Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
15

Əl-Hicr Surəsi

99 Ayə 14-ci Cüz Məkkədə nazil olub
سُورَةُ الحجر Ayətəllah Mişkini Tərcüməsi

Əl-Hicr Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Hicr Surəsi, Ayə 1

الٓر ۚ تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ وَقُرْءَانٍۢ مُّبِينٍۢ ﴿1﴾

Mişkini Tərcüməsi: Əlif, Lam, Ra. (Mən, hər şeyi görən Allaham. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma heç kimin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir.) Bu (uca məqamlı) surə, bu kitabın və (özü) aydın (olan) və aydınlıq gətirən Quranın ayələridir və bu (uca məqamlı ayələr), Lövhi-Məhfuzda sabit olan ayələr və həmin Lövhdə olan aydın Quranın ayələridir.
2 Əl-Hicr Surəsi, Ayə 2

رُّبَمَا يَوَدُّ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْ كَانُوا۟ مُسْلِمِينَ ﴿2﴾

Mişkini Tərcüməsi: Bir çox kafirlər (müsəlmanların qələbəsini görəndə və ya ölən zaman və yaxud cəza günü) kaş müsəlman olmalarını arzulayarlar.
3 Əl-Hicr Surəsi, Ayə 3

ذَرْهُمْ يَأْكُلُوا۟ وَيَتَمَتَّعُوا۟ وَيُلْهِهِمُ ٱلْأَمَلُ ۖ فَسَوْفَ يَعْلَمُونَ ﴿3﴾

Mişkini Tərcüməsi: Qoy yesinlər, (dünyanın ləzzətlərindən) bəhrələnsinlər və arzular onların başlarını qatsın. Tezliklə başa düşəcəklər.
4 Əl-Hicr Surəsi, Ayə 4

وَمَآ أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلَّا وَلَهَا كِتَابٌۭ مَّعْلُومٌۭ ﴿4﴾

Mişkini Tərcüməsi: Biz heç bir insan cəmiyyətini (Lövhi-Məhfuzda) onun üçün (ömür müddəti barəsində) məlum yazı olmadan həlak etmədik.
5 Əl-Hicr Surəsi, Ayə 5

مَّا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَـْٔخِرُونَ ﴿5﴾

Mişkini Tərcüməsi: ||Heç bir ümmət və dəstə, özünün müəyyən (edilmiş ömür) müddətindən nə irəli keçə bilər və nə geri qala bilər.
6 Əl-Hicr Surəsi, Ayə 6

وَقَالُوا۟ يَٰٓأَيُّهَا ٱلَّذِى نُزِّلَ عَلَيْهِ ٱلذِّكْرُ إِنَّكَ لَمَجْنُونٌۭ ﴿6﴾

Mişkini Tərcüməsi: Və (istehza məqsədi ilə Peyğəmbərə) dedilər: «Ey bu zikr (Quran) nazil olan şəxs, həqiqətən, sən dəlisən!»
7 Əl-Hicr Surəsi, Ayə 7

لَّوْ مَا تَأْتِينَا بِٱلْمَلَٰٓئِكَةِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ﴿7﴾

Mişkini Tərcüməsi: «Əgər sən doğruçusansa, nə üçün (iddianın doğruluğunu sübut etmələri və sənə müxalif olanları əzmələri üçün) mələkləri bizim yanımıza gətirmirsən?»
8 Əl-Hicr Surəsi, Ayə 8

مَا نُنَزِّلُ ٱلْمَلَٰٓئِكَةَ إِلَّا بِٱلْحَقِّ وَمَا كَانُوٓا۟ إِذًۭا مُّنظَرِينَ ﴿8﴾

Mişkini Tərcüməsi: Biz mələkləri yalnız haqq olaraq (möcüzəvi şəkildə haqqı isbat etmək üçün) nazil edirik və onda (əgər qəbul etməsələr, cari qanunumuza əsasən) onlara möhlət verilmir.
9 Əl-Hicr Surəsi, Ayə 9

إِنَّا نَحْنُ نَزَّلْنَا ٱلذِّكْرَ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ ﴿9﴾

Mişkini Tərcüməsi: Həqiqətən, bu zikri (Quranı) Biz nazil etdik və şübhəsiz, onu (təhrifdən, nəsx olunmadan və müddətinin sona çatmasından) Biz Özümüz qoruyarıq.
10 Əl-Hicr Surəsi, Ayə 10

وَلَقَدْ أَرْسَلْنَا مِن قَبْلِكَ فِى شِيَعِ ٱلْأَوَّلِينَ ﴿10﴾

Mişkini Tərcüməsi: Doğrudan da, Biz səndən öncə keçmiş tayfalara (peyğəmbərlər) göndərdik.
11 Əl-Hicr Surəsi, Ayə 11

وَمَا يَأْتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿11﴾

Mişkini Tərcüməsi: Və onlara elə bir peyğəmbər gəlmədi ki, ona istehza etməsinlər.
12 Əl-Hicr Surəsi, Ayə 12

كَذَٰلِكَ نَسْلُكُهُۥ فِى قُلُوبِ ٱلْمُجْرِمِينَ ﴿12﴾

Mişkini Tərcüməsi: Biz beləcə bu Quranı (höccəti tamam etmək üçün, ona istehza olunmasını isə bədbəxtliklərinə uyğun olaraq) günahkarların qəlblərinə yeridərik.
13 Əl-Hicr Surəsi, Ayə 13

لَا يُؤْمِنُونَ بِهِۦ ۖ وَقَدْ خَلَتْ سُنَّةُ ٱلْأَوَّلِينَ ﴿13﴾

Mişkini Tərcüməsi: Halbuki ona iman gətirməzlər. Əlbəttə, keçmişdəkilərin yolu da keçmişdir (onlar da belə idilər).
14 Əl-Hicr Surəsi, Ayə 14

وَلَوْ فَتَحْنَا عَلَيْهِم بَابًۭا مِّنَ ٱلسَّمَآءِ فَظَلُّوا۟ فِيهِ يَعْرُجُونَ ﴿14﴾

Mişkini Tərcüməsi: Əgər göydən onların üzünə bir qapı açsaydıq və onlar daim oradan yuxarı çıxsaydılar (və bütün aləmləri görsəydilər),
15 Əl-Hicr Surəsi, Ayə 15

لَقَالُوٓا۟ إِنَّمَا سُكِّرَتْ أَبْصَٰرُنَا بَلْ نَحْنُ قَوْمٌۭ مَّسْحُورُونَ ﴿15﴾

Mişkini Tərcüməsi: yenə də «həqiqətən, bizim gözümüz bağlanmışdır, əslində biz cadu olunmuş (sehirlənmiş) bir dəstəyik» deyərdilər.
16 Əl-Hicr Surəsi, Ayə 16

وَلَقَدْ جَعَلْنَا فِى ٱلسَّمَآءِ بُرُوجًۭا وَزَيَّنَّٰهَا لِلنَّٰظِرِينَ ﴿16﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Biz göydə (günəşin il uzunu ətrafına fırlandığı) bürclər yaratdıq və onu baxanlar üçün (ulduzlarla) zinətləndirdik.
17 Əl-Hicr Surəsi, Ayə 17

وَحَفِظْنَٰهَا مِن كُلِّ شَيْطَٰنٍۢ رَّجِيمٍ ﴿17﴾

Mişkini Tərcüməsi: Və onu hər bir qovulmuş şeytandan qoruduq (şeytanların oraya qalxaraq mələklər aləminin sirlərindən xəbərdar olmaq qüdrətləri yoxdur).
18 Əl-Hicr Surəsi, Ayə 18

إِلَّا مَنِ ٱسْتَرَقَ ٱلسَّمْعَ فَأَتْبَعَهُۥ شِهَابٌۭ مُّبِينٌۭ ﴿18﴾

Mişkini Tərcüməsi: Gizlicə qulaq asan istisna olmaqla ki, onu aydın bir şölə təqib edər.
19 Əl-Hicr Surəsi, Ayə 19

وَٱلْأَرْضَ مَدَدْنَٰهَا وَأَلْقَيْنَا فِيهَا رَوَٰسِىَ وَأَنۢبَتْنَا فِيهَا مِن كُلِّ شَىْءٍۢ مَّوْزُونٍۢ ﴿19﴾

Mişkini Tərcüməsi: Və bu yeri sərdik, onda möhkəm dağlar yerləşdirdik və orada hər bir şeydən müəyyən ölçüdə (hər biri zahiri görünüş, xüsusiyyət, zaman və məkan baxımından müəyyən biçimdə olan bitkilər) bitirdik.
20 Əl-Hicr Surəsi, Ayə 20

وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَٰيِشَ وَمَن لَّسْتُمْ لَهُۥ بِرَٰزِقِينَ ﴿20﴾

Mişkini Tərcüməsi: Və orada sizin üçün və ruzisini sizin vermədikləriniz (heyvanlar və cinlər) üçün hər cür yaşayış vasitələri qoyduq.
21 Əl-Hicr Surəsi, Ayə 21

وَإِن مِّن شَىْءٍ إِلَّا عِندَنَا خَزَآئِنُهُۥ وَمَا نُنَزِّلُهُۥٓ إِلَّا بِقَدَرٍۢ مَّعْلُومٍۢ ﴿21﴾

Mişkini Tərcüməsi: (Varlıq aləmində və sizin təsəvvür aləminizdə) elə bir şey yoxdur ki, onun xəzinələri (onun vücudunun Bizim mütləq iradəmiz və «ol» kəlməsi olan mənbələri) Bizim yanımızda olmasın və Biz onu (vücud mərhələsinə) yalnız müəyyən miqdarda nazil edirik. [Və həmçinin sizin yaşayış vasitələrinizdən elə bir şey yoxdur ki, (onun bu dünyanın varlıqlarından olan ilkin maddəsi) Bizim ixtiyarımızda olmasın və onu yalnız müəyyən miqdarda nazil edirik (gerçəkləşdiririk).]
22 Əl-Hicr Surəsi, Ayə 22

وَأَرْسَلْنَا ٱلرِّيَٰحَ لَوَٰقِحَ فَأَنزَلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَسْقَيْنَٰكُمُوهُ وَمَآ أَنتُمْ لَهُۥ بِخَٰزِنِينَ ﴿22﴾

Mişkini Tərcüməsi: Və küləkləri (buludlar, ağaclar və otlar üçün) mayalandırıcı olaraq göndərdik. Göydən (yağış, qar və dolu şəklində) su nazil etdik və sizi onunla sirab etdik. Siz onu (nə göyün buludunda və nə də yerin dərinliklərində) yığıb saxlayan deyilsiniz və buna qüdrətiniz də yoxdur.
23 Əl-Hicr Surəsi, Ayə 23

وَإِنَّا لَنَحْنُ نُحْىِۦ وَنُمِيتُ وَنَحْنُ ٱلْوَٰرِثُونَ ﴿23﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, dirildən və öldürən Bizik və Bizik (fani olduqdan sonra onların hamısının) varisi!
24 Əl-Hicr Surəsi, Ayə 24

وَلَقَدْ عَلِمْنَا ٱلْمُسْتَقْدِمِينَ مِنكُمْ وَلَقَدْ عَلِمْنَا ٱلْمُسْتَـْٔخِرِينَ ﴿24﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Biz sizin həm (yaradılışın əvvəlindən indiyə qədər olmuş) keçmişlərinizi(n sayını), həm də gələcəklərinizi(n sayını) bilirik [və sizin (iman və təqvada) irəlidə olanlarınıza da elmimiz var, sizin (iman və təqvada) geridə qalanlarınıza da]!
25 Əl-Hicr Surəsi, Ayə 25

وَإِنَّ رَبَّكَ هُوَ يَحْشُرُهُمْ ۚ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٌۭ ﴿25﴾

Mişkini Tərcüməsi: Əlbəttə, sənin Rəbbin (Qiyamət günü) onları (həyat vermək üçün onların üzvlərini və hesab üçün şəxsləri) toplayacaqdır. Həqiqətən, O, hikmət sahibi və biləndir.
26 Əl-Hicr Surəsi, Ayə 26

وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَٰنَ مِن صَلْصَٰلٍۢ مِّنْ حَمَإٍۢ مَّسْنُونٍۢ ﴿26﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, Biz (ilk) insanı qoxumuş palçıqdan götürülmüş quru, çiy və səs çıxaran (insan surətinə düşmüş) gildən yaratdıq.
27 Əl-Hicr Surəsi, Ayə 27

وَٱلْجَآنَّ خَلَقْنَٰهُ مِن قَبْلُ مِن نَّارِ ٱلسَّمُومِ ﴿27﴾

Mişkini Tərcüməsi: Və Cannı (şeytanların atası olan birinci İblisi) ondan qabaq tüstüsüz, çox isti və sirayət edən oddan yaratdıq.
28 Əl-Hicr Surəsi, Ayə 28

وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَٰٓئِكَةِ إِنِّى خَٰلِقٌۢ بَشَرًۭا مِّن صَلْصَٰلٍۢ مِّنْ حَمَإٍۢ مَّسْنُونٍۢ ﴿28﴾

Mişkini Tərcüməsi: Və (yada sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Şübhəsiz, Mən qoxumuş palçıqdan alınmış quru gildən bəşər yaradacağam».
29 Əl-Hicr Surəsi, Ayə 29

فَإِذَا سَوَّيْتُهُۥ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِى فَقَعُوا۟ لَهُۥ سَٰجِدِينَ ﴿29﴾

Mişkini Tərcüməsi: «Elə ki, onu düzəltdim və ona Öz ruhumdan (mübarək və Özümə layiq ruhdan) üfürdüm, hamılıqla ona (təzim üçün) səcdə halında üzü üstə düşün!»
30 Əl-Hicr Surəsi, Ayə 30

فَسَجَدَ ٱلْمَلَٰٓئِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ ﴿30﴾

Mişkini Tərcüməsi: Beləliklə, mələklərin hamısı (onun qarşısında) səcdə etdilər.
31 Əl-Hicr Surəsi, Ayə 31

إِلَّآ إِبْلِيسَ أَبَىٰٓ أَن يَكُونَ مَعَ ٱلسَّٰجِدِينَ ﴿31﴾

Mişkini Tərcüməsi: İblisdən başqa, ki, o, səcdə edənlərlə birgə olmaqdan boyun qaçırdı.
32 Əl-Hicr Surəsi, Ayə 32

قَالَ يَٰٓإِبْلِيسُ مَا لَكَ أَلَّا تَكُونَ مَعَ ٱلسَّٰجِدِينَ ﴿32﴾

Mişkini Tərcüməsi: Allah buyurdu: «Ey İblis, sənə nə olub ki, səcdə edənlərlə birgə deyilsən?»
33 Əl-Hicr Surəsi, Ayə 33

قَالَ لَمْ أَكُن لِّأَسْجُدَ لِبَشَرٍ خَلَقْتَهُۥ مِن صَلْصَٰلٍۢ مِّنْ حَمَإٍۢ مَّسْنُونٍۢ ﴿33﴾

Mişkini Tərcüməsi: Dedi: «Mən əsla Sənin qoxumuş palçıqdan alınmış quru gildən yaratdığın bəşərə səcdə edən deyiləm!»
34 Əl-Hicr Surəsi, Ayə 34

قَالَ فَٱخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌۭ ﴿34﴾

Mişkini Tərcüməsi: Allah buyurdu: «Belə isə, buradan (Cənnətdəki uca məqamdan, Allah dərgahından və ali mələklərin sırasından) çıx ki, həqiqətən, sən (hər bir rəhmət və kəramətdən) qovulmuşsan».
35 Əl-Hicr Surəsi, Ayə 35

وَإِنَّ عَلَيْكَ ٱللَّعْنَةَ إِلَىٰ يَوْمِ ٱلدِّينِ ﴿35﴾

Mişkini Tərcüməsi: «Və şübhəsiz, (ilahi vəzifələrin yerinə yetirilməsi müddəti olan indidən) cəza gününədək sənə lənət olacaqdır (və ondan sonra da əbədi cəza zamanıdır)».
36 Əl-Hicr Surəsi, Ayə 36

قَالَ رَبِّ فَأَنظِرْنِىٓ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ ﴿36﴾

Mişkini Tərcüməsi: Dedi: «Ey Rəbbim, elə isə mənə onların (Adəm övladlarının) dirildiləcəkləri günə kimi möhlət ver».
37 Əl-Hicr Surəsi, Ayə 37

قَالَ فَإِنَّكَ مِنَ ٱلْمُنظَرِينَ ﴿37﴾

Mişkini Tərcüməsi: Allah buyurdu: «Sən möhlət verilənlərdənsən».
38 Əl-Hicr Surəsi, Ayə 38

إِلَىٰ يَوْمِ ٱلْوَقْتِ ٱلْمَعْلُومِ ﴿38﴾

Mişkini Tərcüməsi: «(Lakin Qiyamətədək deyil,) məlum vaxtın gününədək (bəşər cəmiyyətinin hamısının düzələcəyi və ya bəşər nəslinin İsrafilin surunun birinci dəfə üfürülməsi ilə kəsiləcəyi günədək)».
39 Əl-Hicr Surəsi, Ayə 39

قَالَ رَبِّ بِمَآ أَغْوَيْتَنِى لَأُزَيِّنَنَّ لَهُمْ فِى ٱلْأَرْضِ وَلَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ ﴿39﴾

Mişkini Tərcüməsi: Dedi: «Ey Rəbbim, məni (Öz dərgahından uzaqlaşdırmaqla) azğınlığa atdığına görə, mən də yer üzündə (bütün pis işləri) onlar (insanlar) üçün zinətləndirəcək və onların hamısını azdıracağam».
40 Əl-Hicr Surəsi, Ayə 40

إِلَّا عِبَادَكَ مِنْهُمُ ٱلْمُخْلَصِينَ ﴿40﴾

Mişkini Tərcüməsi: «Sənin (rəhmətini şamil etməklə) onların arasından seçdiyin bəndələrin istisna olmaqla».
41 Əl-Hicr Surəsi, Ayə 41

قَالَ هَٰذَا صِرَٰطٌ عَلَىَّ مُسْتَقِيمٌ ﴿41﴾

Mişkini Tərcüməsi: (İblis onların az bir qismindən başqa hamısını ixtiyari hidayətdən çıxarıb məcburi şəkildə azdıracağını iddia etdi.) Allah buyurdu: «Bu, (onları ixtiyari hidayət və zəlalət yolunda qoymaq), Mənim öhdəmdə olan düz yoldur (və hər bir qüdrətdən xaricdir)».
42 Əl-Hicr Surəsi, Ayə 42

إِنَّ عِبَادِى لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَٰنٌ إِلَّا مَنِ ٱتَّبَعَكَ مِنَ ٱلْغَاوِينَ ﴿42﴾

Mişkini Tərcüməsi: «Və şübhəsiz, sənin Mənim bəndələrim üzərində heç bir hökmün yoxdur, (onlar yol seçməkdə həmişə ixtiyara malikdirlər), tamamilə sənə tabe olan azğınlardan başqa»!
43 Əl-Hicr Surəsi, Ayə 43

وَإِنَّ جَهَنَّمَ لَمَوْعِدُهُمْ أَجْمَعِينَ ﴿43﴾

Mişkini Tərcüməsi: «Və onların hamısının vədə yeri, mütləq Cəhənnəmdir».
44 Əl-Hicr Surəsi, Ayə 44

لَهَا سَبْعَةُ أَبْوَٰبٍۢ لِّكُلِّ بَابٍۢ مِّنْهُمْ جُزْءٌۭ مَّقْسُومٌ ﴿44﴾

Mişkini Tərcüməsi: Onun yeddi qapısı vardır, hər qapı(dan daxil olmaq) üçün onların bir hissəsi bölünmüşdür. [Yaxud: Onun yeddi təbəqəsi vardır ki, hər bir təbəqə üçün cəzalarının müxtəlifliyinə görə onların bir dəstəsi bölünmüşdür.
45 Əl-Hicr Surəsi, Ayə 45

إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّٰتٍۢ وَعُيُونٍ ﴿45﴾

Mişkini Tərcüməsi: Və həqiqətən, pərhizkarlar (o dünyada) bağlarda və bulaqlar(ın başın)da olacaqlar.
46 Əl-Hicr Surəsi, Ayə 46

ٱدْخُلُوهَا بِسَلَٰمٍ ءَامِنِينَ ﴿46﴾

Mişkini Tərcüməsi: (Daxil olan zaman onlara) «(Allah və mələklər tərəfindən olan) salamla oraya daxil olun ki, (hər hansı bir zərər-ziyandan, xüsusilə fani olmaqdan və müddətin sona çatmasından) amanda olacaqsanız».
47 Əl-Hicr Surəsi, Ayə 47

وَنَزَعْنَا مَا فِى صُدُورِهِم مِّنْ غِلٍّ إِخْوَٰنًا عَلَىٰ سُرُرٍۢ مُّتَقَٰبِلِينَ ﴿47﴾

Mişkini Tərcüməsi: Və onların qəlblərində olan kin-küdurəti (batil düşüncələr və xarab xislətləri) elə çıxarıb atdıq ki, taxtlar üzərində qardaşcasına bir-birlərinin qarşısında əyləşərlər.
48 Əl-Hicr Surəsi, Ayə 48

لَا يَمَسُّهُمْ فِيهَا نَصَبٌۭ وَمَا هُم مِّنْهَا بِمُخْرَجِينَ ﴿48﴾

Mişkini Tərcüməsi: Orada onlara əsla bir zəhmət yetişməz və onlar oradan əsla çıxarılmazlar.
49 Əl-Hicr Surəsi, Ayə 49

۞ نَبِّئْ عِبَادِىٓ أَنِّىٓ أَنَا ٱلْغَفُورُ ٱلرَّحِيمُ ﴿49﴾

Mişkini Tərcüməsi: (Ya Peyğəmbər!) Mənim bəndələrimə xəbər ver ki, şübhəsiz, çox bağışlayan və mehriban Mənəm! 15|50|Və həmin ağrılı əzab (da) Mənim əzabımdır.
51 Əl-Hicr Surəsi, Ayə 51

وَنَبِّئْهُمْ عَن ضَيْفِ إِبْرَٰهِيمَ ﴿51﴾

Mişkini Tərcüməsi: Və onlara İbrahimin qonaqlarından xəbər ver.
52 Əl-Hicr Surəsi, Ayə 52

إِذْ دَخَلُوا۟ عَلَيْهِ فَقَالُوا۟ سَلَٰمًۭا قَالَ إِنَّا مِنكُمْ وَجِلُونَ ﴿52﴾

Mişkini Tərcüməsi: Onlar onun hüzuruna daxil olub «salam!» deyən zaman o (İbrahim) dedi: «Həqiqətən, biz, (vaxtsız və icazəsiz gəldiyinizə görə) sizdən qorxuruq».
53 Əl-Hicr Surəsi, Ayə 53

قَالُوا۟ لَا تَوْجَلْ إِنَّا نُبَشِّرُكَ بِغُلَٰمٍ عَلِيمٍۢ ﴿53﴾

Mişkini Tərcüməsi: Dedilər: «Qorxma, biz səni (İshaq adlı) bilikli bir oğulla müjdələyirik (ki, o, vəhy vasitəsilə din elmləri və səmavi kitablardan xəbərdar olacaqdır)».
54 Əl-Hicr Surəsi, Ayə 54

قَالَ أَبَشَّرْتُمُونِى عَلَىٰٓ أَن مَّسَّنِىَ ٱلْكِبَرُ فَبِمَ تُبَشِّرُونَ ﴿54﴾

Mişkini Tərcüməsi: Dedi: «Qocalığın mənə yetişdiyi bir halda mənə müjdə verirsiniz?! Belə olan halda, mənə nə müjdə verirsiniz?»
55 Əl-Hicr Surəsi, Ayə 55

قَالُوا۟ بَشَّرْنَٰكَ بِٱلْحَقِّ فَلَا تَكُن مِّنَ ٱلْقَٰنِطِينَ ﴿55﴾

Mişkini Tərcüməsi: Dedilər: «Sənə düzgün (haqq və sabit) bir (işə görə) müjdə verdik. Buna görə də əsla naümidlərdən olma».
56 Əl-Hicr Surəsi, Ayə 56

قَالَ وَمَن يَقْنَطُ مِن رَّحْمَةِ رَبِّهِۦٓ إِلَّا ٱلضَّآلُّونَ ﴿56﴾

Mişkini Tərcüməsi: Dedi: «Öz Rəbbinin rəhmətindən azğınlardan başqa kim naümid olar?!»
57 Əl-Hicr Surəsi, Ayə 57

قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا ٱلْمُرْسَلُونَ ﴿57﴾

Mişkini Tərcüməsi: Dedi: «Ey elçilər, bəs sizin (əsil) işiniz nədir?»
58 Əl-Hicr Surəsi, Ayə 58

قَالُوٓا۟ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمٍۢ مُّجْرِمِينَ ﴿58﴾

Mişkini Tərcüməsi: Dedilər: «Biz günahkar bir qövmə (Lut qövmünə) göndərilmişik (ki, onları həlak edək)».
59 Əl-Hicr Surəsi, Ayə 59

إِلَّآ ءَالَ لُوطٍ إِنَّا لَمُنَجُّوهُمْ أَجْمَعِينَ ﴿59﴾

Mişkini Tərcüməsi: «Lutun ailəsi istisna olmaqla. Biz onların hamısına mütləq nicat verəcəyik».
60 Əl-Hicr Surəsi, Ayə 60

إِلَّا ٱمْرَأَتَهُۥ قَدَّرْنَآ ۙ إِنَّهَا لَمِنَ ٱلْغَٰبِرِينَ ﴿60﴾

Mişkini Tərcüməsi: «Onun (nicat tapacaq ailə üzvlərindən də) zövcəsi müstəsnadır ki, onun (imansızlığına görə) mütləq (Lut qövmünün əzabda) qalanlar(ın)dan olmasını qərara almışıq».
61 Əl-Hicr Surəsi, Ayə 61

فَلَمَّا جَآءَ ءَالَ لُوطٍ ٱلْمُرْسَلُونَ ﴿61﴾

Mişkini Tərcüməsi: Beləliklə, elə ki, elçilər Lut ailəsinin yanına gəldilər,
62 Əl-Hicr Surəsi, Ayə 62

قَالَ إِنَّكُمْ قَوْمٌۭ مُّنكَرُونَ ﴿62﴾

Mişkini Tərcüməsi: Lut dedi: «Həqiqətən, siz tanış olmayan və yad bir dəstəsiniz».
63 Əl-Hicr Surəsi, Ayə 63

قَالُوا۟ بَلْ جِئْنَٰكَ بِمَا كَانُوا۟ فِيهِ يَمْتَرُونَ ﴿63﴾

Mişkini Tərcüməsi: Dedilər: «(Arada pis bir məqsəd yoxdur,) biz (sənin qövmün üçün) barəsində şəkk və tərəddüddə olduqları şeyi (əzabın nazil olmasını) gətirmişik.
64 Əl-Hicr Surəsi, Ayə 64

وَأَتَيْنَٰكَ بِٱلْحَقِّ وَإِنَّا لَصَٰدِقُونَ ﴿64﴾

Mişkini Tərcüməsi: «Və Biz sənin üçün haqq xəbəri və doğru vədi gətirmişik və şübhəsiz, biz düz danışanlarıq».
65 Əl-Hicr Surəsi, Ayə 65

فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍۢ مِّنَ ٱلَّيْلِ وَٱتَّبِعْ أَدْبَٰرَهُمْ وَلَا يَلْتَفِتْ مِنكُمْ أَحَدٌۭ وَٱمْضُوا۟ حَيْثُ تُؤْمَرُونَ ﴿65﴾

Mişkini Tərcüməsi: «Odur ki, gecənin bir yarısında öz ailəni yola sal, özün də onların arxasınca get, sizdən heç kim yerdə qalmasın (ya heç kim dönüb geriyə baxmasın) və əmr olunduğunuz səmtə tərəf yola düşün».
66 Əl-Hicr Surəsi, Ayə 66

وَقَضَيْنَآ إِلَيْهِ ذَٰلِكَ ٱلْأَمْرَ أَنَّ دَابِرَ هَٰٓؤُلَآءِ مَقْطُوعٌۭ مُّصْبِحِينَ ﴿66﴾

Mişkini Tərcüməsi: Və Biz mütləq baş verəcək bu işi ona vəhy etdik ki, bunların kökü səhəri açarkən kəsiləcəkdir.
67 Əl-Hicr Surəsi, Ayə 67

وَجَآءَ أَهْلُ ٱلْمَدِينَةِ يَسْتَبْشِرُونَ ﴿67﴾

Mişkini Tərcüməsi: Və (o halda) şəhər əhli sevincək gəldi.
68 Əl-Hicr Surəsi, Ayə 68

قَالَ إِنَّ هَٰٓؤُلَآءِ ضَيْفِى فَلَا تَفْضَحُونِ ﴿68﴾

Mişkini Tərcüməsi: Lut dedi: «Bunlar mənim qonaqlarımdır, məni (bu biabırçı işinizlə) rüsvay etməyin».
69 Əl-Hicr Surəsi, Ayə 69

وَٱتَّقُوا۟ ٱللَّهَ وَلَا تُخْزُونِ ﴿69﴾

Mişkini Tərcüməsi: «Və Allah(ın əzabın)dan qorxun və məni xar və başıaşağı etməyin».
70 Əl-Hicr Surəsi, Ayə 70

قَالُوٓا۟ أَوَلَمْ نَنْهَكَ عَنِ ٱلْعَٰلَمِينَ ﴿70﴾

Mişkini Tərcüməsi: Dedilər: «Məgər sənə dünya adamlarını (onları dəvət etməyi, sığınacaq verməyi və onları qonaq etməyi) qadağan etməmişik?!»
71 Əl-Hicr Surəsi, Ayə 71

قَالَ هَٰٓؤُلَآءِ بَنَاتِىٓ إِن كُنتُمْ فَٰعِلِينَ ﴿71﴾

Mişkini Tərcüməsi: Dedi: «Əgər bir iş görmək istəyirsinizsə, bunlar mənim qızlarımdır». (Öz qızlarına, yaxud onların özlərinin peyğəmbərin qızları yerində olan arvadlarına işarə etdi).
72 Əl-Hicr Surəsi, Ayə 72

لَعَمْرُكَ إِنَّهُمْ لَفِى سَكْرَتِهِمْ يَعْمَهُونَ ﴿72﴾

Mişkini Tərcüməsi: Sənin canına and olsun ki, onlar öz (küfr, günah və şəhvət) məstliklərində çaşqın və sərgərdan idilər.
73 Əl-Hicr Surəsi, Ayə 73

فَأَخَذَتْهُمُ ٱلصَّيْحَةُ مُشْرِقِينَ ﴿73﴾

Mişkini Tərcüməsi: Və (nəhayət) günəş çıxan zaman onları (göydən gələn) səs bürüdü.
74 Əl-Hicr Surəsi, Ayə 74

فَجَعَلْنَا عَٰلِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهِمْ حِجَارَةًۭ مِّن سِجِّيلٍ ﴿74﴾

Mişkini Tərcüməsi: Beləliklə, onların şəhərlərini al-üst etdik və onlara gil daşlardan yağış yağdırdıq.
75 Əl-Hicr Surəsi, Ayə 75

إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّلْمُتَوَسِّمِينَ ﴿75﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, bunda (bu hadisədə) ağıl və şüur sahibləri üçün (Allahın qüdrət və qəzəbi, bəndənin azğınlığının sonu barəsində) nişanələr vardır.
76 Əl-Hicr Surəsi, Ayə 76

وَإِنَّهَا لَبِسَبِيلٍۢ مُّقِيمٍ ﴿76﴾

Mişkini Tərcüməsi: Və əlbəttə, o (viran edilmiş həmin şəhərlər) yol üzərində hələ də qalmaqdadır (və ibrət götürmək üçün bir amildir).
77 Əl-Hicr Surəsi, Ayə 77

إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ لِّلْمُؤْمِنِينَ ﴿77﴾

Mişkini Tərcüməsi: Və həqiqətən, bunda (bu hadisədə) iman əhli üçün (Haqqın qüdrəti və batilin cəzası barəsində) bir nişanə vardır.
78 Əl-Hicr Surəsi, Ayə 78

وَإِن كَانَ أَصْحَٰبُ ٱلْأَيْكَةِ لَظَٰلِمِينَ ﴿78﴾

Mişkini Tərcüməsi: Və həqiqətən, «Əykə»nin (Şüeybin qövmünün məskunlaşdığı çox sıx ağaclı diyarın) əhalisi zalım idi.
79 Əl-Hicr Surəsi, Ayə 79

فَٱنتَقَمْنَا مِنْهُمْ وَإِنَّهُمَا لَبِإِمَامٍۢ مُّبِينٍۢ ﴿79﴾

Mişkini Tərcüməsi: Beləliklə, Biz onlardan intiqam aldıq. (Hud surəsinin 94-cü ayəsinə müraciət edin.) Və əlbəttə, o ikisi (Lut və Şüeybin qövmlərinin məskənləri) açıq-aşkar yol üstündədir.
80 Əl-Hicr Surəsi, Ayə 80

وَلَقَدْ كَذَّبَ أَصْحَٰبُ ٱلْحِجْرِ ٱلْمُرْسَلِينَ ﴿80﴾

Mişkini Tərcüməsi: Və həqiqətən, Hicr əhalisi (Salehin ümməti olan Səmud qövmü) Allahın peyğəmbərlərini təkzib etdilər.
81 Əl-Hicr Surəsi, Ayə 81

وَءَاتَيْنَٰهُمْ ءَايَٰتِنَا فَكَانُوا۟ عَنْهَا مُعْرِضِينَ ﴿81﴾

Mişkini Tərcüməsi: Və Biz onlara (dəvənin daş və sairədən xaric olması kimi) Öz nişanələrimizi verdik, amma onlar ondan üz döndərdilər.
82 Əl-Hicr Surəsi, Ayə 82

وَكَانُوا۟ يَنْحِتُونَ مِنَ ٱلْجِبَالِ بُيُوتًا ءَامِنِينَ ﴿82﴾

Mişkini Tərcüməsi: Və onlar (dağın aşmasından və düşmənin yol tapmasından) xatircəm halda dağlardan evlər yonurdular.
83 Əl-Hicr Surəsi, Ayə 83

فَأَخَذَتْهُمُ ٱلصَّيْحَةُ مُصْبِحِينَ ﴿83﴾

Mişkini Tərcüməsi: Beləliklə, səhəri açarkən (göydən gələn) bir səs onları bürüdü.
84 Əl-Hicr Surəsi, Ayə 84

فَمَآ أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا۟ يَكْسِبُونَ ﴿84﴾

Mişkini Tərcüməsi: Beləliklə, (məskən, övlad və var-dövlət kimi) kəsb etdikləri şey onlardan (Allahın əzabından heç nəyi) dəf etmədi.
85 Əl-Hicr Surəsi, Ayə 85

وَمَا خَلَقْنَا ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَآ إِلَّا بِٱلْحَقِّ ۗ وَإِنَّ ٱلسَّاعَةَ لَءَاتِيَةٌۭ ۖ فَٱصْفَحِ ٱلصَّفْحَ ٱلْجَمِيلَ ﴿85﴾

Mişkini Tərcüməsi: Və Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq (və uca və ağılın təsdiq etdiyi bir məqsəd üçün) yaratmışıq və şübhəsiz, Qiyamət gələsidir (və kafirlərə cəza verəcəyik). Buna görə də, gözəl tərzdə (nə qədər ki, döyüş əmri almamısan) güzəşt et.
86 Əl-Hicr Surəsi, Ayə 86

إِنَّ رَبَّكَ هُوَ ٱلْخَلَّٰقُ ٱلْعَلِيمُ ﴿86﴾

Mişkini Tərcüməsi: Həqiqətən, sənin Rəbbin həmin (bütün şeyləri) yaradan və (hər şeyi) biləndir.
87 Əl-Hicr Surəsi, Ayə 87

وَلَقَدْ ءَاتَيْنَٰكَ سَبْعًۭا مِّنَ ٱلْمَثَانِى وَٱلْقُرْءَانَ ٱلْعَظِيمَ ﴿87﴾

Mişkini Tərcüməsi: Doğrudan da, sənə hər namazda ən azı iki dəfə təkrar edilən və ayələri bir-birini təfsir edən bu kitabın bir hissəsi olan (Həmd surəsi adında) yeddi əzəmətli ayə və böyük Quranı əta etdik.
88 Əl-Hicr Surəsi, Ayə 88

لَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَتَّعْنَا بِهِۦٓ أَزْوَٰجًۭا مِّنْهُمْ وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَٱخْفِضْ جَنَاحَكَ لِلْمُؤْمِنِينَ ﴿88﴾

Mişkini Tərcüməsi: Gözlərini onların bəzilərini bəhrələndirdiyimiz şeylərə dikmə və onlara (iman gətirməyənlərə) görə qəmgin olma və öz təvazökarlıq qanadını möminlər(in üstün)ə sər.
89 Əl-Hicr Surəsi, Ayə 89

وَقُلْ إِنِّىٓ أَنَا ٱلنَّذِيرُ ٱلْمُبِينُ ﴿89﴾

Mişkini Tərcüməsi: Və de: «Həqiqətən, mən (sizi ilahi əzabın nazil olmasından çəkindirən) həmin aşkar qorxudanam». 15|90|Bölənlərə (əzab) nazil etdiyimiz kimi!
91 Əl-Hicr Surəsi, Ayə 91

ٱلَّذِينَ جَعَلُوا۟ ٱلْقُرْءَانَ عِضِينَ ﴿91﴾

Mişkini Tərcüməsi: Həmin o kəslərə ki, (peyğəmbərin göndərilməsinin əvvəlində) Quranı neçə hissəyə böldülər (bir hissəsini sehr, bir hissəsini şer, bir hissəsini keçmişlərin əhvalatları və bir hissəsini cinlərin kəlamı adlandırdılar. Həmçinin onun bir hissəsini qəbul və bir hissəsini rədd etdilər. Onları müxtəlif əzablarla həlak etdik).
92 Əl-Hicr Surəsi, Ayə 92

فَوَرَبِّكَ لَنَسْـَٔلَنَّهُمْ أَجْمَعِينَ ﴿92﴾

Mişkini Tərcüməsi: Buna görə də, sənin Rəbbinə and olsun ki, şübhəsiz, (Qiyamət günü) onların hamısını sorğu-suala tutacağıq.
93 Əl-Hicr Surəsi, Ayə 93

عَمَّا كَانُوا۟ يَعْمَلُونَ ﴿93﴾

Mişkini Tərcüməsi: (Dünyada) etdikləri əməllər barəsində.
94 Əl-Hicr Surəsi, Ayə 94

فَٱصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ ٱلْمُشْرِكِينَ ﴿94﴾

Mişkini Tərcüməsi: Buna görə də, sənə əmr olunanı aşkar şəkildə bəyan et və müşriklərdən üz çevir.
95 Əl-Hicr Surəsi, Ayə 95

إِنَّا كَفَيْنَٰكَ ٱلْمُسْتَهْزِءِينَ ﴿95﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Biz istehza edənlərin şərini səndən uzaqlaşdırdıq.
96 Əl-Hicr Surəsi, Ayə 96

ٱلَّذِينَ يَجْعَلُونَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ ۚ فَسَوْفَ يَعْلَمُونَ ﴿96﴾

Mişkini Tərcüməsi: Həmin o kəslər(in) ki, Allaha digər bir məbudu şərik qoşurlar. Tezliklə biləcəklər!
97 Əl-Hicr Surəsi, Ayə 97

وَلَقَدْ نَعْلَمُ أَنَّكَ يَضِيقُ صَدْرُكَ بِمَا يَقُولُونَ ﴿97﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, Biz sənin qəlbinin onların dediklərindən sıxılmasını bilirik.
98 Əl-Hicr Surəsi, Ayə 98

فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَكُن مِّنَ ٱلسَّٰجِدِينَ ﴿98﴾

Mişkini Tərcüməsi: Buna görə də, Rəbbinə həmd və şükr etməklə yanaşı (Onu) pak sifətlərlə mədh et və səcdə edənlərdən ol!
99 Əl-Hicr Surəsi, Ayə 99

وَٱعْبُدْ رَبَّكَ حَتَّىٰ يَأْتِيَكَ ٱلْيَقِينُ ﴿99﴾

Mişkini Tərcüməsi: Və o yəqin iş (hər bir canlı üçün labüd olan ölüm) sənə yetişənə qədər Rəbbinə ibadət et!
Əvvəlki: 14. İbrahim Bütün Surələr ↑ Növbəti: 16. Ən-Nəhl