Namazın səcdələrində oxunması müstəhəb olan dualar
1-“Ya Lətif irhəm əbdəkəz-zəif, Ya Cəlil irhəm əbdəkəz-zəlil!”
(Ey lütfükar zəif bəndənə rəhm et! Ey uca məqam sahibi alçalmış bəndənə rəhm et!)
2- “Ya vəliyyəl-afiyə Əsəlikəl-afiyə Afiyətəd-din vəd-dünya vəl-axirə, bicahi Muhəmməd və itrətihit-tahirə, sələvatukə ələyhi əcməin”
(Ey afiyət (sağlamlıq və salamatçılıq) ağası, səndən afiyət istəyirəm, dinin dünyanın və axirətin afiyətini, Məhəmmədin və onun pak ailəsinin məqamına xatir, sənin salamın olsun onlara)
3- “Allahummə inni əsəlukər-rahətə indəl-mouti, vəl-məğfirtə bədəl-mouti, vəl-əfvə indəl-hisab”
(İlahi ölüm zamanı səndən rahatlıq, ondan sonra bağışlanmağı və hesab-kitab zamanı əfv etməni diləyirəm)
4-“Ya mən ləhud-dunya vəl-axirə, irhəm mən ləysə ləhud-dunya vəl-axirə”
(Ey dünya və axirətin sahibi, nə dünyası nə də axirəti olmayan adama rəhm et!)
5- “Rəbbiğfir vərhəm, və təcavəz əmma tələm, İnnəkəl-əəzzul- əcəllul-əkrəm”
(Ey rəbbim bağışla və rəhm et! bildiyin günahlarımdan keç! Ən məğlubedilməz, ən ucaməqamlı və ən kəramətli yalnız sənsən!)
6- Ya xəyrəl-məsulin, ya xəyrəl-mutin, urzuqni vərzuq əyali min fədlikə, fəinnəkə zul-fədlil-əzim!”
(Ey çağırılanların ən yaxşısı, ey əta edənlərin ən yaxşısı! Mənə və ailəmə öz fəzlindən ruzi ver! Çünki həqiqətən sən böyük fəzl, lütf və mərhəmət sahibisən)