Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#218

İyirmi beşinci gün “Dəhvül-ərz” günü

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Orijinal Ərəbcə Mətni

لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ
يَا مُقِيلَ الْعَثَرَاتِ أَقِلْنِي عَثْرَتِي يَا مُجِيبَ الدَّعَوَاتِ أَجِبْ دَعْوَتِي يَا سَامِعَ الْأَصْوَاتِ اسْمَعْ صَوْتِي وَ ارْحَمْنِي وَ تَجَاوَزْ عَنْ سَيِّئَاتِي وَ مَا عِنْدِي يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ

Oxunuşu / Transkripsiya və İzahı

“Dəhvul-ərz” günüdür. İlin orucunun ən çox savabı olan dörd günündən biridir. Bir rəvayətə görə, orucu yetmiş ilin orucu ilə bərabərdir. Başqa rəvayətə görə, yetmiş ilin kəffarəsidir. Hər kəs gündüzünü oruc tutsa, gecəsini ibadətlə başa vursa, onun üçün yüz ilin ibadəti yazılar. Bu günü oruc tutan şəxs üçün, yerlə göy arasında olanların hamısı istiğfar edərlər. Bu gün Allahın rəhmətinin paylanan günüdür. Bu gündə ibadətin və Allahın zikri üçün toplaşmağın böyük savabı vardır. Bu gün üçün oruc, ibadət, Allahın zikri və qüsllərdən başqa iki əməl də yazılmışdır:
1. Qum şiələrinin kitablarında gələn iki rükət namaz və bu namaz, zöhrə bir az qalmış qılınır. Hər rükətdə “Həmd”dən sonra beş dəfə “Şəms” surəsini oxumaq lazımdı. Salamdan sonra isə desin:
Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur!
Sonra dua edib oxu:
Ey xətalardan keçən, mənim yanlışlıqlarımdan keç! Ey duaları qəbul edən, duamı qəbul et! Ey səsləri eşidən, səsimi eşit, mənə rəhm et, pisliklərimi bağışla, ey əzəmət və ehsan sahibi!

Azərbaycan Dili Tərcüməsi

La həvlə və la quvvətə illa billahil əliyyil əzim.
Ya muqiləl əsərati əqilni əsrəti, ya mucibəd dəəvati əcib də`vəti, ya samiəl əsvati ismə` səvti, vərhəmni və təcavəz ən səyyiati, və ma indi ya zəl cəlali vəl ikram.
Əvvəlki: #217. İyirmi beşinci gecə Bütün Dualar ↑ Növbəti: #219. “Dəhvül-ərz” duası