Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Vaqiə Surəsinin Ayələrinə Qayıt →
Əl-Vaqiə Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Vaqiǝ surəsi, 1-14-cü ayə

Vaqiǝ surəsi, 1-14-cü ayə



بسم الله الرَّحْمنِ الرَّحِيم


إِذَا وَقَعَتِ الْوَاقِعَةُ .١


لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ .٢


خَافِضَةٌ رَافِعَةٌ .٣


إِذَا رُجَّتِ الْأَرْضُ رَجًّا .٤


وَبُسَّتِ الْجِبَالُ بَسًّا .٥


فَكَانَتْ هَبَاءً مُنْبَثًّا .٦


وَكُنْتُمْ أَزْوَاجًا ثَلَاثَةً .٧


فَأَصْحَابُ الْمَيْمَنَةِ مَا أَصْحَابُ الْمَيْمَنَةِ .٨


وَأَصْحَابُ الْمَشْأَمَةِ مَا أَصْحَابُ الْمَشْأَمَةِ .٩


وَالسَّابِقُونَ السَّابِقُونَ .١٠


أُولَئِكَ الْمُقَرَّبُونَ .١١


فِي جَنَّاتِ النَّعِيمِ .١٢ş


ثُلَّةٌ مِنَ الْأَوَّلِينَ .١٣


وَقَلِيلٌ مِنَ الْآخِرِينَ .١٤


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Böyük hadisə (Qiyamət) qopacağı zaman,

2\. heç kəs onu inkar edə bilməz.

3\. Bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaqdır.

4\. Yer şiddətlə titrədiyi zaman,

5\. dağlar bir-birinə çırpıldığı

6\. və (ətrafa) səpələnmiş toz-torpağa döndüyü zaman

7\. siz üç dəstəyə ayrılacaqsınız.

8\. (Birinci dəstə) Xöşbəxtlər. Onlar necə də xoşbəxtdirlər!

9\. (İkinci dəstə) Bədbəxtlər. Onlar necə də bədbəxtdirlər!

10\. (Üçüncü dəstə) Öndə gedənlər, öndədirlər!

11\. Onlar (Allaha) yaxın olanlar

12\. Cənnətin nemət dolu bağlarında (olacaqlar).

13\. Onların çoxu əvvəlki nəsillərdən,

14\. az bir qismi də sonunculardandır.

Ayələrin təfsiri



Böyük hadisə (Qiyamət) qopacağı zaman

Qurani-Kərimdə Qiyamət mövzusundan bəhs olunarkən adətən böyük, dəhşətli və sarsıdıcı hadisələrin baş verəcəyinə işarə olunur. Bir çox surə və ayələrdə bunu müşahidə etmək olar. Sözügedən surənin ümumi məzmunu, demək olar ki, əvvəldən-axıra Qiyamət mövzusuna aid olduğu üçün elə surənin başlanğıcında bu məsələ bəyan olunur: “Böyük hadisə (Qiyamət) qopacağı zaman, heç kəs onu inkar edə bilməz”.

إِذَاوَقَعَتِالْوَاقِعَةُلَيْسَلِوَقْعَتِهَاكَاذِبَةٌ


Qiyamət qopacağı zaman öncədən baş verən hadisələrin şiddət və dəhşəti bütün dünyanı öz çənginə alacaq.

(vaqiə) sözü ilə Qiyamət gününə işarə olunmuşdur. Çünki Qiyamət günü, mütləq, baş verəcəyi üçün “vaqiə” adlanmışdır. Hətta bəziləri Qiyamətin bir adının da "Vaqiǝ” olduğunu söyləmişlər. (kazibə) sözünü bəziləri məsdərdə “inkar olunmaz" mənasına təfsir etmişlər. Belə olduqda ayənin mənası, sanki, belə olur: "Qiyamət qopacağı zaman açıq-aşkar olduğu üçün inkar olunmazdır." Bəzi təfsir almləri isə bu sözü ismi-faildə, yəni "yalançı" mənasında təfsir etmişlər. Bu surətdə ayənin mənası belə olur: "Qiyamət qopacağı zaman heç bir yalançı bunu inkar edə bilməz”.

Qiyamət günü yalnız dünyada baş verən dəhşətli təbiət hadisələri ilə deyil, insanların da müxtəlif dəyişikliklərə məruz qalması ilə baş verəcək: “Bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaqdır."

Zalımlar, fasiqlər, məğrur və təkəbbürlü insanlar alçalacaq, zəif, zülmə məruz qalmış, mömin bəndələr isə ucalacaq. Zülm və təkəbbürlük sayəsində əziz olanlar zəlil, zülmə məruz qalaraq zəlil olanlar isə əziz olacaqlar. Bir dəstə Cəhənnəmə sürüklənəcək, digər bir dəstə isə Behiştdə məskunlaşacaq. Qiyamətin və ilahi təqdirin də nəticəsi elə bundan ibarətdir.

İmam Zeynülabidin (ə) sözügedən ayənin təfsirində buyurmuşdur:

"Qiyamət günü “xafizə”dir. And olsun Allaha, Allahın düşmənləri (Cəhənnəmin) alovunda alçalacaqlar. (Eyni zamanda) Qiyamət günü "rafiǝ"dir. And olsun Allaha, Allahın dostları Behiştə ucalacaqlar.

Növbəti ayələrdə deyilir: "Yer şiddətlə titrədiyi zaman, dağlar bir- birinə çırpıldığı və (ətrafa) səpələnmiş toz-torpağa döndüyü zaman”

(ruccət) sözünün mənası "şiddətli titrəyiş" deməkdir. (bussǝt) feilinin mənası əslində "unu su ilə yumşaltmaq" deməkdir. (hǝba) sözünün mənası “toz-torpaq", (münbǝss) sözünün mənası isə “səpələnmiş” deməkdir. Bəzi təfsirçilərin dediyinə görə, (həba) sözü gözlə görünməyən, daha doğrusu, qaranlıq bir otaqda günəşin işığı ilə görünən toz-torpağa deyilir.

Düşünməyə dəyər: Qiyamət qopacağı zaman baş verəcək zəlzələ- lərin təsiri və gücü o qədər şiddətli olacaq ki, ən nəhəng dağlar belə ovulub toz-torpaq halına düşəcək. Bu zəlzələdən qopan səs isə daha dəhşətli və sarsıdıcı olacaq.

Qurani-Kərimdə Qiyamət astanasında baş verəcək hadisələr nəticəsində dağların vəziyyəti müxtəlif ifadələrlə bəyan olunmuşdur:

"Dağlar yerindən qopub hərəkətə gələcəkdir."

وَتَسِيرُالْجِبَالُسَيْراً


وَإِذَاالْجِبَالُنُسفَتْ


وَالْجِبَالُفَدُكَّتَادَكَّةًوَاحِدَةً


"Dağlar yerindən qopduğu zaman”

"Dağların qaldırılıb qəfildən bir-birinə çırpılaraq parça-parça olacağı zaman”.

وَكَانَتِالْجِبَالُكَثِيبًامَّهِيلًا


وَتَكُونُالْجِبَالُكَالْعِهْنِالْمَنفُوشِ


"Dağlar yumşaq qum topalarına dönəcəkdir.

“Dağlar isə didilmiş yun görkəmi alacaqdır.”

Bütün bu hadisələrin hansı minvalla baş verəcəyini Allahdan başqa heç kəs bilə bilməz. Biz bu dəhşətli hadisələri olduğu kimi vəsf edə bilmərik. Yuxarıda sözügedən ayələr isə ümumilikdə Qiyamət qopacağı an baş verəcək zəlzələnin dəhşət və qorxusunu bəyan edir.

Sonrakı ayədə insanların vəziyyəti və müxtəlif dəstələrə bölünəcəyi bəyan olunur: "Siz üç dəstəyə ayrılacaqsınız."

Kişi və qadın cinsinə birlikdə (zovc) deyilir. Bir-birinə çox yaxın olan işlərə də "zove" deyilir. Qiyamət günü də müxtəlif dəstələrdən ibarət insan toplusu eyni zamanda sorğu-sual olunduğu üçün, ayədə müxtəlif dəstələrdən ibarət insan toplusu (zvac) ifadəsi ilə bəyan olunmuşdur.

Birinci dəstə haqqında deyilir: "Xöşbəxtlər. Onlar necə də xoşbəxtdirlər”.

(فَأَصْحَابُالْمَيْمَنَةِمَاأَصْحَابُالْمَيْمَنَة )


Xoşbəxtlər o kəslərdir ki, Qiyamət günü əməl dəftərləri sağ əllərində olacaq. Qiyamət günü mömin və xeyir əməl sahiblərinin qurtuluş, xoşbəxtlik nişanələrindən biri, bəlkə, ən başlıcası budur ki, əməl dəftəri sağ tərəfdən (sağ ələ) verilsin. Qurani-Kərimdə dəfələrlə bu məsələyə işarə olunmuşdur.

(məymənə) sözünün mənası "xoşbəxtlik” deməkdir.

"Onlar necə də xoşbəxtdirlər!?" ayəsi Qiyamət günündə nicat tapanların xoşbəxtliyinin həddi-hüdudu olmadığını bəyan edir. Yəni Qiyamət günündə nicat tapanlara lütf olunan xoşbəxtliyi bu dünyada vəsf etmək qeyri-mümkündür.

Sonra isə ikinci dəstə haqqında deyilir: "Bədbəxtlər. Onlar necə də bədbəxtdirlər”.

(وَأَصْحَابُالْمَسْأَمَةِمَاأَصْحَابُالْمَسْأَمَة )

Bədbəxtlər o kəslərdir ki, Qiyamət günü əməl dəftərləri sol əllərində olacaq. Qiyamət günü zalım, fasiq, təkəbbürlü insanların bədbəxtliyinin nişanəsi budur ki, əməl dəftəri sol tərəfdən (sol ələ) verilsin.

Növbəti iki ayədə isə üçüncü dəstə vəsf olunur: “Öndə gedənlər, öndədirlər! Onlar (Allaha) yaxın olanlar(dır). (öndə gedənlər) ifadəsi təkcə iman deyil, xeyir əməl, əxlaqi dəyərlər və sözün əsl mənasında insanlıqda nümunə olan insanlara şamil olunur. Bu şəxslər camaata nümunədir və ümmətin imam və rəhbərləri hesab olunur.

Bəzi təfsir alimləri sözügedən ayələrin gündəlik namazlar, tövbə, cihad, hicrət və s. ibadətləri yerinə yetirən itaətkar bəndələrə işarə olduğunu deyiblər. Rəvayət olunmuş bəzi hədislərdə “öndə gedənlər” bu dörd nəfərə şamil olunub: "Habil, Firon nəslindən olan mömin şəxs, Həbib Nəccar və Əli ibn Əbutalib (ə)”. Bu qəbildən olan hədislər ayənin mənasını məhdudlaşdırmır, əksinə, "öndə gedənlər" dəstəsi misal və nümunə olaraq bəyan olunur.

Rəvayət olunmuş hədislərin birində deyilir:

"Bir gün həzrət Peyğəmbər (s) səhabələrindən soruşdu:

# أَتَدْرُونَمَنالسَّابِقُونَإِلىظَلِّاللَّهِيَوْمَالْقِيامَةِ؟


"Bilirsinizmi Qiyamət günü öndə gedənlər və Allaha yaxın olanlar kimlərdir?"

Səhabələr dedilər: "Allah və Rəsulu doğru bilər."

Həzrət (s) buyurdu:

# الَّذِينَإِذْأُعْطُواالْحَقَّقَبِلُوهُ،وَإِذاسَأَلُوهُبَلُوهُ،وَحَكَمُوالِلنَّاسِكَحُكْمِهِمْلِأَنْفُسِهِ


"O kəslərdir ki, haqq onlara verildikdə qəbul edərlər, onlardan haqqı soruşduqda təqdim edərlər. Özlərinə hökm etdikləri kimi başqalarına da hökm edərlər."

Bəzi hədislərin təfsirinə görə “öndə gedənlər" peyğəmbərlərdir. Hədislərin birində belə rəvayət olunur: "İbn Abbas deyir: "Mən bir gün bu ayə barəsində həzrət Peyğəmbərdən (s) soruşdum. Həzrət (s) buyurdu:

# ذلكعلى (عليهالسلام) وَشِيعَتُهُهُمُالسَّابِقُونَإِلَىالْجَنَّةِ،المُقَرَّبُونَمِنَاللَّهِبِكَرَامَتِهِلَهُمْ


"Onlar Əli və Əlinin tərəfdarlarıdır. Allahın onlara ehtiramı olduğu üçün onlar Cənnətdə öndə gedənlər və Allaha yaxın olanlardır.

Bütün bu hədis və təfsirlər ayənin mənasını bəyan edən həqiqətlərdir. Hər bir ümmətdə bu qəbildən insanlar olub.

Növbəti ayədə Allaha yaxın olanların digər bir özəlliyi bəyan olunur: “Cənnətin nemət dolu bağlarında (olacaqlar).”

Ayənin mənası Cənnətin bütün maddi və mənəvi nemətlərinə şamil olunur. Dünya bağlarından fərqli olaraq yalnız Cənnət bağları həqiqi nemətlərin mənbəyidir. Çünki bu dünyada rahatlıq əziyyətlə bərabər hasil olur. Cənnət əhli bu dünyada üzərində olan ağır məsuliyyətin öhdəsindən gələ bildiyi üçün o dünyada əbədi nemətlərə qərq olacaqdır.

"Onlar (Allaha) yaxın olanlar(dır)" ayəsində ifadə olunan yaxınlıq məkan cəhətdən deyil, məqam cəhətdəndir. Çünki Allahın məkanı yoxdur və O bizə bizim özümüzdən daha yaxındır.

Növbəti ayədə Allaha yaxın olanların hansı ümmətlərdən olması bəyan olunur: "Onların çoxu əvvəlki nəsillərdən, az bir qismi də sonunculardandır”.

Rağib İsfahaninin “Müfrədat” əsərində dediyinə görə, (süllə) sözünün mənası "bir dəstə yun" deməkdir. Sonradan bu söz insan toplumu və dəstəsi mənasında da işlənib.

Bu iki ayəyə əsasən, Allaha yaxın olanlar keçmiş ümmətlərdə daha çoxluq təşkil edir. Az bir dəstə isə sonuncu peyğəmbər həzrət Muhəmmədin (s) ümmətindəndir. Bəziləri sözügedən ayənin “Ali- İmran" surəsinin 110-cu ayəsi ilə ziddiyyət təşkil etdiyini düşünə bilər. Bu iki ayəyə əsasən, "(Allaha) yaxın olanlar"ın çoxu keçmiş ümmətlərdəndir və onların yalnız az bir qismi həzrət Muhəmmədin (s) ümmətindəndir. Burada belə bir sual yarana bilər ki, görəsən, bu, Allahın "siz ən yaxşı ümmətsiniz" deyə xitab etdiyi İslam ümmətinin olduqca böyük əhəmiyyətə malik ümmət olması ilə ziddiyyət təşkil etmirmi?

Əgər biz iki nüansı nəzərə alsaq, bu sualın cavabı aydın olar: Birincisi, "yaxın olanlar" deyəndə iman baxımından öndə gedənlər nəzərdə tutulur və bildiyimiz kimi, erkən dövrdə İslam ümmətinin İslamı qəbul etməkdə öndə gedənlərinin sayı az olub. Belə ki İslamı ilk qəbul edən kişi İmam Əli (ə), ilk qadın isə həzrət Xədicə (ə) olub.

Amma əvvəlki nəsillərin arasında həm çoxlu peyğəmbərlər, həm də çoxlu ümmətlər olub və həmin ümmətlərin hər birində iman gətirməkdə öncüllərin olması ümumilikdə onların çoxluq təşkil etməsinə səbəb olur.

Bundan əlavə, say baxımından çoxluq keyfiyyət baxımından üstünlük demək deyil. Başqa sözlə desək, ola bilər ki, bu ümmətin imanda öndə gedənlərinin sayı az olsun, amma həmin azlıq məqam baxımından daha üstün olsun. Belə bir fərq peyğəmbərlərin arasında da var:

# تلْكَالرُّسُلُفَضَّلْنَابَعْضَهُمْعَلَىبَعْضٍ


"O elçilərin bəzisini bəzilərindən üstün etdik”.

Burada bir məsələni də qeyd etmək lazımdır. Bəli, ola bilər ki, bəzi möminlər imanda öndə gedənlərin sırasına daxil olmasınlar, amma elə xüsusiyyətlərə malik olsunlar ki, həmin xüsusiyyətlər onları “öndə gedənlər"in səviyyəsinə qaldırsın, mükafat və savab baxımından onlarla eyni dərəcəyə ucaltsın. Buna görə də bəzi hədislərdə İmam Baqirin (ə) belə buyurması nəql edilib: "Öndə gedənlər, öndə olanlar da bizik, sonuncular da!"

Həmçinin hədislərin birində İmam Sadiqin (ə) öz tərəfdarlarından bəzilərinə belə buyurması nəql edilib: "Siz həm ilk öndə gedənlər, həm də son öndə gedənlərsiniz, dünyada bizim imamətimizə tərəf getməkdə, axirətdə isə Cənnətə tərəf getməkdə öndə olanlarsınız".

Qeyd etmək lazımdır ki, bəziləri (əvvəlin) və (axirin) sözlərini "İslam ümmətinin birinciləri" və "İslam ümmətinin sonuncuları" mənasında təfsir ediblər. Bu təfsirə əsasən, "(Allaha) yaxın olanlar"ın hamısı İslam ümmətindəndir. Amma bu təfsir nə ayələrin zahiri ilə, nə də onların təfsiri barədə nəql edilmiş və keçmiş ümmətlərdən konkret olaraq bəzi şəxsləri “əvvəlki nəsillərdən öndə olanlar" kimi təqdim edən hədislərlə düz gəlir.