Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#427

Başqa bir hacət namazı

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Orijinal Ərəbcə Mətni

اللَّهُمَّ اَنْتَ السَّلامُ، وَ مِنْكَ السَّلامُ، وَ اِلَيْكَ يَرْجِعُ السَّلامُ، اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ اَبْلِغْ رُوحَ مُحَمَّدٍ مِنّيِ السَّلامَ، وَ اَرْوَاحَ الاَئِمَّةِ الصَّادِقينَ سَلامي، وَارْدُدْ عَلَيَّ مِنْهُمُ السَّلامَ، وَالسَّلامُ عَلَيْهِمْ وَ رَحْمَةُ اللهِ وَ بَرَكَاتُهُ، اللَّهُمَّ اِنَّ هَاتَيْنِ الرَّكْعَتَيْنِ هَدِيَّةٌ مِنّي اِلَى رَسُولِاللهِ صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ فَاَثِبْني عَلَيْهِمَا مَا اَمَّلْتُ، وَ رَجَوْتُ فيكَ وَ في رَسُولِكَ يَا وَلِيَ الْمُؤْمِنينَ
يَاحَيُ يَاقَيُّومُ يَا حَيّاً لايَمُوتُ، يَا حَيّاً لا اِلاَهَ اِلاََّ اَنْتَ، يَا ذَاالْجَلالِ وَالاِْكْرَامِ، يَا اَرْحَمَ الرَّاحِمينَ
يَا مُحَمَّدُ يَا رَسُولَ اللهِ، اَشْكُو اِلَي اللهِ وَ اِلَيْكَ حَاجَتي، وَ اِلَى اَهْلِ بَيْتِكَ الرَّاشِدينَ حَاجَتي، وَ بِكُمْ اَتَوَّجَهُ اِلَي اللهِ في حَاجَتي
بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ مِنَ الْعَبْدِ الذَّليلِ اِلَي الْمَوْليَ الْجَليلِ، رَبِّ اِنّي مَسَّنِيَ الضُّرُّ وَ اَنْتَ اَرْحَمُ الرَّاحِمينَ، بِحَقِّ مُحَمَّدٍ وَ آلِهِ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَاكْشِفْ هَمّي وَ فَرِّجْ عَنّي غَمّي، بِرَحْمَتِكَ يَا اَرْحَمَ الرَّاحِمينَ

Oxunuşu / Transkripsiya və İzahı

Şeyx Kuleyni “Üsuli-kafi” adlı kitabında mötəbər sənədlə Əbdürrəhim Qəsirdən bu hədisi rəvayət edir: “Mən, həzrət Sadiqin (ə) hüzuruna gedib, ərz etdim: “Canım sizə fəda olsun, mən özümdən bir dua düzəltmişəm.” O həzrət buyurdu: “İxtira etdiyin bu duanı kənara qoy! Hacətinin rəva olması üçün həzrət Rəsulullaha (s.ə.s.) pənah apar və iki rükət namaz qılıb, ona hədiyyə et.” Mən soruşdum: “Bu namazı hansı qaydada qılmalıyam?” O həzrət buyurdu: “Qüsl verib, vacib namazları qıldığın qaydada iki rükət namaz qıl. Namazın salamını dedikdən sonra bu duanı oxu:
İlahi, salam Sənsən, salam (sağlamlıq) Sənin tərəfindəndir və Sənə doğru da qayıdacaq. İlahi, Məhəmməd və onun Əhli-beytinə salam yetir, mənim salamımı Məhəmmədin ruhu və düzdanışan imamların ruhlarına çatdır, onların da salamını mənə qaytar! Allahın salamı olsun onlara! Allahın rəhmət və bərəkətləri olsun onlara! İlahi, bu iki rükət namaz mənim tərəfimdən Rəsulullaha (Allahın salamı olsun ona və Əhli-beytinə) hədiyyədir! Elə isə həmin iki rükət namaza görə mənə savab ver və məni Peyğəmbərinlə bağlı ən yaxşı arzu və ümidimə yetir, ey möminlərin sahibi!
Sonra səcdəyə gedib, qırx dəfə deyirsən:
Ey diri, ey əbədi, ey heç vaxt ölməyən diri, ey Səndən başqa heç bir tanrı olmayan diri, ey calal və kəramət sahibi, ey mehribanların ən mehribanı!
Əvvəlcə üzünün sağ tərəfini və sonra sol tərəfini yerə qoyub, qırx dəfə bu duanı oxu. Daha sonra başını səcdədən qaldır və əllərini göyə qaldırıb, yenə də qırx dəfə bu duanı oxu. Sonra əllərini boynuna qoy və şəhadət barmağınla işarə edərək, qırx dəfə bu duanı oxu. Daha sonra sol əlinlə saqqalını tutub, ağlaya-ağlaya (əgər ağlamağın gəlmirsə, özünü ağlamağa vadar et) bu sözləri de:
Ey Məhəmməd, ey Allahın Rəsulu! Şikayətim Allahadır. Hacətimi sənin və hidayət edən Əhli-beytinin hüzuruna gətirmiş, sizin vasitənizlə hacətimin rəva olunması üçün Allaha doğru üz tutmuşam.
Sonra səcdəyə get və nəfəsin çatana qədər “Ya Allah, ya Allah” zikrini de. Sonunda isə “Səlli əla Muhəmmədin və ali Muhəmmədin vəf`əl bi kəza və kəza.” sözlərini de. “kəza və kəza” sözlərinin yerinə öz hacətini dilə.” Həzrət Sadiq (ə) bunları dedikdən sonra buyurdu: “Mən, Allah taalanın yanında bu şəxs üçün zaminəm. O, ibadət etdiyi yerdən qalxmamış, onun hacəti rəva olar.”
Müəllif deyir: Dördüncü bölümdə dünya və axirət hacətlərinin rəva olması üçün bir çox duaları qeyd etmişik. Şeyx Kəfəmi “Bələdul-əmin” adlı kitabında qeyd edibdir ki, mühüm hacətlərin rəva olması üçün aşağıdakı bu duanı bir kağız parçasına yazıb, suya atmaq lazımdır:
Bağışlayan və mehriban Allahın adı ilə! Zəlil bəndədən böyük mövlaya! Ey Rəbbim, həqiqətən, mən çətinliyə düşmüşəm və Sən də mehribanların ən mehribanısan! Məhəmməd və onun Əhli-beytinin xatirinə Məhəmməd və onun Əhli-beytinə salam yetir, çətinliyimi və qəm-qüssəmi aradan qaldır! Sənə and verirəm Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!

Azərbaycan Dili Tərcüməsi

Əllahummə əntəs səlam, və minkəs səlam, və iləykə yər-cəus səlam, Əllahummə səlli əla Muhəmmədin və ali Mu-həmməd, və əbliğ ruhu Mu-həmmədin minnis səlam, və ərvahəl əimmətis sadiqinə səla-mi, vərdud ələyyə minhumus səlami, vəs səlamu ələyhim və rəhmətullahi və bərəkatuh, Əl-lahummə innə hatəynir rək`ə-təyni hədiyyətun minni ila rə-sulillah, səlləllahu ələyhi və alih, fəəsbitni ələyhima ma əmməlt, və rəcəvtə fikə və fi rəsulikə ya vəliyyəl mu`minin.
Ya həyyu ya qəyyum ya həyyən la yəmut, ya həyyən la ilahə illa ənt, ya zəl cəlali və ikram, ya ərhəmər rahimin.
Ya Muhəmmədu ya rəsuləl-lah, əşku iləllahi və iləykə ha-cəti, və ila əhli bəytikər raşidi-nə hacəti, və bikum ətəvəccəhu iləllahi fi hacəti.
Bismillahir rəhmanir rəhim, minəl əbdiz zəlili iləl məvləl cəlil, rəbbi inni məssəniyəz zurru və əntə ərhəmur rahi-min, bihəqqi Muhəmmədin və alih, səlli əla Muhəmmədin və alih, vəkşif həmmi və fərric ənni ğəmmi, birəhmətikə ya ərhəmər rahimin.
Əvvəlki: #426. Hacət namazı Bütün Dualar ↑ Növbəti: #428. Başqa bir hacət namazı