Orijinal Ərəbcə Mətni
السَّلامُ عَلَيْكَ يَا رَسُولَ اللَّهِ أَسْتَوْدِعُكَ اللَّهَ وَ أَسْتَرْعِيكَ وَ أَقْرَأُ عَلَيْكَ السَّلامَ آمَنْتُ بِاللَّهِ وَ بِمَا جِئْتَ بِهِ وَ دَلَلْتَ عَلَيْهِ اللَّهُمَّ لا تَجْعَلْهُ آخِرَ الْعَهْدِ مِنِّي لِزِيَارَةِ قَبْرِ نَبِيِّكَ فَإِنْ تَوَفَّيْتَنِي قَبْلَ ذَلِكَ فَإِنِّي أَشْهَدُ فِي مَمَاتِي عَلَى مَا شَهِدْتُ عَلَيْهِ فِي حَيَاتِي أَنْ لا إِلَهَ إِلا أَنْتَ وَ أَنَّ مُحَمَّدا عَبْدُكَ وَ رَسُولُكَ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ صَلَّى اللَّهُ عَلَيْكَ السَّلامُ عَلَيْكَ لا جَعَلَهُ اللَّهُ آخِرَ تَسْلِيمِي عَلَيْكَ أَرْضٌ مَشَى جِبْرِيلُ فِي عَرَصَاتِهَا وَ اللَّهُ شَرَّفَ أَرْضَهَا وَ سَمَاءَهَا
سَقَى اللَّهُ قَبْرا بِالْمَدِينَةِ غَيْثَهُ
فَقَدْ حَلَّ فِيهِ الْأَمْنُ بِالْبَرَكَاتِ
نَبِيُّ الْهُدَى صَلَّى عَلَيْهِ مَلِيكُهُ
وَ بَلَّغَ عَنَّا رُوحَهُ التُّحَفَاتِ
وَ صَلَّى عَلَيْهِ اللَّهُ مَا ذَرَّ شَارِقٌ
وَ لاحَتْ نُجُومُ اللَّيْلِ مُبْتَدِرَاتِ
Oxunuşu / Transkripsiya və İzahı
Mədinədən gedən zaman qüsl edib peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) qəbrinin yanına get və əvvəllər həzrətin qəbrinin yanına gedəndə hansı əməli yerinə yetirirdinsə onlara əməl edib o həzrətlə vidalaşaraq de:
Salam olsun sənə, ey Allahın Rəsulu! Səni Allaha tapşırır (səninlə vidalaşır), səndən mənə qayğı göstərməyini istəyir və sənə salam verirəm. Allaha, sənin gətirdiyin və ona doğru yol göstərdiklərinə iman gətirmişəm. İlahi, bu ziyarətimi Peyğəmbərinin türbəsinin ziyarəti ilə bağlı son ziyarətim qərar vermə! Əgər mənim canımı ondan qabaq alsan, bu dünyada (həyatımda) şəhadət verdiklərimə axirət aləmində də şəhadət verəcəyəm! Şəhadət verəcəyəm ki, Sən elə bir Allahsan ki, Səndən başqa heç bir tanrı yoxdur və Məhəmməd (Allahın salamı olsun ona və Əhli-beytinə) Sənin bəndən və rəsulundur.
Həzrəti Sadiq (ə) peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) qəbri ilə vidalaşanda Yunis ibni Yəquba belə deməyi buyurubdur:
Allahın salamı olsun sənə! Salam olsun sənə! Allah mənim sənə salamımı sonuncu salamım qərar verməsin!
Müəllif deyir: “Biz “Hədiyyətüz-zairin” kitabında zəvvarların Mədinədəki vəzifələrini bəyan etmişik. Bu vəzifələrin ən mühümü budur ki, onlar Mədinədə olduqda, fürsətdən yaxşı istifadə edərək, həzrət Peyğəmbəri-Əkrəm (s)-in məscidində çoxlu namaz qılsınlar; çünki orada qılınan bir rükət namaz başqa məkanda qılınan on min namaza bərabərdir. Peyğəmbər məscidinin ən yaxşı yeri qəbirlə minbərin arasıdır. “Həsən” bir hədisdə Həzrəmidən nəql olunmuşdur ki, İmam Sadiq (ə) mənə həzrət Peyğəmbəri-Əkrəm (s)-in məscidində çoxlu namaz qılmağı əmr etdi və buyurdu ki, həmişə bu məscidə getmək mümkün olmayacaqdır!”
Şeyx Tusi “Təhzib” kitabında mötəbər sənədlə Mürazimdən İmam Sadiq (ə)-ın belə buyurduğunu nəql etmişdir: “Mədinədə oruc tutmaq və məscidin sütunlarının yanında namaz qılmaq vacib deyildir, vacib namaz və oruc gündəlik qıldığımız beş namaz və Ramazan ayında tutduğumuz orucdur. Lakin hər kəs orada oruc tutsa, bu, onun üçün çox yaxşıdır, eləcə də bu məsciddə çoxlu namaz qılın!” Bilin ki, insan bəzən dünyəvi işlərdə çox zirəkdir, camaat onu zirəkliyinə görə tərifləyirlər. Amma insan gərək axirət işlərində də zirək olsun! (Mədinədə olduğun müddətdə) həzrət Peyğəmbəri-Əkrəm (s)-i hər gün, eləcə də “Bəqi” qəbiristanlığında dəfn olunan imamları imkan daxilində təkrar-təkrar ziyarət et. Peyğəmbəri-Əkrəm (s)-in otağını gördükdə, o həzrətə salam ver. Mədinədə olduğun müddətdə günahlardan uzaq ol. Mədinə şəhərinin və Peyğəmbər (s)-in məscidini əzəməti haqda təfəkkür et ki, o həzrət bu şəhərin küçə-bazarlarında gəzmiş, məsciddə ibadət etmiş, addım atmışdır və bil ki, bu şəhər vəhyin nazil olduğu, mələklərin, xüsusilə Cəbrailin yerə endiyi bir yerdir. Şair necə də gözəl demişdir:
“(Mədinə) elə bir yerdir ki, Cəbrail onun küçə-bazarlarında yol getmiş və uca Allah yer və göyünə şərəf vermişdir!”
Mədinədə, Peyğəmbər (s)-in məscidində, xüsusilə seyidlərə, o həzrətin övladlarına imkan daxilində sədəqə ver ki, bunun çoxlu savabı vardır. Əllamə Məclisi yazmışdır: “Mötəbər bir rəvayətdə buyurulmuşdur ki, Mədinədə sədəqə verilən bir dirhəm pul başqa yerlərdə sədəqə verilən on min dirhəm pula bərabərdir. Əgər imkan varsa, get onun yaxınlığında məskunlaş, bu şəhərlə qonşu olmağın böyük savabı vardır. Şair bu barədə belə buyurmuşdur:
Allah Mədinədəki türbəni yağışı ilə sirab etsin. Həqiqətən, həmin şəhərdə hidayət peyğəmbərinin bərəkəti ilə əmin-amanlıq yarandı. Allahın mələkləri ona salam göndərdi. Bizim tərəfdən də onun pak ruhuna salam olsun! Gündüz aydın olduğu və gecə ulduzları saçdığı vaxta qədər Allahın salamı olsun ona!
Azərbaycan Dili Tərcüməsi
Əssəlamu ələykə ya Rəsu-ləllah, əstəvdiukəllahə və əs-tər`ikə və əqrəu ələykəs səlam, aməntu billahi və bima ci`tə bihi və dələltə ələyh, Əlla-hummə la təc`əlhu axirəl əhdi minni liziyarəti qəbri nəbiyyik, fəin təvəffəytəni qəblə zalikə fəinni əşhədu fi məmati əla ma şəhidtu ələyhi fi həyati, ən la ilahə illa əntə və ənnə Muhəm-mədən əbdukə və rəsulukə səl-ləllahu ələyhi və alih.
Səlləllahu ələyk, əssəlamu ələykə la cəələhullahu axirə təslimi ələyk.
Ərzun məşa Cibrilu fi ərəsatiha
Vəllahu şərrəfə ərzəşa və səmaəha
Səqəllahu qəbrən bil mədinəti ğəysəhu
Fəqəd həllə fihil əmnu bil bərəkati
Nəbiyyul huda səlla ələyhi məlikuhu
Və bəlləğə ənna ruhəhut tuhəfati
Və səlla ələyhillahu ma zərrə şariqun
Və lahət nucumul ləyli mubtədirati.