Mişkini Tərcüməsi:
Əlif, Lam, Ra. (Mən, hər şeyi görən Allaham. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma heç kimin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir.) Bu (uca məqamlı) surə, bu kitabın və (özü) aydın (olan) və aydınlıq gətirən Quranın ayələridir və bu (uca məqamlı ayələr), Lövhi-Məhfuzda sabit olan ayələr və həmin Lövhdə olan aydın Quranın ayələridir.
Mişkini Tərcüməsi:
«Əgər sən doğruçusansa, nə üçün (iddianın doğruluğunu sübut etmələri və sənə müxalif olanları əzmələri üçün) mələkləri bizim yanımıza gətirmirsən?»
Mişkini Tərcüməsi:
Biz mələkləri yalnız haqq olaraq (möcüzəvi şəkildə haqqı isbat etmək üçün) nazil edirik və onda (əgər qəbul etməsələr, cari qanunumuza əsasən) onlara möhlət verilmir.
Mişkini Tərcüməsi:
Həqiqətən, bu zikri (Quranı) Biz nazil etdik və şübhəsiz, onu (təhrifdən, nəsx olunmadan və müddətinin sona çatmasından) Biz Özümüz qoruyarıq.
Mişkini Tərcüməsi:
Biz beləcə bu Quranı (höccəti tamam etmək üçün, ona istehza olunmasını isə bədbəxtliklərinə uyğun olaraq) günahkarların qəlblərinə yeridərik.
Mişkini Tərcüməsi:
Həqiqətən, Biz göydə (günəşin il uzunu ətrafına fırlandığı) bürclər yaratdıq və onu baxanlar üçün (ulduzlarla) zinətləndirdik.
17
Əl-Hicr Surəsi, Ayə 17
وَحَفِظْنَٰهَا مِن كُلِّ شَيْطَٰنٍۢ رَّجِيمٍ
﴿17﴾
Mişkini Tərcüməsi:
Və onu hər bir qovulmuş şeytandan qoruduq (şeytanların oraya qalxaraq mələklər aləminin sirlərindən xəbərdar olmaq qüdrətləri yoxdur).
Mişkini Tərcüməsi:
Və bu yeri sərdik, onda möhkəm dağlar yerləşdirdik və orada hər bir şeydən müəyyən ölçüdə (hər biri zahiri görünüş, xüsusiyyət, zaman və məkan baxımından müəyyən biçimdə olan bitkilər) bitirdik.
Mişkini Tərcüməsi:
(Varlıq aləmində və sizin təsəvvür aləminizdə) elə bir şey yoxdur ki, onun xəzinələri (onun vücudunun Bizim mütləq iradəmiz və «ol» kəlməsi olan mənbələri) Bizim yanımızda olmasın və Biz onu (vücud mərhələsinə) yalnız müəyyən miqdarda nazil edirik. [Və həmçinin sizin yaşayış vasitələrinizdən elə bir şey yoxdur ki, (onun bu dünyanın varlıqlarından olan ilkin maddəsi) Bizim ixtiyarımızda olmasın və onu yalnız müəyyən miqdarda nazil edirik (gerçəkləşdiririk).]
Mişkini Tərcüməsi:
Və küləkləri (buludlar, ağaclar və otlar üçün) mayalandırıcı olaraq göndərdik. Göydən (yağış, qar və dolu şəklində) su nazil etdik və sizi onunla sirab etdik. Siz onu (nə göyün buludunda və nə də yerin dərinliklərində) yığıb saxlayan deyilsiniz və buna qüdrətiniz də yoxdur.
Mişkini Tərcüməsi:
Həqiqətən, Biz sizin həm (yaradılışın əvvəlindən indiyə qədər olmuş) keçmişlərinizi(n sayını), həm də gələcəklərinizi(n sayını) bilirik [və sizin (iman və təqvada) irəlidə olanlarınıza da elmimiz var, sizin (iman və təqvada) geridə qalanlarınıza da]!
Mişkini Tərcüməsi:
Əlbəttə, sənin Rəbbin (Qiyamət günü) onları (həyat vermək üçün onların üzvlərini və hesab üçün şəxsləri) toplayacaqdır. Həqiqətən, O, hikmət sahibi və biləndir.
Mişkini Tərcüməsi:
«Elə ki, onu düzəltdim və ona Öz ruhumdan (mübarək və Özümə layiq ruhdan) üfürdüm, hamılıqla ona (təzim üçün) səcdə halında üzü üstə düşün!»
Mişkini Tərcüməsi:
Dedi: «Mən əsla Sənin qoxumuş palçıqdan alınmış quru gildən yaratdığın bəşərə səcdə edən deyiləm!»
34
Əl-Hicr Surəsi, Ayə 34
قَالَ فَٱخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌۭ
﴿34﴾
Mişkini Tərcüməsi:
Allah buyurdu: «Belə isə, buradan (Cənnətdəki uca məqamdan, Allah dərgahından və ali mələklərin sırasından) çıx ki, həqiqətən, sən (hər bir rəhmət və kəramətdən) qovulmuşsan».
Mişkini Tərcüməsi:
«Və şübhəsiz, (ilahi vəzifələrin yerinə yetirilməsi müddəti olan indidən) cəza gününədək sənə lənət olacaqdır (və ondan sonra da əbədi cəza zamanıdır)».
Mişkini Tərcüməsi:
Dedi: «Ey Rəbbim, elə isə mənə onların (Adəm övladlarının) dirildiləcəkləri günə kimi möhlət ver».
37
Əl-Hicr Surəsi, Ayə 37
قَالَ فَإِنَّكَ مِنَ ٱلْمُنظَرِينَ
﴿37﴾
Mişkini Tərcüməsi:
Allah buyurdu: «Sən möhlət verilənlərdənsən».
38
Əl-Hicr Surəsi, Ayə 38
إِلَىٰ يَوْمِ ٱلْوَقْتِ ٱلْمَعْلُومِ
﴿38﴾
Mişkini Tərcüməsi:
«(Lakin Qiyamətədək deyil,) məlum vaxtın gününədək (bəşər cəmiyyətinin hamısının düzələcəyi və ya bəşər nəslinin İsrafilin surunun birinci dəfə üfürülməsi ilə kəsiləcəyi günədək)».
Mişkini Tərcüməsi:
Dedi: «Ey Rəbbim, məni (Öz dərgahından uzaqlaşdırmaqla) azğınlığa atdığına görə, mən də yer üzündə (bütün pis işləri) onlar (insanlar) üçün zinətləndirəcək və onların hamısını azdıracağam».
40
Əl-Hicr Surəsi, Ayə 40
إِلَّا عِبَادَكَ مِنْهُمُ ٱلْمُخْلَصِينَ
﴿40﴾
Mişkini Tərcüməsi:
«Sənin (rəhmətini şamil etməklə) onların arasından seçdiyin bəndələrin istisna olmaqla».
41
Əl-Hicr Surəsi, Ayə 41
قَالَ هَٰذَا صِرَٰطٌ عَلَىَّ مُسْتَقِيمٌ
﴿41﴾
Mişkini Tərcüməsi:
(İblis onların az bir qismindən başqa hamısını ixtiyari hidayətdən çıxarıb məcburi şəkildə azdıracağını iddia etdi.) Allah buyurdu: «Bu, (onları ixtiyari hidayət və zəlalət yolunda qoymaq), Mənim öhdəmdə olan düz yoldur (və hər bir qüdrətdən xaricdir)».
Mişkini Tərcüməsi:
«Və şübhəsiz, sənin Mənim bəndələrim üzərində heç bir hökmün yoxdur, (onlar yol seçməkdə həmişə ixtiyara malikdirlər), tamamilə sənə tabe olan azğınlardan başqa»!
43
Əl-Hicr Surəsi, Ayə 43
وَإِنَّ جَهَنَّمَ لَمَوْعِدُهُمْ أَجْمَعِينَ
﴿43﴾
Mişkini Tərcüməsi:
«Və onların hamısının vədə yeri, mütləq Cəhənnəmdir».
Mişkini Tərcüməsi:
Onun yeddi qapısı vardır, hər qapı(dan daxil olmaq) üçün onların bir hissəsi bölünmüşdür. [Yaxud: Onun yeddi təbəqəsi vardır ki, hər bir təbəqə üçün cəzalarının müxtəlifliyinə görə onların bir dəstəsi bölünmüşdür.
45
Əl-Hicr Surəsi, Ayə 45
إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّٰتٍۢ وَعُيُونٍ
﴿45﴾
Mişkini Tərcüməsi:
Və həqiqətən, pərhizkarlar (o dünyada) bağlarda və bulaqlar(ın başın)da olacaqlar.
46
Əl-Hicr Surəsi, Ayə 46
ٱدْخُلُوهَا بِسَلَٰمٍ ءَامِنِينَ
﴿46﴾
Mişkini Tərcüməsi:
(Daxil olan zaman onlara) «(Allah və mələklər tərəfindən olan) salamla oraya daxil olun ki, (hər hansı bir zərər-ziyandan, xüsusilə fani olmaqdan və müddətin sona çatmasından) amanda olacaqsanız».
Mişkini Tərcüməsi:
Və onların qəlblərində olan kin-küdurəti (batil düşüncələr və xarab xislətləri) elə çıxarıb atdıq ki, taxtlar üzərində qardaşcasına bir-birlərinin qarşısında əyləşərlər.
Mişkini Tərcüməsi:
(Ya Peyğəmbər!) Mənim bəndələrimə xəbər ver ki, şübhəsiz, çox bağışlayan və mehriban Mənəm! 15|50|Və həmin ağrılı əzab (da) Mənim əzabımdır.
51
Əl-Hicr Surəsi, Ayə 51
وَنَبِّئْهُمْ عَن ضَيْفِ إِبْرَٰهِيمَ
﴿51﴾
Mişkini Tərcüməsi:
Və onlara İbrahimin qonaqlarından xəbər ver.
Mişkini Tərcüməsi:
Onlar onun hüzuruna daxil olub «salam!» deyən zaman o (İbrahim) dedi: «Həqiqətən, biz, (vaxtsız və icazəsiz gəldiyinizə görə) sizdən qorxuruq».
Mişkini Tərcüməsi:
Dedilər: «Qorxma, biz səni (İshaq adlı) bilikli bir oğulla müjdələyirik (ki, o, vəhy vasitəsilə din elmləri və səmavi kitablardan xəbərdar olacaqdır)».
Mişkini Tərcüməsi:
«Onun (nicat tapacaq ailə üzvlərindən də) zövcəsi müstəsnadır ki, onun (imansızlığına görə) mütləq (Lut qövmünün əzabda) qalanlar(ın)dan olmasını qərara almışıq».
61
Əl-Hicr Surəsi, Ayə 61
فَلَمَّا جَآءَ ءَالَ لُوطٍ ٱلْمُرْسَلُونَ
﴿61﴾
Mişkini Tərcüməsi:
Beləliklə, elə ki, elçilər Lut ailəsinin yanına gəldilər,
62
Əl-Hicr Surəsi, Ayə 62
قَالَ إِنَّكُمْ قَوْمٌۭ مُّنكَرُونَ
﴿62﴾
Mişkini Tərcüməsi:
Lut dedi: «Həqiqətən, siz tanış olmayan və yad bir dəstəsiniz».
Mişkini Tərcüməsi:
Dedilər: «(Arada pis bir məqsəd yoxdur,) biz (sənin qövmün üçün) barəsində şəkk və tərəddüddə olduqları şeyi (əzabın nazil olmasını) gətirmişik.
Mişkini Tərcüməsi:
«Odur ki, gecənin bir yarısında öz ailəni yola sal, özün də onların arxasınca get, sizdən heç kim yerdə qalmasın (ya heç kim dönüb geriyə baxmasın) və əmr olunduğunuz səmtə tərəf yola düşün».
Mişkini Tərcüməsi:
Dedi: «Əgər bir iş görmək istəyirsinizsə, bunlar mənim qızlarımdır». (Öz qızlarına, yaxud onların özlərinin peyğəmbərin qızları yerində olan arvadlarına işarə etdi).
Mişkini Tərcüməsi:
Şübhəsiz, bunda (bu hadisədə) ağıl və şüur sahibləri üçün (Allahın qüdrət və qəzəbi, bəndənin azğınlığının sonu barəsində) nişanələr vardır.
76
Əl-Hicr Surəsi, Ayə 76
وَإِنَّهَا لَبِسَبِيلٍۢ مُّقِيمٍ
﴿76﴾
Mişkini Tərcüməsi:
Və əlbəttə, o (viran edilmiş həmin şəhərlər) yol üzərində hələ də qalmaqdadır (və ibrət götürmək üçün bir amildir).
Mişkini Tərcüməsi:
Beləliklə, Biz onlardan intiqam aldıq. (Hud surəsinin 94-cü ayəsinə müraciət edin.) Və əlbəttə, o ikisi (Lut və Şüeybin qövmlərinin məskənləri) açıq-aşkar yol üstündədir.
Mişkini Tərcüməsi:
Və Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq (və uca və ağılın təsdiq etdiyi bir məqsəd üçün) yaratmışıq və şübhəsiz, Qiyamət gələsidir (və kafirlərə cəza verəcəyik). Buna görə də, gözəl tərzdə (nə qədər ki, döyüş əmri almamısan) güzəşt et.
86
Əl-Hicr Surəsi, Ayə 86
إِنَّ رَبَّكَ هُوَ ٱلْخَلَّٰقُ ٱلْعَلِيمُ
﴿86﴾
Mişkini Tərcüməsi:
Həqiqətən, sənin Rəbbin həmin (bütün şeyləri) yaradan və (hər şeyi) biləndir.
Mişkini Tərcüməsi:
Doğrudan da, sənə hər namazda ən azı iki dəfə təkrar edilən və ayələri bir-birini təfsir edən bu kitabın bir hissəsi olan (Həmd surəsi adında) yeddi əzəmətli ayə və böyük Quranı əta etdik.
Mişkini Tərcüməsi:
Gözlərini onların bəzilərini bəhrələndirdiyimiz şeylərə dikmə və onlara (iman gətirməyənlərə) görə qəmgin olma və öz təvazökarlıq qanadını möminlər(in üstün)ə sər.
89
Əl-Hicr Surəsi, Ayə 89
وَقُلْ إِنِّىٓ أَنَا ٱلنَّذِيرُ ٱلْمُبِينُ
﴿89﴾
Mişkini Tərcüməsi:
Və de: «Həqiqətən, mən (sizi ilahi əzabın nazil olmasından çəkindirən) həmin aşkar qorxudanam». 15|90|Bölənlərə (əzab) nazil etdiyimiz kimi!
91
Əl-Hicr Surəsi, Ayə 91
ٱلَّذِينَ جَعَلُوا۟ ٱلْقُرْءَانَ عِضِينَ
﴿91﴾
Mişkini Tərcüməsi:
Həmin o kəslərə ki, (peyğəmbərin göndərilməsinin əvvəlində) Quranı neçə hissəyə böldülər (bir hissəsini sehr, bir hissəsini şer, bir hissəsini keçmişlərin əhvalatları və bir hissəsini cinlərin kəlamı adlandırdılar. Həmçinin onun bir hissəsini qəbul və bir hissəsini rədd etdilər. Onları müxtəlif əzablarla həlak etdik).
92
Əl-Hicr Surəsi, Ayə 92
فَوَرَبِّكَ لَنَسْـَٔلَنَّهُمْ أَجْمَعِينَ
﴿92﴾
Mişkini Tərcüməsi:
Buna görə də, sənin Rəbbinə and olsun ki, şübhəsiz, (Qiyamət günü) onların hamısını sorğu-suala tutacağıq.
93
Əl-Hicr Surəsi, Ayə 93
عَمَّا كَانُوا۟ يَعْمَلُونَ
﴿93﴾
Mişkini Tərcüməsi:
(Dünyada) etdikləri əməllər barəsində.