəmməd, ələykə ən tusəlliyə əla Muhəmməd, və ən təc`ələn nurə fi bəsəri vəl bəsirətə fi dini, vəl yəqinə fi qəlbi vəl ixlasə fi əməli, vəs səlamətə fi nəfsi vəs səətə fi rizqi, vəş şuk-rə ləkə əbədən ma əbqəytəni.
Əuzu biizzətillahi və əuzu biquvvətillah, və əuzu biqud-rətillahi və əuzu binurillah, və əuzu biəzəmətillahi və əuzu bi-cəlalillah, və əuzu bicəmalillahi və əuzu bibəhaillahi və əuzu bicəm`illah.
Bikullillahi və əuzu biəfvil-lah, və əuzu biğufranillah, və əuzu birəsulillahi və əuzu bil əimməh.
Əla ma təşau min şərri ma əcid, Əllahummə rəbbəl mutiin.
Uizu nurə bəsəri binuril-lahilləzi la yutfə.
Əvvəlki: #473. Diz ağrısı üçün dua Bütün Dualar ↑ Növbəti: #475. Gözün zəif olmasının aradan getməsi üçün başqa bir dua