Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#433

Həzrət Fatimə Zəhraya (s) istiğasə namazı

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Orijinal Ərəbcə Mətni

يَا آمِناً مِنْ كُلِّ شَيْيءٍ، وَ كُلُّ شَيْيءٍ مِنْكَ خَائِفٌ حَذِرٌ، اَسْئَلُكَ بِاَمْنِكَ مِنْ كُلِّ شَيْءٍ، وَ خَوْفِ كُلِّ شَيْءٍ مِنْكَ، اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ، وَ اَنْ تُعْطِيَني اَمَاناً لِنَفْسي وَ اَهْلي وَ مَالي وَ وَلَدي حَتَّى لا اَخَافَ اَحَداً وَ لا اَحْذَرَ مِنْ شَيْءٍ اَبَدَاً، اِنَّكَ عَلَى كُلِّ شَيْيءٍ قَديرٌ
يَا مُحَمَّدُ يَا رَسُولَ اللهِ، يَا عَلِيُّ يَا سَيِّدَيِ الْمُؤْمِنينَ وَالْمُؤْمِنَاتِ، بِكُمَا اَسْتَغيثُ اِلَي اللهِ تَعَالَى، يَا مُحَمَّدُ يَا عَلِيُّ اَسْتَغيثُ بِكُمَا، يَا غَوْثَاهُ، بِاللهِ وَ بِمُحَمَّدٍ وَ عَلِيٍ وَ فَاطِمَة...َ
بِكُمْ اَتَوَسَّلُ اِلَي اللهِ تعالَى

Oxunuşu / Transkripsiya və İzahı

Rəvayət olunur ki, Allahdan bir hacətin olsa və bu hacət, səni sıxıntıya salsa, iki rükət namaz qıl. Namazın salamlarını dedikdən sonra üç təkbir de və həzrət Zəhranın (s) zikrini de. Daha sonra səcdəyə get və yüz dəfə “Ya məvlati, ya Fatimətu, əğisini” sözlərini de. Əvvəlcə üzünün sağ tərəfini, sonra isə sol tərəfini yerə qoy və yenə də yüz dəfə bu sözləri de. Sonra bir daha səcdəyə get və yüz on dəfə bu sözləri dedikdən sonra öz hacətini istə. Şübhəsiz ki, Allah taala sənin bu hacətini rəva edəcəkdir.
Müəllif deyir: Şeyx Həsən ibni Fəzl Təbərsi “Məkarimul-əxlaq” adlı kitabında buyurubdur: “Həzrət Fatimə Zəhranın (s.ə.) istiğasə namazı bu qaydadadır: İki rükət namaz qılırsan və namazdan sonra səcdəyə gedib, yüz dəfə “Ya Fatimətu” sözünü deyirsən. Əvvəlcə üzünün sağ tərəfini və sonra üzünün sol tərəfini yerə qoyub, yenə də yüz dəfə “Ya Fatimətu” sözünü deyirsən. Daha sonra bir daha səcdəyə gedib, yüz on dəfə bu sözü deyirsən. Sonunda bu duanı oxuyursan:
Ey hər bir şeyə əmin-amanlıq verən və hər bir şeyin Səndən qorxub çəkindiyi! Səndən hər bir şeyə verdiyin əmin-amanlıq və hər bir şeyin Səndən qorxusu ilə istəyirəm ki, Məhəmmədə salam yetirəsən, heç kimdən və heç bir şeydən qorxmamaq üçün özümə, əhli-əyalıma, malıma və övladlarıma əmin-amanlıq əta edəsən. Doğrudan da, Sən hər bir şeyə qadirsən.
Yenə də bu kitabda İmam Sadiqdən (ə) belə buyurduğu rəvayət olunur: “Sizlərdən hər biriniz Allah taalaya istiğasə eləmək istəsəniz, iki rükət namaz qılaraq səcdəyə gedib belə desin:
Ey Məhəmməd, ey Allahın Rəsulu! Ey Əli, ey mömin kişilər və qadınların sərvəri! Sizin vasitənizlə uca Allaha yalvarıb-yaxarıram. Ey Məhəmməd, ey Əli! Sizin vasitənizlə yardım diləyirəm. Ey Allah, ey Məhəmməd, ey Əli və ey Fatimə, fəryada yet!
Axıra qədər bütün imamların adlarını sayırsan və sonra deyirsən:
Mən sizin vasitənizlə uca Allaha təvəssül edirəm!

Azərbaycan Dili Tərcüməsi

Ya aminən min kulli şəy, və kulli şəy`in minkə xaifun həzir, əs`əlukə biəmnikə min kulli şəy, və xəvfə kulli şəy`in mink, ən tusəlliyə əla Muhəmməd, və ən tu`tiyəni əmanən linəfsi və əhli və mali və vələdi, hətta la əxafu əhədən və la əhzəru min şəy`in əbəda, innəkə əla kulli şəy`in qədir.
Ya Muhəmmədu ya rəsuləl-lah, ya Əliyyun ya səyyidəyil mu`minin vəl mu`minat, kəma əstəğisu iləllahi təala, ya Mu-həmmədu ya Əliyyu əstəğisu bikuma, ya ğəvsahu billahi və bi Muhəmmədin və Əliyyin və Fatimətə...
Bikum ətəvəssəlu iləllahi təala.
Əvvəlki: #432. İstiğasə namazı Bütün Dualar ↑ Növbəti: #434. Həzrət Höccətin (ə.c) namazı Cəmkəran məscidində qılınan namaz