Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#15

QƏDR SURƏSİ

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Orijinal Ərəbcə Mətni

بسم الله الرحمن الرحيم
اِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ (1) وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ (2) لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ (3) تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ (4) سَلَامٌ هِيَ حَتَّى مَطْلَعِ الْفَجْرِ(5).

Oxunuşu / Transkripsiya və İzahı

Bağışlayan və mehriban Allahın adı ilə
1. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik (Quran bü¬tünlüklə, bir dəfəyə, feyz mənbəyindən birinci səmaya, yaxud Peyğəmbə¬rin mübarək qəlbinə Qədr gecəsində nazil oldu. Sonra isə 23. il ərzində təd¬riclə birinci göydən Peyğəmbərin mübarək qəlbinə və Peyğəmbərin mü¬barək qəlbindən də ümmətə çatdırıldı).
2. Sən nə bilirsən ki, Qədr ge¬¬cəsi nədir?
3. Qədr gecəsi min aydan daha xeyirlidir.
4. O gecə mə¬¬¬ləklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü ye¬rə enər.
5. O ge¬cə dan yeri sökülənə qədər hamı salamatlıqda və (Alla¬hın) rəh¬mət(in)¬də olar. Və (o gecə mələklərin yer üzündəki məsumu və sa¬¬¬leh bəndələri) salamlama gecəsidir.
Qədr surəsinin fəziləti
İmam Sadiq (ə)-ın belə buyurduğu nəql olunur: “Hər kəs bu surəni vacib namazlarının ardında oxusa, Allah tərəfindən olan carçı belə nida edər: “Allah taala sənin bütün günahlarını bağışladı. İndi isə yenidən başla!”.

Azərbaycan Dili Tərcüməsi

Bismillahir rəhmanir rəhim
İnna ənzəlnahu fi ləylətil qədr 1. Və ma ədrakə ma ləy-lətul qədr 2. Ləylətul qədri xəyrun min əlfi şəhr 3. Tənəz-zəlul məlaikətu vər ruhu fiha biizni rəbbihim min kulli əmr 4. Səlamun hiyə hətta mətləil fəcr 5.
Əvvəlki: #14. ŞƏMS SURƏSİ Bütün Dualar ↑ Növbəti: #16. ZƏLZƏLƏ SURƏSİ