Oxunuşu / Transkripsiya və İzahı
“Dəhvul-ərz”gecəsidir. Yəni yerin suda, Kəbə evinin altından salınması. Çox şərafətli gecələrdən biridir. İlahi rəhmət yerə nazil olar. İbadətlə məşğul olmağın böyük savabı vardır. Həsən ibn Əli Vəşşa bir rəvayətdə belə deyir: “Mən uşaq ikən atamla həzrət İmam Rzanın (ə) xidmətində, zilqədənin 25-i şam yeyirdik. İmam belə buyurdu: “Bu gün İbrahim və İsa peyğəmbər anadan olmuşlar. Kəbə evinin altından yer salınmışdır. Hər kəs oruc tutsa, orucu altmış ayın orucuna bərabərdir.” Başqa rəvayətə görə, İmam Zaman (ə.c.) bu gündə qiyam edəcək.