اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَابْعَثْ ثَوَابَهَا اِلَى قَبْرِ فُلان
Bu namaz iki rükətdir. Birinci rükətdə “Həmd”dən sonra “Ayətəl-kürsi” və ikinci rükətdə “Həmd”dən sonra on dəfə “Qədr” surəsi oxunur. Namazın salamını dedikdən sonra bu sözləri demək lazımdır:
İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir və onun savabını filankəsin qəbrinə göndər!
“Fulan” sözünün yerinə ölən şəxsin adını demək lazımdır.
Əllahummə səlli əla Mu-həmmədin və ali Muhəmməd, vəb`əs səvabəha ila qəbri fulan.