Orijinal Ərəbcə Mətni
يَسْئَلُونَكَ عَنِ الْجِبَالِ، فَقُلْ يَنْسِفُهَا رَبّي نَسْفاً، فَيَذَرُهَا قَاعاً صَفْصَفاً، لاتَرَى فيهَا عِوَجاً وَلا اَمْتاً
Oxunuşu / Transkripsiya və İzahı
Rəvayətdə deyilir ki, zigilin hər biri üçün yeddi dənə arpa götürüb, onun hər bir dənəsinə “Vaqiə” surəsinin əvvəlindən “həbaən munbəssa” ayəsinə qədər, eləcə də:
(Ey Rəsulum!) Səndən dağlar (qiyamət günü dağların necə olacağı) haqqında soruşarlar. De: “Rəbbim onları ovxalayıb havaya sovuracaq, dümdüz (hamar) bir yer edəcək (heç bir şey bitməyən qupquru torpaq halına salacaq) və sən orada heç bir eniş-yoxuş (əyrilik, kələ-kötürlük) görməyəcəksən!”
ayəsini yeddi dəfə oxuduqdan sonra, arpa dənəsinin hər birini bir zigilə sürtüb, onu parça ilə bağlasın, sonra parçanın içərisinə daş qoyub bir quyuya atsın. Bəzilərinin dediklərinə görə, bu əməlin ayın axır günlərində görülməsi daha yaxşıdır.
Həmçinin nəql olunmuşdur ki, əlində zigili olan şəxs bir miqdar duz götürüb, zigilə sürtsün və üç dəfə “Həşr” surəsinin “Ləv ənzəlna hazəl Quranə əla cəbəlin...” ayəsindən surənin axırına kimi oxusun. Sonra həmin duzu təndirə atsın. Allahın köməyilə məhv olar!
“Xəzain” kitabında göstərilir ki, əgər vacibatı (nurə) zigilə sürtülsə, o, aradan gedər.
Azərbaycan Dili Tərcüməsi
Yəs`əlunəkə ənil cibali fəqul yənsifuha rəbbi nəsfa, fəyəzə-ruha qaən səfsəfa, la təra fiha ivəcən və la əmta.