Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Taha Surəsi, Ayə 1
طه
﴿1﴾
Mişkini Tərcüməsi:
Ta Ha. (Mən pak, qüsursuz və hidayət edənəm. Ey Muhəmməd! Ey pak qəlbli və yol göstərən böyük insan! Namaz vaxtı hər iki ayağını yerə qoy.)
Mişkini Tərcüməsi:
Biz Quranı sənə (onun icrası yolunda, yaxud onun qəbul edilməməsindən təəssüflənməklə, yaxud da ağır ibadətlə etməklə) zəhmət və əziyyətə düşməyin üçün nazil etmədik.
3
Taha Surəsi, Ayə 3
إِلَّا تَذْكِرَةًۭ لِّمَن يَخْشَىٰ
﴿3﴾
Mişkini Tərcüməsi:
Lakin (Biz onu) qorxan (tovhid fitrəti əsasında xilqətində yaradılışın mənşəyi və məad qorxusu olan) hər bir kəsə bir öyüd olması üçün (göndərdik).
Mişkini Tərcüməsi:
Göylərdə, yerdə, onların ikisinin arasında və torpağın altında (və yer kürəsində) olanlar(ın hamısı) Ona məxsusdur (onların hamısının yaradılışı, qorunması, idarə edilməsi və yox edilməsi Onun istək və qüdrətinə tabedir).
Mişkini Tərcüməsi:
Əgər sözünü aşkar desən (buna ehtiyac yoxdur), çünki O, gizlini də, daha gizlini də bilir (gizlidən məqsəd xəlvəti söhbət, daha gizlidən məqsəd isə qəlbə gələn və ya hətta heç qəlbə də gəlməyən fikirdir).
Mişkini Tərcüməsi:
Tək olan Allah (ki), Ondan başqa bir məbud yoxdur! Ən gözəl adlar Ona məxsusdur. (Onun vacibəl-vücud, qədim və əzəli kimi bəzi adları Ondan qeyrisinə şamil edilə bilməz. Həyy, alim və qadir kimi bəzi adları isə müəyyən qoşmalarla şamil edilə bilər.)
Mişkini Tərcüməsi:
O zaman o, (Mədyəndən Misirə gedəndə Tuva səhrasının yaxınlığında yolu itirdiyi vaxt) bir od görmüş və ailəsinə demişdi: Siz dayanın. Mən həqiqətən, bir od gördüm. Bəlkə ondan sizə bir şölə gətirdim və ya odun başında yol göstərən tapdım.
11
Taha Surəsi, Ayə 11
فَلَمَّآ أَتَىٰهَا نُودِىَ يَٰمُوسَىٰٓ
﴿11﴾
Mişkini Tərcüməsi:
Beləliklə, oda çatanda nida gəldi ki: Ey Musa!
Mişkini Tərcüməsi:
Həqiqətən, sənin Rəbbin Mənəm! Buna görə də nəleynini (ayağından) çıxart. Çünki sən müqəddəs Tuva çölündəsən (müqəddəs yerə ayaqqabı ilə girmək olmaz).
Mişkini Tərcüməsi:
Buna görə də, ona iman gətirməyən və (nəfsi) istəklərinə tabe olmuş bir şəxs əsla səni ondan (Qiyamətə inanmaqdan) yayındırmasın, ki, həlak olarsan.
Mişkini Tərcüməsi:
Dedi: Bu, mənim əsamdır. Ona söykənirəm və onunla qoyunlarıma (ağacdan) yarpaq (qırıb) tökürəm. Mənim ona başqa ehtiyaclarım da var.
19
Taha Surəsi, Ayə 19
قَالَ أَلْقِهَا يَٰمُوسَىٰ
﴿19﴾
Mişkini Tərcüməsi:
(Allah) buyurdu: Ey Musa, onu (yerə) at.
20
Taha Surəsi, Ayə 20
فَأَلْقَىٰهَا فَإِذَا هِىَ حَيَّةٌۭ تَسْعَىٰ
﴿20﴾
Mişkini Tərcüməsi:
Beləliklə, (Musa) onu (əsanı yerə) atdı. O dərhal sürətlə hərəkət edən qorxulu və zəhərli bir ilan oldu.
Mişkini Tərcüməsi:
Əlini qoltuğunun altına qoy (və çıxar), onda heç bir qüsur olmadan digər bir nişanə və möcüzə olaraq ağ və nurlu çıxsın.
23
Taha Surəsi, Ayə 23
لِنُرِيَكَ مِنْ ءَايَٰتِنَا ٱلْكُبْرَى
﴿23﴾
Mişkini Tərcüməsi:
(Bu iki möcüzəni) Özümüzün böyük nişanələrimizdən bəzilərini sənə göstərmək üçün (təqdim etdik).
24
Taha Surəsi, Ayə 24
ٱذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ
﴿24﴾
Mişkini Tərcüməsi:
(İndi) Fironun yanına get ki, o, həddini aşaraq azğınlaşıb.
25
Taha Surəsi, Ayə 25
قَالَ رَبِّ ٱشْرَحْ لِى صَدْرِى
﴿25﴾
Mişkini Tərcüməsi:
Dedi: Ey Rəbbim, sinəmi genişləndir (mənə çoxlu səbr və hövsələ ver).
26
Taha Surəsi, Ayə 26
وَيَسِّرْ لِىٓ أَمْرِى
﴿26﴾
Mişkini Tərcüməsi:
İşimi mənə asanlaşdır (peyğəmbərliyin yerinə yetirilməsində mənə kömək et).
27
Taha Surəsi, Ayə 27
وَٱحْلُلْ عُقْدَةًۭ مِّن لِّسَانِى
﴿27﴾
Mişkini Tərcüməsi:
Dilimdən (məqsədin çatdırılmasına mane olan) düyünü aç
28
Taha Surəsi, Ayə 28
يَفْقَهُوا۟ قَوْلِى
﴿28﴾
Mişkini Tərcüməsi:
ki, sözümü başa düşsünlər.
29
Taha Surəsi, Ayə 29
وَٱجْعَل لِّى وَزِيرًۭا مِّنْ أَهْلِى
﴿29﴾
Mişkini Tərcüməsi:
Ailəmdən mənə bir vəzir və yardımçı ver.
30
Taha Surəsi, Ayə 30
هَٰرُونَ أَخِى
﴿30﴾
Mişkini Tərcüməsi:
Qardaşım Harunu.
31
Taha Surəsi, Ayə 31
ٱشْدُدْ بِهِۦٓ أَزْرِى
﴿31﴾
Mişkini Tərcüməsi:
Arxamı onunla möhkəmləndir.
32
Taha Surəsi, Ayə 32
وَأَشْرِكْهُ فِىٓ أَمْرِى
﴿32﴾
Mişkini Tərcüməsi:
Və onu işimə (ilahi tapşırığın Sənin tərəfindən çatdırılması işinə) şərik et
33
Taha Surəsi, Ayə 33
كَىْ نُسَبِّحَكَ كَثِيرًۭا
﴿33﴾
Mişkini Tərcüməsi:
ki, Səni (qibtilərin və fironçuların arasında aşkarcasına) pak sifətlərlə çox mədh edək və (şəriki olmaqdan) pak (və uzaq) bilək.
34
Taha Surəsi, Ayə 34
وَنَذْكُرَكَ كَثِيرًا
﴿34﴾
Mişkini Tərcüməsi:
Və Səni çox yad edək.
35
Taha Surəsi, Ayə 35
إِنَّكَ كُنتَ بِنَا بَصِيرًۭا
﴿35﴾
Mişkini Tərcüməsi:
Çünki Sən bizi (biz əhli-beyti, həmçinin bizim Səni pak sifətlərlə mədh etməyimizi və Səni yada salmağa bağlılığımızı) həmişə görürsən.
36
Taha Surəsi, Ayə 36
قَالَ قَدْ أُوتِيتَ سُؤْلَكَ يَٰمُوسَىٰ
﴿36﴾
Mişkini Tərcüməsi:
(Allah) buyurdu: Ey Musa, şübhəsiz, istədiklərinin hamısı sənə verildi.
37
Taha Surəsi, Ayə 37
وَلَقَدْ مَنَنَّا عَلَيْكَ مَرَّةً أُخْرَىٰٓ
﴿37﴾
Mişkini Tərcüməsi:
Əlbəttə, Öz lütflərimizi sənə bir dəfə də şamil et(miş)dik.
Mişkini Tərcüməsi:
(Ona ilham etdik) ki: Onu bir sandığa qoy və onu dənizə at. Sonra (Bizim əzəli istəyimiz belə oldu ki,) gərək dəniz onu, Mənim və onun düşməninin götürməsi üçün sahilə atsın. Və (bir sıra xeyirlərə görə və) həmçinin (öhdənə yüksək məqam götürəcəksən deyə) Öz nəzarətim altında tərbiyə alıb yetişməyin üçün Öz tərəfimdən (qəlblərə) sənin məhəbbətini saldım.
Mişkini Tərcüməsi:
O zaman bacın (sənin sandığının arxasınca) gedir və (uşaq üçün dayə axtaran fironçulara) deyirdi: Sizə onu(n qorunmasını və ona süd verilməsini) öhdəsinə götürən bir adam göstərimmi? Belələliklə, gözləri aydın olsun və qəm yeməsin deyə səni anana qaytardıq. Həmçinin (fironçulardan) birini öldürdün (və onlar da səni öldürmək qərarına gəldilər). Belə olan halda Biz səni həmin qəmdən qurtardıq və bir sıra imtahanlarla sınadıq. Beləliklə, illərlə Mədyən əhalisinin arasında qaldın. Sonra ey Musa, (Bizim əzəli) qərar(ımız və yüksək mənəvi kamilliklər) əsasında (peyğəmbərlik məqamına) gəldin.
41
Taha Surəsi, Ayə 41
وَٱصْطَنَعْتُكَ لِنَفْسِى
﴿41﴾
Mişkini Tərcüməsi:
Və səni (peyğəmbərlik məqamını öhdənə götürmək, kitabı qəbul etmək, küfrlə mübarizə aparmaq və cəmiyyəti islah etmək kimi) Özüm(ün hədəflərim) üçün (tərbiyə olunmuş və bütün cəhətlərdə kamala çatmış bir insan) etdim.
Mişkini Tərcüməsi:
Sən və qardaşın Mənim möcüzələrimlə (hazırkı iki möcüzə və sonra verəcəyim digər möcüzələrlə) birlikdə (fironçuların yanında) gedin və Məni yada salmaqda süstlük göstərməyin.
43
Taha Surəsi, Ayə 43
ٱذْهَبَآ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ
﴿43﴾
Mişkini Tərcüməsi:
Fironun yanına gedin ki, o, həddini aşaraq azğınlaşıb.
Mişkini Tərcüməsi:
Dedilər: Ey Rəbbimiz! Biz (ilahi tapşırığın çatdırılmasından qabaq) onun bizə qəzəblənərək cəzalandırmasından və ya (küfr və zülmkarlıqda) həddini aşmasından qorxuruq.
Mişkini Tərcüməsi:
Buna görə də onun yanına gedin və deyin: Həqiqətən, biz sənin Rəbbinin elçiləriyik. Odur ki, İsrail övladlarını (buraxıb) bizimlə birlikdə göndər və onlara işgəncə vermə. Həqiqətən, biz sənə Rəbbin tərəfindən bir nişanə və möcüzə gətirmişik. Salam olsun doğru yola tabe olan hər bir kəsə!
Mişkini Tərcüməsi:
Həqiqətən, bizə vəhy olunub ki, (Allahın) əzab(ı Onun nişanələrini və peyğəmbərlərinin çağırışlarını) təkzib edən və (haqdan) üz döndərən kəs üçündür.
49
Taha Surəsi, Ayə 49
قَالَ فَمَن رَّبُّكُمَا يَٰمُوسَىٰ
﴿49﴾
Mişkini Tərcüməsi:
Firon dedi: Ey Musa, sizin Rəbbiniz kimdir?
Mişkini Tərcüməsi:
Dedi: Bizim Rəbbimiz hər bir şeyə onun məxsus yaradılışını əta edən, sonra (ona) doğru yol göstərəndir. (Hər bir meyvə və toxumun yaradılacağı maddəyə tədricən həmin növün şəklini verib və sonra onları yaradılışlarında öz əlamət və xüsusiyyətlərinə tərəf yönəldib. Həmçinin hər bir heyvanın nütfəsinə tədricən onun növünün şəklini verib və sonra onu qüvvələrinin tələbinə müvafiq olaraq yaradılışla hədəfinə doğru yönəldib. Ağıl sahiblərinə ümumilikdə pis və yaxşını dərk etmək qüvvəsi verib və sonra onları şəriət yolu ilə dinin maariflərinə tərəf istiqamətləndirib.)
51
Taha Surəsi, Ayə 51
قَالَ فَمَا بَالُ ٱلْقُرُونِ ٱلْأُولَىٰ
﴿51﴾
Mişkini Tərcüməsi:
(Firon) dedi: Belə isə (Allahı inkar və peyğəmbərləri təkzib etmiş) keçmiş ümmətlərin vəziyyəti necə olacaqdır?
Mişkini Tərcüməsi:
(Musa) dedi: Onların (vəziyyətlərinin necə olması) elmi mənim Rəbbimin yanında (Lövhi-Məhfuz adlı) bir kitabdadır. Mənim Rəbbim nə səhv edir və nə də unudur.
Mişkini Tərcüməsi:
Həmin O (Allah) ki, yeri sizin üçün döşəyərək beşik edib, onda sizin üçün yollar açıb və göydən (yağış, qar və dolu şəklində) su nazil edib. Biz onun vasitəsi ilə (torpağın altından) müxtəlif növlü rəngbərəng bitkilər çıxartdıq.
Mişkini Tərcüməsi:
(Onlardan özünüz) yeyin və heyvanlarınızı otarın. Həqiqətən, bunda (bu xüsusi yaradılışda) ağıl sahibləri üçün (Allahın tovhid, qüdrət və hikməti barəsində) bir (sıra) nişanələr vardır.
Mişkini Tərcüməsi:
Sizi ondan (torpaqdan) yaratdıq (ulu baba və nənənizi möcüzəvi şəkildə vasitəsiz və birbaşa, nəslinizin digər davamçılarını isə vasitə ilə və tədricən torpaqdan yaratdıq), (öləndən sonra) ona qaytaracaq və bir daha (Qiyamətdə) ondan çıxaracağıq.
Mişkini Tərcüməsi:
Həqiqətən, Biz Özümüzün bütün ayə və nişanələrimizi ona (Firona) göstərdik, amma o (onların hamısını) təkzib etdi və (Bizim dəvətimizi qəbul etməkdən) üz döndərdi.
Mişkini Tərcüməsi:
Belə isə sənə öz cadun kimi bir cadu gətirəcəyik. Buna görə də bizimlə öz aranda hamar və (fasiləsi həm bizimlə, həm də səninlə) bərabər olan bir yerdə nə bizim, nə də sənin pozmayacağın müəyyən bir vaxt qoy.
Mişkini Tərcüməsi:
Musa dedi: (Bizimlə) sizin vədə vaxtınız zinət günü (onların aralarında adət olan məxsus bayram günü) və camaatın günortadan qabaq toplaşdığı gün olsun [və ya: o şərtlə ki, camaat günortadan qabaq bir yerə toplanılsın].
Mişkini Tərcüməsi:
Beləliklə, Firon üz döndərdi (məclisi tərk etdi) və öz hiyləsini (cadularını, hiyləgərlik alətlərini və hiylə əhli olan cadugərləri) topladı, sonra (təyin edilmiş gündə meydana) gəldi.
Mişkini Tərcüməsi:
Musa onlara dedi: Vay olsun sizə! («Bütlər Allahın şərikləridir» və «bu möcüzələr sehr və cadudur» deməklə) Allaha yalan yaxmayın ki, əzabla sizin kökünüzü kəsər. Və əlbəttə kim yalan yaxdısa naümid oldu.
Mişkini Tərcüməsi:
(Nəhayət sehrbazlar bir-birlərinə və ya fironçular onlara) dedilər: Doğrudan da, bu iki nəfər sehrbazdır və öz sehrləri ilə sizi torpağınızdan çıxarmaq və sizin yüksək dini yolunuzu (bütpərəstliyi) yox etmək istəyirlər.
Mişkini Tərcüməsi:
Buna görə də özünüzün cadu hiylələrinizi düşüncə və diqqət ilə toplayın, sonra hamınız (onların qarşısında) bir sırada dayanın. Doğrudan da, bu gün üstünlük əldə edən kəs nicat tapacaqdır.
Mişkini Tərcüməsi:
(Təyin edilmiş vaxtda hamı gəlib çıxdıqdan sonra sehrbazlar) dedilər: Ey Musa, ya (əlində olanı əvvəlcə) sən atırsan, ya da əvvəlcə atan biz olaq.
Mişkini Tərcüməsi:
Musa dedi: Xeyr, siz atın. (Onlar atdılar.) Beləliklə, onların kəndir və əsaları sehr nəticəsində birdən Musanın xəyalında sürətlə (ora-bura) gedən təsəvvürü yaratdı.
67
Taha Surəsi, Ayə 67
فَأَوْجَسَ فِى نَفْسِهِۦ خِيفَةًۭ مُّوسَىٰ
﴿67﴾
Mişkini Tərcüməsi:
Belə olan halda Musa (insan təbiətinə görə və ya camaatın onlara inanmaları cəhətindən) qəlbində bir qorxu hiss etdi.
68
Taha Surəsi, Ayə 68
قُلْنَا لَا تَخَفْ إِنَّكَ أَنتَ ٱلْأَعْلَىٰ
﴿68﴾
Mişkini Tərcüməsi:
Dedik: Qorxma, şübhəsiz, sən özün üstünsən.
Mişkini Tərcüməsi:
Sağ əlində olanı (yerə) at ki, onların qurduqlarının hamısını udsun. Çünki onların qurduqları cadugər hiyləsidir və cadugər hara getsə (və nə göstərsə) qalib gəlməz və nicat tapmaz.
Mişkini Tərcüməsi:
(Musa əsanı atdı və o, əcdaha şəklinə düşüb hər şeyi uddu.) Beləliklə, sehrbazlar səcdə halında üzü üstə yerə düşüb «Musanın və Harunun Rəbbinə iman gətirdik» dedilər.
Mişkini Tərcüməsi:
Firon dedi: Mən sizə icazə verməmiş ona iman gətirdiniz?! Şübhəsiz, o, sizə sehr öyrətmiş böyüyünüz və başçınızdır. Buna görə də sizin əl və ayaqlarınızı çarpaz kəsəcək və sizi xurma ağacının gövdələrindən asacağam. Və (onda) bizlərdən hansı birimizin (mənim yoxsa Musanın Allahının) əzabının ağır və davamlı olmasını başa düşəcəksiniz.
Mişkini Tərcüməsi:
Dedilər: Bizi yaradana and olsun ki, səni bizə gəlmiş aydın dəlillərdən (cansız əşyaların dirilmələri, hər şeyi udması və yenidən əvvəlki vəziyyətinə qayıtmasından) üstün tutmayacağıq. Buna görə də bacardığın hökmü (icra) et. Sən yalnız bu dünya həyatı barəsində hökm edə bilərsən.
Mişkini Tərcüməsi:
Həqiqətən, biz Öz Rəbbimizə iman gətirdik ki, günahlarımızı (şirk etiqadımızı və əməldəki günahlarımızı) və sənin bizi vadar etdiyin sehri bağışlasın. Allah daha yaxşı və əbədidir.
Mişkini Tərcüməsi:
Həqiqətən, (sabah Qiyamətdə) öz Rəbbinin yanına günahkar gələn şəxs üçün mütləq Cəhənnəm vardır, onda nə (canını qurtarmaq üçün) ölər, nə də (rahatlıq tapmaq üçün) diri qalar.
Mişkini Tərcüməsi:
(Bina və ağaclarının) altından çaylar axan əbədi Cənnətlər! Onlar orada əbədi qalacaqlar. Özünü (bütün çirkinliklərdən) təmizləyən və (ruhu, ilahi dinin maarifində) inkişaf edib boy atan kəslərin mükafatı budur!
Mişkini Tərcüməsi:
Və əlbəttə, Biz Musaya vəhy etdik ki, bizim bəndələrimizi (Misirdən) gecə hərəkət etdir və onlar(ın keçmələri) üçün dənizdə (Nil çayında onu yarmaqla) bir quru yol aç ki, çatmaqdan (fironçuların gəlib çatmalarından) qorxmayasan və batmaqdan çəkinməyəsən.
Mişkini Tərcüməsi:
Beləliklə, Firon qoşunu ilə birlikdə onları təqib etdi. (Musanın qövmü keçdikdən sonra onlar da dənizin içindəki yollara daxil oldular.) Onları dənizdən (dənizin suyundan) bürüyən bürüdü (insan ağılının təsəvvür edə bilmədiyi nəhəng dalğalar bürüyüb batırdı).
79
Taha Surəsi, Ayə 79
وَأَضَلَّ فِرْعَوْنُ قَوْمَهُۥ وَمَا هَدَىٰ
﴿79﴾
Mişkini Tərcüməsi:
Firon öz qövmünü azdırdı və (heç bir) haqq yola yönəltmədi.
Mişkini Tərcüməsi:
Ey İsrail övladları, doğrudan da sizi düşmənlərinizin çəngindən qurtardıq, sizinlə (Musanın vasitəsi ilə Tövratı nazil etmək və onun qəbulu ilə içindəkilərə əməl etmək üçün) Tur dağının sağ tərəfində vədələşdik və (o geniş səhrada avara-sərgərdan qaldığınız zaman) sizə «mənn» (bir növ ağac şirəsindən hazırlanmış yemək) və bildirçin nazil etdik.
Mişkini Tərcüməsi:
Sizə verdiyimiz pak (maddi və mənəvi) ruzilərdən bəhrələnin və həmin istifadədə (şəriət və ağılın buyurduğu) həddi aşmayın ki, (əgər aşsanız) sizə Mənim qəzəbim nazil olacaqdır. Mənim qəzəbim kimə nazil olubsa, o mütləq həlakət burulğanına düşmüşdür.
Mişkini Tərcüməsi:
Həqiqətən, Mən (şirk və küfrdən) tövbə edən, iman gətirən və yaxşı işlər görən, sonra doğru yolda möhkəm dayanan (və ya insanlığın kamillik mərhələlərinə doğru istiqamətlənən) kəsi çox bağışlayanam. (Çünki İslamı qəbul edən kimi əvvəlki küfr, günahlar və digər ilahi haqların kəffarə və qəzaları yeni müsəlman olmuş şəxsin boynundan götürülür.)
83
Taha Surəsi, Ayə 83
۞ وَمَآ أَعْجَلَكَ عَن قَوْمِكَ يَٰمُوسَىٰ
﴿83﴾
Mişkini Tərcüməsi:
(Musa qövmünün seçilmiş nümayəndələri ilə Tur dağına gələndə, mənzil başına onlardan tez çatdı. Ona belə xitab oldu ki:) Ey Musa, səni nə tələsdirdi ki, qövmündən qabaq gəldin?
Mişkini Tərcüməsi:
Musa acıqlı və heyfsilənən halda qövmünə tərəf qayıtdı. Dedi: Ey mənim qövmüm, məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdi (ki, sizə Tövratı nazil etsin)? Yoxsa (mənim getdiyim) müddət sizə çox gəldi və ya Rəbbinizdən sizə bir qəzəb nazil olmasını istədiyiniz üçün mənim vədimə xilaf çıxdınız?
Mişkini Tərcüməsi:
Dedilər: Biz sənin vədinə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin bizim çiynimizə (Fironun) qövmün(ün) çoxlu miqdarda zinəti qoyulmuşdu. Onları (od kürəsinə) atdıq, həmçinin Samiri də (özündə olanları) atdı.
Mişkini Tərcüməsi:
Beləliklə, (Samiri) onlar üçün (ərimiş zinət əşyalarından) böyürən bir buzov heykəli (hazırlayıb) çıxartdı. (O və dindaşları) dedilər: Bu sizin və Musanın Allahıdır, (Musa) onu unudub (ardınca Tur dağına gedib. Yaxud: Samiri Allahı unutdu və camaatı buzova sitayiş etməyə məcbur etdi).
Mişkini Tərcüməsi:
Məgər onlar həmin buzovun (çağıran zaman) onlara bir cavab vermədiyini və onlar üçün bir ziyan və xeyirə malik olmadığını görmürlər?!
Mişkini Tərcüməsi:
Əlbəttə, Harun bundan qabaq onlara demişdi: «Ey mənim qövmüm, siz bunun (buzova sitayiş etməyinizin) vasitəsi ilə sınandınız; həqiqətən, sizin Rəbbiniz Rəhman olan Allahdır, buna görə də mənə tabe olun və mənim əmrlərimə itaət edin».
Mişkini Tərcüməsi:
Harun dedi: «Anam oğlu! Saqqal və başımdan tutma. Həqiqətən, mən (onlara təzyiq göstərəcəyim təqdirdə) sənin «İsrail övladlarının arasına təfriqə saldın və mənim tapşırığıma əməl etmədin» deyəcəyindən qorxdum».
95
Taha Surəsi, Ayə 95
قَالَ فَمَا خَطْبُكَ يَٰسَٰمِرِىُّ
﴿95﴾
Mişkini Tərcüməsi:
Musa dedi: «Ey Samiri, sənin (bu böyük qəbahəti etməkdən) məqsədin nə idi?»
Mişkini Tərcüməsi:
Dedi: «Mən onların görmədiyi və bilmədiyi bir şeyi (mələyin ayağının torpağının hərəkət etməsini və heykəltəraşlıq peşəsini) gördüm və bildim. Beləliklə həmin elçinin (yəni Cəbrailin) ayağının torpağından bir ovuc götürdüm və onu (buzovun heykəlinin içinə) atdım (və o buzov səsi çıxartdı və camaatı ona ibadət etməyə dəvət etdim). Və nəfsim (bu çirkin əməli) mənə beləcə gözəl göstərdi».
Mişkini Tərcüməsi:
Musa dedi: «Belə isə (camaatın arasından) çıx və sənin həyatdan payın mütləq «mənə toxunmayın» deməkdir (yolxucu xəstəliyə görə hamı səndən qorxacaq və ya ruhi xəstəliyə tutularaq sən hamıdan qorxacaq və hamıya «mənə toxunmayın» deyəcəksən). Əlbəttə, sənin üçün barəndə xilaf çıxılmayacaq vədə vaxtı da vardır. İndi, (ibadətindən) heç vaxt ayrılmadığın o məbuda bax ki, onu mütləq odda yandıracaq, sonra külünü dənizə səpəcəyik».
Mişkini Tərcüməsi:
Sizin məbudunuz yalnız (bütün kamilliklərə malik və zatı vacib olan) Allahdır ki, Ondan başqa bir məbud yoxdur. Onun elmi ( də vücudu, qüdrəti və mərhəməti kimi) hər şeyi əhatə etmişdir.
Mişkini Tərcüməsi:
(Ey Peyğəmbər!) Biz keçənlərin xəbərlərini sənə bu cür nəql edirik. Həqiqətən, sənə Öz tərəfimizdən bir zikr (adının yaxşılıqla zikr edilməsi və səma kitabı) əta etmişik.
Mişkini Tərcüməsi:
Biz onların (Məhşər səhnəsinə gətirildikdən sonra ömürlərini və ya Bərzəx aləmini əbədiliklə müqayisə edərək) dediklərini daha yaxşı bilirik. O zaman onların həqiqətə ən yaxın olanı deyər: «Bir gündən artıq qalmamısınız». (Çünki azlıq və qısalıq baxımından bir gün on gündən daha düzgün və ədalətlidir.)
Mişkini Tərcüməsi:
Həmin gün hamı haqqa çağırana tabe olar, nə dəvət edəndən bir səhv və əyrilik, nə də dəvət ediləndən bir sapma və itaətsizlik baş verər. Rəhman olan Allahın qarşısında bütün səslər batar və yavaş nəfəs səsləri və aram ayaq sədasından başqa bir şey eşitməzsən.
Mişkini Tərcüməsi:
Həmin gün (cəzanın tam aradan götürülməsi və ya silinməsi, yaxud məqamın ucaldılması barəsində) Rəhman Allahın icazə verdiyi və danışığını bəyəndiyi kəslərdən (peyğəmbərlər, mələklər və əməlisaleh insanlardan) başqa heç kəsin şəfaətinin xeyiri olmaz.
Mişkini Tərcüməsi:
Allah onların (dünyadakı) keçmişlərini (ömür və əməllərini) və gələcəklərini (mükafat və cəzalarını) bilir və onlar öz hallarından və Allahın elmindən xəbərsizdirlər.
Mişkini Tərcüməsi:
(Həmin gün batinin aynası olan) üzlər diri, əbədi və varlığı bərqərar saxlayan Allahın qarşısında zəlil və itaətkar olacaqlar. Və əlbəttə, zülm yükü daşıyan kəs (Allahın mərhəmətinə) naümid olacaqdır.
Mişkini Tərcüməsi:
Beləcə (gördüyün kimi) Biz bunu (bu kitabı) ərəbcə bir Quran olaraq nazil etdik və onda hər cür xəbərdarlıq və təhdid gətirdik ki, bəlkə (düşmənçilik və inadkarlıqdan) çəkinsinlər, yaxud (bu Quran) onlar üçün yeni bir ibrət gətirsin.
Mişkini Tərcüməsi:
Buna görə də varlığın mütləq sahib və hökmdarı, haqq və sabit olan Allah pak və ucadır. Quranın sənə vəhy (edilməs)i sona çatmamışdan qabaq on(un mənimsənilməsi və oxunmasın)da tələsmə və «ey Rəbbim, mənim elmimi artır!» de.
Mişkini Tərcüməsi:
Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. İblisdən başqa (onların hamısı) səcdə etdilər. O, (səcdə etməkdən) boyun qaçırtdı.
Mişkini Tərcüməsi:
Onda Biz buyurduq: «Ey Adəm, həqiqətən, bu (İblis) sənin və zövcənin düşmənidir. Buna görə də məbada sizi bu Cənnətdən çıxarsın, nəticədə (yaşayışının idarə edilməsində) əzab-əziyyətə düşəsən».
Mişkini Tərcüməsi:
Beləliklə, Şeytan ona vəsvəsə edərək dedi: «Ey Adəm! Sənə əbədilik ağacını (əbədi meyvə verən və ya meyvəsi əbədi həyat bəxş edən ağacı) və köhnəlməz (heç bir hadisə ilə zəifləməyən və dağılmayan) səltənət yolunu göstərim?»
Mişkini Tərcüməsi:
Beləliklə, (Adəm ilə Həvvanın) hər ikisi həmin ağacdan (onun meyvəsindən) yedilər. (Birdən onların məxsus cənnət libasları əyinlərindən töküldü və) ayıb yerləri onlara aşkar oldu və onlar Cənnət (ağaclarının) yarpaqlarından özlərinə yapışdırmağa başladılar. Adəm öz Rəbbinə (Onun yalnız dünya zərəri olan və ilahi vəzifənin pozulması sayılmayan istiqamətləndirmə göstərişində) itaətsizlik etdi və səhv yola düşdü.
Mişkini Tərcüməsi:
(Allah) buyurdu: «Hər ikiniz bu mühitdən (yer kürəsinə) enin (və orada nəsil artırın). Sizdən (siz insanlardan) bəzisi digər bəzisinin düşməni olacaqsınız. Əgər Mənim tərəfimdən sizə bir hidayət (peyğəmbər vasitəsi ilə bir din) gəlsə, həmin hidayətə tabe olan kəs heç vaxt nə yolunu azar və nə də bədbəxt olar.
Mişkini Tərcüməsi:
Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik.
Mişkini Tərcüməsi:
(Allah) buyurar: Sənə Bizim aydın ayə və nişanələrimiz gəldi, amma sən (bu gün kor olduğun və unudulduğun kimi) onları unutdun. Sən bu gün də (kor olacaq və) unudulacaqsan!
Mişkini Tərcüməsi:
Biz israf edən (həddini aşan) və öz Rəbbinin ayə və nişanələrinə iman gətirməyən şəxsi (dünyada) belə cəzalandırırıq. Və əlbəttə, axirət əzabı daha ağır və sürəklidir.
Mişkini Tərcüməsi:
Məgər onlardan (Məkkə müşriklərindən) qabaq onların indi məskənlərində gəzdikləri çoxlu dəstələri məhv etməyimiz (Məkkə əhalisinin Yəməndəki Ad, Şamdakı Səmud və Əykə, Fələstindəki Lut qövmünün məskənlərində gəzib onların məhv edilmələrini görmələri) onlar üçün hidayət mənbəyi olmur?! Həqiqətən, bunda (bu hadisələrdə) ağıl sahibləri üçün (Allahın tovhid, qüdrət və qəzəbini göstərən) nişanələr vardır.
Mişkini Tərcüməsi:
Əgər Rəbbin tərəfindən keçmiş söz (onlara qəfildən əzab göndərməmək barəsində Lövhi-Məhfuzda yazılmış qəti hökm) və (onların ömür müddətləri barəsində) təyin edilmiş müddət olmasaydı, şübhəsiz, (keçmiş ümmətlərə gəlmiş əzabın onlara da verilməsi) lazım gələrdi (və onların hamısını birlikdə həlak edərdik).
Mişkini Tərcüməsi:
Buna görə də onların dediklərinə səbr et və günəş çıxandan və batandan qabaq Rəbbini, Ona sitayişlə birlikdə pak sifətlərlə mədh et (sübh, zöhr və əsr namazlarını qıl və ya digər zikrləri oxu). Həmçinin Onu (məğrib və işa namazlarını qılmaq və digər zikrləri oxumaqla) gecə saatlarında və (nafilə namazları və digər ibadətlərlə) günün radələrində pak sifətlərlə mədh edərək müqəddəs bil ki, bəlkə (Allahın lütflərinin sənə şamil olması ilə) razı qalasan.
Mişkini Tərcüməsi:
Sınamaq üçün onların bəzi təbəqələrini bəhrələndirdiyimiz şeyə (var-dövlət, övlad və məqama) gözünü dikmə ki, onlar dünya həyatının çiçək və zinətləridir. Və Rəbbinin ruzisi (kitab və din) daha yaxşı və əbədidir.
Mişkini Tərcüməsi:
Və öz ailənə namazı əmr et və özün (də) var gücünlə ona (riayət etməyə) səbr et. Biz səndən heç bir ruzi istəmirik (ki, sənin də imkanın olmasın və gücün çatmasın). Sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqvaya məxsusdur.
Mişkini Tərcüməsi:
(Kafirlər Quranı qəbul etməyib Salehin dəvəsi və Musanın əsası kimi başqa bir möcüzə istəyərək) dedilər: «Nə üçün (Muhəmməd) bizə öz Rəbbi tərəfindən bir ayə və möcüzə gətirmir?» Məgər əvvəlki kitablardakıların aydın açıqlaması (olan bu Quran) onlara çatmayıb?!
Mişkini Tərcüməsi:
Əgər Biz onları bundan (Muhəmmədin (s) peyğəmbərliyə göndərilməsindən və ya Quranın nazil olmasından) qabaq həlak etsəydik, mütləq «ey Rəbbimiz, nə üçün bizə bir peyğəmbər göndərmədin ki, zəlil və xar olmamışdan qabaq Sənin ayələrinə tabe olaq» deyərdilər.
Mişkini Tərcüməsi:
De: «Hər birimiz (həm siz və həm də biz) gözləyirik (biz Allahın düşməninin məğlub və dinin kamil olması haqqında Onun vədinin gerçəkləşməsini, siz isə bizim məğlub olmağımızı və dəvətimizin puç olmasını gözləyirsiniz). Buna görə də gözləyin. Tezliklə doğru yolun sahiblərinin kimlər olmasını və kimin doğru yolu tapmasını biləcəksiniz.