Orijinal Ərəbcə Mətni
يَا اللهُ الْمَانِعُ قُدْرَتَهُ خَلْقَهُ، وَالْمَالِكُ بِهَا سُلْطَانَهُ، وَالْمُتَسَلِّطُ بِمَافي يَدَيْهِ عَلَى كُلِّ مَوْجُودٍ، وَ غَيْرُكَ يَخيبُ رَجَاءُ رَاجيهِ، وَ رَاجيكَ مَسْرُورٌ لايَخيبُ اَسْئَلُكَ بِكُلِّ رِضيً لَكَ، وَ بِكُلِّ شَيْءٍ اَنْتَ فيهِ، وَ بِكُلِّ شَيْءٍ تُحِبُ اَنْ تُذْكَرَ بِهِ وَ بِكَ يَا اَللهُ فَلَيْسَ يَعْدِلُكَ شَيْءٌ، اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ تَْحفَظَني وَ وَلَدي وَ اَهْلي وَ مَالي، وَ تَحْفَظَني بِحِفْظِكَ وَ اَنْ تَقْضِيَ حَاجَتي في كَذَا وَ كَذَا
Oxunuşu / Transkripsiya və İzahı
Seyid ibni Tavus “Məzar” adlı kitabında “Kufə məscidinin əməlləri” bölümündə Hz. Əmirilmöminin Əlinin (ə) mehrabında yerinə yetirilən əməllər sırasında qeyd edibdir: “Bu məkanda qılınan hacət namazı, dörd rükətdir və iki-iki qılınır. Namazın birinci rükətində “Həmd”dən sonra on dəfə “İxlas” surəsini oxuyursan. İkinci rükətdə “Həmd”dən sonra iyirmi bir dəfə “İxlas” surəsini oxuyursan. Üçüncü rükətdə “Həmd”dən sonra otuz bir dəfə “İxlas” surəsini və dördüncü rükətdə isə “Həmd”dən sonra qırx bir dəfə “İxlas” surəsini oxuyursan. Namazın salamlarını deyib, zikirləri dedikdən sonra, əlli bir dəfə “İxlas” surəsini oxuyursan və əlli dəfə istiğfar deyirsən. Daha sonra Peyğəmbərə və onun Əhli-beytinə əlli salavat göndər və əlli dəfə “La həvlə və la quvvətə illa billahil əliyyil əzim” zikrini de. Zikirləri bitirdikdən sonra bu duanı oxu:
Ey qüdrəti ilə yaratdıqlarına zərər yetirməyə mane olan Allah, həmin qüdrəti ilə (hər bir şeyə) malik və hər bir varlığın ixtiyarında olanlara hakim olan! Səndən başqasına ümid edən naümid olar, Sənə ümid bəsləyən sevinər və naümid olmaz. Bəyəndiyin hər bir şey, hər bir yerdə olduğun, hər bir şeylə yad olunmağını sevdiyinlə Səndən istəyirəm, Sənə and verirəm Öz zatını, ey Allah! Heç bir şey Səninlə bərabər deyil. (Səndən istəyirəm ki,) Məhəmməd və Məhəmmədin Əhlli-beytinə salam göndərəsən, məni, övladlarımı, ailəmi və mal-dövlətimi hifz edəsən, məni Öz gözətçiliyinlə qoruyasan və filan hacətimi rəva edəsən!
Kəza və kəza sözlərinin yerinə öz hacətlərini istə!
Azərbaycan Dili Tərcüməsi
Ya Əllahul maniu qudrətəhu xəlqəh, vəl maliku biha sultanəh, vəl mutəsəllitu bima fi yədəyhi əla kulli məvcud, və ğəyrukə yəxibu rəcaə racih, və racikə məsrurun la yəxib, əs`əlukə bikulli rəziyyin lək, və bikulli şəy`in əntə fih, və bikulli şəy`in tuhibbu ən tuzkərə bihi və bik, ya Əllahu fələysə yə`dilukə şəy`un ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və təhfəzni və vələdi və əhli və mali, və təhfəzni bihifzikə və ən təqzi hacəti fi kəza və kəza.