Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Əd-Duxan Surəsi, Ayə 1
حمٓ
﴿1﴾
Mişkini Tərcüməsi:
Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu həriflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimlik və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)
2
Əd-Duxan Surəsi, Ayə 2
وَٱلْكِتَٰبِ ٱلْمُبِينِ
﴿2﴾
Mişkini Tərcüməsi:
And olsun bu aydın və aydınlaşdırıcı kitaba ki,
Mişkini Tərcüməsi:
Biz onu (bir yerdə) çox bərəkətli bir gecədə (Qədr gecəsində) nazil etdik. Çünki Biz (Öz ənənəvi qanunlarımıza əsasən) həmişə (aləmdəkiləri) qorxudan olmuşuq.
4
Əd-Duxan Surəsi, Ayə 4
فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ
﴿4﴾
Mişkini Tərcüməsi:
Həmin gecə bütün möhkəm işlər (ilin hadisələri, o cümlədən gələn Qədr gecəsinə kimi Quranın nazil olması) bir-birindən ayrılır (və icraçı məmurlara çatdırılır).
Mişkini Tərcüməsi:
Bizim tərəfimizdən qaynaqlanan bir iş! Çünki Biz həmişə (mələkləri yaradılış işlərini idarə etmək və peyğəmbərləri şəriət işlərini çatdırmaq üçün) göndərən olmuşuq.
Mişkini Tərcüməsi:
Rəbbinin mərhəmətin(in tələblərin)ə xatir. Çünki (ehtiyacı olanların söz və əməl istəklərini) eşidən və (onların ehtiyaclarını) bilən Odur.
Mişkini Tərcüməsi:
Onlar üçün haradan və necə öyüd-nəsihət ola bilər, halbuki onlara (peyğəmbərliyi) aydın və (həqiqətlərə) aydınlıq gətirən elçi gəlmişdi?!
Mişkini Tərcüməsi:
Biz indi həmin əzabı (dünyadakılardan) bir az dəf edirik (və xatırladırıq) ki, siz mütləq (bir müddətdən sonra axirət əzabına) qayıdacaqsınız.
Mişkini Tərcüməsi:
(Və onlara dedi) ki: «Allahın bəndələrini (zülmə məruz qalmış İsrail övladlarını) mənə qaytarın. Həqiqətən, mən sizin üçün etibarlı bir peyğəmbərəm.
Mişkini Tərcüməsi:
Və əlbəttə, mən sizin məni qovmağınızdan, yaxud nalayiq sözlər deməyinizdən, yaxud daşlamağınızdan və ya öldürməyinizdən özümün və sizin Rəbbinizə pənah apardım.
21
Əd-Duxan Surəsi, Ayə 21
وَإِن لَّمْ تُؤْمِنُوا۟ لِى فَٱعْتَزِلُونِ
﴿21﴾
Mişkini Tərcüməsi:
Əgər mənə iman gətirmirsinizsə, onda məndən uzaqlaşın və məni tək qoyun».
Mişkini Tərcüməsi:
(Lakin onun dəvətinin onlara xeyiri olmadı.) Buna görə də öz Rəbbini çağırdı ki: «Bunlar (o qədər) günahkar bir tayfadırlar (ki, hamılıqla ölümə layiqdirlər)».
Mişkini Tərcüməsi:
Və (elə ki, dənizi sənin üçün yardıq və ondan keçdin) qoy dənizdəki geniş yol qalsın (və fironçular da həmin yola daxil olsunlar). Çünki şübhəsiz onlar qərq olunmağa məhkum bir ordudurlar».
25
Əd-Duxan Surəsi, Ayə 25
كَمْ تَرَكُوا۟ مِن جَنَّٰتٍۢ وَعُيُونٍۢ
﴿25﴾
Mişkini Tərcüməsi:
Onlar (özlərindən sonra) nə qədər bağlar və bulaqlar qoyub getdilər.
26
Əd-Duxan Surəsi, Ayə 26
وَزُرُوعٍۢ وَمَقَامٍۢ كَرِيمٍۢ
﴿26﴾
Mişkini Tərcüməsi:
Və necə əkinlər və gözəl, nemət dolu mənzil və yerlər!
27
Əd-Duxan Surəsi, Ayə 27
وَنَعْمَةٍۢ كَانُوا۟ فِيهَا فَٰكِهِينَ
﴿27﴾
Mişkini Tərcüməsi:
Və necə də sevinib şad olduqları eyş-işrətlər.
Mişkini Tərcüməsi:
Həqiqətən, Biz İsrail övladlarına o alçaldıcı əzabdan (oğlanlarının başının kəsilməsi, qızlarının isə nökər kimi saxlanılmasından) nicat verdik.
Mişkini Tərcüməsi:
Və onlara ayə və möcüzələrin (əsa, ağ əl, dənizin yarılması, düşmənlərin məhvi, Tövratın nazil olunması, bildirçin və qüdrət halvası, kölgə salan bulud kimi) aşkar imtahan (yaxud aşkar nemət) olanını verdik.
34
Əd-Duxan Surəsi, Ayə 34
إِنَّ هَٰٓؤُلَآءِ لَيَقُولُونَ
﴿34﴾
Mişkini Tərcüməsi:
Əlbəttə bunlar (Qüreyş kafirləri) deyirlər:
Mişkini Tərcüməsi:
(Say və güc baxımından) onlar daha yaxşı (və artıq)dırlar, yoxsa (Yəmənin qüdrətli şahlarından olmuş) Tubbə tayfası və (Ad və Səmud kimi) onlardan qabaq olmuş kəslər? Onların hamısını məhv etdik. Çünki onların hamısı günahkar idilər.
Mişkini Tərcüməsi:
Şübhəsiz, «ayırma» günü (Allahın haqq hökm çıxaracağı və haqqın batildən, möminin kafirdən, ədalətlinin fasiqdən ayrılacağı gün) onların hamısının vəd edilmiş vaxtıdır.
Mişkini Tərcüməsi:
Onlar (dünyadan Bərzəx aləminə keçmək vasitəsi olan) birinci ölümdən (və Bərzəx aləmindən Qiyamətə keçmək vasitəsi olan ikinci ölümdən) başqa orada ölümü dadmayacaqlar. (Allah) onları (həmişəlik olaraq) Cəhənnəm əzabından qoruyur.
Mişkini Tərcüməsi:
Əslində Biz bunu (Quranı) sənin dilinlə asanlaşdırdıq (onu ərəbcə, sənin dilini ona uyğun və zehnini onun təlimləri ilə tanış etdik ki,) bəlkə onlar (sənin qövmün) ibrət götürdülər.
59
Əd-Duxan Surəsi, Ayə 59
فَٱرْتَقِبْ إِنَّهُم مُّرْتَقِبُونَ
﴿59﴾
Mişkini Tərcüməsi:
(Onlar ibrət götürmədikləri üçün onlara əzab gəlməsini) gözlə ki, əlbəttə onlar da (əzab) gözləyirlər.