Taha Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Taha surəsi, 1-8-ci ayələr
Taha surəsi, 1-8-ci ayələr
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
طه .١
مَا أَنْزَلْنَا عَلَيْكَ الْقُرْآنَ لِتَشْقَى .٢
إِلَّا تَذْكِرَةً لِمَنْ يَخْشَى .٣
تَنْزِيلًا مِمَّنْ خَلَقَ الْأَرْضَ وَالسَّمَاوَاتِ الْعُلَى .٤
الرَّحْمَنُ عَلَى الْعَرْشِ اسْتَوَى .٥
لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَمَا بَيْنَهُمَا وَمَا تَحْتَ الثَّرَى .٦
وَإِنْ تَجْهَرْ بِالْقَوْلِ فَإِنَّهُ يَعْلَمُ السِّرَّ وَأَخْفَى .٧
اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ لَهُ الْأَسْمَاءُ الْحُسْنَى .٨
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Ta, Ha.
2\. Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən.
3\. Onu yalnız (Allahdan) qorxanlara xatırlatma olsun deyə göndərdik.
4\. (Bu Quran) yeri və uca göyləri yaradan tərəfindən nazil olmuşdur.
5\. Ərşə hakim olan Rəhman (tərəfindən).
6\. Göylərdə, yerdə, onların arasında və torpağın altında nə varsa, Ona məxsusdur.
7\. Sən açıq-aydın danışsan da (danışmasan da, fərqi yoxdur). O, sirləri, (hətta) daha gizli olanı da bilir.
8\. O Özündən başqa tanrı olmayan Allahdır. Ən gözəl adlar yalnız ona məxsusdur!
Ayələrin nazilolma səbəbi.
Yuxarıdakı ilk ayələrin nazilolma səbəbi ilə bağlı çoxlu rəvayətlər nəql olunmuşdur. Bu rəvayətlərdən aydın olur ki, Peyğəmbər (s) vəhy və Quran nazil olduqdan sonra çoxlu ibadət edirdi. Xüsusən ayaq üstə ibadət edirdi. Hətta ayaqları şişirdi. Bəzən ibadətini davam etdirmək üçün ağırlığını bir ayağı üstünə, bəzən isə digər ayağı üstünə salırdı. Bəzən dabanı üstə, bəzən isə barmaqları üstə dayanırdı. Yuxarıdakı ayələr nazil oldu və Allah-taala Peyğəmbərə (s) əmr etdi ki, özünü bu qədər əzab-əziyyətə salma.
Ayələrin təfsiri.
Özünü bu qədər zəhmətə salma!
Bu surənin əvvəlində bir daha “müqəttəə” hərflərinə (b) rast gəlirik və yenidən bizdə maraq hissi oyanır.
Təbii ki, biz Quranın "müqəttəə” hərflərinin təfsiri haqqında üç surənin başlanğıcında kifayət qədər söhbət açmışıq.
Lakin burada bu mətləbi əlavə etməyi lazım bilirik ki, bu "müqəttəə" hərflərinin hamısı və ya bir hissəsi eynilə hansısa söz kimi xüsusi məna daşıya bilər. Yeri gəlmişkən, bir çox rəvayətlərdə və təfsirçilərin sözlərində bu surənin və eləcə də "Yasin" surəsinin başlanğıcındakı hərflər barədə belə deyilir. Məsələn, “Taha” “Ey kişi!" deməkdir. Bir sıra ǝrǝb şeirlərində də "Taha" sözünə rast gəlirik ki, “Ey kişi!” ifadəsinə bənzər və ya yaxın bir məna daşıyır. Bu şeirlərin bəzisi İslamın erkən çağlarına və ya İslamdan öncəyə aid edilir.
Bu sahənin mütəxəssislərindən birinin bildirdiyinə görə, İslam məsələləri haqqında tədqiqat aparan bəzi Qərb alimləri bu mətləbi Quranın bütün "müqəttəə" hərflərinə şamil edirlər. Onların fikrincə, bəzi surələrin əvvəlində yer alan "müqəttəə" hərfləri xüsusi məna daşıyan sözlərdir ki, zaman keçdikcə sıradan çıxmış və onların yalnız bəziləri bizə gəlib çatmışdır. Əks təqdirdə müşrik ərəblərin “müqəttəə” hərflərini eşidib, mənasını anlamayıb, ələ salmamasını düşünmək çətindir. Halbuki heç bir tarixi məxəzdə bu yüngülbeyin bəhanəçilərin “müqəttəə” hərflərini bəhanə etməsinə rast gəlmirik.
Düzdür, bu baxışı ümumi şəkildə və bütün “müqəttə” hərflərinə aid etmək çətindir. Amma bəziləri ilə bağlı məqbul saymaq olar və İslam məxəzlərində də bu haqda söz açılmışdır.
Bir məsələni də qeyd etmək lazımdır ki, İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə "Taha" Peyğəmbərin (s) adlarından biri kimi verilir və "Ey Haqq axtaran və ey Ona doğru hidayət edən!" mənasını ifadə etdiyi bildirilir.
Bu hədisdən aydın olur ki, "Taha” sözü iki simvolik hərfdən ibarətdir. "Ta" hərfi “talib əl-həqq” (Haqqı axtaran), “ha” hərfi isə "hadi ilǝyh" (Ona hidayət edən) ifadələrinə işarədir.
Bilirik ki, simvolik hərflərdən, ixtisar və qısaltmalardan hər zaman geniş istifadə olunmuşdur. Xüsusən bu gün daha çox işlənir.
Bu mövzu ilə bağlı son olaraq bunu deyə bilərik ki, “Taha” sözü də "Yasin" sözü kimi zaman keçdikcə Peyğəmbərin (s) xüsusi ismi kimi formalaşmışdır. Belə ki Peyğəmbər (s) ailəsinə də “Ali-Taha” deyirlər və "Nüdbə” duasında Həzrət Mehdiyə (ə) “Ey Taha oğlu!” şəklində müraciət olunur.
Sonra Allah-taala buyurur: "Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən”.
Sözsüz, ibadət və münacatla Allaha yaxınlaşmaq ən yaxşı işlərdən biridir. Lakin hər işin bir həddi var. Özünü o qədər zəhmətə salma- malısan ki, ayaqların şişsin, təbliğ və cihad üçün gücün qalmasın.
Qeyd etmək lazımdır ki, (təşqa) sözü (şəqavət) kökündəndir və səadət özünə əks mənalı sözdür. Amma Rağibin də "Müfredat" da bildirdiyi kimi, bəzən bu söz əzab-əziyyət mənasında da işlənir. Yuxarıdakı ayədə də bu məna nəzərdə tutulur. Ayənin nazil- olma səbəbi də bunu deməyə əsas verir.
Növbəti ayədə Allah-taala Quranın nazilolma məqsədini belə izah edir: “Onu yalnız (Allahdan) qorxanlara xatırlatma olsun deyə göndərdik”.
(إِلَّاتَذْكِرَةًلِّمَنيَخْشَى)
Bir tərəfdən, (təzkirə), digər tərəfdən isə, (mən yəxşa) ifadəsi danılmaz bir həqiqətə işarə vurur. (təzkirə) – “xatırlatmaq" göstərir ki, bütün ilahi təlimlərin mayası insanın ruhunda, təbiətində mövcuddur. Peyğəmbərlərin təlimləri onu sadəcə məhsuldar edir. Sanki unudulmuş bir mətləbi xatırladır.
Demirik ki, insan bütün elmləri qabaqcadan bilirdi, sonradan unutmuşdu və bu dünyada təlimin rolu xatırlatmaqdır (Platonun bu fikirdə olduğu bildirilir). Əksinə, deyirik ki, onların əsas mayası insan daxilində gizlənmişdir (diqqət edin).
(mən yəxşa) ifadəsi göstərir ki, insanda Quranın "qorxu” adlandırdığı bir növ məsuliyyət hissi olmasa, həqiqətləri qəbul etməyəcək. Çünki hər toxumun məhsul verməsində onun özünün də çıxarı, keyfiyyəti şərtdir. Əslində, bu təbir "Bəqərə" surəsinin əvvəlində yer alan "Quran təqvalılara doğru yol göstərən əzəmətli bir kitabdır" ayəsinə bənzəyir.
Sonrakı ayə Quranı nazil edən Allahı təqdim etməyə başlayır ki, Onu tanımaqla Quranın əzəməti ortaya çıxsın. "(Bu Quran) yeri və uca göyləri yaradan tərəfindən nazil olmuşdur”.
Bu vəsf, əslində, Quranın nazil olmasının başlanğıc və son nöqtələrinə işarədir. Onun son mənzili yer, başlanğıc nöqtəsi isə geniş mənada göylərdir. Amma burada, digər bəzi ayələrdə olduğu kimi, "və ma bəynəhumə" ibarəsi əlavə olunmamışdır. Ehtimal ki, məqsədin məhz başlanğıc və sonun bəyan olunması olduğu üçün belədir.
Görün ki, qüdrəti, tədbiri və hikməti bütün göyü və yeri əhatə edən Allah kitab nazil edərsə, o kitab nə qədər dərin mənalı və dolğun olar.
Yenə də Quran onu nazil edən Allahı tanıtmaqda davam edir: “Ərşə hakim olan Rəhman (tərəfindən)”.
“Əraf” surəsinin 54-cü ayəsini (təfsir edərkən dedik ki, (ǝrş) sözünün lüğət mənası tavanı olan hər hansı bir şeydir. Bəzən tavanın özünə və ya padşah taxtları kimi hündür taxtlara da (ǝrş) deyilir.
Süleymanın əhvalatında oxuyuruq: "Ey ǝyanlar! Onlar müti olaraq yanıma gəlməmiş sizlərdən hansınız onun taxtını mənə gətirə bilər?”
(أَيُّكُمْيَأْتِينِيبِعَرْشِهَا)
Məlumdur ki, Allahın nə taxtı var, nə də bəşər hökmdarları kimi hakimiyyəti. Əksinə, “Allahın ərşi" - onun hakimiyyət taxtı hesab olunan bütün varlıq aləmidir.
Demək “ثُمَّ اسْتَوَى عَلَى الْعَرْش” cümləsi Allahın varlıq aləminə hökmran olmasını, bütün gerçəkliyi əhatə etməsini, əmrinin, fərmanının və tədbirinin bütün varlıq aləminə nüfuz etməsini ifadə edir.
Prinsipcə, ərəb dilində (ərş) sözü, fars (və Azırbaycan) dilində isə “taxt” sözü iqtidar və hökmranlığın məcazi ifadəsidir. Məsələn, deyirik: "Filankəs taxtdan düşürüldü”. Yəni iqtidardan, hakimiyyətdən salındı. Yaxud ərəb dilində deyirik: – taxtı çökdü.
Hər halda, bu ifadəni əsas götürüb Allahın cisim olmasını təsəvvür etmək çox uşaqcasına yanaşma olardı.
Quran Allahın bütün varlıq aləminə “hökmranlığ”ından sonra Onun "malik olması” haqqında söhbət açır: "Göylərdə, yerdə, onların arasında və torpağın altında nə varsa, Ona məxsusdur”.
وَمَافِيالْأَرْضِوَمَابَيْنَهُمَاوَمَاتَحْتَالقُرَى
السَّمَاوَاتلَهُمَافِي
(səra) sözü, əslində, islaq yer deməkdir. Amma yerin üz qabığı Günəşin saçması və küləyin əsməsi nəticəsində quruduğu və alt qatının nəm qaldığı üçün yerin alt qatına (sǝra) deyilir. Buna görə də "mə təhtəssəra" ibarəsi yerin dərinlikləri mənasını ifadə edir ki, hamısı Allahın, varlıq aləminin yaradıcısının mülküdür.
Növbəti ayədə dördüncü təməl haqqında danışılır: “Sən açıq-aydın danışsan da (danışmasan da, fərqi yoxdur). O, sirləri, (hətta) daha gizli olanı da bilir”.
(وَإِنتَجْهَرْبِالْقَوْلِفَإِنَّهُيَعْلَمُالسِّرَّوَأَخْفَى)
Burada (əxfa) – “sirdən də gizli, daha gizli” sözünün işlədilməsi nə məqsəd daşıyır? Bu sual təfsirçilər arasında çoxlu müzakirələrə yol açmışdır.
Bəzilərinə görə, (sirr) odur ki, insan gizlicə başqası ilə danışır.
(əxfa) isə odur ki, ürəyində saxlayır və kimsəyə demir. Bəzilərinə görə (sirr) odur ki, insan ürəyində saxlayır, (ǝxfa) isə odur ki, kimsənin fikrinə gəlməyib, amma Allah ondan xəbərdardır. Bəzilərinə görə, (sirr) insanın gizli həyata keçirdiyi əməl, (əxfa) isə ürəyindəki niyyətdir. Bəzilərinin fikrincə, (sirr) camaatın sirləri mənasını ifadə edir, (ǝxfa) isə Allahın pak zatındadır.
İmam Baqir (ə) və İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə oxuyuruq: (sirr) ürəyində gizlətdiyindir. (ǝxfa) isə yadına düşən, amma (vaxtilə) unutduğundur”.
Ola bilər, bu hədis demək istəyir ki, insan bir şeyi öyrəndikdə yaddaş saxlancına ötürür. Lakin bəzən bu saxlancın bir hissəsi ilə əlaqəsi kəsilir və onda unutqanlıq yaranır. Bir vasitə ilə xatırladıldıqda tamamilə tanış mətləb olduğunu görür. Demək, insanın unutduqları ən gizli sirlərdir ki, yaddaşının künc-bucaqlarında gizlənmiş və müvəqqəti olaraq, yaxud da həmişəlik onlarla əlaqə kəsilmişdir.
Amma hər halda, yuxarıda qeyd olunan bütün təfsirlərin (sirr) və (əxfa) sözlərinin geniş mənasında cəmlənməsinə heç bir maneə yoxdur.
Beləliklə, (bu ayədə) Allahın sonsuz elmi aydın təsvir edilmiş və yuxarıdakı ayələrin məcmusundan Quranı nazil edən haqqında dörd yöndə – yaradılış, hakimiyyət, mülkiyyət və elm istiqamətlərində ümumi məlumat yaranmış olur. Yəqin buna görə də növbəti ayədə deyilir:
"O Özündən başqa tanrı olmayan Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur”.
اللهُلَاإِلَهَإِلَّاهُوَلَهُالْأَسْمَاءِالْحُسْنَى
"Əraf" surəsinin 180-cı ayəsini təfsir edərkən dediyimiz kimi, “Gözəl adlar” həm Quran ayələrində, həm də hədis məxəzlərində dəfələrlə qeyd olunmuşdur.
Bu ifadə, əslində, "yaxşı adlar" mənasını verir. Əlbəttə, Allahın bütün adları yaxşıdır. Amma Allahın bəzi ad və sifətləri daha böyük əhəmiyyət daşıdığı üçün “slauf” – “Gözəl adlar” adlanmışdır.
Peyğəmbərdən (s) bizə gəlib çatan bir çox rəvayətdə oxuyuruq: “Allahın doxsan doqquz adı var. Kim Onu bu adları ilə çağırsa, duası qəbul olunar. Kim onları saysa, Cənnət əhli olar". Bu məzmunda rəvayətlərə məşhur əhli-sünnə məxəzlərində də rast gəlmək olar.
Fikrimizcə, burada bu adları saymaq – yalnız bu sifətləri sadalamaq yox, onları öz əxlaqi keyfiyyətinə çevirməkdir.
Şübhəsiz, kim Alim, Qadir və ya Rəhim və Qafur və s. bu kimi sifətləri öz əxlaqi keyfiyyətinə çevirsə, bu böyük ilahi sifətlərin şüaları onun vücuduna şaxsa, həm Cənnətə gedər, həm də duası qəbul olar (Ətraflı məlumat üçün bax: Təfsiri-nümunə, c.)