Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#348

Üçüncü hissə Mə`sum imamların (ə) salavatları

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Oxunuşu / Transkripsiya və İzahı

Şeyx Tusi “Misbah” adlı kitabında “Cümə gününün əməlləri” bölümündə buyurur: “Bu rəvayəti bizim səhabələrimizin bir dəstəsi Əbulmüfəzzəl Şeybanidən nəql etmişdirlər. Əbulmüfəzzəl Şəybani belə demişdir: “Abid şəxs olan Əbu Məhəmməd Abdullah ibni Məhəmməd şəxsən özü bizə nəql etdi ki, mən, iki yüz əlli beşinci (255) hicri qəməri ilində imam Həsən Əskərinin (ə) “Surrə mən rəa”da (indiki Samirrada) yerləşən evində o həzrətdən xahiş etdim ki, peyğəmbərə (s.ə.s.) və onun canişinlərinə (ə) salavat göndərməyi mənə təlim etsin və bu salavatları kəlmə-kəlmə mənə imla desin. Mən, bu salavatları yazmaq üçün özümlə böyük bir kağız da götürmüşdüm. O həzrət heç bir kitaba baxmadan özü bu salavatları mənə təlim etdi.”
Əvvəlki: #347. İkinci hissə İmamların hər birinin ziyarətindən sonra oxunan dualar Bütün Dualar ↑ Növbəti: #349. Peyğəmbərə salavat