Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#157

On beşinci gün

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Orijinal Ərəbcə Mətni

اللَّهُمَّ يَا مُذِلَّ كُلِّ جَبَّارٍ وَ يَا مُعِزَّ الْمُؤْمِنِينَ أَنْتَ كَهْفِي حِينَ تُعْيِينِي الْمَذَاهِبُ وَ أَنْتَ بَارِئُ خَلْقِي رَحْمَةً بِي وَ قَدْ كُنْتَ عَنْ خَلْقِي غَنِيّا وَ لَوْ لا رَحْمَتُكَ لَكُنْتُ مِنَ الْهَالِكِينَ وَ أَنْتَ مُؤَيِّدِي بِالنَّصْرِ عَلَى أَعْدَائِي وَ لَوْ لا نَصْرُكَ إِيَّايَ لَكُنْتُ مِنَ الْمَفْضُوحِينَ يَا مُرْسِلَ الرَّحْمَةِ مِنْ مَعَادِنِهَا وَ مُنْشِئَ الْبَرَكَةِ مِنْ مَوَاضِعِهَا يَا مَنْ خَصَّ نَفْسَهُ بِالشُّمُوخِ وَ الرِّفْعَةِ فَأَوْلِيَاؤُهُ بِعِزِّهِ يَتَعَزَّزُونَ وَ يَا مَنْ وَضَعَتْ لَهُ الْمُلُوكُ نِيرَ الْمَذَلَّةِ عَلَى أَعْنَاقِهِمْ فَهُمْ مِنْ سَطَوَاتِهِ خَائِفُونَ أَسْأَلُكَ بِكَيْنُونِيَّتِكَ الَّتِي اشْتَقَقْتَهَا مِنْ كِبْرِيَائِكَ وَ أَسْأَلُكَ بِكِبْرِيَائِكَ الَّتِي اشْتَقَقْتَهَا مِنْ عِزَّتِكَ وَ أَسْأَلُكَ بِعِزَّتِكَ الَّتِي اسْتَوَيْتَ بِهَا عَلَى عَرْشِكَ فَخَلَقْتَ بِهَا جَمِيعَ خَلْقِكَ فَهُمْ لَكَ مُذْعِنُونَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ أَهْلِ بَيْتِهِ

Oxunuşu / Transkripsiya və İzahı

Çox bərəkətli gündür. Onda bir neçə əməl var;
1. Qüsl almaq
2. İmam Hüseynin(ə) ziyarəti, İbni Əbu Nəsrdən belə deyir: “İmam Rzadan(ə) İmam Hüseyni(ə) hansı ayda ziyarət etmək haqqında soruşdum. Həzrət belə buyurdu: “Rəcəb və Şəban aylarının ortalarında.”
3. Salmanın namazı (qabaqkı günlərdə qeyd olundu)
4. Dörd rükət namaz qılsın və salamlardan sonra əllərini açıb desin:
İlahi, ey zalımları xar edən və ey möminlərə izzət verən! Yollar məni yorduqda, Sənsən mənim pənahım. Xilqətimdən ehtiyacsız olduğun halda, Sən məni lütf və rəhmətinlə yaratdın. Əgər lütf və rəhmətin mənə şamil olmasaydı, şübhəsiz ki, həlakətə yetənlərdən olardım. Sən Öz yardımınla məni düşmənlərimə qalib etdin və əgər yardımın olmasaydı, şübhəsiz ki, (onların müqabilində) rüsvay olardım. Ey rəhmət mədənlərindən rəhmət göndərən və bərəkət mənbələrindən bərəkət çıxaran, ey Öz zatını böyük və uca məqama məxsus edən! Beləcə, Onun dostları izzəti ilə ucalır, ey padşahların Onun böyüklüyü müqabilində zəlillik boyunduruğunu boynuna keçirən, onlar Sənin heybətindən qorxurlar. (İlahi,) böyüklüyündən ayrılan zatının dərinliyinə xatir Səndən istəyirəm! İzzət və qüdrətindən ayrılan böyüklüyünə xatir Səndən istəyirəm. Ərşinə hakim kəsilən və onunla bütün məxluqatı yaratdığın izzət və qüdrətinə xatir Səndən istəyirəm. Hamı Sənin Allah, özünün isə bəndə olmasını etiraf edir ki, Məhəmməd və onun Əhli-beytinə salam yetirəsən!
Rəvayətdə deyilir ki, hər qəm-qüssəsi olan şəxs bu duanı oxusa, qəm-qüssəsini aradan aparar.
5. Ummu-Davud əməli bu günün əsas əməllərindən sayılır. Bu əməl hacətlərin rəva olmasında, çətinliklərin aradan qaldırılmasında və zalımlərın zülmündən müdafiə olmaqda təsirlidir. Kəfəmi “Misbah”da bu əməli belə yazır; Əgər istəsən bu əməli yerinə yetirəsən 13, 14 və 15-ci günləri oruc tut. Sonra 15-ci gün zöhr namazına yaxın qüsl al və azan olduqda zöhr və əsr namazlarını xəlvət yerdə yüksək hüzurla, elə ki, səni heç nə namazdan yayındırmasın və heç kəslə söhbət etməyəsən. Namazı qurtardıqdan sonra üzü qibləyə “Həmd” surəsini yüz dəfə, “İxlas” surəsini yüz dəfə, ”Ayətəl-kürsi” ni on dəfə, ondan sonra “Ənam”, ”Bəni-İsra¬il”, “Kəhf”, “Loqman”, “Ya¬sin”, ”Saf¬fat”, ”Fus¬silət”, ”Şura”, ”Duxan”, ”Fəth”, ”Vaqiə”, ”Mulk”, ”Nun”, ”İnşiqaq” və Quranın axırına kimi oxuyursan. Bunları qurtardıqdan sonra üzü qibləyə Ummi-Davud duasını oxuyursan:

Azərbaycan Dili Tərcüməsi

Əllahummə ya muzilli kulli cəbbar, və ya muizzəl mu`-minin, əntə kəhfi hinə tu`yinil məzahib, və əntə bariu xəlqi rəhmətən bi, və qəd kuntə ən xəlqi ğəniyyən və ləv la rəh-mətukə ləkuntu minəl halikin, və əntə muəyyidi bin nəsri əla ə`dai, və ləv la nəsrukə iyyayə ləkuntu mənəl məfzuhin, ya mursilər rəhməti min məadi-niha, və munşiəl bərəkəti min məvaziiha, ya mən xəssə nəf-səhu biş şumuxi vər rif`əh, fəəvliyauhu biizzihi yətəəzzə-zun, və ya min vəzəət ləhul mu-luku nirəl məzəlləti əla ə`na-qihim fəhum min sətəvatihi xaifun, əs`əlukə bikəynuniy-yətikəllətiştəqəqtəha min kibriyaik, və əs`əlukə bikibri-yaikəllətiştəqəqtəha min izzə-tik, və əs`əlukə biizzətikəllətis-təvəytə biha əla ərşik, fəxələqtə biha cəmiə xəlqik, fəhum ləkə muz`inun, ən tusəlliyə əla Muhəmmədin və əhli bəytih.
Əvvəlki: #156. On beşinci gecə Bütün Dualar ↑ Növbəti: #158. Ummi-Davud duası