Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
#412

Hədiyyə namazı

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Orijinal Ərəbcə Mətni

اللَّهُمَّ اَنْتَ السَّلامُ، وَ مِنْكَ السَّلامُ وَ اِلَيْكَ يَعُودُ السَّلامُ، حَيِّنَا رَبَّنَا مِنْكَ بِالسَّلامِ اللَّهُمَّ اِنَّ هاذِهِ الرَّكَعَاتِ هَدِيَّةٌ مِنَّا اِلَى وَلِيِّكَ، فُلان فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ بَلِّغْهُ اِيَّاهَا، وَاَعْطِني اَفْضَلَ اَمَلي وَ رَجَائي فيكَ، وَ في رَسُولِكَ صَلَوَاتُكَ عَلَيْهِ وَ آلِهِ وَ فيهِ

Oxunuşu / Transkripsiya və İzahı

Bu namaz, məsum imamlardan (ə) rəvayət olunubdur və aşağıdakı qaydadadır:
Hədiyyə namazı cümə günündən başlayaraq iki həftə ərzində hər gün ardıcıl olaraq məsumlardan biri üçün qılınır. Cümə günü iki-iki rükət olaraq, səkkiz rükət namaz qılıb, onun dörd rükətini həzrət Rəsulillaha (s.ə.s.) və dörd rükətini həzrət Fatiməyə (s.ə.) hədiyyə etmək lazımdır. Şənbə günü dörd rükət namaz qılıb, həzrət Əmirilmöminin Əliyə (ə) hədiyyə etmək lazımdır və tərtiblə məsumların hər biri üçün gündə dörd rükət namaz qılıb, hədiyyə göndərin. Cümə axşamı dörd rükət namaz qılıb, İmam Cəfər Sadiqə (ə) hədiyyə göndərin. Yenə Cümə günü yetişdikdə səkkiz rükət namaz qılıb, dörd rükətini həzrət Rəsulillaha (s.ə.s.) və dörd rükətini həzrət Fatiməyə (s.ə.) hədiyyə göndərin. Gələn şənbədən isə dörd rükət namaz qılıb, İmam Musaya (ə) hədiyyə göndərin və bu tərtiblə cümə axşamı günü yetişdikdə, dörd rükət namaz qılıb, İmam Zamana (ə.c) hədiyyə göndərin. Hər iki rükətdən sonra bu duanı oxuyun:
İlahi, salam Sənsən, salam (sağlamlıq) Sənin tərəfindəndir və Sənə doğru da qayıdacaq. Ey bizim Rəbbimiz, Öz tərəfindən bizə salam (sağlamlıq) göndər! İlahi, bu neçə rükət namaz bizim tərəfimizdən filan nümayəndənə (və ya dostuna) hədiyyədir! Elə isə Məhəmməd və onun Əhli-beytinə salam yetir, bunları ona çatdır, məni Özün və Rəsulunla (Allahın salamı olsun ona və Əhli-beytinə) bağlı ən yaxşı arzu və ümidimə yetir!
“Fulan” sözünün yerinə hədiyyə göndərdiyin imamın adını de. Sonra istədiyin duanı et.

Azərbaycan Dili Tərcüməsi

Əllahummə əntəs səlam və minkəs səlam və iləykə yəudus səlam, həyyina rəbbəna minkə bis səlam, Əllahummə innə hazihir rəkəati hədiyyətun minna ila vəliyyik (fulan), fəsəlli əla Muhəmmədin və alihi və bəlliğhu iyyaha, və ə`tini əfzələ əməli və rəcai fik, və fi rəsulikə sələvatukə ələyhi və alihi və fihi.
Əvvəlki: #411. “Ərabi” namazı Bütün Dualar ↑ Növbəti: #413. Leylətud-dəfn namazı (Dəfn gecəsi qılınan namaz)