Bu il Yanvar ayının 22 Rəcəb ayının birinci gecəsi, 23 isə birinci günüdür
Mübarək Rəcəb ayının müştərək əmlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə yetirilməsi, duaların oxunması tövsiyə olunur:
1. Oruc tutmaq;
5. Rəcəb ayının hər günü imam Zeynəlabidindən (ə) nəql olunan bu duanın oxunması:
یَا مَنْ یَمْلِكُ حَوَائِجَ السَّائِلِینَ وَ یَعْلَمُ ضَمِیرَ الصَّامِتِینَ لِكُلِّ مَسْأَلَةٍ مِنْكَ سَمْعٌ حَاضِرٌ وَ جَوَابٌ عَتِیدٌ اللَّهُمَّ وَ مَوَاعِیدُكَ الصَّادِقَةُ وَ أَیَادِیكَ الْفَاضِلَةُ وَ رَحْمَتُكَ الْوَاسِعَةُ فَأَسْأَلُكَ أَنْ تُصَلِّىَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَقْضِىَ حَوَائِجِى لِلدُّنْیَا وَ الْآخِرَةِ إِنَّكَ عَلَى كُلِّ شَىْءٍ قَدِیرٌ
(Ya mən yəmliku həvaicəs-sailin, və yə`ləmu zəmirəs-samitin, likulli məs`ələtin minkə səm`un hazirun və cəvabun ətid. Əllahummə və məvaidukəs-sadiqətu və əyadikəl fazilətu və rəhmətukəl vasiəh, fə-əs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təqziə həvaici lid-dunya vəl-axirəh, innəkə əla kulli şəy`in qədir.)
“Ey möhtacların istəklərinə sahib və ey sakit olanların sirlərini bilən! Sən hər bir istəyi həmin anda eşidən və cavab verənsən! İlahi, Sənin bütün vədlərin doğru, nemətlərin çox və rəhmətin genişdir! İlahi, Səndən istəyirəm ki, Mühəmməd və onun Əhli-beytinə salam yetirəsən, mənim istəklərimi dünya və axirətdə verəsən. Çünki Sən hər şeyə qadirsən!”
6. İmam Sadiqdən (ə) nəql olunan bu duanın oxunması:
خَابَ الْوَافِدُونَ عَلَى غَیْرِكَ وَ خَسِرَ الْمُتَعَرِّضُونَ إِلا لَكَ وَ ضَاعَ الْمُلِمُّونَ إِلا بِكَ وَ أَجْدَبَ الْمُنْتَجِعُونَ إِلا مَنِ انْتَجَعَ فَضْلَكَ بَابُكَ مَفْتُوحٌ لِلرَّاغِبِینَ وَ خَیْرُكَ مَبْذُولٌ لِلطَّالِبِینَ وَ فَضْلُكَ مُبَاحٌ لِلسَّائِلِینَ وَ نَیْلُكَ مُتَاحٌ لِلْآمِلِینَ وَ رِزْقُكَ مَبْسُوطٌ لِمَنْ عَصَاكَ وَ حِلْمُكَ مُعْتَرِضٌ لِمَنْ نَاوَاكَ عَادَتُكَ الْإِحْسَانُ إِلَى الْمُسِیئِینَ وَ سَبِیلُكَ الْإِبْقَاءُ عَلَى الْمُعْتَدِینَ اللَّهُمَّ فَاهْدِنِى هُدَى الْمُهْتَدِینَ وَ ارْزُقْنِى اجْتِهَادَ الْمُجْتَهِدِینَ وَلا تَجْعَلْنِى مِنَ الْغَافِلِینَ الْمُبْعَدِینَ وَ اغْفِرْ لِى یَوْمَ الدِّینِ
(Xabəl-vafidunə əla ğəyrik, və xəsirəl mutəərrizunə illa lək, və zaəl mulimmunə illa bik, və əcdəbəl muntəciunə illa mənintəcəə fəzlək, babukə məftuhun lir-rağibin, və xəyrukə məbzulun lit-talibin, və fəzlukə mubahun lis-sailin, və nəylukə mutahun lil-amilin, və rizqukə məbsutun limən əsak, və hilmukə mu`tərrizun limən navak, adətukəl ihsanu iləl musiyyin, və səbilukəl ibqau ələl mu`tədin. Əllahummə fəhdini hudəl muhtədin, vərzuqni ictihadəl muctəhidin, və la təc`əlni minəl ğafilinəl mub`ədin, vəğfir li yəvməd-din.)
“Səndən başqasına daxil olan naümid, Səndən başqasına üz tutan ziyankar, Səndən başqasının qapısına gedən möhtac, Sənin lütf və mərhəmətindən başqasından istəyən yoxsul oldu. Sənin qapın müştaqların üzünə açıq, xeyrin istəyənlərə verilmiş, lütf və mərhəmətin möhtaclara mübah (azad), hədiyyən arzu edənlərə hazır, ruzin hətta Sənə asi olanlara firavan, səbrin hətta Səninlə düşmənçilik edənlərə şamil, adətin pislərə yaxşılıq və yolun dikbaşlılarla mülayimlikdir. İlahi, məni hidayət olunanların yoluna hidayət, mənə (itaətinə) çalışanların çalışqanlığını ruzi et, məni dərgahından uzaq düşən qafillərdən qərar vermə və qiyamət günü günahlarımı bağışla!”
7. Yenə imam Sadiqdən (ə) nəql olunur ki, Rəcəb ayında bu dua oxunsun:
اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ صَبْرَ الشَّاكِرِینَ لَكَ وَ عَمَلَ الْخَائِفِینَ مِنْكَ وَ یَقِینَ الْعَابِدِینَ لَكَ اللَّهُمَّ أَنْتَ الْعَلِىُّ الْعَظِیمُ وَ أَنَا عَبْدُكَ الْبَائِسُ الْفَقِیرُ أَنْتَ الْغَنِىُّ الْحَمِیدُ وَ أَنَا الْعَبْدُ الذَّلِیلُ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ امْنُنْ بِغِنَاكَ عَلَى فَقْرِى وَ بِحِلْمِكَ عَلَى جَهْلِى وَ بِقُوَّتِكَ عَلَى ضَعْفِى یَا قَوِىُّ یَا عَزِیزُ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الْأَوْصِیَاءِ الْمَرْضِیِّینَ وَ اكْفِنِى مَا أَهَمَّنِى مِنْ أَمْرِ الدُّنْیَا وَ الْآخِرَةِ یَا أَرْحَمَ الرَّاحِمِینَ
(Əllahummə inni əs`əlukə səbrəş-şakirinə lək, və əmələl xaifinəi mink, və yəqinəl abidinə lək. Əllahummə əntə əliyyul-əzim, və ənə əbdukəl baisul fəqiru əntəl ğəniyyil-həmid, və ənəl əbduz-zəlil. Əllahummə səlli əla Muhəmmədin və alih, vəmnun biğinakə əla fəqri və bihilmikə əla cəhli, və biquvvətikə əla zə`fi, ya qəviyyu ya əziz. Əllahummə səlli əla Muhəmmədin və alihil əvsiyail mərziyyin, vəkfini ma əhəmməni min əmrid-dunya vəl-axirəh, ya ərhəmər-rahimin.)
“İlahi, Səndən, Sənə şükür edənlərin səbrini, Səndən qorxanların əməlini və ibadət edənlərin yəqinini istəyirəm! İlahi, Sən uca və böyüksən, mən isə Sənin möhtac və yoxsul bəndən, Sən ehtiyacsız və tərifəlayiqsən, mən isə zəlil bəndənəm! İlahi, Mühəmməd və onun Əhli-beytinə salam göndər, ehtiyacsızlığınla yoxsulluğuma, səbrinlə nadanlığıma, qüdrətinlə zəifliyimə minnət qoy, ey qüdrətli, ey izzətli! İlahi, Mühəmməd və onun bəyənilmiş vəsiləri olan Əhli-beytinə salam yetir, mənim dünya və axirətlə bağlı mühüm işlərimə yetərli ol, ey mehribanların ən mehribanı!”
8. Məhəmməd ibn Zəkvan nəql edir ki, imam Sadiqə (ə) dedim: “Canim sənə fəda olsun, indi Rəcəb ayıdır, mənə elə bir dua öyrət ki, Allah-Taala onunla mənə xeyir versin.” Həzrət buyurdu: “Rəcəb ayında gecə-gündüz namazlardan sonra bu duanı oxu:
يَا مَنْ أَرْجُوهُ لِكُلِّ خَيْرٍ وَ آمَنُ سَخَطَهُ عِنْدَ كُلِّ شَرٍّ يَا مَنْ يُعْطِي الْكَثِيرَ بِالْقَلِيلِ يَا مَنْ يُعْطِي مَنْ سَأَلَهُ يَا مَنْ يُعْطِي مَنْ لَمْ يَسْأَلْهُ وَ مَنْ لَمْ يَعْرِفْهُ تَحَنُّنا مِنْهُ وَ رَحْمَةً أَعْطِنِي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ خَيْرِ الدُّنْيَا وَ جَمِيعَ خَيْرِ الْآخِرَةِ وَ اصْرِفْ عَنِّي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ شَرِّ الدُّنْيَا وَ [جَمِيعَ] شَرِّ الْآخِرَةِ فَاِنَّهُ غَيْرُ مَنْقُوصٍ مَا أَعْطَيْتَ وَ زِدْنِي مِنْ فَضْلِكَ يَا كَرِيمُ
“Ya mən ərcuhu likulli xəyr, və amənu səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələh, ya mən yu`ti məl-ləm yəs`əlhu, və məl-ləm yə`rifhu təhənnunən minhu və rəhməh, ə`tini biməs`ələti iyyak, cəmiə xəyrid-dunya və cəmiə xəyril-axirəh, vəsrif ənni biməs`ələti iyyak, cəmiə şərrid-dunya və şərril-axirəh, fəinnəhu ğəyru mənqusin ma ə`təyt, və zidni min fəzlikə ya kərim!”
(Ey bütün xeyir işlərdə ümid bəslədiyim! Bütün şər işlərdə Öz qəzəbindən Özünə sığındığım! Ey az müqabilində çox əta edən! Ey istəyənlərə əta edən! Ey Onu tanımayanlara və Ondan istəməyənlərə lütf və mərhəmət səbəbindən əta edən! Səndən bütün dünya və axirət xeyrini istəyən bəndənə əta et. İstəyimə görə məndən dünya və axirət şərini tamamilə uzaqlaşdır! Həqiqətən, Sənin əta etdiyin nöqsansızdır. Öz fəzl və kərəmindən mənə əta et, ey Kərim!)
Ravi deyir: “Sonra Həzrət mübarək saqqalını sol əlinə alıb sağ əlinin işarə barmağını yellədərək bu duanı oxumağa başladı:
يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا ذَا النَّعْمَاءِ وَ الْجُودِ يَا ذَا الْمَنِّ وَ الطَّوْلِ حَرِّمْ شَيْبَتِي عَلَى النَّارِ
“Ya zəl-cəlali vəl-ikram, ya zən-nə`mai vəl-cud, ya zəl-mənni vət-təvl, hərrim şəybəti ələn-nar.”
(Ey calal və böyüklük sahibi! Ey nemətlər və səxavət sahibi! Ey əta və kərəm sahibi! Haram et saqqalımı (üzümü) oda – cəhənnəm oduna!)
9. Peyğəmbəri-Əkrəmdən (s) nəql olunur ki, hər kim aşağıdakı duanı yüz dəfə oxuyub həmin gününü sədəqə ilə başa vursa, Allah-Taala Öz rəhmət və məğfirət qapılarını onun üzünə açar və hər kim dörd yüz dəfə oxusa, ona yüz şəhidin savabı verilər:
أَسْتَغْفِرُ اللَّهَ الَّذِى لا إِلَهَ إِلا هُوَ وَحْدَهُ لا شَرِیكَ لَهُ وَ أَتُوبُ إِلَیْهِ
(Əstəğfirullahəlləzi la ilahə illa hu, vəhdəhu la şərikə ləhu və ətubu iləyh.)
“O Allahdan bağışlanmaq diləyirəm ki, Ondan başqa heç bir tanrı yoxdur. O birdir və şəriksizdir. Mən Ona tərəf qayıdıb tövbə edirəm.”
10. Nəql olunur ki, Rəcəb ayında hər gün həm sübh, həm də axşam yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyib, əllərini göyə qaldıraraq “Əllahumməğfir li və tub ələyyə” (İlahi məni bağışla və tövbəmi qəbul et!) deyən şəxs Rəcəb ayında dünyadan köçərsə, Allah-Taala ondan razı olar və Rəcəb ayının ehtiramına cəhənnəm odundan amanda qalar.
11. İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və Allahdan bağışlanmağınızı diləyin) ki, Allah bağışlayan və mehribandır. Bu aya “Əsəbb” (çox tökülən) deyilir, çünki bu ayda Allahın geniş rəhməti mənim ümmətimə nazil olar. Elə isə çoxlu deyin: “Əstəğfirullahə və əs`əluhut-tovbə!”
Qeyd edək ki, Rəcəb ayına məxsus digər dualar da vardır ki, əlavə məlumat əldə etmək istəyənlər “Məfatihul-cinan” kitabının “Rəcəb ayının əməlləri” bölümünə müraciət edə bilərlər.c