Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Əl-Vaqiə Surəsi, Ayə 1
إِذَا وَقَعَتِ ٱلْوَاقِعَةُ
﴿1﴾
Mişkini Tərcüməsi:
Həmin hadisənin (Qiyamətin) baş verəcəyi zaman.
2
Əl-Vaqiə Surəsi, Ayə 2
لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ
﴿2﴾
Mişkini Tərcüməsi:
Onun baş verməsində yalan yoxdur və kiminsə onu yalan sayması layiq(li iş) deyil.
3
Əl-Vaqiə Surəsi, Ayə 3
خَافِضَةٌۭ رَّافِعَةٌ
﴿3﴾
Mişkini Tərcüməsi:
Alçaldan və ucaldandır. (Yaradılış aləmini alt-üst edən, sonra küfr və itaətsizlik əhlini alçaldan, təqva və iman əhlini ucaldandır.)
4
Əl-Vaqiə Surəsi, Ayə 4
إِذَا رُجَّتِ ٱلْأَرْضُ رَجًّۭا
﴿4﴾
Mişkini Tərcüməsi:
Bu yerin (həmin titrəyiş ilə) möhkəm titrəyəcəyi zaman!
5
Əl-Vaqiə Surəsi, Ayə 5
وَبُسَّتِ ٱلْجِبَالُ بَسًّۭا
﴿5﴾
Mişkini Tərcüməsi:
Dağlar möhkəm dolandırılacaq və parçalanacaqdır.
6
Əl-Vaqiə Surəsi, Ayə 6
فَكَانَتْ هَبَآءًۭ مُّنۢبَثًّۭا
﴿6﴾
Mişkini Tərcüməsi:
Beləliklə, dağınıq toz halına düşəcəkdir.
7
Əl-Vaqiə Surəsi, Ayə 7
وَكُنتُمْ أَزْوَٰجًۭا ثَلَٰثَةًۭ
﴿7﴾
Mişkini Tərcüməsi:
Və siz üç dəstəyə bölünəcəksiniz.
Mişkini Tərcüməsi:
Meyvələri bir-birinin üstündə oturmuş banan (ağacı).
30
Əl-Vaqiə Surəsi, Ayə 30
وَظِلٍّۢ مَّمْدُودٍۢ
﴿30﴾
Mişkini Tərcüməsi:
Və uzanan daimi kölgəlik.
31
Əl-Vaqiə Surəsi, Ayə 31
وَمَآءٍۢ مَّسْكُوبٍۢ
﴿31﴾
Mişkini Tərcüməsi:
Və (şəlalələrdən) tökülən su.
32
Əl-Vaqiə Surəsi, Ayə 32
وَفَٰكِهَةٍۢ كَثِيرَةٍۢ
﴿32﴾
Mişkini Tərcüməsi:
Və (növ, rəng və xüsusiyyətləri baxımından) firavan meyvələr.
33
Əl-Vaqiə Surəsi, Ayə 33
لَّا مَقْطُوعَةٍۢ وَلَا مَمْنُوعَةٍۢ
﴿33﴾
Mişkini Tərcüməsi:
Nə tükənəndir, nə də istifadəsi qadağan.
34
Əl-Vaqiə Surəsi, Ayə 34
وَفُرُشٍۢ مَّرْفُوعَةٍ
﴿34﴾
Mişkini Tərcüməsi:
Hündür və bir-birinin üstünə salınmış döşənəcəklər və ya xasiyyət və gözəlliyi çox üstün olan zövcələr.
35
Əl-Vaqiə Surəsi, Ayə 35
إِنَّآ أَنشَأْنَٰهُنَّ إِنشَآءًۭ
﴿35﴾
Mişkini Tərcüməsi:
Əlbəttə, Biz onları məxsus xilqətlə (doğulmaqdan ayrı bir yolla, möcüzəvi şəkildə və yaxud dünyadakı mömin qoca qadınların yaradılışını yeniləşdirməklə) yaratmışıq.
36
Əl-Vaqiə Surəsi, Ayə 36
فَجَعَلْنَٰهُنَّ أَبْكَارًا
﴿36﴾
Mişkini Tərcüməsi:
Beləliklə, onları (həmişəlik olaraq) bakirə etmişik.
37
Əl-Vaqiə Surəsi, Ayə 37
عُرُبًا أَتْرَابًۭا
﴿37﴾
Mişkini Tərcüməsi:
Həm də ərlərini sevən və ya bir-biri ilə yaxud ərləri ilə yaşıd.
38
Əl-Vaqiə Surəsi, Ayə 38
لِّأَصْحَٰبِ ٱلْيَمِينِ
﴿38﴾
Mişkini Tərcüməsi:
(Bunların hamısı) sağ tərəf əhli üçündür.
39
Əl-Vaqiə Surəsi, Ayə 39
ثُلَّةٌۭ مِّنَ ٱلْأَوَّلِينَ
﴿39﴾
Mişkini Tərcüməsi:
(Onların) böük bir dəstə(si) keçmişlərdən (keçmiş ümmətlərdən),
40
Əl-Vaqiə Surəsi, Ayə 40
وَثُلَّةٌۭ مِّنَ ٱلْءَاخِرِينَ
﴿40﴾
Mişkini Tərcüməsi:
və böyük bir dəstə də sonrakılardandır (son ümmətdəndir).
Mişkini Tərcüməsi:
Sol tərəf əhli(nə gəldikdə isə); nədir sol tərəf əhli? (Əməl dəftərləri sol əllərinə verilmiş bədbəxtlər!) 56 |42| (Onlar içlərinə) nüfuz edən odun hərarəti və qaynar su (içərisin)də
43
Əl-Vaqiə Surəsi, Ayə 43
وَظِلٍّۢ مِّن يَحْمُومٍۢ
﴿43﴾
Mişkini Tərcüməsi:
və qatı qara tütüsünün gölgəsindədirlər.
44
Əl-Vaqiə Surəsi, Ayə 44
لَّا بَارِدٍۢ وَلَا كَرِيمٍ
﴿44﴾
Mişkini Tərcüməsi:
Nə sərindir, nə də (istirahət etmək üçün) xeyirli (və yararlı).
Mişkini Tərcüməsi:
Sizin aranızda ölümü (onu doğuran səbəblər, müddət, tez və gec olması baxımından) müəyyənləşdirən Bizik və Biz istək və iradədə əsla məğlub olmuruq.
Mişkini Tərcüməsi:
(Dünyada) oxşarlarınızı sizin yerinizə qoymaq (həmişə bir dəstəni aparıb bənzərlərini gətirmək) və (axirətdə ora uyğun olaraq) sizi yenidən, bilmədiyiniz hal və surətlərdə yaratmağımız üçün!
Mişkini Tərcüməsi:
Şübhəsiz, siz (dünyada) ilk yaradılışı (necə yaradıldığınızı və həmişə dəyişməkdə olmağınızı) bildiniz. Bəs nə üçün ibrət götürmürsünüz?!
Mişkini Tərcüməsi:
Biz onu, yada salmaq (Qiyamət odunun yada salınması) və müsafirlər üçün bəhrələnmək vasitəsi etmişik.
74
Əl-Vaqiə Surəsi, Ayə 74
فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ
﴿74﴾
Mişkini Tərcüməsi:
Buna görə də əzəmətli Rəbbinin adını zikr et (və onu hər bir eyb və nöqsandan pak bil).
75
Əl-Vaqiə Surəsi, Ayə 75
۞ فَلَآ أُقْسِمُ بِمَوَٰقِعِ ٱلنُّجُومِ
﴿75﴾
Mişkini Tərcüməsi:
Beləliklə, and olsun ulduzların (geniş səmadakı) yerlərinə, onların batma və düşmə zamanına və Quranın hissələrinin nazil olma vaxtlarına.
Mişkini Tərcüməsi:
Əlbəttə, əgər bilsəniz, bu, böyük anddır. (Çünki birincisi Allahın yaradılışda tovhid və qüdrətinin, ikinici isə onun idarə etməkdə hikmət və mərhəmətinin dəlillərindəndir.)
77
Əl-Vaqiə Surəsi, Ayə 77
إِنَّهُۥ لَقُرْءَانٌۭ كَرِيمٌۭ
﴿77﴾
Mişkini Tərcüməsi:
Həqiqətən, bu, (göndərənin və onu qəbul edənlərin yanında) kərim (çox gözəl, təriflənmiş, qiymətli və əziz) bir Qurandır.
78
Əl-Vaqiə Surəsi, Ayə 78
فِى كِتَٰبٍۢ مَّكْنُونٍۢ
﴿78﴾
Mişkini Tərcüməsi:
(O,) örtülü bir yazıda (və hər bir dəyişiklikdən qorunmuş lövhədə)dir.
79
Əl-Vaqiə Surəsi, Ayə 79
لَّا يَمَسُّهُۥٓ إِلَّا ٱلْمُطَهَّرُونَ
﴿79﴾
Mişkini Tərcüməsi:
Ona (həmin yazılmış lövhəyə cismanilik və günah tutqunluğundan) pak mələklərdən başqa heç kəs toxunmaz; bu Quranın xətlərinə (şəriətin buyurduğu qaydada paklanmış) paklardan başqa heç kəs toxunmaz; onun maariflərini əxlaqi rəzilətlərdən paklanmışlardan qeyrisi bilməz; onun arifanə həqiqətlərini yalnız, məbuddan qeyrisinə ürək bağlamayan paklar dərk edərlər.
80
Əl-Vaqiə Surəsi, Ayə 80
تَنزِيلٌۭ مِّن رَّبِّ ٱلْعَٰلَمِينَ
﴿80﴾
Mişkini Tərcüməsi:
O, aləmlərin Rəbbi tərəfindən (lövhə, oradan Cəbrailə, ondan Peyğəmbərin qəlbinə və oradan da cəmiyyətə) nazil edilmişdir.
81
Əl-Vaqiə Surəsi, Ayə 81
أَفَبِهَٰذَا ٱلْحَدِيثِ أَنتُم مُّدْهِنُونَ
﴿81﴾
Mişkini Tərcüməsi:
Bu kəlamla (insanlara deyilmiş bu Quranla) boş və yüngül davranırsınız?!