Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#426

Hacət namazı

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Oxunuşu / Transkripsiya və İzahı

Bu namaz, “Məkarim” adlı kitabdan əxz olunubdur:
Gecə yarısı qüsül verib, iki rükət namaz qıl. Hər rükətdə bir dəfə “Həmd” surəsini və beş yüz dəfə “Tövhid” surəsini oxu. İkinci rükətdə “Həmd”dən sonra beş yüz dəfə “Tövhid” surəsini oxuduqdan sonra isə “Həşr” surəsi “Ləv ənzəlna hazəl Qur`anə əla cəbəlin...” ayəsindən başlayaraq, surəni axıradək oxu. Həmçinin “Hədid” surəsinin əvvə¬lin¬ci altı ayəsini oxu. Daha sonra min dəfə “İyyakə nə`budu və iyyakə nəstəin” ayəsini de. Namazı qurtardıqdan sonra Allaha həmd-səna de. Əgər bu namazı bir dəfə qılsan və hacətin rəva olmasa, ikinci dəfə qıl. İkinci dəfə də hacətin rəva olmasa, üçüncü dəfə qıl, inşaallah, bu dəfə hacətin hökmən rəva olar.
Əvvəlki: #425. Ruzinin artması üçün bir başqa namaz Bütün Dualar ↑ Növbəti: #427. Başqa bir hacət namazı