Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
#411

“Ərabi” namazı

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Orijinal Ərəbcə Mətni

يَا حَيُ يَا قَيّوُمُ، يَا ذَاالْجَلالِ وَالاِْ كْرَامِ، يَا اِلَهَ الاَوَّلينَ وَ الْآخِرينَ، يَا اَرْحَمَ الرَّاحِمينَ، يَا رَحْمَانَ الدُّنْيَا وَ الْآخِرَةِ وَ رَحيمَهُمَا، يَا رَبِّ يَا رَبِّ يَا رَبِّ، يَا رَبِّ يَا رَبِّ يَا رَبِّ يَا رَبِّ، يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ، صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَاغْفِرْلي
لاحَوْلَ وَلاقُوَّةَ اِلاََّ بِاللهِ الْعَلِيِ الْعَظيمِ
وَسُبْحَانَ اللهِ رَبِّ الْعَرْشِ الْكَريمِ

Oxunuşu / Transkripsiya və İzahı

Seyid ibni Tavus “Cəmalul-usbu” adlı kitabında Şeyx Telləkübradan və o da öz sənədi ilə Zeyd ibni Sabitdən rəvayət edir ki, səhranişin bir kişi həzrət Rəsulillahın (s.ə.s.) yanına gəlib, dedi: “Atam-anam sənə fəda olsun ey Rəsulullah, biz səhrada qaldığımız üçün Mədinə şəhərindən uzağıq və hər cümə günü Cümə namazında iştirak edə bilmirik. Mənə elə bir əməl öyrət ki, onu yerinə yetirdikdə, cümə namazının fəzilətini əldə edə bilim. Öz əhli-əyalımın və qəbiləmin yanına geri döndükdə də bu əməli onlara öyrədəcəyəm.” Həzrət Rəsulillah (s.ə.s) belə buyurdu: “Gün qalxdıqda iki rükət namaz qıl. Namazın birinci rükətində “Həmd”dən sonra yeddi dəfə “Fələq” və ikinci rükətində yeddi dəfə “Nas” surələrini oxu. Namazın salamlarını dedikdən sonra yeddi dəfə “Ayətəl-kürsin”i oxu. Sonra yenə də ayağa qalx və iki dörd rükətli, səkkiz rükət namaz qıl. Birinci iki rükətdən sonra təşəhhüdü de, amma salam demə. Salamları, dördüncü rükəti bitirdikdən sonra, təşəhhüddən sonra de. İkinci dörd rükət namazı da bu qayda ilə qıl. Namazın hər rükətində bir dəfə “Həmd” surəsini, bir dəfə “Fəth” surəsini və iyirmi beş dəfə “İxlas” surəsini oxu. Təşəhhüd və salamlardan sonra yeddi dəfə bu duanı oxu:
Ey diri, ey əbədi, ey calal və kəramət sahibi, ey birinci və sonuncuların (keçmiş və gələcək varlıqların) məbudu, ey mehribanların ən mehribanı, ey dünya və axirətdə bağışlayan və hər iki aləmdə mehriban olan! Ey Rəbb, ey Rəbb, ey Rəbb! Ey Allah, ey Allah, ey Allah, ey Allah, ey Allah, ey Allah, ey Allah! Məhəmməd və onun Əhli-beytinə salam yetir və məni bağışla.
Sonra öz hacətini istə və yetmiş dəfə bu zikri de:
Uca və böyük Allahdan başqa heç bir tanrı yoxdur.
Sonunda da bu sözləri de:
Böyük ərşin Rəbbi Allah bütün eyiblərdən pak və uzaqdır.
Sonra həzrət Rəsulillah (s.ə.s.) buyurdu: “Məni haqq olaraq öz elçisi göndərən Allaha and olsun ki, mən, cümə günü bu namazı qılan hər bir mömin və möminənin cənnətə daxil olmasına zamin dururam. Bu namazı qılan şəxsin özünün və ata-anasının bütün günahları bağışlanar və Haqq taala həmin gün müsəlmanların şəhərlərində bütün namaz qılanların savabını ona əta edər. Həmçinin, Haqq taala, məşriq və məğribdə bu gündə oruc tutub, namaz qılan insanların savabını ona yazar. Haqq taala ona heç kimin görmədiyi və heç kimin eşitmədiyi nemətlər əta edər.”
Müəllif deyir: Şeyx Tusi də bu namazı “Misbah” adlı kitabında qeyd edibdir, bir fərqlə ki, yuxarıda qeyd etdiyimiz namazdan sonra oxunan duanın əvəzinə o, yetmiş dəfə “Subhanəllahi rəbbil ərşil kərim, və la həvlə və la quvvətə illa billahil əliyyil əzim” deməyi buyurubdur.

Azərbaycan Dili Tərcüməsi

Ya həyyu ya qəyyumu ya zəl cəlali vəl ikram, ya ilahəl əvvəlinə vəl axirin, ya ərhəmər rahimin, ya rəhmanəd dunya vəl axirəti və rəhiməhuma, ya rəbbi ya rəbbi ya rəbb, ya Əllahu ya Əllahu ya Əllahu ya Əllahu ya Əllahu ya Əllahu ya Əllah, səlli əla Muhəmmədin və alih, vəğfir li.
La həvlə və la quvvətə illa billahil əliyyil əzim.
Və subhanəllahi rəbbil ərşil kərim.
Əvvəlki: #410. İKİNCİ BÖLÜM “Məfatihul-cinan”da qeyd etməyidiyimiz bəzi müstəhəb namazlar Bütün Dualar ↑ Növbəti: #412. Hədiyyə namazı