Nigar
Həyat bəzən bizə çətinliklər gətirir, qəlbimizi sıxar, ümidlərimizi qırar. Lakin unutma ki, bu dünya müvəqqətidir, və hər bir çətinliyin ardınca asanlıq gəlir. Qurani-Kərimdə Allah buyurur:Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!) əş-Şərh surəsi, 5-ci ayə
Bəzən insan özünü çarəsiz, tək və gücsüz hiss edir. Lakin Allahın rəhməti hər şeydən üstündür. Dualarını ürəkdən et, dərdlərini Ona söylə, çünki O, səni eşidir. Unutma ki, bu dünyada hər dərd bir imtahandır, amma heç bir imtahan sonsuz deyil.
Nigaran qalma. Hər qaranlıq gecənin bir dan yeri var, hər çətinliyin sonunda bir işıq. Təki Allaha inan və yoluna davam et. Qəlbini Ona aç, O səni heç vaxt tək buraxmayacaq.