Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
62

Əl-Cümə Surəsi

11 Ayə 28-ci Cüz Mədinədə nazil olub
سُورَةُ الجمعة Ayətəllah Mişkini Tərcüməsi

Əl-Cümə Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Cümə Surəsi, Ayə 1

يُسَبِّحُ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ٱلْمَلِكِ ٱلْقُدُّوسِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ ﴿1﴾

Mişkini Tərcüməsi: Göylərdə və yerdə nə varsa (hamısı), (bütün varlıq aləminə) hökmran, (hər bir eyb və nöqsandan) pak, yenilməz qüdrət sahibi və (yaradılış mərhələsində) gözəl yaradan, (şəriətdə) mətin olan Allaha daim (dil və hal ilə) zikr edir.
2 Əl-Cümə Surəsi, Ayə 2

هُوَ ٱلَّذِى بَعَثَ فِى ٱلْأُمِّيِّۦنَ رَسُولًۭا مِّنْهُمْ يَتْلُوا۟ عَلَيْهِمْ ءَايَٰتِهِۦ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَإِن كَانُوا۟ مِن قَبْلُ لَفِى ضَلَٰلٍۢ مُّبِينٍۢ ﴿2﴾

Mişkini Tərcüməsi: Ayələrini onlara oxumaq, onları (əqidədə, əxlaqda və əməldəki çirkinliklərdən) pak etmək, onlara (səmavi) kitab, dini və əqli mərifətlər öyrətmək üçün ümmilərin (çoxusu savadsız olan Məkkə camaatının) arasından özlərindən olan bir Peyğəmbər seçən Odur. Doğrudan da onlar bundan öncə açıq-aşkar azğınlıq içində idilər.
3 Əl-Cümə Surəsi, Ayə 3

وَءَاخَرِينَ مِنْهُمْ لَمَّا يَلْحَقُوا۟ بِهِمْ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿3﴾

Mişkini Tərcüməsi: Və onu (bəşərin nəsli kəsilənədək) onlardan olan lakin hələ onlara qoşulmamış digər cəmiyyətlər üçün də (seçdi). O, (istədiyi şeydə) yenilməz qüdrət sahibi və (əbədi qalan dinin qanunlarının çıxarılmasında) hikmət sahibidir.
4 Əl-Cümə Surəsi, Ayə 4

ذَٰلِكَ فَضْلُ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ ۚ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ ﴿4﴾

Mişkini Tərcüməsi: Bu, (risalət) Allahın kərəmidir ki, onu istədiyinə verər və Allah böyük kərəm sahibidir.
5 Əl-Cümə Surəsi, Ayə 5

مَثَلُ ٱلَّذِينَ حُمِّلُوا۟ ٱلتَّوْرَىٰةَ ثُمَّ لَمْ يَحْمِلُوهَا كَمَثَلِ ٱلْحِمَارِ يَحْمِلُ أَسْفَارًۢا ۚ بِئْسَ مَثَلُ ٱلْقَوْمِ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ ۚ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ ﴿5﴾

Mişkini Tərcüməsi: Tövrat (elmi, əməli və təbliğinə dair bilgi) çiyinlərinə qoyulduqdan sonra onu daşımayan kəslər (yəhudi alimləri) neçə-neçə kitablar daşıyan (amma ondan heç bir bəhrəsi olmayan) ulağa bənzəyər. Allahın ayələrini (Tövratın buyruqlarına qarşı çıxmaqla) təkzib və inkar edənlər barədə (çəkilən məsəl) necə də pis məsəldir! Allah zalım qövmü doğru yola yönəltməz!
6 Əl-Cümə Surəsi, Ayə 6

قُلْ يَٰٓأَيُّهَا ٱلَّذِينَ هَادُوٓا۟ إِن زَعَمْتُمْ أَنَّكُمْ أَوْلِيَآءُ لِلَّهِ مِن دُونِ ٱلنَّاسِ فَتَمَنَّوُا۟ ٱلْمَوْتَ إِن كُنتُمْ صَٰدِقِينَ ﴿6﴾

Mişkini Tərcüməsi: De: «Ey yəhudilər, əgər belə hesab edirsinizsə ki, başqa insanlar deyil, siz Allah dostlarısınız, əgər düz danışırsınızsa (onda Allahdan) ölüm diləyin (ki, dostunuzun rəhmət və nemətinə nail olasınız)».
7 Əl-Cümə Surəsi, Ayə 7

وَلَا يَتَمَنَّوْنَهُۥٓ أَبَدًۢا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ۚ وَٱللَّهُ عَلِيمٌۢ بِٱلظَّٰلِمِينَ ﴿7﴾

Mişkini Tərcüməsi: Halbuki onlar öz əlləri ilə törədib öncədən göndərdikləri şeyə görə əsla ölümü arzulamazlar və Allah zalımları(n halını) biləndir.
8 Əl-Cümə Surəsi, Ayə 8

قُلْ إِنَّ ٱلْمَوْتَ ٱلَّذِى تَفِرُّونَ مِنْهُ فَإِنَّهُۥ مُلَٰقِيكُمْ ۖ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿8﴾

Mişkini Tərcüməsi: De: «Şübhəsiz, qaçdığınız o ölüm mütləq sizə yetişəcək, sonra isə gizlini və aşkarı bilənə tərəfə qaytarılacaqsınız. O da (dünyadakı) əməllərinizi sizə xəbər verəcəkdir».
9 Əl-Cümə Surəsi, Ayə 9

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا نُودِىَ لِلصَّلَوٰةِ مِن يَوْمِ ٱلْجُمُعَةِ فَٱسْعَوْا۟ إِلَىٰ ذِكْرِ ٱللَّهِ وَذَرُوا۟ ٱلْبَيْعَ ۚ ذَٰلِكُمْ خَيْرٌۭ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ ﴿9﴾

Mişkini Tərcüməsi: Ey iman gətirənlər, cümə günü namaza çağırılan zaman, Allahı zikr etməyə (cümə namazına) tələsin və alış-verişi buraxın! Əgər bilsəniz bu, sizin üçün daha xeyirlidir.
10 Əl-Cümə Surəsi, Ayə 10

فَإِذَا قُضِيَتِ ٱلصَّلَوٰةُ فَٱنتَشِرُوا۟ فِى ٱلْأَرْضِ وَٱبْتَغُوا۟ مِن فَضْلِ ٱللَّهِ وَٱذْكُرُوا۟ ٱللَّهَ كَثِيرًۭا لَّعَلَّكُمْ تُفْلِحُونَ ﴿10﴾

Mişkini Tərcüməsi: Və namaz qurtardıqda, yer üzünə dağılışın və Allahın kərəmindən istəyin (iş və ruzi dalınca gedin) və Allahı çox zikr edin, bəlkə səadətə yetişəsiniz.
11 Əl-Cümə Surəsi, Ayə 11

وَإِذَا رَأَوْا۟ تِجَٰرَةً أَوْ لَهْوًا ٱنفَضُّوٓا۟ إِلَيْهَا وَتَرَكُوكَ قَآئِمًۭا ۚ قُلْ مَا عِندَ ٱللَّهِ خَيْرٌۭ مِّنَ ٱللَّهْوِ وَمِنَ ٱلتِّجَٰرَةِ ۚ وَٱللَّهُ خَيْرُ ٱلرَّٰزِقِينَ ﴿11﴾

Mişkini Tərcüməsi: (Lakin cümə namazına əhəmiyyət vermirlər) bir ticarət, ya əyləncə gördükdə, səni ayaq üstə (xütbə, ya namaz halında) buraxıb onun tərəfinə axışarlar. De: «Allahın dərgahında olan şey əyləncədən (malların şəhərə daxil olması zamanı çalınan musiqi və təbil səsindən) və ticarətdən daha xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!»
Əvvəlki: 61. Əs-Səff Bütün Surələr ↑ Növbəti: 63. Əl-Münafiqun