Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#437

Zehnin güclənməsi üçün qılınan namaz

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Oxunuşu / Transkripsiya və İzahı

“Məkarimul-əxlaq” kitabında nəql olunmuşdur: “Həmd”, “Qədr”, “Yasin”, “Vaqiə”, “Həşr”, “Mulk”, “İxlas”, “Fələq”, “Nas” surələrini və “Ayətül-kürsi” ayəsini zəfəranla təmiz qaba yazıb, “zəm-zəm”, ya yağış, ya da pak su ilə yuduqdan sonra, həmin suya iki misqal kündür, on misqal şəkər və on misqal bal qarışdırırsan. Sonra su olan qabın üstünə bir dəmir parçası qoyub gecə ikən səmanın altında saxlayırsan. Gecənin axırında iki rükət namaz qılırsan, onun hər rükətində əlli dəfə “İxlas” surəsini oxuyub, namazı tamamladıqdan sonra, həmin suyu içirsən, çünki bu, zehnin güclənməsi üçün təcrübə olunmuşdur.
Zehnin güclənməsinə səbəb olunan dualar bu kitabın 6-cı bölümündə qeyd olunacaq.
Əvvəlki: #436. Zalımdan qorxmamaq üçün namaz Bütün Dualar ↑ Növbəti: #438. Günahların bağışlanması üçün namaz