Orijinal Ərəbcə Mətni
السَّلامُ عَلَيْكَ يَا وَارِثَ آدَمَ صَفْوَةِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ نُوحٍ نَبِيِّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ إِبْرَاهِيمَ خَلِيلِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ مُوسَى كَلِيمِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ عِيسَى رُوحِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ مُحَمَّدٍ سَيِّدِ رُسُلِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ عَلِيٍّ أَمِيرِ الْمُؤْمِنِينَ وَ خَيْرِ الْوَصِيِّينَ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ الْحَسَنِ الرَّضِيِّ الطَّاهِرِ الرَّاضِي الْمَرْضِيِّ السَّلامُ عَلَيْكَ أَيُّهَا الصِّدِّيقُ الْأَكْبَرُ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْوَصِيُّ الْبَرُّ التَّقِيُّ السَّلامُ عَلَيْكَ وَ عَلَى الْأَرْوَاحِ الَّتِي حَلَّتْ بِفِنَائِكَ وَ أَنَاخَتْ بِرَحْلِكَ السَّلامُ عَلَيْكَ وَ عَلَى الْمَلائِكَةِ الْحَافِّينَ بِكَ أَشْهَدُ أَنَّكَ قَدْ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ وَ جَاهَدْتَ الْمُلْحِدِينَ وَ عَبَدْتَ اللَّهَ حَتَّى أَتَاكَ الْيَقِينُ السَّلامُ عَلَيْكَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ
السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ فِي أَرْضِهِ
Oxunuşu / Transkripsiya və İzahı
Seyid ibni Tavus bu müxtəsər ziyarəti “Məzar” adlı kitabında nəql etmişdir. Bu ziyarətnamənin böyük savabı vardır. Ziyarətnamə belədir: Cabir Cofi nəql edir ki, imam Sadiq (ə) ona buyurdu: “Sizinlə imam Hüseynin (ə) qəbri arasında nə qədər məsafə vardır?” Mən dedim: “ Bir gündən bir az çox”. O həzrət buyurdu: “ İmamın ziyarətinə gedirsiniz?”
-Bəli.
-İstəyirsən ki, səni sevindirim və sənə bu ziyarətin savabı ilə bəşarət verim?”
-Bəli, canım sizə fəda olsun.
-Sizlərdən hər biriniz o həzrəti ziyarət etmək qərarına gəldikdə, göy əhli bir-birinə müжdə verər. Ziyarətə yola düşən şəxs imam Hüeynin(ə) qəbrinə yetişənədək, istər payi-piyada, istərsə də miniklə olsun, Allah taala min mələyə ona salam gndərməyi əmr edər. Sonra imam Sadiq (ə) buyurdu: “İmam Hüseynin (ə) ziyarətgahının qapısında dayanıb bu sözləri de! Şübhəsiz ki, bu sözlərin hər birinin müqabilində ilahi rəhmətə nail olarsan.” Mən soruşdum:” Canım sizə fəda olsun, o hansı sözlərdir?”. O, buyurdu:
Salam olsun sənə, ey Allahın seçdiyi Adəmin varisi! Salam olsun sənə, ey Allahın peyğəmbəri Nuhun varisi! Salam olsun sənə, ey Allahın dostu İbrahimin varisi! Salam olsun sənə, ey Allahla həmsöhbət olan Musanın varisi! Salam olsun sənə, ey Allahın ruhu İsanın varisi! Salam olsun sənə, ey Allahın elçilərinin sərvəri Məhəmmədin varisi! Salam olsun sənə, ey Əmirəlmöminin Əli və vəsilərin ən yaxşısının varisi! Salam olsun sənə, ey bəyənilmiş, pak, Allahdan razı olan və Allahın da ondan razı olduğu Həsənin varisi! Salam olsun sənə, ey böyük “siddiq” (düzdanışan)! Salam olsun sənə, ey xeyirxah və təqvalı vəsi! Salam olsun sənə və sənin türbənə nazil olub kənarında yaşayan (dəfn olunan) ruhlara! Salam olsun sənə və sənin ətrafına toplaşan ilahi mələklərə! Şəhadət verirəm ki, həqiqətən, sən əbədiyyətə qovuşana qədər namazı bərpa etdin, zəkat verdin, (insanları) yaxşılıqlara dəvət etdin, pisliklərdən çəkindirdin, dinsizlərlə mübarizə apardın və Allaha ibadət etdin. Salam olsun sənə! Allahın rəhmət və bərəkətləri olsun sənə!
Sonra imamın pak qəbrinə tərəf get. Addığın hər addıma Allah yolunda ölən və qanını bürünən şəhidin savabı yazılar. Qəbrə yetişib, dayan və əlini ona sürtüb de:
Salam olsun sənə, ey Allahın yer üzündəki höccəti!
Sonra namaza hazırlaş. O həzrətin qəbri kənarında qılınan namazın hər bir rükətinə min həcc ziyaratinin savabı, min ümrə ziyarətinin savabı , min qul azad etməyin və haqq peyğəmbərlə min dəfə həmnişin olan şəxsin savabı yazılar.Müfəzzəl ibni Ömər bu rəvayəti “İmam Hüseynin ziyarəti qaydaları” fəslində kiçik bir fərqlə qeyd etmişdir.
Azərbaycan Dili Tərcüməsi
Əssəlamu ələykə ya varisə Adəmə səfvətillah, əssəlamu ələykə ya varisə Nuhin nə-biyyillah, əssəlamu ələykə ya varisə İbrahimə xəlilillah, əssəlamu ələykə ya varisə Mu-sa kəlimillah, əssəlamu ələykə ya varisə İsa ruhillah, əssəlamu ələykə ya varisə Muhəmmədin səyyidi rusulillah, əssəlamu ələykə ya varisə Əliyyin əmiril mu`minin və xəyril vəsiyyin, əssəlamu ələykə ya varisəl Həsənir rə-ziyyit tahirir razil mərziyy, əssəlamu ələykə əyyuhəs siddiqul əkbər, əssəlamu ələykə əyyuhəl vəsiyyul bərrut təqiyy, Əssəlamu ələykə və ələl ərvahilləti həllət bifinaik və ənaxət birəhlik, əssəlamu ələy-kə və ələl məlaikətil haffin bik, əşhədu ənnəkə qəd əqəmtəs səlatə və atəytəz zəkah, və əmərtə bil mə`ruf və nəhəytə ənil munkər və cahədtəl mulhidin, və əbədtəllahə hətta ətakəl yəqin, əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh.
Əssəlamu ələykə ya huc-cətəllahi fi ərzih.