Orijinal Ərəbcə Mətni
سُبْحَانَ ذِي الْعِزِّ الشَّامِخِ الْمُنِيفِ سُبْحَانَ ذِي الْجَلالِ الْبَاذِخِ الْعَظِيمِ سُبْحَانَ ذِي الْمُلْكِ الْفَاخِرِ الْقَدِيمِ سُبْحَانَ مَنْ لَبِسَ الْبَهْجَةَ وَ الْجَمَالَ سُبْحَانَ مَنْ تَرَدَّى بِالنُّورِ وَ الْوَقَارِ سُبْحَانَ مَنْ يَرَى أَثَرَ النَّمْلِ فِي الصَّفَا سُبْحَانَ مَنْ يَرَى وَقْعَ الطَّيْرِ فِي الْهَوَاءِ سُبْحَانَ مَنْ هُوَ هَكَذَا لا هَكَذَا غَيْرُهُ يَا مَنْ لَيْسَ غَيْرَهُ رَبٌّ يُدْعَى يَا مَنْ لَيْسَ فَوْقَهُ إِلَهٌ يُخْشَى يَا مَنْ لَيْسَ دُونَهُ مَلِكٌ يُتَّقَى يَا مَنْ لَيْسَ لَهُ وَزِيرٌ يُؤْتَى يَا مَنْ لَيْسَ لَهُ حَاجِبٌ يُرْشَى يَا مَنْ لَيْسَ لَهُ بَوَّابٌ يُغْشَى يَا مَنْ لا يَزْدَادُ عَلَى كَثْرَةِ السُّؤَالِ إِلا كَرَما وَ جُودا وَ عَلَى كَثْرَةِ الذُّنُوبِ إِلا عَفْوا وَ صَفْحا صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ افْعَلْ بِي كَذَا وَ كَذَا
Oxunuşu / Transkripsiya və İzahı
Həzrət Fatimə Zəhra səlamullahi ələyhanın namazı iki rükətdir. Bu namazı, Həz¬rət Cəbrail əleyhissalam ona öyrətmişdi. O həzrət, namazın birinci rükə¬tin¬də “Həmd”dən sonra yüz dəfə “Qədr” surəsini, ikinci rükətdə “Həmd” surə¬sin¬dən sonra yüz dəfə “İxlas” surəsi, namazdan sonra isə aşağıdakı duanı oxuyardı:
İzzət və uca məqam sahibi olan Allah bütün eyiblərdən pak və uzaqdır. Calal sahibi və böyük Allah bütün eyiblərdən pak və uzaqdır. Əzəli və şərəfli mülkün sahibi olan Allah bütün eyiblərdən pak və uzaqdır. Yaxşılıq və gözəlliklə bürünən Allah bütün eyiblərdən pak və uzaqdır. Nur və vüqarla bəzənən Allah bütün eyiblərdən pak və uzaqdır. Saf daş üzərində qarışqanın ayaq iz ini görən Allah bütün eyiblərdən pak və uzaqdır. Havada quşun uçuş izini görən Allah bütün eyiblərdən pak və uzaqdır. Bu kamala başqası deyil, yalnız Özü sahib olan Allah bütün eyiblərdən pak və uzaqdır.
Rəvayət olunmuşdur ki, bu namazdan sonra, həzrətin bütün namazlardan sonra deyilməsi müstəhəb olan məşhur təsbihini də deyib, yüz dəfə Məhəmməd və ali Məhəmmədə salavat göndərsin.
Şeyx özünün “Misbahul-mütəcəhhidin” kitabında buyurur: “Fatimə Zəhra səlamul¬lahi əleyhanın namazı iki rükətdir, birinci rükətdə “Həmd” və yüz dəfə “Qədr” surəsini, ikinci rükətdə isə “Həmd” surəsindən sonra yüz dəfə “İxlas” surəsini oxusun. Elə ki, namazın salamını verib namazı sona çatdırdı, həzrətin təsbihini desin və “Subhanə zil izziş şamixil munif...” (yuxarıdakı) zikrini oxusun”. Sonra buyurdu: “Yaxşı olar ki, bu namazı qılıb təsbihi dedikdən sonra dizləri, dirsəkləri və bütün səcdə yerlərini yerə qoyub hacətlərini diləsin və səcdə halında desin:
Duada Rəbb olaraq Səndən başqası çağırılmayan Allah, bir məbud olaraq heç kimin Səndən başqasından qorxmadığı Allah, bir hakim olaraq heç kimin Səndən başqasından çəkinmədiyi Allah, dərgahına üz tutmaq üçün heç bir canişini, qapıçısı və vasitəçisi olmayan Allah, Səndən istənilən hacətlər çoxaldıqca, Öz səxavət və böyüklüyünü artıran Allah, günahlar çoxaldıqca, əfv və güzəşti çoxalan Allah, Məhəmməd və onun Əhli-beytinə salam yetir və mənim hacətlərimi qəbul et!
(Kəza və kəza sözlərinin yerinə öz hacətini istəsin).
Azərbaycan Dili Tərcüməsi
Subhanə zil izziş şamixil mu-nif, subhanə zil cəlalil bazixil əzim, subhanə zil mulki faxiril qədim, subhanə mən ləbisəl bəhcətə vəl cəmal, subhanə mən tərədda bin nuri vəl vəqar, subhanə mən yəra əsərən nəmli fis səfa, subhanə mən yəra vəq`ət təyri fil həva, subhanə mən huvə hakəza la hakəza ğəyruh.
Ya mən ləysə ğəyrəhu rəb-bun yud`a, ya mən ləysə fəvqə-hu ilahun yuxşa, ya mən ləysə dunəhu məlikun yuttəqa, ya mən ləysə ləhu vəzirun yu`ta, ya mən ləysə ləhu hacibun yurşa, ya mən ləysə ləhu bəvvabun yuğşa, ya mən la yəzdadu əla kəsrətis suali illa kərəmən və cuda, və əla kəsrə-tiz zunubi illa əfvən və səfha, səlli əla Muhəmmədin və ali Muhəmməd, vəf`əl bi kəza və kəza.