Orijinal Ərəbcə Mətni
اللَّهُ اللَّهُ رَبِّي لا أُشْرِكُ بِهِ شَيْئا وَ لا أَتَّخِذُ مِنْ دُونِهِ وَلِيّا سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ اللَّهُ اللَّهُ رَبِّي لا أُشْرِكُ بِهِ شَيْئا وَ مَا شَاءَ اللَّهُ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ
Oxunuşu / Transkripsiya və İzahı
Çox şərafətli gecədir və onda bir neçə əməl var;
1. Qüsl almaq
2. Gecəni oyaq qalmaq ( Əllamə Məclisinin buyurduğuna əsasən)
3. İmam Hüseynin(ə) ziyarəti
4. Altı rükət namaz (on üçüncü gecədə deyildi)
5. Otuz rükət namaz. Hər rükətdə “Həmd”dən sonra on dəfə “İxlas”surəsini oxumaq. Bu namazı İbni Tavus peyğəmbərdən çoxlu fəzilətlə nəql edib.
6. On iki rükət (iki-iki) namaz. Hər rükətdə “Həmd”, “İxlas”, “Fələq”,”Nas” və “Ayətəl-kürsi”ni bir dəfə, “Qədr”surəsini isə dörd dəfə oxumaq lazımdır. Salamları dedikdən sonra dörd dəfə deyin:
Allah mənim Rəbbimdir. Mən ona heç bir şeyi şərik qoşmur və Ondan başqasına özümə dost (hami) seçmərəm.
Sonra ürəyin nə istəsə oxu. Bu Seyidin İmam Sadiqdən(ə) nəql etdiyi namazdır. Amma Kəfəmi “Misbah”da yazır; Davud ibn Sərhan İmam Sadiqin(ə) belə buyurduğunu nəql edir: Rəcəb ayının orta gecəsində on iki rükət namaz qılırsan, hər rükətdə Həmd surəni oxuyub namazı qurtardıqdan sonra “Həmd”, “Fələq”, “Nas”,”İxlas” surələrini və “Ayətəl-kürsi”ni dörd dəfə oxuyursan. Sonra dörd dəfə deyirsən:
Allah pak və bütün eyiblərdən uzaqdır. Həmd-səna Allaha məxsusdur. Allahdan başqa heç bir tanrı yoxdur. Allah böyükdür.
Sonra deyirsən:
Allah mənim Rəbbimdir. Mən ona heç bir şeyi şərik qoşmuram. Allah nə istəsə (o da olar). Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur.
Eynilə bu əməlləri iyirmi yeddinci gecə də yerinə yetirirsən.
Azərbaycan Dili Tərcüməsi
Əllahu Əllahu rəbbi la uşri-ku bihi şəy`a, və la əttəxizu min dunihi vəliyya.
Subhanəlləhi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər.
Əllahu Əllahu rəbbi la uş-riku bihi şəy`a, və ma şaəllahu la quvvətə illa billahil əliyyil əzim.