Orijinal Ərəbcə Mətni
السَّلامُ عَلَيْكَ يَا أَبَا عَبْدِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ فِي أَرْضِهِ وَ شَاهِدَهُ عَلَى خَلْقِهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ عَلِيٍّ الْمُرْتَضَى السَّلامُ عَلَيْكَ يَا ابْنَ فَاطِمَةَ الزَّهْرَاءِ أَشْهَدُ أَنَّكَ قَدْ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ وَ جَاهَدْتَ فِي سَبِيلِ اللَّهِ حَتَّى أَتَاكَ الْيَقِينُ فَصَلَّى اللَّهُ عَلَيْكَ حَيّا وَ مَيِّتا أَشْهَدُ أَنَّكَ عَلَى بَيِّنَةٍ مِنْ رَبِّكَ جِئْتُ مُقِرّا بِالذُّنُوبِ لِتَشْفَعَ لِي عِنْدَ رَبِّكَ يَا ابْنَ رَسُولِ اللَّهِ أَشْهَدُ أَنَّكُمْ حُجَجُ اللَّهِ اكْتُبْ لِي عِنْدَكَ مِيثَاقا وَ عَهْدا إِنِّي أَتَيْتُكَ مُجَدِّدا الْمِيثَاقَ فَاشْهَدْ لِي عِنْدَ رَبِّكَ اِنَّكَ أَنْتَ الشَّاهِدُ
Oxunuşu / Transkripsiya və İzahı
Şeyx Kuleyni imam Əli Nəqidən (ə) nəql edir ki, o həzrət belə buyurub: “İmam Hüseynin (ə) məzarı kənarında bu ziyarətnaməni oxu:
Salam olsun sənə, ey Əba-Əbdillah! Salam olsun sənə, ey Allahın yer üzündəki höccəti və məxluqatına şahidi! Salam olsun sənə, ey Rəsulullahın övladı! Salam olsun sənə, ey Əli Mürtəzanın oğlu! Salam olsun sənə, ey Fatimeyi-Zəhranın oğlu! Şəhadət verirəm ki, həqiqətən, sən şəhadətə qovuşana qədər namazı bərpa etdin, zəkat verdin, (insanları) yaxşılıqlara dəvət etdin, pisliklərdən çəkindirdin və Allah yolunda layiqincə cihad etdin! Diri və şəhid ikən Allahın salamı olsun sənə!
Sonra sağ yanağını qəbrin üzərinə qoyub de:
Şəhadət verirəm ki, həqiqətən, sənin (öz işlərinlə bağlı) Rəbbin tərəfindən aydın dəlil və sübutun var idi! Ey Rəsulullahın övladı, mən günahlarımı iqrar etdiyim halda, hüzuruna gəlmişəm ki, Rəbbinin dərgahında mənə şəfaət edəsən!
Sonra imamların hər birinin adını çəkə-çəkə de:
Şəhadət verirəm ki, həqiqətən, siz Allahın höccətlərisiniz!
Daha sonra bu cümləni de:
Öz yanında mənim üçün əhd-peyman yaz! Mən həmin əhd-peymanı yeniləmək üçün hüzuruna gəlmişəm. Elə isə Rəbbinin dərgahında mənim xeyrimə şəhadət ver ki, həqiqətən, sən (Allah dərgahında) şahidsən!
Azərbaycan Dili Tərcüməsi
Əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu ələykə ya huccətəllahi fi ərzihi və şahidəhu əla xəlqih, Əssəlamu ələykə yəbnə Rəsulillah, Əssəlamu ələykə yəbnə Əliyyinil Murtəza, əssəlamu ələykə yəbnə Fatimətəz Zəhra, əşhədu ənnəkə qəd əqəmtəs səlatə və atəytəz zəkatə və əmərtə bil mə`ruf və nəhəytə ənil munkər, və cahədtə fi səbilillah hətta ətakəl yəqin. fə səlləllahu ələykə həyyən və məyyita.
Əşhədu ənnəkə əla bəyyi-nətin min rəbbikə ci`tu mu-qirrən biz zunubi litəşfəu li ində rəbbik, yəbnə Rəsulillah.
Əşhədu ənnəkum hucəcullah.
Uktub li indəkə misaqən və əhda, inni ətəytukə mucəd-didənil misaq, fəşhəd li ində rəbbikə əntəş şahid.