Əhli-Beyt (ə) dahilərin baxışında

Qərb alimlərinin İmam Hüseynə (ə) baxışları(Tomas Masarik)

İmam Hüseynin (ə) şəhadəti o qədər acı bir hadisədir ki, hətta müsəlman olmayan alimlərin belə, qəlbini titrətmiş və onlar da İmamın (ə) uca məqamını etiraf etmişdilər.
Bu alimlərdən biri Tomas Masarikdir ki, o, deyir: “Tarixçilərin və tədqiqatçıların bir çoxu bu inqilabın həqiqətindən xəbərdar deyildirlər. Ona görə də cahilcəsinə hökmlər verirlər. Bilmirlər ki, bu inqilab İslam dünyasında necə dəyişikliklərə səbəb olmuşdur. Hindistanda olan Əli (ə) davamçılarının son 200 ildə keçirtdikləri əzadarlıqlara nəzər salsaq, deyə bilərik ki, əgər inkişaf etmiş və zəngin bir ölkədə əzadarlıq keçirtmək istəsələr və milyonlarla dollar pul xərcləsələr, yenə də bu cür matəm təşkilatları bərpa etməyə müvəffəq olmayacaqlar, bu cür həyəcan və sevgini meydana gətirə bilməyəcəklər”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir