Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
22

Əl-Həcc Surəsi

78 Ayə 17-ci Cüz Mədinədə nazil olub
سُورَةُ الحج Ayətəllah Mişkini Tərcüməsi

Əl-Həcc Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Həcc Surəsi, Ayə 1

يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُوا۟ رَبَّكُمْ ۚ إِنَّ زَلْزَلَةَ ٱلسَّاعَةِ شَىْءٌ عَظِيمٌۭ ﴿1﴾

Mişkini Tərcüməsi: Ey insanlar, öz Rəbbinizdən qorxun! Həqiqətən, Qiyamətin (Surun birici dəfə çalınmasından qabaq baş verəcək) zəlzələsi çox böyük bir şeydir.
2 Əl-Həcc Surəsi, Ayə 2

يَوْمَ تَرَوْنَهَا تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ عَمَّآ أَرْضَعَتْ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى ٱلنَّاسَ سُكَٰرَىٰ وَمَا هُم بِسُكَٰرَىٰ وَلَٰكِنَّ عَذَابَ ٱللَّهِ شَدِيدٌۭ ﴿2﴾

Mişkini Tərcüməsi: Onu gördüyünüz gün, (şahid olacaqsınız ki,) hər bir əmzikli qadın körpəsinə süd verməyi unudacaq və hər bir hamilə qadın öz (bətnindəki) yükünü yerə qoyacaqdır. Və (həmin gün) insanları sərxoş görərsən, amma onlar sərxoş deyildirlər, lakin Allahın əzabı şiddətlidir.
3 Əl-Həcc Surəsi, Ayə 3

وَمِنَ ٱلنَّاسِ مَن يُجَٰدِلُ فِى ٱللَّهِ بِغَيْرِ عِلْمٍۢ وَيَتَّبِعُ كُلَّ شَيْطَٰنٍۢ مَّرِيدٍۢ ﴿3﴾

Mişkini Tərcüməsi: İnsanlardan eləsi var ki, həmişə, heç bir biliyi olmadan Allah barəsində (mələklər Onun qızlarıdır, Quran keçmişlərin əfsanələridir, axirət yalan şeydir deyə) mübahisə edir və hər bir murdar və itaətsiz şeytana tabe olur.
4 Əl-Həcc Surəsi, Ayə 4

كُتِبَ عَلَيْهِ أَنَّهُۥ مَن تَوَلَّاهُ فَأَنَّهُۥ يُضِلُّهُۥ وَيَهْدِيهِ إِلَىٰ عَذَابِ ٱلسَّعِيرِ ﴿4﴾

Mişkini Tərcüməsi: (Allahın əzəli elminə müvafiq olaraq Lövhi-Məhfuzda) onun (Şeytanın) barəsində (belə) yazılıb və qərara alınıb ki: «Kim onu (özünə) dost və başçı götürsə şübhəsiz, (Şeytan) onu (səadət yollarından) azdıracaq və şöləli odun əzabına doğru istiqamətləndirəcəkdir».
5 Əl-Həcc Surəsi, Ayə 5

يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمْ فِى رَيْبٍۢ مِّنَ ٱلْبَعْثِ فَإِنَّا خَلَقْنَٰكُم مِّن تُرَابٍۢ ثُمَّ مِن نُّطْفَةٍۢ ثُمَّ مِنْ عَلَقَةٍۢ ثُمَّ مِن مُّضْغَةٍۢ مُّخَلَّقَةٍۢ وَغَيْرِ مُخَلَّقَةٍۢ لِّنُبَيِّنَ لَكُمْ ۚ وَنُقِرُّ فِى ٱلْأَرْحَامِ مَا نَشَآءُ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى ثُمَّ نُخْرِجُكُمْ طِفْلًۭا ثُمَّ لِتَبْلُغُوٓا۟ أَشُدَّكُمْ ۖ وَمِنكُم مَّن يُتَوَفَّىٰ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرْذَلِ ٱلْعُمُرِ لِكَيْلَا يَعْلَمَ مِنۢ بَعْدِ عِلْمٍۢ شَيْـًۭٔا ۚ وَتَرَى ٱلْأَرْضَ هَامِدَةًۭ فَإِذَآ أَنزَلْنَا عَلَيْهَا ٱلْمَآءَ ٱهْتَزَّتْ وَرَبَتْ وَأَنۢبَتَتْ مِن كُلِّ زَوْجٍۭ بَهِيجٍۢ ﴿5﴾

Mişkini Tərcüməsi: Ey insanlar! Əgər (ölümdən sonra) dirilməyə şübhə edirsinizsə, onda (öz yaradılışınıza diqqət yetirin. Görmürsünüzmü ki,) Biz sizi (ulu baba və nənənizi möcüzəvi şəkildə birbaşa) torpaqdan, sonra (onların sonrakı nəsillərini isə vasitə ilə, torpağın tərkibində olan maddələri cəzb edib bədənə ötürməklə) nütfədən, sonra ələqədən (nütfənin dönüb olduğu laxta qandan) daha sonra bəzisinin yaradılışı kamil, bəzisininki isə qeyri-kamil olan muzğədən (ələqənin dönüb olduğu ət parçasından) yaratdıq ki, sizə (bu tədrici yaradılışda qüdrət və hikmətimizin son həddini) aydınlaşdıraq. Biz (muzğədən) istədiyimizi (dölün kamilləşdiyi) müəyyən müddətədək uşaqlıqda saxlayırıq. Sonra sizi körpə olaraq (doğurub) çıxarırıq. (Daha) sonra cismi və ruhi kamala çatmağınız üçün (sizi qoruyuruq). Sizdən bəzisi (qocalmamış) vəfat edir və bəziniz ömürün ən aşağı mərhələsinə kimi aparılır ki, nəhayət o, (çoxlu) elmdən sonra heç nə bilməz. Və (qışda) yeri (torpağı) quru və ölmüş görürsən. Amma ona (yağış, qar və dolu şəklində) su göndərən kimi hərəkətə gəlir, qabarır və sevinc gətirən hər növ (bitki)dən bitirir.
6 Əl-Həcc Surəsi, Ayə 6

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلْحَقُّ وَأَنَّهُۥ يُحْىِ ٱلْمَوْتَىٰ وَأَنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿6﴾

Mişkini Tərcüməsi: (İnsan və bitkilərin) bu (cür yaradılmaları) ona görədir ki, Allah haqdır, ölüləri dirildən Odur və O, hər şeyə qadirdir.
7 Əl-Həcc Surəsi, Ayə 7

وَأَنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٌۭ لَّا رَيْبَ فِيهَا وَأَنَّ ٱللَّهَ يَبْعَثُ مَن فِى ٱلْقُبُورِ ﴿7﴾

Mişkini Tərcüməsi: Və buna görə(dir) ki, qiyamət (mütləq) gələcəkdir, onun barəsində heç bir şübhə yoxdur. Və (həm də) buna görə ki, Allah qəbirdə olanların hamısını dirildəcək (və Məhşər səhnəsinə gətirəcək)dir.
8 Əl-Həcc Surəsi, Ayə 8

وَمِنَ ٱلنَّاسِ مَن يُجَٰدِلُ فِى ٱللَّهِ بِغَيْرِ عِلْمٍۢ وَلَا هُدًۭى وَلَا كِتَٰبٍۢ مُّنِيرٍۢ ﴿8﴾

Mişkini Tərcüməsi: İnsanlardan eləsi var ki, heç bir elmi dəlili (və əqli sübutu), heç bir hidayəti (və batini idrakı) və heç bir aydın səma kitabı olmadan həmişə Allah barəsində mübahisə edir.
9 Əl-Həcc Surəsi, Ayə 9

ثَانِىَ عِطْفِهِۦ لِيُضِلَّ عَن سَبِيلِ ٱللَّهِ ۖ لَهُۥ فِى ٱلدُّنْيَا خِزْىٌۭ ۖ وَنُذِيقُهُۥ يَوْمَ ٱلْقِيَٰمَةِ عَذَابَ ٱلْحَرِيقِ ﴿9﴾

Mişkini Tərcüməsi: (Özü də bunu, başqalarını) Allah yolundan azdırmaq üçün (ilahi dəvətdən) təkəbbürlə üz döndərərək və ona arxa çevirərək (edir). Dünyada onun üçün (Məkkə müşrikləri kimi) xarlıq və rüsvayçılıq vardır və Qiyamət günü ona yandırıcı bir əzab daddıracağıq.
10 Əl-Həcc Surəsi, Ayə 10

ذَٰلِكَ بِمَا قَدَّمَتْ يَدَاكَ وَأَنَّ ٱللَّهَ لَيْسَ بِظَلَّٰمٍۢ لِّلْعَبِيدِ ﴿10﴾

Mişkini Tərcüməsi: (Cəhənnəmdə ona deyiləcək:) «Bu əzab sənin öz əllərinin qabağa göndərdiyi əməllərə görədir, (yoxsa ki,) Allah bəndələrinə əsla zülm edən deyildir (onları cəzalandırandır).
11 Əl-Həcc Surəsi, Ayə 11

وَمِنَ ٱلنَّاسِ مَن يَعْبُدُ ٱللَّهَ عَلَىٰ حَرْفٍۢ ۖ فَإِنْ أَصَابَهُۥ خَيْرٌ ٱطْمَأَنَّ بِهِۦ ۖ وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ ٱنقَلَبَ عَلَىٰ وَجْهِهِۦ خَسِرَ ٱلدُّنْيَا وَٱلْءَاخِرَةَ ۚ ذَٰلِكَ هُوَ ٱلْخُسْرَانُ ٱلْمُبِينُ ﴿11﴾

Mişkini Tərcüməsi: İnsanlardan eləsi var ki, Allaha bir tərəfli ibadət edir (əqidəsi qeyri-sabit, əməli havadadır). Buna görə də əgər həmin şəxsə bir xeyir (sərvət, can sağlığı və məqam) yetişsə, ona arxayınlaşar və əgər bir sınağa çəkilsə (mal və canına bir zərər-ziyan dəysə) üz döndərərək qayıdar. Belə olan şəxs öz dünya və axirətində ziyana uğramışdır (dünyada əməlləri puç olar və axirətdə şirk və günahlarının cəzasına düçar olar). Budur həmin açıq-aşkar ziyan!
12 Əl-Həcc Surəsi, Ayə 12

يَدْعُوا۟ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُۥ وَمَا لَا يَنفَعُهُۥ ۚ ذَٰلِكَ هُوَ ٱلضَّلَٰلُ ٱلْبَعِيدُ ﴿12﴾

Mişkini Tərcüməsi: O, Allahın yerinə ona nə zərər vuran və nə də xeyir yetirən şeyi (bütləri) çağırır. Budur həmin uzun-uzadı azğınlıq!
13 Əl-Həcc Surəsi, Ayə 13

يَدْعُوا۟ لَمَن ضَرُّهُۥٓ أَقْرَبُ مِن نَّفْعِهِۦ ۚ لَبِئْسَ ٱلْمَوْلَىٰ وَلَبِئْسَ ٱلْعَشِيرُ ﴿13﴾

Mişkini Tərcüməsi: O, ziyanı xeyirindən daha (çox və) yaxın olan kəsi çağırır (onun ziyanı şirkin nəticələri, xeyiri isə xülyadır). Necə də pis yardımçı və başçı, necə də pis yoldaş və həmdəmdir!
14 Əl-Həcc Surəsi, Ayə 14

إِنَّ ٱللَّهَ يُدْخِلُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ۚ إِنَّ ٱللَّهَ يَفْعَلُ مَا يُرِيدُ ﴿14﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Allah iman gətirib yaxşı işlər görmüş kəsləri (ev və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəkdir. Əlbəttə, Allah qəti istədiyini yerinə yetirər.
15 Əl-Həcc Surəsi, Ayə 15

مَن كَانَ يَظُنُّ أَن لَّن يَنصُرَهُ ٱللَّهُ فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ فَلْيَمْدُدْ بِسَبَبٍ إِلَى ٱلسَّمَآءِ ثُمَّ لْيَقْطَعْ فَلْيَنظُرْ هَلْ يُذْهِبَنَّ كَيْدُهُۥ مَا يَغِيظُ ﴿15﴾

Mişkini Tərcüməsi: (Məkkə müşriklərindən) kim Allahın ona (Muhəmmədə) dünya və axirətə əsla kömək etməyəcəyini güman edirdisə (amma indi Allahın ona yardım etməsini görürsə) [yaxud: kim özü barəsində Allahın dünya və axirətdə ona kömək etməyəcəyini güman etsə və haqqın mərhəmətinə naümid olsa] tavana bir kəndir uzatsın, sonra (özünü) boğazdan assın. O zaman baxsın ki, bu hiylə onun qəzəb və qeyzini aradan qaldırır?
16 Əl-Həcc Surəsi, Ayə 16

وَكَذَٰلِكَ أَنزَلْنَٰهُ ءَايَٰتٍۭ بَيِّنَٰتٍۢ وَأَنَّ ٱللَّهَ يَهْدِى مَن يُرِيدُ ﴿16﴾

Mişkini Tərcüməsi: Biz bu kitabı beləcə (bu ayələri nazil etdiyimiz kimi tovhid və dini təlimlərin) aydın dəlillər(i) olaraq nazil etdik və həqiqətən, Allah istədiyini doğru yola yönəldir.
17 Əl-Həcc Surəsi, Ayə 17

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَٱلَّذِينَ هَادُوا۟ وَٱلصَّٰبِـِٔينَ وَٱلنَّصَٰرَىٰ وَٱلْمَجُوسَ وَٱلَّذِينَ أَشْرَكُوٓا۟ إِنَّ ٱللَّهَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدٌ ﴿17﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, Allah Qiyamət günü (Muhəmmədə və onun kitabına) iman gətirənləri, yəhudiləri, sabiiləri, xaçpərəstləri, zərdüştiləri və müşrikləri (dinlərinin doğruluğu və ya səhvliyi və kimin mükafata, kimin cəzaya layiq olması baxımından) şübhəsiz, bir-birindən ayıracaqdır. Həqiqətən, Allah hər şeyə şahiddir.
18 Əl-Həcc Surəsi, Ayə 18

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يَسْجُدُ لَهُۥ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَمَن فِى ٱلْأَرْضِ وَٱلشَّمْسُ وَٱلْقَمَرُ وَٱلنُّجُومُ وَٱلْجِبَالُ وَٱلشَّجَرُ وَٱلدَّوَآبُّ وَكَثِيرٌۭ مِّنَ ٱلنَّاسِ ۖ وَكَثِيرٌ حَقَّ عَلَيْهِ ٱلْعَذَابُ ۗ وَمَن يُهِنِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّكْرِمٍ ۚ إِنَّ ٱللَّهَ يَفْعَلُ مَا يَشَآءُ ۩ ﴿18﴾

Mişkini Tərcüməsi: Məgər göylərdə və yerdə olan hər bir kəsin (və onlarda olan hər bir şeyin), günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların (qeyri-ixtiyari şəkildə), həmçinin (mömin) insanların çoxunun (ixtiyari şəkildə) Allah qarşısında səcdə etmələrini və (səcdə etməkdən boyun qaçırdıqları üçün insan və cinlərin) bir çoxlarına (şeytanların isə hamısına) əzabın təsbit olunduğunu (qəlb gözü ilə) görmürsən? (Bəli, Allah onları alçaldıb.) Allahın alçaltdığı kəsi əsla əziz tutan olmaz. Çünki Allah qəti istədiyini edir.
19 Əl-Həcc Surəsi, Ayə 19

۞ هَٰذَانِ خَصْمَانِ ٱخْتَصَمُوا۟ فِى رَبِّهِمْ ۖ فَٱلَّذِينَ كَفَرُوا۟ قُطِّعَتْ لَهُمْ ثِيَابٌۭ مِّن نَّارٍۢ يُصَبُّ مِن فَوْقِ رُءُوسِهِمُ ٱلْحَمِيمُ ﴿19﴾

Mişkini Tərcüməsi: Bu ikisi (mömin və kafir dəstələri) öz Rəbbləri barəsində (Allahın varlığı, təkliyi, rübubiyyət və übudiyyəti barəsində) çəkişən düşmənlərdir. Beləliklə küfr etmiş kəslər üçün oddan libaslar kəsilmişdir və (Cəhənnəmdə) onların başlarına qaynar su töküləcəkdir.
20 Əl-Həcc Surəsi, Ayə 20

يُصْهَرُ بِهِۦ مَا فِى بُطُونِهِمْ وَٱلْجُلُودُ ﴿20﴾

Mişkini Tərcüməsi: Onunla da (həmin su ilə) qarınlarında olanlar və dəriləri əriyəcəkdir.
21 Əl-Həcc Surəsi, Ayə 21

وَلَهُم مَّقَٰمِعُ مِنْ حَدِيدٍۢ ﴿21﴾

Mişkini Tərcüməsi: Və onlar(a əzab vermək) üçün dəmir toppuzlar (da) vardır.
22 Əl-Həcc Surəsi, Ayə 22

كُلَّمَآ أَرَادُوٓا۟ أَن يَخْرُجُوا۟ مِنْهَا مِنْ غَمٍّ أُعِيدُوا۟ فِيهَا وَذُوقُوا۟ عَذَابَ ٱلْحَرِيقِ ﴿22﴾

Mişkini Tərcüməsi: Nə vaxt qüssədən (onun çoxluğundan) oradan çıxmaq istəsələr (yenidən məcburi şəkildə) ora qaytarılarlar və (onlara deyilər:) dadın yandırıcı əzabı!
23 Əl-Həcc Surəsi, Ayə 23

إِنَّ ٱللَّهَ يُدْخِلُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍۢ وَلُؤْلُؤًۭا ۖ وَلِبَاسُهُمْ فِيهَا حَرِيرٌۭ ﴿23﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, Allah iman gətirib yaxşı işlər görmüş kəsləri (ev və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəkdir. Onlar orada qızıl qolbağlar və mirvari (boyunbağılarla) bəzədilərlər və onların oradakı (adi) libasları naxışlı ipəkdəndir.
24 Əl-Həcc Surəsi, Ayə 24

وَهُدُوٓا۟ إِلَى ٱلطَّيِّبِ مِنَ ٱلْقَوْلِ وَهُدُوٓا۟ إِلَىٰ صِرَٰطِ ٱلْحَمِيدِ ﴿24﴾

Mişkini Tərcüməsi: Onlar (mələklərlə rastlaşanda və öz aralarında salam, şükr və bu kimi fərəh gətirən) pak söz(lər)ə istiqamətləndiriliblər və sifətləri mədh edilmiş Allahın yoluna hidayət ediliblər (ki, onlar da tərifə layiq sifətlərə malik olsunlar).
25 Əl-Həcc Surəsi, Ayə 25

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَٱلْمَسْجِدِ ٱلْحَرَامِ ٱلَّذِى جَعَلْنَٰهُ لِلنَّاسِ سَوَآءً ٱلْعَٰكِفُ فِيهِ وَٱلْبَادِ ۚ وَمَن يُرِدْ فِيهِ بِإِلْحَادٍۭ بِظُلْمٍۢ نُّذِقْهُ مِنْ عَذَابٍ أَلِيمٍۢ ﴿25﴾

Mişkini Tərcüməsi: Əlbəttə, kafir olmuş və (insanları) Allahın yolundan və Bizim (bütün) insanlar(ın ibadət etməsi) üçün müəyyənləşdirdiymiz və yerli ilə müsafirin bərabər olduğu Məscidul-həramdan saxlayan kəslər (yollarını azmış və camaata zülm edən bir dəstədirlər). Kim onda (insanlara) zülm etmək məqsədi ilə (haqqdan) üz döndərsə ona ağrılı əzab daddırarıq.
26 Əl-Həcc Surəsi, Ayə 26

وَإِذْ بَوَّأْنَا لِإِبْرَٰهِيمَ مَكَانَ ٱلْبَيْتِ أَن لَّا تُشْرِكْ بِى شَيْـًۭٔا وَطَهِّرْ بَيْتِىَ لِلطَّآئِفِينَ وَٱلْقَآئِمِينَ وَٱلرُّكَّعِ ٱلسُّجُودِ ﴿26﴾

Mişkini Tərcüməsi: Və (yada sal) o zaman(ı) ki, İbrahim üçün (Kəbənin sütunlarını Adəmin qoyduğu təməl üzərində qaldırsın deyə) Kəbə evinin yerini hazırladıq (və ona dedik) ki: «(Bu evin həcc mərasimində) heç nəyi Mənə şərik qoşma və Mənim evimi təvaf edənlər, (ibadətə) duranlar və ruku və səcdə edənlər üçün təmizlə!»
27 Əl-Həcc Surəsi, Ayə 27

وَأَذِّن فِى ٱلنَّاسِ بِٱلْحَجِّ يَأْتُوكَ رِجَالًۭا وَعَلَىٰ كُلِّ ضَامِرٍۢ يَأْتِينَ مِن كُلِّ فَجٍّ عَمِيقٍۢ ﴿27﴾

Mişkini Tərcüməsi: «Və insanları ümumi şəkildə (Allah evinin) həcc(in)ə çağır ki, (onlar sənin dəvətin nəticəsində Qiyamət gününə kimi) piyada və hər uzaq yoldan gələn arıq dəvələr üstündə sənə tərəf üz tutsunlar».
28 Əl-Həcc Surəsi, Ayə 28

لِّيَشْهَدُوا۟ مَنَٰفِعَ لَهُمْ وَيَذْكُرُوا۟ ٱسْمَ ٱللَّهِ فِىٓ أَيَّامٍۢ مَّعْلُومَٰتٍ عَلَىٰ مَا رَزَقَهُم مِّنۢ بَهِيمَةِ ٱلْأَنْعَٰمِ ۖ فَكُلُوا۟ مِنْهَا وَأَطْعِمُوا۟ ٱلْبَآئِسَ ٱلْفَقِيرَ ﴿28﴾

Mişkini Tərcüməsi: «Nəticədə öz (dünya və axirət) mənfəətlərinin bir hissəsini müşahidə etsinlər və müəyyən günlərdə (Zilhiccə ayının ilk on günündə, yaxud bayram günü və ondan sonrakı üç gündə) Allahın onların ruzisi etmiş olduğu heyvanlar(ı – dəvə, inək və qoyunu qurban kəsərkən onların başı) üzərində Onun adını çəksinlər. Beləliklə, ondan özünüz də yeyin, çox ehtiyac içində olan yoxsula da yedirin».
29 Əl-Həcc Surəsi, Ayə 29

ثُمَّ لْيَقْضُوا۟ تَفَثَهُمْ وَلْيُوفُوا۟ نُذُورَهُمْ وَلْيَطَّوَّفُوا۟ بِٱلْبَيْتِ ٱلْعَتِيقِ ﴿29﴾

Mişkini Tərcüməsi: «Sonra (başı qırxmaq, ehramdan çıxmaq və qüsl verərək təmizlik işləri aparmaqla) öz (bədənlərinin) bulaşıq və çirklərini yox etsinlər. Və öz (boynlarında olan) nəzirlərinə vəfa etsinlər və həmin əziz, qədim və azad evin ətrafında təvaf etsinlər!»
30 Əl-Həcc Surəsi, Ayə 30

ذَٰلِكَ وَمَن يُعَظِّمْ حُرُمَٰتِ ٱللَّهِ فَهُوَ خَيْرٌۭ لَّهُۥ عِندَ رَبِّهِۦ ۗ وَأُحِلَّتْ لَكُمُ ٱلْأَنْعَٰمُ إِلَّا مَا يُتْلَىٰ عَلَيْكُمْ ۖ فَٱجْتَنِبُوا۟ ٱلرِّجْسَ مِنَ ٱلْأَوْثَٰنِ وَٱجْتَنِبُوا۟ قَوْلَ ٱلزُّورِ ﴿30﴾

Mişkini Tərcüməsi: (Ya Peyğəmbər!) Budur (İbrahimə və sənə yazdığım həcc)! Kim Allahın müqəddəs ayinlərinə ehtiram göstərsə, (bu,) onun üçün Rəbbinin yanında daha yaxşıdır. Həmişə sizə oxunanları çıxmaqla, bütün heyvanlar sizə halal edildi. Buna görə də murdar bütlərdən çəkinin və (yalan, böhtan, yalandan şahidlik və mahnı oxumaq kimi batil və) əyri söz(lər)dən uzaq olun.
31 Əl-Həcc Surəsi, Ayə 31

حُنَفَآءَ لِلَّهِ غَيْرَ مُشْرِكِينَ بِهِۦ ۚ وَمَن يُشْرِكْ بِٱللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ ٱلسَّمَآءِ فَتَخْطَفُهُ ٱلطَّيْرُ أَوْ تَهْوِى بِهِ ٱلرِّيحُ فِى مَكَانٍۢ سَحِيقٍۢ ﴿31﴾

Mişkini Tərcüməsi: Allaha görə haqpərəst olub müşriklərdən olmadan (murdar və batildən çəkinin). (Vücud, rübubiyyət, xilqət və ibadətdə) Allaha şərik qoşan kəs, sanki göydən düşüb və ov quşları onu qapırlar (və özlərinə yem edirlər) və ya (güclü) külək onu uzaq bir yerə atır.
32 Əl-Həcc Surəsi, Ayə 32

ذَٰلِكَ وَمَن يُعَظِّمْ شَعَٰٓئِرَ ٱللَّهِ فَإِنَّهَا مِن تَقْوَى ٱلْقُلُوبِ ﴿32﴾

Mişkini Tərcüməsi: Budur (həcc əməlləri)! Kim Allahın (buyurduğu həccin və Onun dininin) nişanələrinə ehtiram göstərsə, şübhəsiz, (bu ehtiram) qəlblərdəki təqvadan hasil olur.
33 Əl-Həcc Surəsi, Ayə 33

لَكُمْ فِيهَا مَنَٰفِعُ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى ثُمَّ مَحِلُّهَآ إِلَى ٱلْبَيْتِ ٱلْعَتِيقِ ﴿33﴾

Mişkini Tərcüməsi: Onda (qurbanlıq heyvanlarda) müəyyən müddətədək (ehram bağlayandan onları kəsənə kimi) sizin üçün (süd, yun, bala vermələri və minik olmaları kimi) mənfəətlər vardır. Sonra onları qurban kəsməyin vaxtı o qədim və azad (Kəbə) ev(in)ə çatandadır.
34 Əl-Həcc Surəsi, Ayə 34

وَلِكُلِّ أُمَّةٍۢ جَعَلْنَا مَنسَكًۭا لِّيَذْكُرُوا۟ ٱسْمَ ٱللَّهِ عَلَىٰ مَا رَزَقَهُم مِّنۢ بَهِيمَةِ ٱلْأَنْعَٰمِ ۗ فَإِلَٰهُكُمْ إِلَٰهٌۭ وَٰحِدٌۭ فَلَهُۥٓ أَسْلِمُوا۟ ۗ وَبَشِّرِ ٱلْمُخْبِتِينَ ﴿34﴾

Mişkini Tərcüməsi: (Qurban kəsmək təkcə İbrahimin davamçıları olan sizin həcc əməllərinizə aid deyil.) Hər bir şəriət əhli üçün məxsus qurban ibadəti (və ya qurbanı olan həcc əməlləri) müəyyənləşdirmişik ki, (qurbanlarını kəsəndə) ruziləri etdiyimiz heyvanların (başları) üzərində Allahın adını çəksinlər. Çünki sizin Allahınız tək olan Allahdır. Buna görə də Onun qarşısında təslim olun və (ey Peyğəmbər, sən) təvazökar və xalis (niyyət və əməlli)lərə mücdə ver.
35 Əl-Həcc Surəsi, Ayə 35

ٱلَّذِينَ إِذَا ذُكِرَ ٱللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَٱلصَّٰبِرِينَ عَلَىٰ مَآ أَصَابَهُمْ وَٱلْمُقِيمِى ٱلصَّلَوٰةِ وَمِمَّا رَزَقْنَٰهُمْ يُنفِقُونَ ﴿35﴾

Mişkini Tərcüməsi: O kəslərə ki, Allah yad ediləndə (Onun adı çəkiləndə) qəlbləri qorxuya düşür, üz verən (çətinlik)lərə səbr edir, namaz qılır və verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.
36 Əl-Həcc Surəsi, Ayə 36

وَٱلْبُدْنَ جَعَلْنَٰهَا لَكُم مِّن شَعَٰٓئِرِ ٱللَّهِ لَكُمْ فِيهَا خَيْرٌۭ ۖ فَٱذْكُرُوا۟ ٱسْمَ ٱللَّهِ عَلَيْهَا صَوَآفَّ ۖ فَإِذَا وَجَبَتْ جُنُوبُهَا فَكُلُوا۟ مِنْهَا وَأَطْعِمُوا۟ ٱلْقَانِعَ وَٱلْمُعْتَرَّ ۚ كَذَٰلِكَ سَخَّرْنَٰهَا لَكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ ﴿36﴾

Mişkini Tərcüməsi: Biz kök dəvələri (də həcc mərasimində) sizin üçün Allahın (dininin) əlamətlərindən (rəmzlərindən) etmişik. Onlarda sizin üçün (dünya və axirət) xeyir(i) vardır. Buna görə də (onları qurban kəsəndə) ayaq üstə dayandıqları halda başları üzərində Allahın adını çəkin (və sonra özünəməxsus qaydada kəsin). Elə ki, yanları yerə dəydi (və onları təmiz kəsib qurtardınız) onlardan yeyin və qane yoxsullara və uman kasıblara da yedirin. Onları beləcə sizə ram etmişik ki, bəlkə şükr etdiniz.
37 Əl-Həcc Surəsi, Ayə 37

لَن يَنَالَ ٱللَّهَ لُحُومُهَا وَلَا دِمَآؤُهَا وَلَٰكِن يَنَالُهُ ٱلتَّقْوَىٰ مِنكُمْ ۚ كَذَٰلِكَ سَخَّرَهَا لَكُمْ لِتُكَبِّرُوا۟ ٱللَّهَ عَلَىٰ مَا هَدَىٰكُمْ ۗ وَبَشِّرِ ٱلْمُحْسِنِينَ ﴿37﴾

Mişkini Tərcüməsi: Allaha əsla onların əti və qanları çatmaz, əksinə Ona sizin tərəfinizdən (qəlb və batində olan) təqva çatar. Allah onları beləcə sizə ram etdi ki, sizi doğru yola yönəltməsinin müqabilində Allaha təkbir deyəsiniz və Onu uca tutasınız. Və (ey Peyğəmbər, sən) yaxşı işlər görənlərə mücdə ver.
38 Əl-Həcc Surəsi, Ayə 38

۞ إِنَّ ٱللَّهَ يُدَٰفِعُ عَنِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ ۗ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ كُلَّ خَوَّانٍۢ كَفُورٍ ﴿38﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Allah iman gətirmiş kəsləri müdafiə edir (düşmənlərin hücumlarını dəf edir və qələbə yolunu açır). Əlbəttə, Allah heç bir nankor xəyanətkarı sevmir.
39 Əl-Həcc Surəsi, Ayə 39

أُذِنَ لِلَّذِينَ يُقَٰتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا۟ ۚ وَإِنَّ ٱللَّهَ عَلَىٰ نَصْرِهِمْ لَقَدِيرٌ ﴿39﴾

Mişkini Tərcüməsi: Məcburi müharibəyə məruz qalanlara cihad və döyüş icazəsi verildi. Çünki onlara zülm olunmuşdur. Allah onlara kömək etməyə əlbəttə, tam qadirdir.
40 Əl-Həcc Surəsi, Ayə 40

ٱلَّذِينَ أُخْرِجُوا۟ مِن دِيَٰرِهِم بِغَيْرِ حَقٍّ إِلَّآ أَن يَقُولُوا۟ رَبُّنَا ٱللَّهُ ۗ وَلَوْلَا دَفْعُ ٱللَّهِ ٱلنَّاسَ بَعْضَهُم بِبَعْضٍۢ لَّهُدِّمَتْ صَوَٰمِعُ وَبِيَعٌۭ وَصَلَوَٰتٌۭ وَمَسَٰجِدُ يُذْكَرُ فِيهَا ٱسْمُ ٱللَّهِ كَثِيرًۭا ۗ وَلَيَنصُرَنَّ ٱللَّهُ مَن يَنصُرُهُۥٓ ۗ إِنَّ ٱللَّهَ لَقَوِىٌّ عَزِيزٌ ﴿40﴾

Mişkini Tərcüməsi: O kəslər(ə) ki, öz evlərindən haqsız yerə (heç bir günahları olmadan) yalnız «bizim Rəbbimiz tək olan Allahdır» dediklərinə görə çıxarılmışlar. Əgər Allah insanların bəzisini digər bəzisi ilə (bütün əsrlərdə kafirləri möminlər vasitəsi ilə dini toplum və məkanlardan) dəf etməsəydi əlbəttə, rahiblərin monastırları, xaçpərəstlərin kilsələri, yəhudilərin məbədləri və müsəlmanların, içərisində çox vaxt Allahın adı zikr edilən məscidləri viran olardı. Allah şübhəsiz, Ona (Onun dininə) yardım edənə yardım edəcəkdir. Həqiqətən, Allah qüvvətli və yenilməzdir.
41 Əl-Həcc Surəsi, Ayə 41

ٱلَّذِينَ إِن مَّكَّنَّٰهُمْ فِى ٱلْأَرْضِ أَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتَوُا۟ ٱلزَّكَوٰةَ وَأَمَرُوا۟ بِٱلْمَعْرُوفِ وَنَهَوْا۟ عَنِ ٱلْمُنكَرِ ۗ وَلِلَّهِ عَٰقِبَةُ ٱلْأُمُورِ ﴿41﴾

Mişkini Tərcüməsi: O kəslərə ki, əgər yer üzündə onlara qüdrət (hakimiyyət) və güc versək namaz qılar, zəkat verər, (insanları ağıl və şəriət tərəfindən) bəyənilən bütün işlərə vadar edər və (onları) hər bir nalayiq və çirkin işdən saxlayarlar. Bütün işlərin sonu Allaha məxsusdur.
42 Əl-Həcc Surəsi, Ayə 42

وَإِن يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍۢ وَعَادٌۭ وَثَمُودُ ﴿42﴾

Mişkini Tərcüməsi: (Ya Peyğəmbər!) Əgər səni təkzib etsələr (bu təəccüblü deyil, çünki) onlardan qabaq Nuhun qövmü, (Hudun qövmü) Ad və (Salehin qövmü) Səmud da (öz peyğəmbərlərini) təkzib etmişdi.
43 Əl-Həcc Surəsi, Ayə 43

وَقَوْمُ إِبْرَٰهِيمَ وَقَوْمُ لُوطٍۢ ﴿43﴾

Mişkini Tərcüməsi: Həmiçnin İbrahimin və Lutun qövmü.
44 Əl-Həcc Surəsi, Ayə 44

وَأَصْحَٰبُ مَدْيَنَ ۖ وَكُذِّبَ مُوسَىٰ فَأَمْلَيْتُ لِلْكَٰفِرِينَ ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ نَكِيرِ ﴿44﴾

Mişkini Tərcüməsi: Və eləcə də (Şüeybin qömü) Mədyən əhli. Musa da təzib edilmişdi. Kafirlərə bir müddət möhlət verdim, sonra onları qəzəblə yaxaladım. Buna görə də (bax gör) Mənim kəskin əks-əməlim necə idi?
45 Əl-Həcc Surəsi, Ayə 45

فَكَأَيِّن مِّن قَرْيَةٍ أَهْلَكْنَٰهَا وَهِىَ ظَالِمَةٌۭ فَهِىَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَبِئْرٍۢ مُّعَطَّلَةٍۢ وَقَصْرٍۢ مَّشِيدٍ ﴿45﴾

Mişkini Tərcüməsi: Beləliklə, neçə-neçə insan cəmiyyətlərini (özlərinə və başqalarına) zalım olduqları halda məhv etdik. (Əzabın nazil olması nəticəsində tavanları yatıb və) evləri(nin divarları) tavanların üstünə uçub. Və (nə çox) tərk edilmiş quyular və uca möhkəm saraylar (ki, hamısı boş sahibsiz qalıb)!
46 Əl-Həcc Surəsi, Ayə 46

أَفَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌۭ يَعْقِلُونَ بِهَآ أَوْ ءَاذَانٌۭ يَسْمَعُونَ بِهَا ۖ فَإِنَّهَا لَا تَعْمَى ٱلْأَبْصَٰرُ وَلَٰكِن تَعْمَى ٱلْقُلُوبُ ٱلَّتِى فِى ٱلصُّدُورِ ﴿46﴾

Mişkini Tərcüməsi: Məgər onlar yer (üzün)də gəzib dolaşmayıblar ki, düşünən qəlbləri və ya eşidən qulaqları olsun?! Çünki əslində zahiri gözlər kor olmur, lakin sinələrdəki ürəklər kor olur.
47 Əl-Həcc Surəsi, Ayə 47

وَيَسْتَعْجِلُونَكَ بِٱلْعَذَابِ وَلَن يُخْلِفَ ٱللَّهُ وَعْدَهُۥ ۚ وَإِنَّ يَوْمًا عِندَ رَبِّكَ كَأَلْفِ سَنَةٍۢ مِّمَّا تَعُدُّونَ ﴿47﴾

Mişkini Tərcüməsi: Onlar (istehza ilə) səndən (vəd olunmuş) əzabın tezləşdirilməsini istəyirlər. Halbuki Allah əsla vədinə xilaf çıxmaz. Həqiqətən, sənin Rəbbinin yanında bir gün sizin saydığınız min il kimidir. (Zaman çərçivəsindən xaric və onun yaradanı olan Allah üçün bir gün ilə min il birdir. Buna görə də Onun barəsində tələsmək təsəvvüredilməzdir.)
48 Əl-Həcc Surəsi, Ayə 48

وَكَأَيِّن مِّن قَرْيَةٍ أَمْلَيْتُ لَهَا وَهِىَ ظَالِمَةٌۭ ثُمَّ أَخَذْتُهَا وَإِلَىَّ ٱلْمَصِيرُ ﴿48﴾

Mişkini Tərcüməsi: Neçə-neçə insan cəmiyyətləri (var idi) ki, onlara zalım oduqları halda möhlət verdim. Sonra onları (qəzəblə) yaxaladım. (Bütün canlı varlıqların) qayıdış(ı) Mənə tərəfdir.
49 Əl-Həcc Surəsi, Ayə 49

قُلْ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّمَآ أَنَا۠ لَكُمْ نَذِيرٌۭ مُّبِينٌۭ ﴿49﴾

Mişkini Tərcüməsi: De: «Ey insanlar! Mən sizin üçün yalnız aşkar bir qorxudanam (sizi küfr və itaətsizliyin pis nəticəsindən qorxuduram).
50 Əl-Həcc Surəsi, Ayə 50

فَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَهُم مَّغْفِرَةٌۭ وَرِزْقٌۭ كَرِيمٌۭ ﴿50﴾

Mişkini Tərcüməsi: Buna görə də bağışlanma və gözəl, ürəyəyatan ruzi iman gətirib yaxşı işlər görənlər üçündür.
51 Əl-Həcc Surəsi, Ayə 51

وَٱلَّذِينَ سَعَوْا۟ فِىٓ ءَايَٰتِنَا مُعَٰجِزِينَ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَحِيمِ ﴿51﴾

Mişkini Tərcüməsi: Bizi aciz qoymaq məqsədi ilə ayə və nişanələrimiz(lə mübarizə aparmaq istiqamətin)də çalışanlar od əhlidirlər.
52 Əl-Həcc Surəsi, Ayə 52

وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍۢ وَلَا نَبِىٍّ إِلَّآ إِذَا تَمَنَّىٰٓ أَلْقَى ٱلشَّيْطَٰنُ فِىٓ أُمْنِيَّتِهِۦ فَيَنسَخُ ٱللَّهُ مَا يُلْقِى ٱلشَّيْطَٰنُ ثُمَّ يُحْكِمُ ٱللَّهُ ءَايَٰتِهِۦ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ ﴿52﴾

Mişkini Tərcüməsi: Biz səndən əvvəl elə bir rəsul (peyğəmbərliyi mələyi aşkar görməklə olan elçi) və nəbi (peyğəmbərliyi vəhyi yuxuda almaqla olan elçi) göndərməmişik ki, o, öz kitabının ayələrini oxuyanda və ya öz dinini cəmiyyətdə həyata keçirmək istəyəndə şeytan onun sözlərinin arasına (bihudə iradlar) atmasın və onun yüksək hədəfləri müqabilində batil məsələlər təlqin etməsin. Lakin Allah (Öz cari qanununa əsasən) şeytanın təlqin etdiklərini məhv və puç edir və sonra Öz ayə və nişanələrini bərqərar edərək möhkəmləndirir. Allah (hər şeyi) bilən və hikmət sahibidir.
53 Əl-Həcc Surəsi, Ayə 53

لِّيَجْعَلَ مَا يُلْقِى ٱلشَّيْطَٰنُ فِتْنَةًۭ لِّلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌۭ وَٱلْقَاسِيَةِ قُلُوبُهُمْ ۗ وَإِنَّ ٱلظَّٰلِمِينَ لَفِى شِقَاقٍۭ بَعِيدٍۢ ﴿53﴾

Mişkini Tərcüməsi: (Şeytana belə bir imkan verməkdən məqsəd budur) ki, şeytanın təlqin etdiklərini qəlblərində mərəz olanları və daşürəkli kəslərin sınaq vasitəsi etsin. Həqiqətən, zalımlar uzun-uzadı bir müxalifətdə, ədavət içərisindədirlər.
54 Əl-Həcc Surəsi, Ayə 54

وَلِيَعْلَمَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ أَنَّهُ ٱلْحَقُّ مِن رَّبِّكَ فَيُؤْمِنُوا۟ بِهِۦ فَتُخْبِتَ لَهُۥ قُلُوبُهُمْ ۗ وَإِنَّ ٱللَّهَ لَهَادِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿54﴾

Mişkini Tərcüməsi: Və (dini) elm verilmiş şəxslərin onun (rəsul və nəbinin dəvətinin) sənin Rəbbin tərəfindən haqq olmasını bilmələri, buna görə də ona iman gətirmələri və nəticədə onların qəlblərinin onun qarşısında ram və müti olması üçün! Həqiqətən, Allah iman gətirənləri doğru yola (imandan sonrakı kamilliklərə) tərəf istiqamətləndirəndir.
55 Əl-Həcc Surəsi, Ayə 55

وَلَا يَزَالُ ٱلَّذِينَ كَفَرُوا۟ فِى مِرْيَةٍۢ مِّنْهُ حَتَّىٰ تَأْتِيَهُمُ ٱلسَّاعَةُ بَغْتَةً أَوْ يَأْتِيَهُمْ عَذَابُ يَوْمٍ عَقِيمٍ ﴿55﴾

Mişkini Tərcüməsi: (Qüreyş kafirlərindən) küfr edənlər həmişə (ölüm) saatı qəfil onlara çatana və ya qısır günün (heç bir şeyin yenidən yerinə yetirilməsi mümkün olmayan Qiyamət gününün) əzabı onların arxasınca gələnə kimi bunun (Quranın və ya sənin peyğəmbərliyinin) barəsində şübhə və tərəddüddə olarlar.
56 Əl-Həcc Surəsi, Ayə 56

ٱلْمُلْكُ يَوْمَئِذٍۢ لِّلَّهِ يَحْكُمُ بَيْنَهُمْ ۚ فَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فِى جَنَّٰتِ ٱلنَّعِيمِ ﴿56﴾

Mişkini Tərcüməsi: Həmin gün (həqiqi və zahiri mütləq) hökmdarlıq Allaha məxsusdur. Onların (Məhşər səhnəsində olanların) arasında O, hökm çıxaracaqdır. Beləliklə iman gətirmiş və yaxşı işlər görmüş kəslər nemət dolu bağlarda olacaqlar.
57 Əl-Həcc Surəsi, Ayə 57

وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَٰتِنَا فَأُو۟لَٰٓئِكَ لَهُمْ عَذَابٌۭ مُّهِينٌۭ ﴿57﴾

Mişkini Tərcüməsi: Küfr etmiş və Bizim (tovhid, kitabın doğruluğu və din) nişanələrimizi təkzib və inkar etmiş kəslər üçün isə alçaldıcı əzab vardır.
58 Əl-Həcc Surəsi, Ayə 58

وَٱلَّذِينَ هَاجَرُوا۟ فِى سَبِيلِ ٱللَّهِ ثُمَّ قُتِلُوٓا۟ أَوْ مَاتُوا۟ لَيَرْزُقَنَّهُمُ ٱللَّهُ رِزْقًا حَسَنًۭا ۚ وَإِنَّ ٱللَّهَ لَهُوَ خَيْرُ ٱلرَّٰزِقِينَ ﴿58﴾

Mişkini Tərcüməsi: Allah Onun yolunda (cihad etmək, elm öyrənmək və ya digər ilahi bir iş üçün) hicrət edib sonra öldürülmüş və ya ölmüş kəslərə mütləq gözəl ruzi verəcəkdir. Həqiqətən, Allah ruzi verənlərin ən yaxşısıdır.
59 Əl-Həcc Surəsi, Ayə 59

لَيُدْخِلَنَّهُم مُّدْخَلًۭا يَرْضَوْنَهُۥ ۗ وَإِنَّ ٱللَّهَ لَعَلِيمٌ حَلِيمٌۭ ﴿59﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, onları bəyəndikləri bir yerə daxil edəcəkdir. Həqiqətən, Allah (onların ehtiyaclarını) bilən və həlimdir (və büna görə də düşmənlərinin məhvinə tələsmir).
60 Əl-Həcc Surəsi, Ayə 60

۞ ذَٰلِكَ وَمَنْ عَاقَبَ بِمِثْلِ مَا عُوقِبَ بِهِۦ ثُمَّ بُغِىَ عَلَيْهِ لَيَنصُرَنَّهُ ٱللَّهُ ۗ إِنَّ ٱللَّهَ لَعَفُوٌّ غَفُورٌۭ ﴿60﴾

Mişkini Tərcüməsi: (İman və küfr barəsində mətləb) budur! Kim cəzalandırıldığı miqdarda cəzalandırsa (ona zülm etmiş şəxsdən qisas yaxud da qanbahası alsa) sonra ona zülm edilsə (cinayətkar bir daha ona qarşı həddini aşsa), şübhəsiz, Allah (dünya və axirətdə) ona (məzluma) kömək edəcəkdir. Həqiqətən, Allah (zülmə məruz qalmış şəxsi) əfv edən və bağışlayandır (və bu cür cəzalandırma üsuluna icazə verir).
61 Əl-Həcc Surəsi, Ayə 61

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ يُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ وَأَنَّ ٱللَّهَ سَمِيعٌۢ بَصِيرٌۭ ﴿61﴾

Mişkini Tərcüməsi: Bu, (zalımın müqabilində məzluma kömək etmək) ona görədir ki, Allah (yaradılış aləmində hər növ qələbəyə qadirdir,) gecəni (hər yeri bürüməsi üçün) gündüzə daxil və qalib edir və (hər yerin işıqlı olması üçün) gündüzü gecəyə qalib edir (və ya bir fəsildə gecənin bir hissəsini gündüzə, digər bir fəsildə isə gündüzün bir hissəsini gecəyə daxil edir). Və (bu kömək həm də) ona görədir ki, Allah (məzlumlarla zalımların hallarını) eşidən və görəndir.
62 Əl-Həcc Surəsi, Ayə 62

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِن دُونِهِۦ هُوَ ٱلْبَٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلْعَلِىُّ ٱلْكَبِيرُ ﴿62﴾

Mişkini Tərcüməsi: Buna (Allahın yaradılış və şəriətdəki bu qüdrətinə) səbəb odur ki, yalnız Allah müstəqil mütləq haqqdır və (müşriklərin) Onun yerinə çağırdıqları batildir. Allah uca və böyükdür.
63 Əl-Həcc Surəsi, Ayə 63

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَتُصْبِحُ ٱلْأَرْضُ مُخْضَرَّةً ۗ إِنَّ ٱللَّهَ لَطِيفٌ خَبِيرٌۭ ﴿63﴾

Mişkini Tərcüməsi: Məgər Allahın göydən (yağış, qar və dolu şəklində) su nazil etməsini və onun vasitəsi ilə yerin yamyaşıl olmasını görmədin? Həqiqətən, Allah lətif (əşyaların lap incəliklərinə nüfuz edən) və (dünyanın işlərinin necə idarə olunmasından) xəbərdardır.
64 Əl-Həcc Surəsi, Ayə 64

لَّهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَإِنَّ ٱللَّهَ لَهُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ ﴿64﴾

Mişkini Tərcüməsi: Göylərdə və yerdə olanlar (göylər və yerin özü də daxil olmaqla) Ona məxsusdur. (Çünki onları yaratmaq, qorumaq, idarə etmək və yox etmək Onun əzəli istəyi ilədir.) Həqiqətən, Allah (hər şeydən zatən) ehtiyacsız və (bütün kamilliklərlə) mədh edilməyə layiqdir.
65 Əl-Həcc Surəsi, Ayə 65

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ سَخَّرَ لَكُم مَّا فِى ٱلْأَرْضِ وَٱلْفُلْكَ تَجْرِى فِى ٱلْبَحْرِ بِأَمْرِهِۦ وَيُمْسِكُ ٱلسَّمَآءَ أَن تَقَعَ عَلَى ٱلْأَرْضِ إِلَّا بِإِذْنِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ بِٱلنَّاسِ لَرَءُوفٌۭ رَّحِيمٌۭ ﴿65﴾

Mişkini Tərcüməsi: Məgər Allahın yer üzündə olanları və həmçinin dənizdə Onun əmri ilə hərəkət edən gəmiləri sizə ram etməsini (varlıq səlahiyyətlərinin müxtəlif olmasına baxmayaraq, onların hamısını sizin elm və istəyinizə tabe etməsini) və göyü (gözəgörünməz məxsus qüvvə ilə) Onun izn və qəti istəyi olmadan (varlıq aləminin quruluşunu pozmaq istəməsi istisna olmaqla) yer üzünə düşməkdən saxladığını görmədin? Həqiqətən, Allah insanlara qarşı şəfqətli və mehribandır.
66 Əl-Həcc Surəsi, Ayə 66

وَهُوَ ٱلَّذِىٓ أَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ۗ إِنَّ ٱلْإِنسَٰنَ لَكَفُورٌۭ ﴿66﴾

Mişkini Tərcüməsi: Sizi (növünüzü tarix boyu tədricən) dirildən, sonra (tədricən) öldürəcək, daha sonra (ikinci sur çalınan zaman Qiyamətdə hamılıqla) dirildəcək (qüvvə) Odur. (Əməl dünyasında olmaq neməti nəticə aləminin olması ilə kamilləşir. Amma) şübhəsiz, insan çox nankordur.
67 Əl-Həcc Surəsi, Ayə 67

لِّكُلِّ أُمَّةٍۢ جَعَلْنَا مَنسَكًا هُمْ نَاسِكُوهُ ۖ فَلَا يُنَٰزِعُنَّكَ فِى ٱلْأَمْرِ ۚ وَٱدْعُ إِلَىٰ رَبِّكَ ۖ إِنَّكَ لَعَلَىٰ هُدًۭى مُّسْتَقِيمٍۢ ﴿67﴾

Mişkini Tərcüməsi: Biz (Nuhdan sənə kimi olub keçmiş ümmətlərdən) hər bir ümmət üçün (onların zaman və hallarına uyğun) bir ibadət müəyyənləşdirmişik ki, ona əməl edirlər. Buna görə də onlar (şəriət) iş(in)də səninlə mübahisə etməməlidirlər (nəsx edən şəriəti götürərək nəsx olunmuşu kənara qoymalıdırlar). Rəbbinə tərəf dəvət et! Şübhəsiz, sən doğru yoldasan.
68 Əl-Həcc Surəsi, Ayə 68

وَإِن جَٰدَلُوكَ فَقُلِ ٱللَّهُ أَعْلَمُ بِمَا تَعْمَلُونَ ﴿68﴾

Mişkini Tərcüməsi: Əgər (bütün dəlil-sübutlar təqdim edildikdən sonra yenə) səninlə mübahisə etsələr, onda (üz döndərərək) de: «Etdiklərinizi Allah daha yaxşı bilir».
69 Əl-Həcc Surəsi, Ayə 69

ٱللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ ﴿69﴾

Mişkini Tərcüməsi: Allah Qiyamət günü, barəsində ixtilaf etdiyiniz şey barəsində sizin aranızda hökm çıxaracaqdır.
70 Əl-Həcc Surəsi, Ayə 70

أَلَمْ تَعْلَمْ أَنَّ ٱللَّهَ يَعْلَمُ مَا فِى ٱلسَّمَآءِ وَٱلْأَرْضِ ۗ إِنَّ ذَٰلِكَ فِى كِتَٰبٍ ۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌۭ ﴿70﴾

Mişkini Tərcüməsi: Məgər bilmirsən ki, Allah göydə və yerdə olanı bilir?! Əlbəttə onların hamısı bir kitabda (Allahın əzəli elmindən qaynaqlanan Lövhi-Məhfuzda) qeyd olunmuşdur. Şübhəsiz, bu, (onları Lövhi-Məhfuzda yazmaq və Qiyamətdə icra etmək) Allaha asandır.
71 Əl-Həcc Surəsi, Ayə 71

وَيَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِۦ سُلْطَٰنًۭا وَمَا لَيْسَ لَهُم بِهِۦ عِلْمٌۭ ۗ وَمَا لِلظَّٰلِمِينَ مِن نَّصِيرٍۢ ﴿71﴾

Mişkini Tərcüməsi: Onlar Allahın yerinə barəsində Allahın dəlil-sübut nazil etmədiyi və haqqında (tanrı və rəbb olmasına, Allaha yaxın olmasına və şəfaət edəcəyinə) özlərinin də elmləri olmayan (və yalnız gümana və keçmişlərinə təqlidə əsaslanan) bir şeyə ibadət edirlər. Zalımların əsla yardımçısı yoxdur.
72 Əl-Həcc Surəsi, Ayə 72

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَٰتُنَا بَيِّنَٰتٍۢ تَعْرِفُ فِى وُجُوهِ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلْمُنكَرَ ۖ يَكَادُونَ يَسْطُونَ بِٱلَّذِينَ يَتْلُونَ عَلَيْهِمْ ءَايَٰتِنَا ۗ قُلْ أَفَأُنَبِّئُكُم بِشَرٍّۢ مِّن ذَٰلِكُمُ ۗ ٱلنَّارُ وَعَدَهَا ٱللَّهُ ٱلَّذِينَ كَفَرُوا۟ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ ﴿72﴾

Mişkini Tərcüməsi: Bizim (tovhid və ilahi maarifin) aydın dəlillər(i) olan ayələrimiz onlara oxunan zaman küfr etmiş kəslərin üzündə inkar (əlamətləri) görərsən. Az qalır ayələrimizi onlara oxuyan kəslərə hücum etsinlər (və onları vursunlar). De: «Sizə bundan (bu qəzəb və narahatçılığınızdan) da pisini xəbər verimmi? (O,) Allahın küfr etmiş kəslərə vəd etdiyi oddur və (o,) pis sonluqdur».
73 Əl-Həcc Surəsi, Ayə 73

يَٰٓأَيُّهَا ٱلنَّاسُ ضُرِبَ مَثَلٌۭ فَٱسْتَمِعُوا۟ لَهُۥٓ ۚ إِنَّ ٱلَّذِينَ تَدْعُونَ مِن دُونِ ٱللَّهِ لَن يَخْلُقُوا۟ ذُبَابًۭا وَلَوِ ٱجْتَمَعُوا۟ لَهُۥ ۖ وَإِن يَسْلُبْهُمُ ٱلذُّبَابُ شَيْـًۭٔا لَّا يَسْتَنقِذُوهُ مِنْهُ ۚ ضَعُفَ ٱلطَّالِبُ وَٱلْمَطْلُوبُ ﴿73﴾

Mişkini Tərcüməsi: Ey insanlar! (Sizin özünüz və bütləriniz barəsində) bir məsəl çəkilib, ona qulaq asın: Həqiqətən, Allahın yerinə çağırdıqlarınız əsla, hətta bunun üçün bir yerə yığılsalar belə, bir milçək də yarada bilməzlər. Əgər milçək onlardan bir şey götürsə, onu ondan geri ala bilməzlər. İstəyənlə (müşriklərlə), (hacət) istənilənin (bütlərin) hər ikisi acizdirlər. (Yaxud da istəyəndən məqsəd milçəklər, istəniləndən məqsəd isə götürülüb aparılmış şeydir, ya da istəyən bütlər istənilən isə milçəklərdir.)
74 Əl-Həcc Surəsi, Ayə 74

مَا قَدَرُوا۟ ٱللَّهَ حَقَّ قَدْرِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ لَقَوِىٌّ عَزِيزٌ ﴿74﴾

Mişkini Tərcüməsi: Onlar Allahı Onun Öz məqam və dərəcəsinə layiq (hətta insan üçün mümkün olan çərçivədə) qiymətləndirib tanımadılar (və buna görə də ən qüdrətli varlığa – varlıq aləminin yaradanına Onun ən zəif məxluqunu şərik qoşdular). Həqiqətən, Allah qüvvətli və yenilməz qalibdir.
75 Əl-Həcc Surəsi, Ayə 75

ٱللَّهُ يَصْطَفِى مِنَ ٱلْمَلَٰٓئِكَةِ رُسُلًۭا وَمِنَ ٱلنَّاسِ ۚ إِنَّ ٱللَّهَ سَمِيعٌۢ بَصِيرٌۭ ﴿75﴾

Mişkini Tərcüməsi: Allah (Özü ilə peyğəmbərləri arasında vasitə olmaq üçün) mələklərdən və (Özü ilə cəmiyyət arasında vasitə olma üçün) insanlardan elçilər seçir. Həqiqətən, Allah (cəmiyyətin təlim-tərbiyə sahəsindəki ehtiyac çağırışlarını) eşidən və (onların pyeğəmbər və tərbiyəçilərinin vəziyyətini) görəndir.
76 Əl-Həcc Surəsi, Ayə 76

يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ۗ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ ﴿76﴾

Mişkini Tərcüməsi: Onların (mələk və insanlardan olan elçilərin) önlərində və arxalarında olanı bilir (və onları səhvdən, unutqanlıqdan və şeytanın müdaxiləsindən qoruyur). (Yaradılış və şəriətin) bütün işlər(i) Allaha tərəf qaytarılır.
77 Əl-Həcc Surəsi, Ayə 77

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱرْكَعُوا۟ وَٱسْجُدُوا۟ وَٱعْبُدُوا۟ رَبَّكُمْ وَٱفْعَلُوا۟ ٱلْخَيْرَ لَعَلَّكُمْ تُفْلِحُونَ ۩ ﴿77﴾

Mişkini Tərcüməsi: Ey (Bizim peyğəmbərimiz Muhəmmədə (s)) iman gətirənlər, ruku və səcdə edin, Rəbbinizə ibadət edin və xeyir iş görün ki, bəlkə nicat tapasınız. (Bu ayə bütün şəriətlərin və ictimai xeyir əməllərin xülasəsidir.)
78 Əl-Həcc Surəsi, Ayə 78

وَجَٰهِدُوا۟ فِى ٱللَّهِ حَقَّ جِهَادِهِۦ ۚ هُوَ ٱجْتَبَىٰكُمْ وَمَا جَعَلَ عَلَيْكُمْ فِى ٱلدِّينِ مِنْ حَرَجٍۢ ۚ مِّلَّةَ أَبِيكُمْ إِبْرَٰهِيمَ ۚ هُوَ سَمَّىٰكُمُ ٱلْمُسْلِمِينَ مِن قَبْلُ وَفِى هَٰذَا لِيَكُونَ ٱلرَّسُولُ شَهِيدًا عَلَيْكُمْ وَتَكُونُوا۟ شُهَدَآءَ عَلَى ٱلنَّاسِ ۚ فَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ وَٱعْتَصِمُوا۟ بِٱللَّهِ هُوَ مَوْلَىٰكُمْ ۖ فَنِعْمَ ٱلْمَوْلَىٰ وَنِعْمَ ٱلنَّصِيرُ ﴿78﴾

Mişkini Tərcüməsi: Və Allah (yolun)da Ona layiq tərzdə cihad edin. O, (Quran və İslam neməti ilə) sizi seçib və İslam dinində sizin üçün heç bir məşəqqət və dözülməz çətinlik qoymayıb. (Heç bir çətin hökm çıxarılmayıb və qarşıya çıxan hər bir çətinliyə bir yol qoyub.) Bu din (özünün əsas və qolları ilə) atanız İbrahimin dini və şəriətidir. (İbrahim Muhəmmədin, Muhəmməd isə İslam ümmətinin atasıdır. Deməli İbrahim müsəlmanların atasıdır.) Sizi əvvəldən (keçmiş peyğəmbərlərin kitablarında) və bunda (bu kitabda) müsəlman adlandıran o olub. (Bu seçim) bu peyğəmbərin (Qiyamət günü) sizə və sizin insanlara şahid olmağınız üçündür. (Məsumlar və onların canişinləri Qiyamətdə bu ümmətə və həmçinin keçmiş ümmətlərə şahid olacaqlar.) Buna görə də namaz qılın, zəkat verin və Allaha sığının. Sizin hami, sahib və başçınız Odur. O necə də gözəl hami və necə də gözəl yardımçıdır.
Əvvəlki: 21. Əl-Ənbiya Bütün Surələr ↑ Növbəti: 23. Əl-Möminun