Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#359

İmam Əli ibni Məhəmmədə (ə) salavat

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Orijinal Ərəbcə Mətni

اللَّهُمَّ صَلِّ عَلَى عَلِيِّ بْنِ مُحَمَّدٍ وَصِيِّ الْأَوْصِيَاءِ وَ إِمَامِ الْأَتْقِيَاءِ وَ خَلَفِ أَئِمَّةِ الدِّينِ وَ الْحُجَّةِ عَلَى الْخَلائِقِ أَجْمَعِينَ اللَّهُمَّ كَمَا جَعَلْتَهُ نُورا يَسْتَضِي‏ءُ بِهِ الْمُؤْمِنُونَ فَبَشَّرَ بِالْجَزِيلِ مِنْ ثَوَابِكَ وَ أَنْذَرَ بِالْأَلِيمِ مِنْ عِقَابِكَ وَ حَذَّرَ بَأْسَكَ وَ ذَكَّرَ بِآيَاتِكَ وَ أَحَلَّ حَلالَكَ وَ حَرَّمَ حَرَامَكَ وَ بَيَّنَ شَرَائِعَكَ وَ فَرَائِضَكَ وَ حَضَّ عَلَى عِبَادَتِكَ وَ أَمَرَ بِطَاعَتِكَ وَ نَهَى عَنْ مَعْصِيَتِكَ فَصَلِّ عَلَيْهِ أَفْضَلَ مَا صَلَّيْتَ عَلَى أَحَدٍ مِنْ أَوْلِيَائِكَ وَ ذُرِّيَّةِ أَنْبِيَائِكَ يَا إِلَهَ الْعَالَمِينَ

Oxunuşu / Transkripsiya və İzahı

İlahi, canişinlərin canişini, təqvalıların imamı, din rəhbərlərinin yadigarı və bütün məxluqata höccət olan Əli ibn Məhəmmədə salam yetir! İlahi, onu möminlərə parlaq çıraq seçdiyin və o da onları böyük mükafatla müjdələdiyi, ağır əzabın və cəzalarınla qorxutduğu, onlara Sənin günlərini xatırladığı, halalını halal, haramını isə haram bildiyi, Sənin şəriətini və vacib buyurduğun əməlləri bəyan etdiyi, onları Sənə ibadətə rəğbətləndirdiyi, itaətinə əmr etdiyi və Sənə itaətsizlikdən çəkindirdiyi kimi, dostlarından və peyğəmbərlərinin övladlarından birinə göndərdiyin salamın ən üstün və fəzilətlisini ona da göndər, ey aləmlərin məbudu!
Bu salavatı rəvayət edən şəxs Əbu Məhəmməd Yəməni dedi: “Həzrət İmam Həsən Əskəri (ə), atası İmam Hadiyə (ə) göndərilən salavatı öyrədib, növbə özünə yetişdikdə sükut etdi (çünki bu salavatları İmam Həsən Əskəri özü raviyə öyrədirdi). Mən, o həzrətə ərz etdim: “O biri imamlara da göndərilən salavatı təlim ediniz.” O, buyurdu: “Əgər bu təlimlər, bizim dini vəzifəmiz olmasaydı və Allah taala, bu təlimləri öz əhlinə çatdırmağı bizə göstəriş verməsəydi, şübhəsiz ki, sükut edərdim. Lakin dini bir təlim olduğu üçün yaz!

Azərbaycan Dili Tərcüməsi

Əllahummə səlli əla Əliyyib-ni Muhəmmədin vəsiyyil əvsiyai və imamil ətqiya, və xələfi əimmətid dini vəl huccəti ələl xəlaiqi əcməin, Əllahummə kəma cəəltəhu nurən yəstəziu bihil mu`minun, fəbəşşərə bil cəzili min səvabikə və ənzərə bil əlimi min iqabik, və həzzərə bə`səkə və zəkkərə biayatik, və əhəllə həlaləkə və hərrəmə hə-ramək, və bəyyənə şərayiəkə və fərayizək, və həzzə əla iba-dətikə və əmərə bitaətikə və nəha ən mə`siyətik, fəsəlli ələyhi əfzələ ma səlləytə əla əhədin min əvliyaikə və zurriyyəti ənbiyaik, ya ilahəl aləmin.
Əvvəlki: #358. İmam Məhəmməd ibni Əli ibni Musaya (ə) salavat Bütün Dualar ↑ Növbəti: #360. İmam Həsən ibni Əli ibni Məhəmmədə (ə) salavat