Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#250

Mədinə Münəvvərə şəhərində müqəddəs məscidlərin zikri

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Orijinal Ərəbcə Mətni

يَا صَرِيخَ الْمَكْرُوبِينَ وَ يَا مُجِيبَ دَعْوَةِ الْمُضْطَرِّينَ وَ يَا مُغِيثَ الْمَهْمُومِينَ اكْشِفْ عَنِّي ضُرِّي وَ هَمِّي وَ كَرْبِي وَ غَمِّي كَمَا كَشَفْتَ عَنْ نَبِيِّكَ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ هَمَّهُ وَ كَفَيْتَهُ هَوْلَ عَدُوِّهِ وَ اكْفِنِي مَا أَهَمَّنِي مِنْ أَمْرِ الدُّنْيَا وَ الْآخِرَةِ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Oxunuşu / Transkripsiya və İzahı

Onlardan biri “Quba” məscididir. Quba məscidi ilk gündən pəhrizkarlıq üçün tikilib və rəvayət olunmuşdur ki, hər kəs o məscidə gedə və orada iki rükət namaz qıla, ümrə həccinin savabını qazanmışdır. Belə isə bu şərəfli məscidə gedirsən və iki rükət “təhiyyət” namazı qılırsan və Fatimeyi Zəhranın təsbehini deyirsən. Sonra “Camiə” ziyarətini oxuyursan (ki, əvvəli belədir: “Əssəlamu əla əvliyaillah”). Biz onu birinci “Camiə” ziyarəti qərar veririk və bölmənin axırında gələcək. Sonra Allahı çağır və “Ya kainən qəblə kulli şəyy” de və bu uzun bir duanın xülasəsidir ki, hər kəs istəsə “Biharul-ənvar”kitabının “Məzar” adlı bölməsinə baxa bilər. İbrahimin anasının otağında namaz qılırsan ki, o məkan həzrət Rəsulullahın (səlləllahu ələyhi və alihi və səlləm) namaz qıldığı yerdir və Quba məscidinin yanında yerləşən “Fəzix”məscidindədir, ona “Rəddu şəms” məscidi də deyirlər.
Elə ki,. “Fəth” məscidində (ona “Əhzab” məscidi də deyirlər) namazını qurtardın belə deyirsən:
Ey çətinliyə düşənlərin fəryadına yetən, ey çarəsizlərin duasını qəbul edən və ey qəmlilərin dadına çatan, mənim çarəsizliyimi, kədərimi, çətinliyimi və qəm-qüssəmi aradan qaldır, necə ki, Peyğəmbərinin (Allahın salamı olsun ona və Əhli-beytinə) qəm-qüssəsini aradan qaldırdın və düşmənindən qorxduğu zaman ona yetərli oldun. Dünya və axirətlə bağlı mühüm işlərimdə mənə də yetərli ol, ey mehribanların ən mehribanı!
Həzrəti imam Zeynulabidin (ə) və imam Cəfər Sadiqin (ə) evində, “Səlman” məscidində, “Əmirəl-möminin(ə)” məscidində (ki, Həmzənin qəbri ilə üzbəüzdür) və “Mubahilə” məscidində bacardığın qədər namaz qılıb dua edirsən və istədiyin şeyləri alınsan.

Azərbaycan Dili Tərcüməsi

Ya sərixəl məkrubin və ya mucibə də`vətil muztərrin, və ya muğisəl məhmumin, ikşif ənni zurri və həmmi və kərbi və ğəmmi, kəma kəşəftə ən nəbiyyikə səlləllahu ələyhi və alihi həmməh, və kəfəytəhu həvlə əduvvih, vəkfini ma əhəmməni min əmrid dunya vəl axirəh, ya ərhəmər rahimin.
Əvvəlki: #249. Ühüd şəhidlərinin ziyarəti Bütün Dualar ↑ Növbəti: #251. Vida ziyarəti