Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
108

Əl-Kövsər Surəsi

3 Ayə 30-ci Cüz Məkkədə nazil olub
سُورَةُ الكوثر Ayətəllah Mişkini Tərcüməsi

Əl-Kövsər Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Kövsər Surəsi, Ayə 1

إِنَّآ أَعْطَيْنَٰكَ ٱلْكَوْثَرَ ﴿1﴾

Mişkini Tərcüməsi: (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər əta etdik. (Çoxlu xeyir, sabit din, baqi kitab, sonsuz elm, Həzrət Fatimeyi–Zəhranın (s.ə) gündən-günə artıb çoxalan baqi nəslini, ümmətin alimlərini, Kövsər hovuzu və Cənnətdə çay əta etdik).
2 Əl-Kövsər Surəsi, Ayə 2

فَصَلِّ لِرَبِّكَ وَٱنْحَرْ ﴿2﴾

Mişkini Tərcüməsi: Odur ki, (şükranlıq üçün) Rəbbinə itaət et və namaz qıl, (ona təkbir deyərək) əllərini boğazına qədər yuxarı qaldır (yaxud dəvə qurbanı kəs!).
3 Əl-Kövsər Surəsi, Ayə 3

إِنَّ شَانِئَكَ هُوَ ٱلْأَبْتَرُ ﴿3﴾

Mişkini Tərcüməsi: Həqiqətən, (sən sonsuz və nəsilsiz deyilsən), sənin düşmənin özü sonsuz və nəsli kəsilmişdir.
Əvvəlki: 107. Əl-Maun Bütün Surələr ↑ Növbəti: 109. Əl-Kafirun