Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#434

Həzrət Höccətin (ə.c) namazı Cəmkəran məscidində qılınan namaz

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Oxunuşu / Transkripsiya və İzahı

İmam Zaman (ə.c) namazını müqəddəs Qum şəhərinin bir fərsəxliyində yerləşən Cəmkaran məscidində qılırlar. Mərhum Şeyx “Nəcmus-saqib” adlı kitabının yeddinci fəslinin birinci hekayəsində bu müqəddəs məscidin tarixçəsini və İmam Zamanın (ə.c) gösətərişi ilə tikildiyini nəql edibdir. Bu hekayətdə deyilir ki, İmam Zaman (ə.c) Həsən Müslə Cəmkəraniyə buyurur: “Camaata çatdır ki, bu məkana rəğbət və ehtiram göstərsinlər. Bu məkanda dörd rükət namaz qılsınlar. Onlardan iki rükəti məscidin təhiyyət namazıdır və bu namazın hər bir rükətində bir dəfə “Həmd” surəsini və yeddi dəfə “İxlas” surəsini oxusunlar. Rükunun və səcdənin zikirlərini də yeddi dəfə desinlər. İki rükət də bu qaydada İmam Sahibəzzəman (ə.c) namazı qılsınlar: “Həmd” surəsini oxuyub, “İyyakə nə`budu və iyyakə nəstəin” ayəsinə yetişdikdə, bu ayəni yüz dəfə təkrar etsinlər. Sonra “Həmd” surəsini tamamlasınlar. İkinci rükəti də bu qayda ilə qılsınlar. Rüku və səcdələrin zikirlərini yeddi dəfə desinlər. Namazı qılıb, qurtardıqdan sonra “Təhlil” (La ilahə illəllah) deyib, Hz. Zəhranın (s) təsbih zikrini desinlər. Zikirlərdən sonra səcdəyə gedib, Məhəmməd və ali Məhəmmədə (s.ə.s.) yüz salavat çevirsinlər.” Bu cümləni İmam Zaman (ə.c) buyurubdur: “Fəmən səllahuma fəkəənnəma səlla fil bəytil ətiq.” Hər kəs bu iki rükət namazı qılsa, sanki Kəbə evində namaz qılmışdır.
Əvvəlki: #433. Həzrət Fatimə Zəhraya (s) istiğasə namazı Bütün Dualar ↑ Növbəti: #435. İmam Zamanın (ə.c) başqa bir namazı