Oxunuşu / Transkripsiya və İzahı
Rəvayət olunmuşdur ki, bir şəxs Həzrət Peyğəmbərin (s) hüzuruna gedib, o həzrətə qardaşının qarın ağrısından şikayət etdi. Həzrət buyurdu: “Qardaşına de ki, balı isti suya qarışdırıb içsin.” Həmin şəxs qayıdıb bunları qardaşına dedi. O da Peyğəmbərin (s) göstərişinə əməl etdi, lakin heç bir fayda vermədi. Sabahısı gün yenidən həmin şəxs Peyğəmbərin (s) yanına gedib, qardaşının sağalmamısını xəbər verdi. Həzrət buyurdu: “Sədəqəllahu və kəzəbə bətnu əxikə (Allah taala düzgün buyurub, sənin qardaşının qarnı yalan danışır).” Get, baldan hazırlanmış şərbətə yeddi dəfə “Həmd” surəsini oxu və onu qardaşına içirt. Həmin şəxs getdikdən sonra həzrət Peyğəmbər (s) Əmirəl-möminin Əliyə (ə) buyurdu: Ya Əli! Bu kişinin qardaşı münafiqdir, ona görə də şərbət ona heç bir fayda vermədi.