Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#352

İmam Həsən və İmam Hüseynə (ə) salavat

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Orijinal Ərəbcə Mətni

اللَّهُمَّ صَلِّ عَلَى الْحَسَنِ وَ الْحُسَيْنِ عَبْدَيْكَ وَ وَلِيَّيْكَ وَ ابْنَيْ رَسُولِكَ وَ سِبْطَيِ الرَّحْمَةِ وَ سَيِّدَيْ شَبَابِ أَهْلِ الْجَنَّةِ أَفْضَلَ مَا صَلَّيْتَ عَلَى أَحَدٍ مِنْ أَوْلادِ النَّبِيِّينَ وَ الْمُرْسَلِينَ اللَّهُمَّ صَلِّ عَلَى الْحَسَنِ بْنِ سَيِّدِ النَّبِيِّينَ وَ وَصِيِّ أَمِيرِ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدِ الْوَصِيِّينَ أَشْهَدُ أَنَّكَ يَا ابْنَ أَمِيرِ الْمُؤْمِنِينَ أَمِينُ اللَّهِ وَ ابْنُ أَمِينِهِ عِشْتَ مَظْلُوما وَ مَضَيْتَ شَهِيدا وَ أَشْهَدُ أَنَّكَ الْإِمَامُ الزَّكِيُّ الْهَادِي الْمَهْدِيُّ اللَّهُمَّ صَلِّ عَلَيْهِ وَ بَلِّغْ رُوحَهُ وَ جَسَدَهُ عَنِّي فِي هَذِهِ السَّاعَةِ أَفْضَلَ التَّحِيَّةِ وَ السَّلامِ اللَّهُمَّ صَلِّ عَلَى الْحُسَيْنِ بْنِ عَلِيٍّ الْمَظْلُومِ الشَّهِيدِ قَتِيلِ الْكَفَرَةِ وَ طَرِيحِ الْفَجَرَةِ السَّلامُ عَلَيْكَ يَا أَبَا عَبْدِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ أَمِيرِ الْمُؤْمِنِينَ أَشْهَدُ مُوقِنا أَنَّكَ أَمِينُ اللَّهِ وَ ابْنُ أَمِينِهِ قُتِلْتَ مَظْلُوما وَ مَضَيْتَ شَهِيدا وَ أَشْهَدُ أَنَّ اللَّهَ تَعَالَى الطَّالِبُ بِثَارِكَ وَ مُنْجِزٌ مَا وَعَدَكَ مِنَ النَّصْرِ وَ التَّأْيِيدِ فِي هَلاكِ عَدُوِّكَ وَ إِظْهَارِ دَعْوَتِكَ وَ أَشَهَدُ أَنَّكَ وَفَيْتَ بِعَهْدِ اللَّهِ وَ جَاهَدْتَ فِي سَبِيلِ اللَّهِ وَ عَبَدْتَ اللَّهَ مُخْلِصا حَتَّى أَتَاكَ الْيَقِينُ لَعَنَ اللَّهُ أُمَّةً قَتَلَتْكَ وَ لَعَنَ اللَّهُ أُمَّةً خَذَلَتْكَ وَ لَعَنَ اللَّهُ أُمَّةً أَلَبَّتْ عَلَيْكَ وَ أَبْرَأُ إِلَى اللَّهِ تَعَالَى مِمَّنْ أَكْذَبَكَ وَ اسْتَخَفَّ بِحَقِّكَ وَ اسْتَحَلَّ دَمَكَ بِأَبِي أَنْتَ وَ أُمِّي يَا أَبَا عَبْدِ اللَّهِ لَعَنَ اللَّهُ قَاتِلَكَ وَ لَعَنَ اللَّهُ خَاذِلَكَ وَ لَعَنَ اللَّهُ مَنْ سَمِعَ وَاعِيَتَكَ فَلَمْ يُجِبْكَ وَ لَمْ يَنْصُرْكَ وَ لَعَنَ اللَّهُ مَنْ سَبَى نِسَاءَكَ أَنَا إِلَى اللَّهِ مِنْهُمْ بَرِي‏ءٌ وَ مِمَّنْ وَالاهُمْ وَ مَالَأَهُمْ وَ أَعَانَهُمْ عَلَيْهِ وَ أَشْهَدُ أَنَّكَ وَ الْأَئِمَّةَ مِنْ وُلْدِكَ كَلِمَةُ التَّقْوَى وَ بَابُ الْهُدَى وَ الْعُرْوَةُ الْوُثْقَي وَ الْحُجَّةُ عَلَى أَهْلِ الدُّنْيَا وَ أَشْهَدُ أَنِّي بِكُمْ مُؤْمِنٌ وَ بِمَنْزِلَتِكُمْ مُوقِنٌ وَ لَكُمْ تَابِعٌ بِذَاتِ نَفْسِي وَ شَرَائِعِ دِينِي وَ خَوَاتِيمِ عَمَلِي وَ مُنْقَلَبِي فِي دُنْيَايَ وَ آخِرَتِي

Oxunuşu / Transkripsiya və İzahı

İlahi, Sənin bəndələrin, nümayəndələrin, Rəsulunun övladları, rəhmət Peyğəmbərinin nəvələri və cənnət əhlinin cavanlarının sərvərlərinə slam göndər; elə bir salam ki, peyğəmbər və elçilərin övladlarından birinə göndərdiyin salam və salavatdan üstün və fəzilətli olsun! İlahi, peyğəmbərlərinin sərvərinin övladı və Əmirəlmömininin canişini Həsənə salam yetir! Salam olsun sənə, ey Rəsulullahın övladı! Salam olsun sənə, ey vəsilərin sərvərinin oğlu! Ey Əmirəlmömininin oğlu, şəhadət verirəm ki, həqiqətən, sən Allahın əmanətdarı və əmanətdarının oğlusan, məzlumanə yaşadın və dünyadan şəhid köçdün! Şəhadət verirəm ki, sən pak-pakizə, hidayət edən və hidayət olunan imamsan. İlahi, ona salam yetir və mənim tərəfimdən də elə bu saat onun ruhu və cəsədinə ən yaxşı salam və salavat göndər! İlahi, məzlum, şəhid, kafirlərin əlilə qətlə yetirilən və fasiqlərin vasitəsilə torpağa düşən Hüseyn ibn Əliyə salam yetir! Salam olsun sənə, ey Əbu Əbdullah! Salam olsun sənə, ey Rəsulullahın övladı! Salam olsun sənə, ey Əmirəlmöminin oğlu! Yəqinliklə şəhadət verirəm ki, sən Allahın əmanətdarı və əmanətdarının oğlusan! Məzlumcasına qətlə yetirildin və dünyadan şəhid köçdün. Şəhadət verirəm ki, həqiqətən, Allah-Taala sənin intiqamını alacaq və sənə yardım etmək, düşmənini həlak və dəvətini aşkar etməklə bağlı verdiyi vədini gerçəkləşdirəcək. Şəhadət verirəm ki, sən şəhadətə çatdığın vaxta qədər Allahın əhdinə sadiq qaldın, Allahın yolunda cihad etdin və Ona ixlasla ibadət etdin. Allah səni qətlə yetirən camaata lənət etsin! Allah səni xar edən camaata lənət etsin! Allah başqalarını sənin əleyhinə qaldıran camaata lənət etsin! Mən Allahın dərgahında səni təkzib edən, haqqına etinasız yanaşan və qanını halal bilənlərə öz nifrətimi bildirirəm. Ata-anam sənə fəda olsun, ey Əbu Əbdullah! Allah sənin qatilinə lənət etsin! Allah səni xar edənlərə lənət etsin! Allah sənin fəryadını eşidib cavab verməyən və sənə yardım etməyənlərə lənət etsin! Allah sənin qadınlarını əsir tutanlara lənət etsin! Mən Allahın dərgahında onlara, onları sevənlərə, onlarla həmkarlıq edənlərə və onlara yardım edənlərə nifrət bəsləyirəm. Şəhadət verirəm ki, sən və sənin övladlarından olan imamlar təqva kəlməsi (pəhrizkarlıq həqiqəti), hidayət qapısı, möhkəm kəndir və dünya əhalisi üzərindəki höccətsən! Şəhadət verirəm ki, mənim sizə imanım və uca məqamınıza etiqadım var, öz canım, dinimin qanunları, işlərimin sonu, dünya və axirətdə dönüşümlə sizə tabeyəm!

Azərbaycan Dili Tərcüməsi

Əllahummə səlli ələl Həsəni vəl Husəyni əbdəykə və vəliy-yəykə vəbnəy rəsulək, və sib-təyir rəhməti və səyyidəy şəba-bi əhlil cənnəh, əfzələ ma səl-ləytə əla əhədin min əvladin nəbiyyinə vəl mursəlin, Əlla-hummə səlli ələl Həsənibni səy-yidin nəbiyyin, və vəsiyyi əmi-ril mu`minin, əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əşhədu ənnəkə yəbnə əmiril mu`mininə əminullahi vəbnu əminih, iştə məzlumən və mə-zəytə şəhida, və əşhədu ənnəkəl imamuz zəkiyyul hadil məh-diyy, Əllahummə səlli ələyhi və bəlliğ ruhəhu və cəsədəhu ənni fi hazihis saəh, əfzələt təhiyyəti vəs səlam, Əllahummə səlli ələl Husəynibni Əliyyinil məzlumiş şəhidi qətilil kəfərəti və tərihil fəcərəh, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələy-kə yəbnə əmiril mu`minin, əşhədu muqinən ənnəkə əmi-nullahi vəbnu əminih, qutiltə məzlumən və məzəytə şəhida, və əşhədu ənnəllahə təalət tali-bu bisarikə və muncizun ma vəədəkə minən nəsr, vət tə`yidi fi həlaki əduvvikə və izhari də`vətik, və əşhədu ənnəkə və-fəytə biəhdillahi və cahədtə fi səbilillah, və əbədtəllahə mux-lisən hətta ətakəl yəqin, ləə-nəllahu ummətən qətələtkə və ləənəllahu ummətən xəzələtk, və ləənəllahu ummətən ələbbət ələykə və əbrəu iləllahi təala mimmən əkzəbəkə vəstəxəffə bihəqqikə vəstəhəllə dəmək, biəbi əntə və ummi ya Əba Əbdillah, ləənəllahu qatiləkə və ləənəllahu xaziləkə və ləə-nəllahu mən səmiə vaiyətək, fələm yucibkə və ləm yənsurk, və ləənəllahu mən səba nisaəkə ənə iləllahi minhum bəriun və mimmən valahum, və maləə-hum və əanəhum ələyh, və əş-hədu ənnəkə vəl əimmətə min vuldikə kəlimətut təqva və babul huda, vəl urvətul vusqa vəl həccətu əla əhlid dunya, və əşhədu ənni bikum mu`min, və bimənzilətikum muqin, və lə-kum tabiun bizati nəfsi və şəra-yii dini, və xəvatimi əməli və munqələbi fi dunyayə və axirəh.
Əvvəlki: #351. Həzrət Fatimə Zəhraya (s) salavat Bütün Dualar ↑ Növbəti: #353. İmam Əli ibni Hüseynə (ə) salavat