SÜBH NAMAZININ NAFİLƏSİ
Qaydası: iki rəkətdir.
Vaxtı: sübh namazından öncə qılınır və onun vaxtı gecə namazının vaxtının başlanğıcından onun (gecə namazının) qılınması üçün lazım olan qədər zaman keçdikdən sonra başlayır və onun (sübh nafiləsinin) sübh namazından öncə qılınması mümkün olan vaxtadək davam edir.
ZÖHR NAMAZININ NAFİLƏSİ
Qaydası: səkkiz rəkətdir (iki rəkət-iki rəkət qılınır)
Vaxtı: zöhr namazından öncə qılınır və onun vaxtı zöhrün başlanğıcından başlayır və zöhr namazından əvvəl qılınması mümkün olan vaxtadək davam edir.
ƏSR NAMAZININ NAFİLƏSİ
Qaydası: səkkiz rəkətdir (iki rəkət-iki rəkət qılınır)
Vaxtı: əsr namazından öncə qılınır və onun vaxtı əsr namazından öncə qılınması mümkün olan vaxtadək davam edir.
MƏĞRİB (ŞAM) NAMAZININ NAFİLƏSİ
Qaydası: dörd rəkətdir (iki rəkət-iki rəkət qılınır)
Vaxtı: məğrib namazından sonra qılınır və vaxtı məğrib namazının başa çatmasından sonra başlayır və məğrib namazından sonra bu namazın vaxtı ərzində qılınması mümkün olan vaxtadək davam edir.
İŞA (XÜFTƏN) NAMAZININ NAFİLƏSİ
Qaydası: iki rəkətdir və oturan yerdə qılınır.
Vaxtı: işa namazından sonra qılınır (yaxşı olar ki, dərhal sonra qılınsın) və vaxtı işa namazının başa çatmasından gecə yarısınadəkdir.
NAFİLƏ NAMAZI
Oxşar yazılıar
Qurban bayramının əməlləri
Zilhiccə ayının 10-cu günü Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram namazı; bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla…
Zil-Hiccə ayının ilk 10 gecəsinin namazı
Zil-Hiccə ayının ilk 10 gecəsinin namazı Bu namaz (Zil-Hiccə ayının namazı niyyəti ilə) eyni ilə Sübh namazı kimi 2 rəkət qılınır. Qılınma vaxtı hər gecə Məğrib (ŞAM) namazı ilə İşa…