Övladlarınız arasında ədalətə riayət edin
İslam Peyğəmbəri (s) buyurur:
إِعْدِلُوا بَيْنَ أَوْلاَدِكُمْ كَمَا تُحِبُّونَ أَنْ يَعْدِلُوا بَيْنَكُمْ
“Övladlarınızın sizinlə ədalətlə rəftar etməsini istəyirsinizsə, siz də onlar arasında ədalətə riayət edin.”[1]
Qısa izah:
Övladlar arasında ayrı-seçkilik salmaq böyük səhvlərdən biridir. Bəzi insanlar öz ilkin və böyük övladını, bəziləri isə kiçik övladını üstüntutur. Bəzən isə valideynlər ifrata vararaq hər şeylərini, misal üçün, bütün sərvətlərini bağışlamaqla övladlardan yalnız birinin ixtiyarında qoyur, lakin digər övladlarını isə bu irsdən məhrum edirlər.
Belə bir rəftar övladların qəlbində kin və həsəd atəşini alovlandırır. Həmçinin, onların gələcəkdə bir-birlərinə qarşı düşmən olması, ata və analarına qarşı isə kin bəsləmələrinə şərait yaradır. Hətta onlarda cəmiyyətə qarşı qisasalma fikri meydana gəlir. Təcrübə bu həqiqəti dəfələrlə sübuta yetirmişdir ki, övladlar arasında ayrı-seçkili salmaq nifrət və kinələrin yaranmasına səbəb olmuşdur. Bu isə ailələrin tez bir zamanda dağılmasına əyani sübutdur.
[1] “Biharul-ənvar”, c. 101, səh. 92.