Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
55

Ər-Rəhman Surəsi

78 Ayə 27-ci Cüz Mədinədə nazil olub
سُورَةُ الرحمن Ayətəllah Mişkini Tərcüməsi

Ər-Rəhman Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Ər-Rəhman Surəsi, Ayə 1

ٱلرَّحْمَٰنُ ﴿1﴾

Mişkini Tərcüməsi: Rəhman (dünyada maddi və mənəvi nemətləri həm möminlərə, həm də kafirlərə şamil olan, axirətdə isə yalnız möminləri əhatə edəcək geniş mərhəmət sahibi) olan Allah! (Onun nemətlərinin bəziləri ibarətdir:)
2 Ər-Rəhman Surəsi, Ayə 2

عَلَّمَ ٱلْقُرْءَانَ ﴿2﴾

Mişkini Tərcüməsi: (Əzəli elmindən Lövhi-Məhfuza nazil olmuş) Quranı (əvvəlcə yuxarı aləmin məxsus sakinlərinə təlim verdi, oradan Cəbrail vasitəsi ilə Peyğəmbərin qəlbinə nazil etdi və onun dili ilə bəşər cəmiyyətinə) öyrətdi.
3 Ər-Rəhman Surəsi, Ayə 3

خَلَقَ ٱلْإِنسَٰنَ ﴿3﴾

Mişkini Tərcüməsi: (Yaradılmışların ən heyrətamizi, varlığın şah əsəri, ən gözəl vücud, ruhi və cismi baxımdan yaradılış aləminin ən kamil varlığı olan) insanı yaratdı.
4 Ər-Rəhman Surəsi, Ayə 4

عَلَّمَهُ ٱلْبَيَانَ ﴿4﴾

Mişkini Tərcüməsi: Ona (ən heyrətamiz nemətlərdən olub insanı digər canlılardan üstün edən və bəşər cəmiyyətinə ilahi vəhyin gəlməsinə səbəb olan) bəyan yolunu öyrətdi (qəlbində olanları dildə sözlər yaratmaqla başqasına çatdırmaq qüdrəti verdi).
5 Ər-Rəhman Surəsi, Ayə 5

ٱلشَّمْسُ وَٱلْقَمَرُ بِحُسْبَانٍۢ ﴿5﴾

Mişkini Tərcüməsi: Günəş və ay müəyyən hesab ilə (günəş sabit düz hərəkətlə, ay isə yerin ətrafına dövr etmək və günəşin ətrafına fırlanmaq vasitəsi ilə) hərəkətdədirlər.
6 Ər-Rəhman Surəsi, Ayə 6

وَٱلنَّجْمُ وَٱلشَّجَرُ يَسْجُدَانِ ﴿6﴾

Mişkini Tərcüməsi: Ot və ağac (yaradılışı ilə Allah qarşısında) səcdə edir.
7 Ər-Rəhman Surəsi, Ayə 7

وَٱلسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ ٱلْمِيزَانَ ﴿7﴾

Mişkini Tərcüməsi: Göyü ucaltdı və (əqidə, əxlaq, əməl və xarici aləmdəki şeylərin hər birinin özünə münasib şəkildə ölçülməsi vasitəsi olan) qanun və mizanı qoydu (peyğəmbərlər vasitəsi ilə və insanların ağıllarına ilham etməklə öyrətdi).
8 Ər-Rəhman Surəsi, Ayə 8

أَلَّا تَطْغَوْا۟ فِى ٱلْمِيزَانِ ﴿8﴾

Mişkini Tərcüməsi: (Və əmr etdi) ki, ölçüdə (əməllərin yaxşı və pis cəhətlərinin və əşyaların kəmiyyət və keyfiyyətinin ölçülməsində) həddi aşmayasınız.
9 Ər-Rəhman Surəsi, Ayə 9

وَأَقِيمُوا۟ ٱلْوَزْنَ بِٱلْقِسْطِ وَلَا تُخْسِرُوا۟ ٱلْمِيزَانَ ﴿9﴾

Mişkini Tərcüməsi: Və çəkini ədalətlə icra edəsiniz və tərəzini (çəkdiyiniz malı) əskiltməyəsiniz.
10 Ər-Rəhman Surəsi, Ayə 10

وَٱلْأَرْضَ وَضَعَهَا لِلْأَنَامِ ﴿10﴾

Mişkini Tərcüməsi: Və bu yeri yaradılmışların (insan və cinlərin, onda olan canlıların) hamısı üçün yaratdı.
11 Ər-Rəhman Surəsi, Ayə 11

فِيهَا فَٰكِهَةٌۭ وَٱلنَّخْلُ ذَاتُ ٱلْأَكْمَامِ ﴿11﴾

Mişkini Tərcüməsi: Onda hər növ meyvə və tumurcuqlu salxımları olan xurma ağacı vardır.
12 Ər-Rəhman Surəsi, Ayə 12

وَٱلْحَبُّ ذُو ٱلْعَصْفِ وَٱلرَّيْحَانُ ﴿12﴾

Mişkini Tərcüməsi: Həmçinin gövdəli-yarpaqlı dənli bitkilər və ətirli bitkilər.
13 Ər-Rəhman Surəsi, Ayə 13

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿13﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
14 Ər-Rəhman Surəsi, Ayə 14

خَلَقَ ٱلْإِنسَٰنَ مِن صَلْصَٰلٍۢ كَٱلْفَخَّارِ ﴿14﴾

Mişkini Tərcüməsi: (İlk) insanı (Adəm və Həvvanı yerin üfunətli qatından götürülmüş) saxsı kimi quru gildən yaratdı.
15 Ər-Rəhman Surəsi, Ayə 15

وَخَلَقَ ٱلْجَآنَّ مِن مَّارِجٍۢ مِّن نَّارٍۢ ﴿15﴾

Mişkini Tərcüməsi: Və cini (yaxud cinlərin əcdadını) odun ağ, qırmızı, qara şöləsindən yaratdı.
16 Ər-Rəhman Surəsi, Ayə 16

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿16﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
17 Ər-Rəhman Surəsi, Ayə 17

رَبُّ ٱلْمَشْرِقَيْنِ وَرَبُّ ٱلْمَغْرِبَيْنِ ﴿17﴾

Mişkini Tərcüməsi: İki şərqin və iki qərbin Rəbbidir.
18 Ər-Rəhman Surəsi, Ayə 18

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿18﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
19 Ər-Rəhman Surəsi, Ayə 19

مَرَجَ ٱلْبَحْرَيْنِ يَلْتَقِيَانِ ﴿19﴾

Mişkini Tərcüməsi: Bir-birinə qovuşan iki dənizi bir-birinə qarışdırdı (şirin sulu axar çaylar dəniz kimi, suyu şor hərəkətsiz dənizlərə qovuşurlar).
20 Ər-Rəhman Surəsi, Ayə 20

بَيْنَهُمَا بَرْزَخٌۭ لَّا يَبْغِيَانِ ﴿20﴾

Mişkini Tərcüməsi: (Qovuşma yerində) onların ikisinin arasında (geniş bir ərazini əhatə edən) məsafə vardır ki, (təsir baxımından) bir-birini üstələmirlər. [Yaxud: Yer üzündə olan şirin suların hamısı dənizin şor suyundan gəlib və bir daha ora qayıdacaqdır. Lakin onlar Allahın qüdrəti ilə bir-birinə təsir göstərmirlər.]
21 Ər-Rəhman Surəsi, Ayə 21

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿21﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
22 Ər-Rəhman Surəsi, Ayə 22

يَخْرُجُ مِنْهُمَا ٱللُّؤْلُؤُ وَٱلْمَرْجَانُ ﴿22﴾

Mişkini Tərcüməsi: O iki (şirin və şor) dənizdən inci və mirvari çıxır.
23 Ər-Rəhman Surəsi, Ayə 23

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿23﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
24 Ər-Rəhman Surəsi, Ayə 24

وَلَهُ ٱلْجَوَارِ ٱلْمُنشَـَٔاتُ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَٰمِ ﴿24﴾

Mişkini Tərcüməsi: Uca dağlar kimi düzəldilib dənizdə üzən gəmilər Ona məxsusdur. (Çünki onların düzəldildiyi xammal, onları düzəldənin təfəkkür qüvvəsi və gücü, həmçinin sular Onundur.)
25 Ər-Rəhman Surəsi, Ayə 25

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿25﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
26 Ər-Rəhman Surəsi, Ayə 26

كُلُّ مَنْ عَلَيْهَا فَانٍۢ ﴿26﴾

Mişkini Tərcüməsi: Bunun (yerin) üzərində (insan və cinlərdən) olan hər bir kəs fənaya məhkumdur.
27 Ər-Rəhman Surəsi, Ayə 27

وَيَبْقَىٰ وَجْهُ رَبِّكَ ذُو ٱلْجَلَٰلِ وَٱلْإِكْرَامِ ﴿27﴾

Mişkini Tərcüməsi: Yalnız əzəmət, böyüklük, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin zatı qalacaqdır.
28 Ər-Rəhman Surəsi, Ayə 28

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿28﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
29 Ər-Rəhman Surəsi, Ayə 29

يَسْـَٔلُهُۥ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ كُلَّ يَوْمٍ هُوَ فِى شَأْنٍۢ ﴿29﴾

Mişkini Tərcüməsi: Göylərdə və yerdə olan hər bir kəs (həm dili, həm də halı ilə) Ondan (dilək) istəyir. O hər gün, hər an bir işdədir.
30 Ər-Rəhman Surəsi, Ayə 30

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿30﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inar edirsiniz?!
31 Ər-Rəhman Surəsi, Ayə 31

سَنَفْرُغُ لَكُمْ أَيُّهَ ٱلثَّقَلَانِ ﴿31﴾

Mişkini Tərcüməsi: Ey insan və cin dəstələri! Tezliklə sizin (əməllərinizin hesabı i)lə məşğul olacağıq.
32 Ər-Rəhman Surəsi, Ayə 32

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿32﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
33 Ər-Rəhman Surəsi, Ayə 33

يَٰمَعْشَرَ ٱلْجِنِّ وَٱلْإِنسِ إِنِ ٱسْتَطَعْتُمْ أَن تَنفُذُوا۟ مِنْ أَقْطَارِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ فَٱنفُذُوا۟ ۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلْطَٰنٍۢ ﴿33﴾

Mişkini Tərcüməsi: (Qiyamət günü belə xitab olunacaq ki:) «Ey insan və cin tayfaları! Əgər (əməllərinizin cəzasından qaçmaq üçün) göylərin və yerin (əhatə) dairəsindən (başqa bir yerə) keçə bilsəniz, keçin. (Lakin qeyri-adi) bir qüdrət olmadan keçə bilməyəcəksiniz (ona da ki, malik deyilsiniz)!»
34 Ər-Rəhman Surəsi, Ayə 34

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿34﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
35 Ər-Rəhman Surəsi, Ayə 35

يُرْسَلُ عَلَيْكُمَا شُوَاظٌۭ مِّن نَّارٍۢ وَنُحَاسٌۭ فَلَا تَنتَصِرَانِ ﴿35﴾

Mişkini Tərcüməsi: Sizin üstünüzə alov şöləsi və qatı tüstü, yaxud əridilmiş mis parçaları göndərilicək, onda özünüzü əsla müdafiə edə bilməyəcəksiniz.
36 Ər-Rəhman Surəsi, Ayə 36

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿36﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
37 Ər-Rəhman Surəsi, Ayə 37

فَإِذَا ٱنشَقَّتِ ٱلسَّمَآءُ فَكَانَتْ وَرْدَةًۭ كَٱلدِّهَانِ ﴿37﴾

Mişkini Tərcüməsi: Göyün yarılaraq qırmızı dəri (və ya əridilmiş yağ) kimi qıpqırmızı olacağı zaman!
38 Ər-Rəhman Surəsi, Ayə 38

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿38﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
39 Ər-Rəhman Surəsi, Ayə 39

فَيَوْمَئِذٍۢ لَّا يُسْـَٔلُ عَن ذَنۢبِهِۦٓ إِنسٌۭ وَلَا جَآنٌّۭ ﴿39﴾

Mişkini Tərcüməsi: (Hamının qəbirdən çıxıb hələ əsl yerə çatmadıqları) həmin gün insan və cinlərin heç birindən günahı barəsində (bir şey) soruşulmayacaqdır.
40 Ər-Rəhman Surəsi, Ayə 40

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿40﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
41 Ər-Rəhman Surəsi, Ayə 41

يُعْرَفُ ٱلْمُجْرِمُونَ بِسِيمَٰهُمْ فَيُؤْخَذُ بِٱلنَّوَٰصِى وَٱلْأَقْدَامِ ﴿41﴾

Mişkini Tərcüməsi: (Çünki) günahkarlar üzlərindən tanınırlar. Buna görə də onların kəkillərindən və ayaqlarından tutacaq (və Cəhənnəmə atacaq)lar.
42 Ər-Rəhman Surəsi, Ayə 42

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿42﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
43 Ər-Rəhman Surəsi, Ayə 43

هَٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِى يُكَذِّبُ بِهَا ٱلْمُجْرِمُونَ ﴿43﴾

Mişkini Tərcüməsi: Bu, günahkarların təkzib və inkar etdikləri həmin cəhənnəmdir.
44 Ər-Rəhman Surəsi, Ayə 44

يَطُوفُونَ بَيْنَهَا وَبَيْنَ حَمِيمٍ ءَانٍۢ ﴿44﴾

Mişkini Tərcüməsi: Onlar həmin od və qaynar suyun içərisində (susuzluqdan və ardı-arası kəsilməyən dəhşətdən) fırlanacaqlar.
45 Ər-Rəhman Surəsi, Ayə 45

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿45﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
46 Ər-Rəhman Surəsi, Ayə 46

وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِۦ جَنَّتَانِ ﴿46﴾

Mişkini Tərcüməsi: Rəbbinin hökmranlığından və (hər şeyi) əhatə etməsindən və ya özünün Rəbbinin hüzurunda dayanmasından qorxan kəs üçün iki Cənnət vardır.
47 Ər-Rəhman Surəsi, Ayə 47

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿47﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
48 Ər-Rəhman Surəsi, Ayə 48

ذَوَاتَآ أَفْنَانٍۢ ﴿48﴾

Mişkini Tərcüməsi: Onların (həmin iki cənnətin) hər ikisinin müxtəlif qollu-budaqlı ağacları vardır.
49 Ər-Rəhman Surəsi, Ayə 49

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿49﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
50 Ər-Rəhman Surəsi, Ayə 50

فِيهِمَا عَيْنَانِ تَجْرِيَانِ ﴿50﴾

Mişkini Tərcüməsi: O iki cənnətdə daim axan iki bulaq vardır.
51 Ər-Rəhman Surəsi, Ayə 51

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿51﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
52 Ər-Rəhman Surəsi, Ayə 52

فِيهِمَا مِن كُلِّ فَٰكِهَةٍۢ زَوْجَانِ ﴿52﴾

Mişkini Tərcüməsi: O iki cənnətdə, hər meyvədən iki növ (quru və yaş, dünyada olan və olmayan) vardır.
53 Ər-Rəhman Surəsi, Ayə 53

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿53﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
54 Ər-Rəhman Surəsi, Ayə 54

مُتَّكِـِٔينَ عَلَىٰ فُرُشٍۭ بَطَآئِنُهَا مِنْ إِسْتَبْرَقٍۢ ۚ وَجَنَى ٱلْجَنَّتَيْنِ دَانٍۢ ﴿54﴾

Mişkini Tərcüməsi: Astarları qalın ipəkdən olan yataqların üzərində (arxalıqlara) söykənərlər və hər iki bağın meyvələri yaxın və əlçatan olar!
55 Ər-Rəhman Surəsi, Ayə 55

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿55﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
56 Ər-Rəhman Surəsi, Ayə 56

فِيهِنَّ قَٰصِرَٰتُ ٱلطَّرْفِ لَمْ يَطْمِثْهُنَّ إِنسٌۭ قَبْلَهُمْ وَلَا جَآنٌّۭ ﴿56﴾

Mişkini Tərcüməsi: Həmin cənnətlərdə gözlərini ərlərindən qeyrisindən yığan və ondan başqasını sevməyən, nə bir insanın nə də cinin toxunmadığı qadınlar vardır.
57 Ər-Rəhman Surəsi, Ayə 57

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿57﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
58 Ər-Rəhman Surəsi, Ayə 58

كَأَنَّهُنَّ ٱلْيَاقُوتُ وَٱلْمَرْجَانُ ﴿58﴾

Mişkini Tərcüməsi: (Onlar paklıq və parlaqlıqda) sanki yaqut və mərcandırlar.
59 Ər-Rəhman Surəsi, Ayə 59

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿59﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
60 Ər-Rəhman Surəsi, Ayə 60

هَلْ جَزَآءُ ٱلْإِحْسَٰنِ إِلَّا ٱلْإِحْسَٰنُ ﴿60﴾

Mişkini Tərcüməsi: Məgər yaxşılığın əvəzi yaxşılıqdan qeyri (bir şey)dir? (Onların dünyadakı yaxşılıqlarının mükafatı Allahın onlara yaxşılıq etməsidir.)
61 Ər-Rəhman Surəsi, Ayə 61

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿61﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
62 Ər-Rəhman Surəsi, Ayə 62

وَمِن دُونِهِمَا جَنَّتَانِ ﴿62﴾

Mişkini Tərcüməsi: (Allahdan qorxan və Allah dərgahına yaxın bəndələrə məxsus) o iki cənnətdən aşağı (sağ tərəf əhlinə məxsus) digər iki cənnət vardır.
63 Ər-Rəhman Surəsi, Ayə 63

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿63﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
64 Ər-Rəhman Surəsi, Ayə 64

مُدْهَآمَّتَانِ ﴿64﴾

Mişkini Tərcüməsi: Onların hər ikisi yaşıllığın çoxluğundan qaraya çalırlar.
65 Ər-Rəhman Surəsi, Ayə 65

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿65﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
66 Ər-Rəhman Surəsi, Ayə 66

فِيهِمَا عَيْنَانِ نَضَّاخَتَانِ ﴿66﴾

Mişkini Tərcüməsi: O iki cənnətdə fəvvarə vurub qaynayan iki bulaq vardır.
67 Ər-Rəhman Surəsi, Ayə 67

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿67﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
68 Ər-Rəhman Surəsi, Ayə 68

فِيهِمَا فَٰكِهَةٌۭ وَنَخْلٌۭ وَرُمَّانٌۭ ﴿68﴾

Mişkini Tərcüməsi: O iki cənnətdə (hər növ) meyvə (ağacı), xurma və nar ağac(lar)ı vardır.
69 Ər-Rəhman Surəsi, Ayə 69

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿69﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
70 Ər-Rəhman Surəsi, Ayə 70

فِيهِنَّ خَيْرَٰتٌ حِسَانٌۭ ﴿70﴾

Mişkini Tərcüməsi: Onlarda gözəl təbiətli və gözəl üzlü qadınlar vardır.
71 Ər-Rəhman Surəsi, Ayə 71

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿71﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
72 Ər-Rəhman Surəsi, Ayə 72

حُورٌۭ مَّقْصُورَٰتٌۭ فِى ٱلْخِيَامِ ﴿72﴾

Mişkini Tərcüməsi: Çadırlar içərisində pərdə arxasında oturmuş (və yadların gözlərindən uzaq) hurilər.
73 Ər-Rəhman Surəsi, Ayə 73

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿73﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
74 Ər-Rəhman Surəsi, Ayə 74

لَمْ يَطْمِثْهُنَّ إِنسٌۭ قَبْلَهُمْ وَلَا جَآنٌّۭ ﴿74﴾

Mişkini Tərcüməsi: Bunlardan qabaq onlara nə bir insan, nə də bir cin toxunub.
75 Ər-Rəhman Surəsi, Ayə 75

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿75﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
76 Ər-Rəhman Surəsi, Ayə 76

مُتَّكِـِٔينَ عَلَىٰ رَفْرَفٍ خُضْرٍۢ وَعَبْقَرِىٍّ حِسَانٍۢ ﴿76﴾

Mişkini Tərcüməsi: (Cənnət əhli) yaşıl balışlara və gözəl yataq və döşənəcəklərə söykənərlər!
77 Ər-Rəhman Surəsi, Ayə 77

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿77﴾

Mişkini Tərcüməsi: Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
78 Ər-Rəhman Surəsi, Ayə 78

تَبَٰرَكَ ٱسْمُ رَبِّكَ ذِى ٱلْجَلَٰلِ وَٱلْإِكْرَامِ ﴿78﴾

Mişkini Tərcüməsi: Cəlal, əzəmət, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin adı xeyir-bərəkətlidir.
Əvvəlki: 54. Əl-Qəmər Bütün Surələr ↑ Növbəti: 56. Əl-Vaqiə