Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#322

Üçüncü bölüm İmam Zamanın (ə) dörd xas naibinin ziyarəti

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Orijinal Ərəbcə Mətni

السَّلامُ عَلَيْكَ يَا فُلانَ بْنَ فُلانٍ
أَشْهَدُ أَنَّكَ بَابُ الْمَوْلَى أَدَّيْتَ عَنْهُ وَ أَدَّيْتَ إِلَيْهِ مَا خَالَفْتَهُ وَ لا خَالَفْتَ عَلَيْهِ قُمْتَ خَاصّا وَ انْصَرَفْتَ سَابِقا جِئْتُكَ عَارِفا بِالْحَقِّ الَّذِي أَنْتَ عَلَيْهِ وَ أَنَّكَ مَا خُنْتَ فِي التَّأْدِيَةِ وَ السَّفَارَةِ السَّلامُ عَلَيْكَ مِنْ بَابٍ مَا أَوْسَعَهُ [أَوْسَعَكَ‏] وَ مِنْ سَفِيرٍ مَا آمَنَكَ وَ مِنْ ثِقَةٍ مَا أَمْكَنَكَ أَشْهَدُ أَنَّ اللَّهَ اخْتَصَّكَ بِنُورِهِ حَتَّى عَايَنْتَ الشَّخْصَ فَأَدَّيْتَ عَنْهُ وَ أَدَّيْتَ إِلَيْهِ
جِئْتُكَ مُخْلِصا بِتَوْحِيدِ اللَّهِ وَ مُوَالاةِ أَوْلِيَائِهِ وَ الْبَرَاءَةِ مِنْ أَعْدَائِهِمْ [أَعْدَائِهِ‏] وَ مِنَ الَّذِينَ خَالَفُوكَ يَا حُجَّةَ الْمَوْلَى وَ بِكَ إِلَيْهِمْ [اللَّهُمَ‏] تَوَجُّهِي وَ بِهِمْ إِلَى اللَّهِ [إِلَيْكَ‏] تَوَسُّلِي

Oxunuşu / Transkripsiya və İzahı

Cənab Əbu Əmr Osman ibni Səid Əsədi, cənab Əbu Cəfər Məhəmməd ibni Osman, şeyx Əbul Qasim Hüseyn ibni Ruh Nobəxti və şeyx Əbul Həsən Əli ibni Məhəmməd Səməri (rəziyəllahu ənhum), ardıcıl olaraq imam Zamanın (ə.c.) dörd xüsusi naibi olubdurlar. Müqəddəs Kazimeyn ziyarətgahlarının zəvvarları üçün zəruri sayılan əməllərdən biri də Bağdad şəhərində dəfn edilən imam Zamanın (ə.c.) dörd xüsusi naibinin ziyarətinə getməkdir. Hətta əgər bu möhtərəm insanların ziyarətinə nail olmaq üçün uzaq məsafələr keçmək lazım olsa, yenə də yeri vardır ki, zəvvarlar belə səfərlərin əziyyətinə qatlaşsınlar. Çünki imam Zamanın (ə.c.) naibləri içərisində onlar, ən möhtərəm və böyük şəxslər kimi tanınmışdırlar. Təxminən yetmiş il müddətində onlar, imam Zamanla (ə.c.) camaat arasında vasitəçi mənsəbini daşımışdırlar. Onların əli ilə bir çox kəramətlər və möcüzələr müşahidə edilmişdir ki, hətta bəzi alimlər, onların məsum olduğuna mötəqid olmuşdurlar. Bilməlisiniz ki, onlar həyatdə ikən imam Zamanla (ə.c.) camaat arasında vasitəçi olub, ağanın göstərişlərini camaata və camaatın yazılı şəkildə bəyan etdikləri ehtiyaclarını ağaya çatdırmaqla məşğul olduqları kimi, dünyadan köçəndən sonra da bu mənsəbin sahibidirlər. Belə ki, çətinliklərin həll olması üçün ağadan kömək diləyib, bu məzmunda ona yazılan məktublar, indi də o naiblərin əli ilə öz sahibinə çatdırılmalıdır. Bu naiblərin sahib olduğu kəramətləri sadalamaq bu kitabın həcmindən xaric olduğu üçün, biz, zəvvarları onların ziyarətinə həvəsləndirmək üçün bununla kifayətlənirik.
“Nəvvab ərbəə”nin (İmam Zamanın xas dörd naibi) ziyarəti qaydası: Şeyx Tusi “ Təhzib” və Seyid ibni Tavus “Misbahuz-zair” adlı kitablarında o naiblərin ziyarətini aşağıdakı qaydada şərh vermiş və bu ziyarətnaməni, cənab Əbul Qasim Hüseyn ibni Ruhun (r.ə) nəql etdiyini bildirmişdirlər. Hüseyn ibni Ruh (r.ə) buyurub: “Əvvəlcə Allahın elçisinə, sonra Əmiril-mömininə (ə), Xədiceyi Kübraya (ə), Fatimeyi Zəhraya (ə), imam Həsənə (ə), imam Hüseynə (ə) və o biri məsum imamlara bir-bir salam göndər. Sonra de:
Salam olsun sənə, ey filankəsin oğlu filankəs!
(“fulanibni fulanin” kəlməsinin yerinə qəbrin sahibinin və onun atasının adını çəkirsən.)
Şəhadət verirəm ki, sən mövlamızın qapısısan (vasitəçisisən), onun camaata, camaatın da ona olan sözlərini çatdırdın. Onunla müxalifətçilik etmədin və onun əleyhinə ixtilaf yaratmadın. O həzrətin xas vəkili (naibi) olaraq qiyam etdin və qabaqcıl olduğun halda geri qayıtdın. Sənin inandığın haqqı tanıdığım halda ziyarətinə gəlmişəm. Həqiqətən, sən vəzifəni və səfirlik məqamını icra etməkdə xəyanət etmədin. Salam olsun sənə! Sən necə də geniş qapı, əmanətdar səfir və möhkəm etimadlı şəxs idin. Şəhadət verirəm ki, həqiqətən, Allah səni Öz nuruna məxsus etdi və nəhayət, o həzrəti yaxından müşahidə etdin, o həzrətin tərəfindən sənə tapşırılanları camaata və camaatın istəklərini də o həzrətə çatdırdın.
Sonra yenidən Allahın elçisinə (s.ə.v.) və məsum imamlara (ə) salam göndərib, de:
İxlasla Allahın yeganəliyinə inandığım, dostlarını sevdiyim, düşmənlərin və səninlə müxalif olanlara nifrət bəslədiyim halda, ziyarətinə gəlmişəm. Ey mənim mövlamın höccəti, onların vasitəsilə sənə üz tutur və onların vasitəsilə də Allahın dərgahına təvəssül edirəm.
Sonra dua et və öz istəyini Allahdan dilə. İnşaallah ki, hacətin rəva olar.
Müəllif deyir: “Şiənin “Hədis elmi” sahəsində mötəbər simalardan biri sayılan möhtərəm şeyx Siqətül-islam Məhəmməd ibni Yəqub Kuleyninin Bağdad şəhərində yerləşən mütəhhər qəbrini ziyarət etməyi də əziz zəvvarlara tövsiyə olunur. O, “Üsuli-kafi” kitabını iyirmi il müddətində təlif etmiş və həqiqətən də şiələrə, xüsusilə elm əhlinə böyük xidmət göstərmişdir. İbni Əsir, mövlamız Saminül-əimmə həzrət Əli ibni Musar Rzanı (ə) ikinci əsirdə şiə məzhəbini dirçəldən bir ünsür kimi tanıtdırdıqdan sonra, bu uca məqamlı alimi də üçüncü əsrin əvvəllərində bu məzhəbin dayağı ünvanında qələmə vermişdir. Xülasə, bəndə, “Hədiyyə” adlı kitabımda oxucuların nəzərinə çatdırmışam ki, belə müqəddəs ziyarətgahlarda dəfn edilən alimləri ziyarət etməyin böyük savabı vardır.

Azərbaycan Dili Tərcüməsi

Əssəlamu ələykə ya fula-nəbnə fulanin.
Əşhədu ənnəkə babul məvla əddəytu ənhu və əddəytə iləyh, ma xaləftəhu və la xaləftə ələyh, qumtə xassən vənsərəftə sabiqa, ci`tukə arifən bihəqqil-ləzi əntə ələyh, və ənnəkə ma xuntə fit tə`diyəti vəs səfarəh, əssəlamu ələykə min babin ma əvsəəhu (əvsəəkə) və min səfi-rin ma amanəkə və min siqətin ma əmkənək, əşhədu ənnəlla-həxtəssəkə bi nurih, hətta ayəntəş şəxsə fə əddəytə ənhu və əddəytə iləyh.
Ci`tukə muxlisən bi təvhi-dillahi və muvalati əvliyaih, vəl bəraəti min ə`daihim və minəl-ləzinə xaləfuk, ya huccətəl məvla və bikə iləyhim (Əlla-hummə) təvəccuhi və bihim iləllahi (iləykə) təvəssuli.
Əvvəlki: #321. İkinci bölüm Bürasa məscidinin əməlləri Bütün Dualar ↑ Növbəti: #323. Dördüncü bölüm Cənab Salmanın (r.ə.) ziyarəti