Oxunuşu / Transkripsiya və İzahı
Kazimeyn şəhərinə ziyarətə gələn zəvvarlara tövsiyə olunan əməllərdən biri də Mədaində yerləşən “Səlmanu minna əhləl bəyti” tarixi cümləsinin iftixarını kəsb edən və peyğəmbərin məsum Əhli-beytinin sırasına daxil olan salehli bəndə cənab Salmanın (rizvanullahi ələyh) qəbrini ziyarət etməkdir. Onun fəziləti barəsində Allahın elçisi (s.ə.s.) buyurubdur:
Salman qurumayan dəniz və tükənməyən xəzinədir. Salman biz Əhli-beytdəndir, hikmət bağışlayır və bürhan verir.
(Salman (r) heç vaxt suyu tükənməyən dərya, cah-calalı qurtarmayan xəzinədir, o, biz Əhli-betdəndir, hikmət danışar, dəlil və sübut bəxş edər.)
Həzrət Əli (ə) onu, Loğmanın misli, həzrət Sadiq (ə) isə onu Loğmandan da üstün olduğunu buyurubdurlar. Həzrət Baqir (ə) Salmanı, mütəvəssimlərdən biri kimi tanıtdırmışdır. Hədislərdən aydın olunur ki, o, “İsmi-əzəm”i bilirmiş və mötəbər bir hədisçi imiş. İmanın on dərəcəsi vardırsa, Salman onun onuncu dərəcəsini də fəth edibmiş. O, qeyb aləminin hadisələrini bilib və dünyada ikən cənnət meyvələrindən yeyibdir. Cənnət, onun aşiqi olub, onun intizarını çəkibdir. Allah taala və onun elçisi (s.ə.s.) ona xüsusi məhəbbət bəsləyibdirlər. Allah taala öz peyğəmbərinə (s.ə.s.) dörd nəfəri əziz tutmağı əmr edibdir ki, onlardan biri də cənab Salmandır. Onun mədhi barəsində Quran ayələri nazil olmuşdur. Cənab Cəbrayıl (ə) hər dəfə həzrət rəsulillahın (s.ə.s.) hüzuruna nazil olduqda Allah taalanın cənab Salmana salam göndərdiyini peyğəmbərə ərz edərək, buyurarmış: “Allah taala əmr edir ki, Onun salamını Salmana çatdırın və onu qeyb aləminin xəbərləri ilə agah edin.” Bəzi gecələr peyğəmbər (s.ə.s.) onunla xüsusi söhbət edərmiş. Həzrət Rəsulillah (s.ə.s) və həzrət Əli (ə) “Elmüllah” (ilahi elm) xəzinəsindən ona bəzi elmləri təlim edərmişlər və ondan savayı heç kim bu elmləri öyrənməyə layiq görülməmişdir. Həzrət Sadiq (ə) onun barəsində buyurubdur: “Ədrəkə Səlmanu əl-ilməl əvvələ vəl ilməl axirə və huvə bəhrun la yunzəhu və huvə minna Əhləl bəyt.” Yəni, Salman əvvəlinci və sonuncu elmi dərk etmişdir. O, bir dənizə bənzəyir ki, suyundan nə qədər götürsələr də tükənməz. O, bizdən yəni Əhli-beytdəndir.
Zəvvarları o cənabın ziyarətinə rəğbətləndirmək üçün sonuncu sözüm olaraq bildirmək istəyirəm ki, peyğəmbərin (s.ə.s.) səhabələri və bütün İslam ümməti içərisində onun ən uca məqama malik olduğunu sübuta yetirmək üçün bunu xatırlatmaq kifayətdir ki, Həzrət Əli (ə) onun dəfn mərasimində bir gecənin içərisində Mədinə şəhərindən Mədainə səfər edərək, onu öz mübarək əlləri ilə qüsül vermiş, onu kəfənləyərək, dəstə-dəstə mələklərlə birlikdə ona meyyit namazı qılmış və həmin gecədə Mədinəyə geri dönmüşdür. Bəli, nübüvvət ocağına olan belə şiddətli məhəbbət və hörmət, insanı bu uca məqamlara çatdırır.
Seyid ibni Tavus “Misbahuz-zair” adlı kitabında cənab Salman üçün dörd qaydada ziyarət nəql etmişdir və biz, burada onlardan yalnız birincisini sizin nəzərinizə çatdırırıq. Qeyd etmək istəyirəm ki, mən, “Hədiyyə” adlı kitabımda və Şeyx Tusi “Təhzib” adlı kitabında Seyid ibni Tavusun nəql etdiyi ziyarətlərdən dördüncüsünü də nəql etmişik.
O cənabın qəbrinin kənarında üzü qibləyə tərəf dayanıb, de:
Salam olsun peyğəmbərlərin sonuncusu Abdullahın oğlu Məhəmməd Rəsulullaha! Salam olsun vəsilərin sərvəri Əmirəlmömininə! Salam olsun hidayətçi məsum imamlara! Salam olsun (Allaha) yaxın mələklərə! Salam olsun sənə, ey əmanətdar Rəsulullahın səhabəsi! Salam olsun sənə, ey Əmirəlmöminin Əlinin dostu! Salam olsun sənə, ey səadət sərvərinin sirlərinin xəzinəsi! Salam olsun sənə, ey keçmiş xeyirxah bəndələrdən qalmış Allahın yadigarı! Salam olsun sənə, ey Əbu Əbdullah! Allahın rəhmət və bərəkətləri olsun sənə! Şəhadət verirəm ki, sən, əmr olunduğun kimi Allaha itaət etdin, Peyğəmbərin səni dəvət etdiyi kimi ona tabe oldun, sənə vacib etdiyi ki, onun xəlifəsinə yardım etdin və ümməti o həzrətin övladına əhəmiyyət vermək və ehtiram göstərməyə dəvət etdin, Allahın əmr buyurduğu kimi haqqa yəqin şəkildə əməl etdin və ona arxalandın. Şəhadət verirəm ki, sən Məhəmməd Mustafanın canişininin qapısı, Allahın höccəti Əli Mürtəzanın yolu və seçilmiş bəndələrin elmlərindən sənə tapşırılanlarda Allahın əmanətdarısan. Şəhadət verirəm ki, sən Peyğəmbərin şərafətli Əhli-beytindən sayılırsan ki, onun canişininə yardım etmək üçün seçilmişlər. Şəhadət verirəm ki, sən imanın onluq dərəcəsinə (imanın bütün dərəcələrinə), tutarlı bürhan və dəlillərə sahibsən. Əcəlin çatana qədər namazı bərpa etdin, zəkat verdin, yaxşılığa əmr etdin, pislikdən çəkindirdin, əmanəti qaytardın, Allah və Peyğəmbər yolunda xeyirxahlıq etdin və Onun yolunda düşmənlərin əzan-əziyyətlərinə səbir etdin. Sənin haqqını inkar edən və məqamını alçaldanlara Allah lənət etsin. Dostlarınla bağlı səni incidənlərə Allah lənət etsin. Peyğəmbərin Əhli-beytinə məhəbbət bəslədiyin üçün səni qınayanlara Allah lənət etsin. Sərvər və ağalarına məhəbbət bəslədiyin üçün səni məzəmmət edənlərə Allah lənət etsin. Allah Məhəmmədin Əhli-beytinin cin və insan, birinci və axırıncı düşmənlərinə lənət etsin və onların şiddətli əzabını artırsın. Allahın salamı olsun sənə, ey Əbu Əbdullah! Allahın salamı olsun sənə, ey Rəsulullahın səhabəsi! Allahın salamı olsun ona, onun Əhli-beytinə və sənə, ey Əmirəlmömininin dostu! Allahın salamı olsun sənin pak-pakizə ruhun və cisminə! Allah Öz lütf və mehribanlığı ilə bizi ölüm vaxtı sənə və səadət əhlinin qabaqcıllarının mənzilinə (behiştə) qovuşdursun, bizi nemətlə dolu behiştdə sizinlə və sizin kənarınızda birgə qərar versin. Allahı salamı olsun sənə, ey Əbu Əbdullah! Allahın salamı olsun keçmiş xoşbəxt və xeyirxah şiələrdən olan qardaşlarına! Gələcək nəsildən olan möminlərə də sevinc və razılıq bəxş etsin, bizi və onları sevdiyin pak-pakizə Əhli-beytə qovuşdursun. Salam olsun sənə və onlara! Allahın rəhmət və bərəkətləri olsun sənə və onlara!
Sonra yeddi dəfə “Qədr” surəsini oxu və istədiyin müstəhəb namazları qıl.
Müəllif deyir: “Cənab Salmanın ziyarətgahını tərk etmək istədikdə, Seyid ibni Tavusun öz kitabında nəql etdiyi dördüncü ziyarətin sonundakı bu vida sözlərini de:
Salam olsun sənə, ey Əbu Əbdullah! Sən Allahın qapısısan; elə bir qapı ki, insanlar (elm və mərifət kəsb etmək üçün) ondan daxil olmalı və ondan tutmalıdırlar. Şəhadət verirəm ki, sən haqq və doğru danışdın, (camaatı) aşkar və gizli şəkildə mənim və öz mövlana doğru dəvət etdin. Sənin ziyarətinə gəlmişəm. Hacətlərimi Sənin yanında əmanət qoymuşam. İndi isə səninlə vidalaşıram. Dinimi, əmanətimi, işimin sonunu və ömrümün sonuna qədər bütün arzularımı Sənə tapşırıram. Salam olsun sənə! Allahın rəhmət və bərəkətləri olsun sənə! Allahın salamı olsun Məhəmməd və onun xeyirxah Əhli-beytinə!
Bu vaxt Allahı çoxlu zikir et və oranı tərk et.
Müəllif deyir: “Həzrət Salmanı ziyarət etdikdən sonra zəvvarlara bu iki əməli də yerinə yetirmək tövsiyə olunur:
Birincisi, Kəsra sarayında iki rükət və ya daha çox namaz qılsınlar. Bu məkan, həzrət Əmiril-möminin Əlinin (ə) namaz qıldığı yer olubdur. Əmmar Sabati nəql edir ki, həzrət Əli (ə) Mədainə gəldi və Kəsra sarayını özünə mənzilgah seçib, orada namaz qıldı. Dələf ibni Bühəyr də onunla birgə idi. O həzrət namazını bitirdikdin sonra ayağa qalxıb, Dələfə buyurdu: “Ayağa qalx!”. Sabat, əhlindən olan bir dəstə də o həzrətlə birlikdə Kəsra sarayının otaqlarını gəzməyə başladılar. Həzrət Əli (ə) sarayın otaqlarını gəzə-gəzə Dələfə buyururdu: “Kəsra sarayının, məsələn, bu otağında filan işləri yerinə yetirirlərmiş və s.” Dələf də o həzrətin dediklərini təsdiqləyərək deyirmiş: “Bəli, and olsun Allaha ki, buyurduğunuz kimidir.” Xülasə, o həzrət o dəstə ilə birlikdə sarayın bütün otaqlarını gəzdi. Dələf o həzrətə demişdir: “Ey mənim mövlam, sizin bu saray barəsində dedikləriniz o qədər dəqiq və doğrudur ki, sanki buranı siz tikdirmisiniz.”
Həmçinin rəvayət olunur ki, həzrət Əli (ə) Mədaindən ötdüyü vaxt Kəsra sarayının xarabalıqlarına tamaşa edir və o həzrətin həmsəfərlərindən biri ibrət üçün bu bu şeiri bəsləyir:
Yəni, külək onların mənzillərinin xarabalıqları üstündən əsir, sanki onların taleləri belə təyin olunmuşdur.
Həzrət Əli (ə) bu şeiri dinlədikdən sonra buyurur: “Nə üçün bunu oxumursan:
Çoxları, malik olduqları bağları, çeşmələri, böyük mənsəbləri və fəravan ne`mətləri qoyub getmişdirlər. Biz, onları başqalarına irs verdik. Nə göylər və nə də yerlər onun üçün göz yaşı tökmədilər ( yə`ni, onlar üçün təəssüflənmədilər ) və onlara möhlət verilmədi.
Sonra o həzrət buyurur:
Həqiqətən də onlar varis idilər, lakin indi varislər üçün irs qoyub gedənlərdirlər. Onlar ne`mətlərin müqabilində şükür etmədikləri üçün dünya ne`mətləri onların əlindən alındı. Ne`mətlərə qarşı naşükürlükdən qaçın ki, üstünüzə bədbəxtlik yağar.
Müəllif deyir: Həkim Xaqani bu əhvalatı belə nəzmə çəkib:
İkincisi isə peyğəmbərin (s.ə.s.) və əmiril-möminin Əlinin (ə) ən yaxın səhabələrindən biri olan cənab Hüzəyfə ibnul Yəmanı ziyarət etməkdir. Bu şəxs, münafiqləri bir-bir adı ilə tanıyırmış və əgər o, bir nəfərin dəfnində iştirak etməsəydi, ikinci xəlifə də o cənazəyə namaz qılmazdı. O, ikinci xəlifə tərəfindən bir neçə il Mədainin valisi olub. Sonralar ikinci xəlifə onu mənsəbindən uzaqlaşdırıb, cənab Salmanı onun yerinə təyin etmişdir. Cənab Salman vəfat etdikdən sonra Hüzəyfə, həzrət Əlinin (ə) xəlifəliyi dövrünədək yenidən oranın valisi olur və həzrət Əli (ə) xəlifəliyə keçəndən sonra Mədain vilayətinin icra işlərindən xəbərdar olmaq üçün oraya təftiş qrupu göndərir. Təftiş qrupu Mədainin vəziyyətini və Hüzeyfənin orada apardığı işləri olduğu kimi o həzrətə xəbər verir. Lakin, Hüzeyfə, Həzrət Əli (ə) Əshabi-cəməlin fitnəsini yatırmaq üçün Mədinədən Bəsrəyə doğru hərəkət etdikdən sonra və təftiş qrupu Kufəyə yetişməmişdən öncə vəfat edir və onu elə Mədaində də dəfn edirlər.
Əbu Həmzə Somali nəql edir ki, Hüzeyfə ölüm yatağında övladını yanına çağırıb, ona faydalı nəsihətlər verdi və ondan bu nəsihətlərə əməl etməyi tələb etdi. O, öz övladına buyurmuşdur: “Ey əziz oğlum, camaatın mal-dövlətindən gözünü çək, belə ki, bu əməlin özü ehtiyacsızlıq deməkdir. Öz ehtiyaclarını təmin etmək üçün camaata ağız açma, çünki bu əməl, sənin zəifliyini göstərir. Həmişə sonrakı günün əvvəlki günündən yaxşı olsun. Namaz qıldıqda elə güman et ki, bu sənin sonuncu namazındır. Elə bir iş tutma ki, sonra ona görə üzürxahlıq edəsən.”
Cənab Salmanın hərəminin yaxınlığında “Mədain came məscidi” yerləşir və bu məscidin imam Həsən Əskəriyə (ə) mənsub olduğunu deyirlər. Lakin məlum deyildir ki, o həzrət, bu məscidin tikilməsini göstəriş vermişdir, yoxsa orada namaz qılmışdır. Bunu qeyd etməkdə məqsədim budur ki, siz, əziz zəvvarlar bu müqəddəs məsciddə də iki rükət təhiyyət namazını qılmaqdan məhrum qalmayasınız.
Azərbaycan Dili Tərcüməsi
Səlmanu bəhrun la yunzəfu və kənzun la yənfəd, Səlmanu minna Əhləl bəyt, yəmnəhul hikmətə və yu`til burhan.
Əssəlamu əla rəsulillahi Mu-həmməd ibni Əbdillahi xatəmin nəbiyyin, əssəlamu əla əmiril mu`minin səyyidil vəsiyyin, əssəlamu əla əimmətil mə`su-minər raşidin, əssəlamu ələl məlaikətil muqərrəbin, əssə-lamu ələykə ya sahibə rəsulil-lahil əmin, əssəlamu ələykə ya vəliyyə əmiril mu`minin, əssə-lamu ələykə ya mudəə əsraris sadətil məyamin, əssəlamu ələykə ya bəqiyyətəllahi minəl bərərətil mazin, əssəlamu ələykə ya Əba Əbdillahi və rəhmətullahi və bərəkatuh, əş-hədu ənnəkə ətə`təllahə kəma əmərəkə vəttəbə`tər rəsulə kə-ma nədəbəkə və təvəlləytə xəli-fətəhu kəma əlzəmək, və dəəvtə iləl ihtimami bi zurriyyətihi kəma vəqəfək (qəffəqək), və əlimtəl həqqə yəqinən və`təmədtəhu kəma əmərək, əşhədu ənnəkə babu vəsiyyil Mustəfa və təriqu huccətillahil Murtəza, və əminullahi fiməstudi`tə min ulumil əsfiya, əşhədu ənnəkə min əhli bəytin nəbiyyin nucəbail muxtarin li nusrətil vəsiyy, əşhədu ənnəkə sahibul aşirəti vəl bərahini vəd dəlailil qahirəh, və əqəmtəs səlatə və atəytəz zəkatə və əmərtə bil mə`rufi və nəhəytə ənil mun-kər, və əddəytəl əmanətə və nəsəhtə lillahi və li rəsulih, və səbərtə ələl əza fi cənbihi hətta ətakəl yəqin, ləənəllahu mən cəhədəkə həqqəkə və həttə min qudrətik, ləənəllahu mən əzakə fi məvalik, ləənəllahu mən ə`tənəkə fi əhli bəytik, ləənəl-lahu mən laməkə fi sadatik, ləənəllahu əduvvə ali Muhəm-mədin minəl cinni vəl insi minəl əvvəlinə vəl axirin, və zaəfə ələyhimul əzabəl əlim. səlləllahu ələykə ya Əba Əb-dillah, səlləllahu ələykə ya sa-hibə rəsulillah, səlləllahu ələyhi və alih, və ələykə ya məvla əmiril mu`minin, və səlləllahu əla ruhikət təyyibəti və cəsə-dikət tahir, və əlhəqəna bi mən-nihi və rə`fətih, iza təvəffana bikə və bi məhəllis sadətil məyamin, və cəməəna məəhum bi cəvarihim fi cənnatin nəim, (səlləllahu ələykə) ya Əba Əbdillah, və səlləllahu əla ixvanikəş şi`ətil bərərəti minəs sələfil məyamin, və ədxələr rəvhə vər rizvanə ələl xələfi minəl mu`minin, və əlhəqəna və iyyahum bimən təvəllahu minəl itrətit tahirin, və ələykə və ələyhumus səlamu və rəhmətul-lahu və bərəkatuh.
Əssəlamu ələykə ya Əba Əbdillah, əntə babullahil mu`ta minhu vəl mə`xuzu ənh, əşhədu ənnəkə qultə həqqən və nətəqtə sidqən və dəəvtə ila məvlayə və məvlakə əlaniyətən və sirra, ətəytukə zairən və hacati ləkə mus-təvdia, və ha ənə za mu-vəddiukə əstəvdiukə dini və əmanəti, və xəvatimə əməli və cəvamiə əməli ila muntəha əcəli, vəs səlamu ələykə və rəhmətullahi və bərəkatuh, və səlləllahu əla Muhəmmədin və alihil əxyar.
Cərətir riyahu əla rusumi diyarihim
Fə kəənnəhum kanu əla miadi.
Kəm tərəku min cənnatin və uyunin və zuruin və məqamin kərim, və ni`mətin kanu fiha fakihinə kəzalək, əvrəsnaha qəvmən axərin, fəma bəkət ələyhimus səmau vəl ərzu və ma kanu munzərin.
İnnə haulai kanu varisin, fə əsbəhu məvrusin, ləm yəşkurun ni`mətə fəsulibu dunyahum bil mə`siyəti iyyakum, və kufrən niəmi la tuhillə (təhilə) bikumun niqəm.