Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
11

Hud Surəsi

123 Ayə 11-ci Cüz Məkkədə nazil olub
سُورَةُ هود Ayətəllah Mişkini Tərcüməsi

Hud Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Hud Surəsi, Ayə 1

الٓر ۚ كِتَٰبٌ أُحْكِمَتْ ءَايَٰتُهُۥ ثُمَّ فُصِّلَتْ مِن لَّدُنْ حَكِيمٍ خَبِيرٍ ﴿1﴾

Mişkini Tərcüməsi: Əlif, Lam, Ra. (Mən bütün əşyaları görən Allaham. Mənim kitabım həmin bu hərflərdən təşkil olunmuşdur, amma eyni zamanda möcüzədir. Mənim kitabımın möhkəm və bu cür mütəşabih ayələri vardır. Bu hərflər Allahla Onun peyğəmbəri Muhəmməd (s) arasında olan rəmzlərdir. Bu Quran) ayələri (kəlmələrinin fəsihliyinə, quruluşunun möhkəmliyinə, məzmununun xəta, ixtilaf və nəsx olunmaqdan amanda qalmasına görə) möhkəmlənmiş, sonra isə hikmətli və xəbərdar (Allah) tərəfindən (surələr, ayələr, hökmlər, əxlaqi göstərişlər və digər müxtəlif maariflərlə) ətraflı şəkildə izah edilmiş bir kitabdır.
2 Hud Surəsi, Ayə 2

أَلَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ ۚ إِنَّنِى لَكُم مِّنْهُ نَذِيرٌۭ وَبَشِيرٌۭ ﴿2﴾

Mişkini Tərcüməsi: (Mənim dəvətim bundan ibarətdir) ki: «Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən, mən Onun tərəfindən sizin üçün bir qorxudan və mücdə verənəm».
3 Hud Surəsi, Ayə 3

وَأَنِ ٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ يُمَتِّعْكُم مَّتَٰعًا حَسَنًا إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى وَيُؤْتِ كُلَّ ذِى فَضْلٍۢ فَضْلَهُۥ ۖ وَإِن تَوَلَّوْا۟ فَإِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍۢ كَبِيرٍ ﴿3﴾

Mişkini Tərcüməsi: «Və öz Rəbbinizdən bağışlanmaq istəyəsəniz. Sonra (tövbə edərək) Ona tərəf qayıdın ki, sizi müəyyən müddətədək (dünya həyatının) gözəl bəhrələrindən bəhrələndirsin və hər bir fəzilət sahibinə öz dəyərini (hər bir kamal sahibinə kamalına uyğun olaraq onun dünya və axirət kamilliklərinin mükafatını) əta etsin. Və əgər üz döndərsəniz, şübhəsiz, mən sizin üçün böyük günün əzabından qorxuram».
4 Hud Surəsi, Ayə 4

إِلَى ٱللَّهِ مَرْجِعُكُمْ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ ﴿4﴾

Mişkini Tərcüməsi: Qayıdışınız (əvvəlcə Bərzəxə, sonra Qiyamətə və daha sonra daimi nemət və ya əzab məkanına daxil olmaqla) Allaha tərəfdir və O, hər şeyə qadirdir.
5 Hud Surəsi, Ayə 5

أَلَآ إِنَّهُمْ يَثْنُونَ صُدُورَهُمْ لِيَسْتَخْفُوا۟ مِنْهُ ۚ أَلَا حِينَ يَسْتَغْشُونَ ثِيَابَهُمْ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ۚ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿5﴾

Mişkini Tərcüməsi: Bilin ki, onlar (müşriklər Quranı eşidən zaman) Peyğəmbərdən gizlənmək üçün sinələrini bükürlər və Allahı yada salmaqdan yayınmaq üçün qəlblərini (Qurana diqqət etməkdən) yayındırırlar. Bilin! Allah onlar öz paltarlarını başlarına və bədənlərinə bükəndə və ya yatarkən yorğanı başlarına çəkən zaman onların gizlətdiklərini də və (dillə) aşkar etdiklərini də bilir. Həqiqətən, O, ürəklərdəki sirləri biləndir.
6 Hud Surəsi, Ayə 6

۞ وَمَا مِن دَآبَّةٍۢ فِى ٱلْأَرْضِ إِلَّا عَلَى ٱللَّهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا ۚ كُلٌّۭ فِى كِتَٰبٍۢ مُّبِينٍۢ ﴿6﴾

Mişkini Tərcüməsi: Bu yer üzündə (heyvan, cin və insan olmasından asılı olmayaraq) hərəkət edən hər bir canlının ruzisi Allahın öhdəsindədir və O, onların əsil məkanlarını və müvəqqəti yerlərini (onların atalarının belində və analarının bətnində olan yerlərini) bilir. (Yaxud: O, onların (həyatda) məskunlaşdıqları məkanı və (ölümdən sonra) əmanət qoyulduqları yeri bilir.) (Bunların) hamısı aydın kitabda (uca aləmdə Allah dərgahına yaxın olanların nəzərlərində aydın olan Lövhi-Məhfuzda) qeyd olunmuşdur.
7 Hud Surəsi, Ayə 7

وَهُوَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍۢ وَكَانَ عَرْشُهُۥ عَلَى ٱلْمَآءِ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًۭا ۗ وَلَئِن قُلْتَ إِنَّكُم مَّبْعُوثُونَ مِنۢ بَعْدِ ٱلْمَوْتِ لَيَقُولَنَّ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌۭ مُّبِينٌۭ ﴿7﴾

Mişkini Tərcüməsi: Sizin hansınızın daha gözəl əməl sahibi olmasını imtahan etmək üçün göyləri və yeri (səltənət) taxtı suyun üzərində olan halda, altı gündə (altı günə və ya altı gecə-gündüzə bərabər olan bir müddətdə, ya altı mərhələdə) yaradan Odur. Və əgər «siz öldükdən sonra mütləq dirildiləcəksiniz» desən, kafirlər «bu (cür sözlər), açıq-aşkar cadudan başqa bir şey deyil» deyəcəklər.
8 Hud Surəsi, Ayə 8

وَلَئِنْ أَخَّرْنَا عَنْهُمُ ٱلْعَذَابَ إِلَىٰٓ أُمَّةٍۢ مَّعْدُودَةٍۢ لَّيَقُولُنَّ مَا يَحْبِسُهُۥٓ ۗ أَلَا يَوْمَ يَأْتِيهِمْ لَيْسَ مَصْرُوفًا عَنْهُمْ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿8﴾

Mişkini Tərcüməsi: Və əgər əzabı az bir müddətə qədər təxirə salsaq, mütləq (istehza ilə) «ona nə mane olur?!» deyəcəklər. Bilin, (əzab) onlara gələn gün, (o) əsla onlardan dəf olunan deyil və istehza etdikləri şey onları bürüyəcəkdir.
9 Hud Surəsi, Ayə 9

وَلَئِنْ أَذَقْنَا ٱلْإِنسَٰنَ مِنَّا رَحْمَةًۭ ثُمَّ نَزَعْنَٰهَا مِنْهُ إِنَّهُۥ لَيَـُٔوسٌۭ كَفُورٌۭ ﴿9﴾

Mişkini Tərcüməsi: Və şübhəsiz, əgər insana Öz tərəfimizdən (sağlamlıq, övlad və var-dövlət kimi) bir rəhmət daddırsaq, sonra onu (etdiyi günaha görə ya yaradılışın daha kamil quruluşunun tələbinə əsasən) ondan geri alsaq həqiqətən, o (gələcəyə) çox naümid və (keçmiş nemətlərə görə) nankordur.
10 Hud Surəsi, Ayə 10

وَلَئِنْ أَذَقْنَٰهُ نَعْمَآءَ بَعْدَ ضَرَّآءَ مَسَّتْهُ لَيَقُولَنَّ ذَهَبَ ٱلسَّيِّـَٔاتُ عَنِّىٓ ۚ إِنَّهُۥ لَفَرِحٌۭ فَخُورٌ ﴿10﴾

Mişkini Tərcüməsi: Və əgər ona düçar olduğu çətinlikdən və pərişanlıqdan sonra (sağlamlıq, sərvət və əmin-amanlıq kimi) bir rahatlıq və nemət daddırsaq mütləq «çətinliklər və bəlalar məndən (keçib) getdi (və bir daha gəlməz)» deyəcəkdir və həmin halda sevinər və çox öyünər.
11 Hud Surəsi, Ayə 11

إِلَّا ٱلَّذِينَ صَبَرُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ أُو۟لَٰٓئِكَ لَهُم مَّغْفِرَةٌۭ وَأَجْرٌۭ كَبِيرٌۭ ﴿11﴾

Mişkini Tərcüməsi: Səbr edib yaxşı işlər görənlər (və nəticədə ruhları xatircəmlik məqamına çatmış və halların dəyişməsinin naümidlik, nankorluq, fərəh və məğrurluq yaratmadığı kəslər) müstəsnadır. Bağşılanma və böyük mükafat məhz onlar üçündür.
12 Hud Surəsi, Ayə 12

فَلَعَلَّكَ تَارِكٌۢ بَعْضَ مَا يُوحَىٰٓ إِلَيْكَ وَضَآئِقٌۢ بِهِۦ صَدْرُكَ أَن يَقُولُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ كَنزٌ أَوْ جَآءَ مَعَهُۥ مَلَكٌ ۚ إِنَّمَآ أَنتَ نَذِيرٌۭ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ وَكِيلٌ ﴿12﴾

Mişkini Tərcüməsi: Buna görə də, bəlkə də sən onların «nə üçün ona bir xəzinə nazil olmayıb və ya onunla birgə bir mələk gəlməyib?» demələrinə görə, (bütlərə və onların cahiliyyət adət-ənənələrinə istehza etmək kimi) sənə vəhy edilənin bəzisini tərk edərsən və onun çatdırılmasından sinən (ürəyin) sıxılar! Əslində sən yalnız bir qorxudansan (xəzinə və mələk sənin ixtiyarında deyildir) və Allah hər bir şeyə nəzarət edən və qoruyandır.
13 Hud Surəsi, Ayə 13

أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۖ قُلْ فَأْتُوا۟ بِعَشْرِ سُوَرٍۢ مِّثْلِهِۦ مُفْتَرَيَٰتٍۢ وَٱدْعُوا۟ مَنِ ٱسْتَطَعْتُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمْ صَٰدِقِينَ ﴿13﴾

Mişkini Tərcüməsi: Yoxsa «o, bunu (Quranı) özündən uydurmuşdur (və yalandan Allah nisbət verir)!» deyirlər! De: «Əgər doğruçusunuzsa, siz də onun kimi on uydurma surə gətirin və (onu düzəltmək üçün) Allahdan başqa, kimi bacarırsınız çağırın».
14 Hud Surəsi, Ayə 14

فَإِلَّمْ يَسْتَجِيبُوا۟ لَكُمْ فَٱعْلَمُوٓا۟ أَنَّمَآ أُنزِلَ بِعِلْمِ ٱللَّهِ وَأَن لَّآ إِلَٰهَ إِلَّا هُوَ ۖ فَهَلْ أَنتُم مُّسْلِمُونَ ﴿14﴾

Mişkini Tərcüməsi: Buna görə də (ey müsəlmanlar), əgər inkar edənlər sizin bu dəvətinizi qəbul etməsələr (və ey müşriklər, əgər alimləriniz bu üzləşmədən boyun qaçırsalar), onda bilin ki, şübhəsiz, bu (kitab) Allahın elmi ilə nazil olmuşdur və Ondan başqa bir məbud yoxdur. Belə isə (haqqa) təslim olacaqsınız?!
15 Hud Surəsi, Ayə 15

مَن كَانَ يُرِيدُ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَٰلَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ ﴿15﴾

Mişkini Tərcüməsi: Biz (dini qəbul etməyib) dünya həyatını və onun zinət və bəzəyini istəyənlərin (gözəl rəftarları, pul xərcləmələri, ixtiraları və müxtəlif xidmətlər kimi xeyir) əməllərini(n dünya mükafatını, mükafatın əməlin təbii nəticəsi, yaxud İlahi bəxşiş olmasından asılı olmayaraq) dünyada kamil surətdə onlara verərik və dünyada onlardan əsla bir şey kəsilməz.
16 Hud Surəsi, Ayə 16

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ لَيْسَ لَهُمْ فِى ٱلْءَاخِرَةِ إِلَّا ٱلنَّارُ ۖ وَحَبِطَ مَا صَنَعُوا۟ فِيهَا وَبَٰطِلٌۭ مَّا كَانُوا۟ يَعْمَلُونَ ﴿16﴾

Mişkini Tərcüməsi: Onlar o kəslərdir ki, axirətdə onlar üçün oddan başqa bir şey (pay) yoxdur. Onların yerinə yetirdikləri orada puç və təsirsiz olacaqdır və etdikləri əməllər (iman şərtinin və çox vaxt da Allaha yaxınlaşmaq qəsdinin olmaması üzündən, kökündən) boşa çıxacaqdır.
17 Hud Surəsi, Ayə 17

أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّهِۦ وَيَتْلُوهُ شَاهِدٌۭ مِّنْهُ وَمِن قَبْلِهِۦ كِتَٰبُ مُوسَىٰٓ إِمَامًۭا وَرَحْمَةً ۚ أُو۟لَٰٓئِكَ يُؤْمِنُونَ بِهِۦ ۚ وَمَن يَكْفُرْ بِهِۦ مِنَ ٱلْأَحْزَابِ فَٱلنَّارُ مَوْعِدُهُۥ ۚ فَلَا تَكُ فِى مِرْيَةٍۢ مِّنْهُ ۚ إِنَّهُ ٱلْحَقُّ مِن رَّبِّكَ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يُؤْمِنُونَ ﴿17﴾

Mişkini Tərcüməsi: Məgər (əməl və etiqadında) öz Rəbbi tərəfindən (Quran kimi) aydın bir dəlil üzərində dayanan, ardınca Allah tərəfindən bir şahidi (məsumun təsdiqi, eləcə də onun Quranın təsdiqi olan möcüzəsi və ağılın hökmü) olan və ondan qabaq Musanın rəhbər və rəhmət olan kitabı olmuş bir şəxs (yalnız gümana və şəkkə əsaslanan bir kəs kimidir)? (Bəli,) bu Qurana iman gətirənlər onlardır. Və dəstələrdən kim ona kafir olsa, onun vədə yeri oddur. Buna görə də, onun barəsində şəkk və tərəddüddə olma. Şübhəsiz, o, sənin Rəbbin tərəfindən olan sabit bir haqdır və lakin insanların çoxu iman gətirmirlər.
18 Hud Surəsi, Ayə 18

وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا ۚ أُو۟لَٰٓئِكَ يُعْرَضُونَ عَلَىٰ رَبِّهِمْ وَيَقُولُ ٱلْأَشْهَٰدُ هَٰٓؤُلَآءِ ٱلَّذِينَ كَذَبُوا۟ عَلَىٰ رَبِّهِمْ ۚ أَلَا لَعْنَةُ ٱللَّهِ عَلَى ٱلظَّٰلِمِينَ ﴿18﴾

Mişkini Tərcüməsi: Kim Allaha yalan nisbət verəndən (Onu olmadığı kimi vəsf edəndən, qeyri-asimani bir dini Ona nisbət verəndən, şəriətdə bir bidət yaradandan) daha zalımdır? Onlar (Qiyamət günü) özlərinin Rəbbinə təqdim ediləcəklər və şahidlər (əməlləri yazan mələklər, hər bir əsrin məsumu və özlərinin bədən üzvləri) deyəcəklər: «Bunlardır özlərinin Rəbbinə yalan nisbət vermiş kəslər! Bilin! Allahın lənəti olsun zalımlara!
19 Hud Surəsi, Ayə 19

ٱلَّذِينَ يَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبْغُونَهَا عِوَجًۭا وَهُم بِٱلْءَاخِرَةِ هُمْ كَٰفِرُونَ ﴿19﴾

Mişkini Tərcüməsi: O kəslər(ə) ki, (insanları) Allahın yolundan saxlayır və onu əyri göstərirlər (yaxud ona əyri mətləblər daxil edirlər) və o kəslər ki, axirət gününə olduqca kafirdirlər.
20 Hud Surəsi, Ayə 20

أُو۟لَٰٓئِكَ لَمْ يَكُونُوا۟ مُعْجِزِينَ فِى ٱلْأَرْضِ وَمَا كَانَ لَهُم مِّن دُونِ ٱللَّهِ مِنْ أَوْلِيَآءَ ۘ يُضَٰعَفُ لَهُمُ ٱلْعَذَابُ ۚ مَا كَانُوا۟ يَسْتَطِيعُونَ ٱلسَّمْعَ وَمَا كَانُوا۟ يُبْصِرُونَ ﴿20﴾

Mişkini Tərcüməsi: Onlar yer üzündə (Allahı) əsla aciz qoya (Onunla mübarizə apara və ya Onun əzabından qaçıb qurtula) bilməzlər və onlar üçün Allahdan başqa yardımçı və başçılar yoxdur. Onların axirət əzabı (özlərinin və onlara tabe olanların əməllərnin cəzası olaraq) ikiqat olacaqdır. Onların (haqqı) eşitməyə taqətləri yox idi və heç vaxt (qəlb gözü ilə) haqqı görmürdülər.
21 Hud Surəsi, Ayə 21

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ ﴿21﴾

Mişkini Tərcüməsi: Öz vücudlarını ziyana vermiş kəslər onlardır və uydurduqları şey (onların yalançı məbudları) onlardan qeyb oldu və yoxa çıxdı.
22 Hud Surəsi, Ayə 22

لَا جَرَمَ أَنَّهُمْ فِى ٱلْءَاخِرَةِ هُمُ ٱلْأَخْسَرُونَ ﴿22﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, axirətdə hamıdan çox ziyana uğrayan (da) onlardır.
23 Hud Surəsi, Ayə 23

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ وَأَخْبَتُوٓا۟ إِلَىٰ رَبِّهِمْ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَنَّةِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ ﴿23﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, iman gətirib yaxşı işlər görən və öz Rəbblərinə inamla könül verən kəslər Cənnət əhlidirlər və orada əbədi qalacaqlar.
24 Hud Surəsi, Ayə 24

۞ مَثَلُ ٱلْفَرِيقَيْنِ كَٱلْأَعْمَىٰ وَٱلْأَصَمِّ وَٱلْبَصِيرِ وَٱلسَّمِيعِ ۚ هَلْ يَسْتَوِيَانِ مَثَلًا ۚ أَفَلَا تَذَكَّرُونَ ﴿24﴾

Mişkini Tərcüməsi: Bu iki dəstənin (kafirlərlə möminlərin) məsəli korla kar və görənlə və eşidən kimidir. Məgər bu ikisi sifət və hal baxımından birdirlər? Məgər ibrət götürmürsünüz?!
25 Hud Surəsi, Ayə 25

وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦٓ إِنِّى لَكُمْ نَذِيرٌۭ مُّبِينٌ ﴿25﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Nuhu öz qövmünə göndərdik ki (onlara de): «Şübhəsiz, mən sizin üçün (Allah tərəfindən açıq-aşkar) bir qorxudanam».
26 Hud Surəsi, Ayə 26

أَن لَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ ۖ إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ أَلِيمٍۢ ﴿26﴾

Mişkini Tərcüməsi: «Allahdan başqasına ibadət etməyin. Həqiqətən, mən sizin üçün ağrılı günün əzabından qorxuram».
27 Hud Surəsi, Ayə 27

فَقَالَ ٱلْمَلَأُ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَوْمِهِۦ مَا نَرَىٰكَ إِلَّا بَشَرًۭا مِّثْلَنَا وَمَا نَرَىٰكَ ٱتَّبَعَكَ إِلَّا ٱلَّذِينَ هُمْ أَرَاذِلُنَا بَادِىَ ٱلرَّأْىِ وَمَا نَرَىٰ لَكُمْ عَلَيْنَا مِن فَضْلٍۭ بَلْ نَظُنُّكُمْ كَٰذِبِينَ ﴿27﴾

Mişkini Tərcüməsi: Beləliklə, onun qövmünün küfr edən əyan və başçıları dedilər: «Biz səni yalnız özümüz kimi bir bəşər görürük (sən nə mələksən, nə də maddi baxımdan və məqam cəhətdən bir üstünlük sahibi). Və sənə bizim nanəciblərimizdən başqa – (onlar da) fikirləşmədən və elə ilk baxışda – tabe olan bir kəs görmürük. Həmçinin sizdə özümüzdən heç bir üstünlük görmürük, əksinə, sizi yalançı hesab edirik».
28 Hud Surəsi, Ayə 28

قَالَ يَٰقَوْمِ أَرَءَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّى وَءَاتَىٰنِى رَحْمَةًۭ مِّنْ عِندِهِۦ فَعُمِّيَتْ عَلَيْكُمْ أَنُلْزِمُكُمُوهَا وَأَنتُمْ لَهَا كَٰرِهُونَ ﴿28﴾

Mişkini Tərcüməsi: Nuh dedi: «Ey mənim qövmüm, mənə bir deyin görüm: Əgər mən Rəbbim tərəfindən (kamil möcüzə kimi) açıq-aydın bir dəlilə söykənmiş olsam və O, mənə Öz tərəfindən bir rəhmət (İlahi risalətin ləvazımatından olan elm və şəriət kitabı) əta etmiş olsa və o (inadınız və möcüzəyə diqqət yetirməməyiniz üzündən) sizə gizli qalmış olsa, istəmədiyiniz halda sizi ona vadar edə bilərikmi (halbuki ağıl baxımından və Allahın cari qanunlarına əsasən dində məcburiyyət yoxdur)?!
29 Hud Surəsi, Ayə 29

وَيَٰقَوْمِ لَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مَالًا ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱللَّهِ ۚ وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ ۚ إِنَّهُم مُّلَٰقُوا۟ رَبِّهِمْ وَلَٰكِنِّىٓ أَرَىٰكُمْ قَوْمًۭا تَجْهَلُونَ ﴿29﴾

Mişkini Tərcüməsi: «Və ey mənim qövmüm, mən bunun (risalətin) çatdırılması üçün sizdən bir mal istəmirəm, mənim muzdum yalnız Allahın öhdəsinədir. Və mən iman gətirənləri qovan deyiləm, çünki onlar (sabah) öz Rəbbləri ilə görüşəcəklər (və orada mənimlə düşmənçilik edərlər) və lakin sizi nadanlıq edən bir qövm görürəm».
30 Hud Surəsi, Ayə 30

وَيَٰقَوْمِ مَن يَنصُرُنِى مِنَ ٱللَّهِ إِن طَرَدتُّهُمْ ۚ أَفَلَا تَذَكَّرُونَ ﴿30﴾

Mişkini Tərcüməsi: «Və ey məni qövmüm, əgər mən onları (öz yanımdan) qovsam, Allah qarşısında mənə kim kömək edəcəkdir? Məgər ibrət götürmürsünüz?!»
31 Hud Surəsi, Ayə 31

وَلَآ أَقُولُ لَكُمْ عِندِى خَزَآئِنُ ٱللَّهِ وَلَآ أَعْلَمُ ٱلْغَيْبَ وَلَآ أَقُولُ إِنِّى مَلَكٌۭ وَلَآ أَقُولُ لِلَّذِينَ تَزْدَرِىٓ أَعْيُنُكُمْ لَن يُؤْتِيَهُمُ ٱللَّهُ خَيْرًا ۖ ٱللَّهُ أَعْلَمُ بِمَا فِىٓ أَنفُسِهِمْ ۖ إِنِّىٓ إِذًۭا لَّمِنَ ٱلظَّٰلِمِينَ ﴿31﴾

Mişkini Tərcüməsi: Və mən sizə Allahın (malların çoxalması, istəklərin yerinə yetirilməsi, xəstələrin şəfası kimi rəhmət) xəzinələrinin mənim ixtiyarımda olmasını demirəm, mən qeybi də bilmirəm, mən mələyəm demirəm və gözlərinizin xarlıq və həqirliklə baxdığı kəslər haqqında «Allah onlara heç vaxt bir xeyir verməyəcəkdir» də demirəm. Allah onların batinlərində olanı daha yaxşı bilir. Əgər elə desəm, mütləq zalımlardan olaram». (Ənam surəsinin 50-ci ayəsinə müraciət edin.)
32 Hud Surəsi, Ayə 32

قَالُوا۟ يَٰنُوحُ قَدْ جَٰدَلْتَنَا فَأَكْثَرْتَ جِدَٰلَنَا فَأْتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ﴿32﴾

Mişkini Tərcüməsi: Dedilər: «Ey Nuh, doğrudan da sən bizimlə mübahisə etdin və (özü də) çox mübahisə etdin. Buna görə də əgər doğruçulardansansa (ilahi əzabdan) vəd etdiyini bizə gətir».
33 Hud Surəsi, Ayə 33

قَالَ إِنَّمَا يَأْتِيكُم بِهِ ٱللَّهُ إِن شَآءَ وَمَآ أَنتُم بِمُعْجِزِينَ ﴿33﴾

Mişkini Tərcüməsi: Nuh dedi: «Əslində əgər Allah istəsə onu sizə gətirər və siz əsla (mübarizə etmək, ya qaçmaqla Onu) aciz edən deyilsiniz».
34 Hud Surəsi, Ayə 34

وَلَا يَنفَعُكُمْ نُصْحِىٓ إِنْ أَرَدتُّ أَنْ أَنصَحَ لَكُمْ إِن كَانَ ٱللَّهُ يُرِيدُ أَن يُغْوِيَكُمْ ۚ هُوَ رَبُّكُمْ وَإِلَيْهِ تُرْجَعُونَ ﴿34﴾

Mişkini Tərcüməsi: «Və əgər Allah sizi (azğınlığınıza görə) zəlalət vadisində (sərgərdan) buraxmaq istəsə, mən sizə xeyirxahlıq etmək istəsəm də xeyirxahlığım sizə əsla fayda verməyəcəkdir. O sizin Rəbbinizdir və Ona tərəf qaytarılacaqsınız».
35 Hud Surəsi, Ayə 35

أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۖ قُلْ إِنِ ٱفْتَرَيْتُهُۥ فَعَلَىَّ إِجْرَامِى وَأَنَا۠ بَرِىٓءٌۭ مِّمَّا تُجْرِمُونَ ﴿35﴾

Mişkini Tərcüməsi: Yoxsa (sənin qövmün) «bunu (bu əhvalatı və ya bu Quranı) onun özü yalandan uydurmuşdur!» deyirlər. De: «Əgər onu özüm uydurmuş olsam (hətta elə fərz etsək belə yenə də) günahım öz boynumadır və mən sizin etdiyiniz (küfr və itaətsizliklər kimi) günahlardan uzağam».
36 Hud Surəsi, Ayə 36

وَأُوحِىَ إِلَىٰ نُوحٍ أَنَّهُۥ لَن يُؤْمِنَ مِن قَوْمِكَ إِلَّا مَن قَدْ ءَامَنَ فَلَا تَبْتَئِسْ بِمَا كَانُوا۟ يَفْعَلُونَ ﴿36﴾

Mişkini Tərcüməsi: Və Nuha vəhy olundu ki: «Sənin qövmündən (indiyədək) iman gətirənlərdən başqa daha heç vaxt bir kəs iman gətirməyəcəkdir. Buna görə onların etdiklərindən kədərlənmə».
37 Hud Surəsi, Ayə 37

وَٱصْنَعِ ٱلْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا وَلَا تُخَٰطِبْنِى فِى ٱلَّذِينَ ظَلَمُوٓا۟ ۚ إِنَّهُم مُّغْرَقُونَ ﴿37﴾

Mişkini Tərcüməsi: «Və gəmini (onun hissələrini, həcmini, quruluşunu və zaman və məkanı) Bizim nəzarətimiz altında və Bizim vəhyimizlə (vəhyimizin göstərişləri ilə) düzəlt və zülm edənlər barəsində Mənimlə danışma (onların barəsində şəfaət və vasitəçilik etmə) ki, onlar mütləq suda boğulmalıdırlar».
38 Hud Surəsi, Ayə 38

وَيَصْنَعُ ٱلْفُلْكَ وَكُلَّمَا مَرَّ عَلَيْهِ مَلَأٌۭ مِّن قَوْمِهِۦ سَخِرُوا۟ مِنْهُ ۚ قَالَ إِن تَسْخَرُوا۟ مِنَّا فَإِنَّا نَسْخَرُ مِنكُمْ كَمَا تَسْخَرُونَ ﴿38﴾

Mişkini Tərcüməsi: Və o, gəmini düzəldirdi. Qövmünün böyükləri hər dəfə onun yanından keçəndə («quruda gəmi?! Peyğəmbərlikdən sonra xarratlıq?!» deyib) ona məsxərə edirdilər. Dedi: «Əgər siz bizə istehza edirsinizsə, şübhəsiz, biz də məsxərə etdiyiniz kimi sizə (ağaclara, divarlara və təpələrə pənah apardığınız vaxt) məsxərə edəcəyik».
39 Hud Surəsi, Ayə 39

فَسَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌۭ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌۭ مُّقِيمٌ ﴿39﴾

Mişkini Tərcüməsi: Beləliklə, tezliklə (dünyada) xar və rüsvayedici əzabın kimə gələcəyini biləcəksiniz və (axirətdə) ona həmişəlik əzab nazil olacaqdır.
40 Hud Surəsi, Ayə 40

حَتَّىٰٓ إِذَا جَآءَ أَمْرُنَا وَفَارَ ٱلتَّنُّورُ قُلْنَا ٱحْمِلْ فِيهَا مِن كُلٍّۢ زَوْجَيْنِ ٱثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَن سَبَقَ عَلَيْهِ ٱلْقَوْلُ وَمَنْ ءَامَنَ ۚ وَمَآ ءَامَنَ مَعَهُۥٓ إِلَّا قَلِيلٌۭ ﴿40﴾

Mişkini Tərcüməsi: (Nuh və onun qövmü gözləyirdilər.) Nəhayət Bizim əmrimiz (Bizim mələklərə əmrimiz, ya Bizim icrası qəti olan iradəmiz) yetişən və (su) təndir(dən) qaynayan zaman dedik: «O gəmiyə hər bir heyvandan bir cüt (bir erkək və dişi) və həmçinin (həlak olması) barəsində (Bizim əzəli) hökmümüz verilmiş (zövcən və bir oğlun) istisna olmaqla öz ailə (üzvləri)ni və iman gətirənləri mindir». Və onunla (qövmünün) çox az bir qismindən başqa (heç kəs) iman gətirməmişdi.
41 Hud Surəsi, Ayə 41

۞ وَقَالَ ٱرْكَبُوا۟ فِيهَا بِسْمِ ٱللَّهِ مَجْر۪ىٰهَا وَمُرْسَىٰهَآ ۚ إِنَّ رَبِّى لَغَفُورٌۭ رَّحِيمٌۭ ﴿41﴾

Mişkini Tərcüməsi: Və (Nuh) dedi: «Onun hərəkət və sükunət halında «bismillah» deyərək ona (gəmiyə) minin və «Bismillah» onun hərəkət və sükunətidir (onun hərəkət və sükunətinin açarıdır). Doğrudan da mənim Rəbbim çox bağışlayan və mehribandır».
42 Hud Surəsi, Ayə 42

وَهِىَ تَجْرِى بِهِمْ فِى مَوْجٍۢ كَٱلْجِبَالِ وَنَادَىٰ نُوحٌ ٱبْنَهُۥ وَكَانَ فِى مَعْزِلٍۢ يَٰبُنَىَّ ٱرْكَب مَّعَنَا وَلَا تَكُن مَّعَ ٱلْكَٰفِرِينَ ﴿42﴾

Mişkini Tərcüməsi: Və həmin gəmi onları dağlara bənzər dalğalar arasında aparırdı. Nuh (onun etiqadından və ya məkanından) bir kənarda olan oğlunu səslədi: «Ey mənim oğlum, bizimlə birgə (gəmiyə) min və kafirlərlə olma!»
43 Hud Surəsi, Ayə 43

قَالَ سَـَٔاوِىٓ إِلَىٰ جَبَلٍۢ يَعْصِمُنِى مِنَ ٱلْمَآءِ ۚ قَالَ لَا عَاصِمَ ٱلْيَوْمَ مِنْ أَمْرِ ٱللَّهِ إِلَّا مَن رَّحِمَ ۚ وَحَالَ بَيْنَهُمَا ٱلْمَوْجُ فَكَانَ مِنَ ٱلْمُغْرَقِينَ ﴿43﴾

Mişkini Tərcüməsi: (Oğlu) dedi: «Tezliklə məni sudan qoruyacaq bir dağa sığınacağam». Nuh dedi: «Bu gün Allahın rəhm etdiyi kəsdən başqa Onun əmrindən bir qoruyan yoxdur». (Bu zaman) bir dalğa o ikisinin arasını kəsdi və (Nuhun oğlu) suda boğulanlardan oldu.
44 Hud Surəsi, Ayə 44

وَقِيلَ يَٰٓأَرْضُ ٱبْلَعِى مَآءَكِ وَيَٰسَمَآءُ أَقْلِعِى وَغِيضَ ٱلْمَآءُ وَقُضِىَ ٱلْأَمْرُ وَٱسْتَوَتْ عَلَى ٱلْجُودِىِّ ۖ وَقِيلَ بُعْدًۭا لِّلْقَوْمِ ٱلظَّٰلِمِينَ ﴿44﴾

Mişkini Tərcüməsi: Və (Allahın qəti iradəsi ilə kafirlər suda batıb boğulduqdan sonra) deyildi: «Ey yer, öz suyunu ud və ey göy, (yağışını) saxla»! Su (yerə) hopdu və iş (kafirlərin mütləq baş verməli olan məhvi) bitdi. Və gəmi «Cudi» (dağı) üzərində qərar tutdu və (Allah yaxud Onun mələkləri tərəfindən) deyildi: «Ölüm olsun zalımlara! (Haqqın rəhmətindən) uzaq olsun zalımlar!»
45 Hud Surəsi, Ayə 45

وَنَادَىٰ نُوحٌۭ رَّبَّهُۥ فَقَالَ رَبِّ إِنَّ ٱبْنِى مِنْ أَهْلِى وَإِنَّ وَعْدَكَ ٱلْحَقُّ وَأَنتَ أَحْكَمُ ٱلْحَٰكِمِينَ ﴿45﴾

Mişkini Tərcüməsi: Nuh (tufandan qabaq) öz Rəbbini çağırıb dedi: «Ey Rəbbim, oğlum mənim ailəmdəndir. Və həqiqətən, (mənim ailəmin nicatı barədəki) Sənin vədin haqdır və Sən hakimlərin ən yaxşısısan. (Bu kəlam Nuhun oğlunun nicatını istəməsi üçün bir müqəddimədir.)
46 Hud Surəsi, Ayə 46

قَالَ يَٰنُوحُ إِنَّهُۥ لَيْسَ مِنْ أَهْلِكَ ۖ إِنَّهُۥ عَمَلٌ غَيْرُ صَٰلِحٍۢ ۖ فَلَا تَسْـَٔلْنِ مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌ ۖ إِنِّىٓ أَعِظُكَ أَن تَكُونَ مِنَ ٱلْجَٰهِلِينَ ﴿46﴾

Mişkini Tərcüməsi: (Allah) buyurdu: «Ey Nuh, o sənin ailəndən deyil (ögey oğlundur və ya küfr və itaətsizlik nəticəsində qohumluq tellərini qırıb, çünki) o (başdan-başa) nalayiq əməldir! Buna görə də Məndən, bilmədiyin şeyi istəmə. Mən nadanlardan olmayasan deyə sənə öyüd verirəm».
47 Hud Surəsi, Ayə 47

قَالَ رَبِّ إِنِّىٓ أَعُوذُ بِكَ أَنْ أَسْـَٔلَكَ مَا لَيْسَ لِى بِهِۦ عِلْمٌۭ ۖ وَإِلَّا تَغْفِرْ لِى وَتَرْحَمْنِىٓ أَكُن مِّنَ ٱلْخَٰسِرِينَ ﴿47﴾

Mişkini Tərcüməsi: Dedi: «Ey Rəbbim, (barəsində) elmim olmayan şeyi Səndən istəməkdən Sənə sığınıram (peyğəmbərlərə hər hansı bir mövzunu müəyyən etməmiş onun xeyirinə olmayan hökmü istəmək yaraşmaz) və əgər məni bağışlamasan və mənə rəhm etməsən ziyankarlardan olacağam».
48 Hud Surəsi, Ayə 48

قِيلَ يَٰنُوحُ ٱهْبِطْ بِسَلَٰمٍۢ مِّنَّا وَبَرَكَٰتٍ عَلَيْكَ وَعَلَىٰٓ أُمَمٍۢ مِّمَّن مَّعَكَ ۚ وَأُمَمٌۭ سَنُمَتِّعُهُمْ ثُمَّ يَمَسُّهُم مِّنَّا عَذَابٌ أَلِيمٌۭ ﴿48﴾

Mişkini Tərcüməsi: (Allah tərəfindən) deyildi: «Ey Nuh, sənə və səninlə birgə olan dəstələrə Bizim tərəfimizdən olan salamatlıq, salam və bərəkətlərlə aşağı en. Və (tarix boyu onların övladlarından) tezliklə (dünya nemətlərindən) bəhrələndirəcəyimiz ümmətlər gələcəkdir. Sonra isə onlara (azğınlıqlarına və küfrlərinə görə) Bizim tərəfimizdən ağrılı bir əzab yetişəcəkdir».
49 Hud Surəsi, Ayə 49

تِلْكَ مِنْ أَنۢبَآءِ ٱلْغَيْبِ نُوحِيهَآ إِلَيْكَ ۖ مَا كُنتَ تَعْلَمُهَآ أَنتَ وَلَا قَوْمُكَ مِن قَبْلِ هَٰذَا ۖ فَٱصْبِرْ ۖ إِنَّ ٱلْعَٰقِبَةَ لِلْمُتَّقِينَ ﴿49﴾

Mişkini Tərcüməsi: Bunlar qeyb xəbərlərindəndir ki, sənə vəhy edirik. Onları bundan qabaq nə sən, nə də sənin qövmün bilirdi. Buna görə də (boynunda olan İlahi vəzifənin çatdırılmasında) səbr et, ki, həqiqətən, (gözəl) aqibət təqvalılara məxsusdur.
50 Hud Surəsi, Ayə 50

وَإِلَىٰ عَادٍ أَخَاهُمْ هُودًۭا ۚ قَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥٓ ۖ إِنْ أَنتُمْ إِلَّا مُفْتَرُونَ ﴿50﴾

Mişkini Tərcüməsi: Və Ad qövmünə (qan ya qəbilə) qardaşları Hudu (göndərdik). O, dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir tanrı yoxdur. Həqiqətən, siz (bütləri Allaha şərik qoşmaqda) yalnız iftiraçılarsınız».
51 Hud Surəsi, Ayə 51

يَٰقَوْمِ لَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ أَجْرًا ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱلَّذِى فَطَرَنِىٓ ۚ أَفَلَا تَعْقِلُونَ ﴿51﴾

Mişkini Tərcüməsi: «Ey mənim qövmüm, sizdən (boynumda olan vəzifənin çatdırılması müqabilində) bir muzd istəmirəm, mənim mükafatım yalnız məni yaradanın öhdəsinədir, heç düşünmürsünüz?!»
52 Hud Surəsi, Ayə 52

وَيَٰقَوْمِ ٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ يُرْسِلِ ٱلسَّمَآءَ عَلَيْكُم مِّدْرَارًۭا وَيَزِدْكُمْ قُوَّةً إِلَىٰ قُوَّتِكُمْ وَلَا تَتَوَلَّوْا۟ مُجْرِمِينَ ﴿52﴾

Mişkini Tərcüməsi: «Və ey mənim qövmüm, Rəbbinizdən bağışlanmaq diləyin, sonra Ona tərəf qayıdın (tövbə edin) ki, sizə bollu bulud və yağış göndərsin, sizin (cismani və maddi) gücünüzə bir güc də artırsın və (Ondan) günahkar kimi üz çevirməyin».
53 Hud Surəsi, Ayə 53

قَالُوا۟ يَٰهُودُ مَا جِئْتَنَا بِبَيِّنَةٍۢ وَمَا نَحْنُ بِتَارِكِىٓ ءَالِهَتِنَا عَن قَوْلِكَ وَمَا نَحْنُ لَكَ بِمُؤْمِنِينَ ﴿53﴾

Mişkini Tərcüməsi: Dedilər: «Ey Hud, bizim üçün açıq-aydın bir dəlil (bizim bəyənəcəyimiz bir nişanə) gətirmədin. Biz heç vaxt sənin sözünlə öz tanrılarımızı tərk edən deyilik və biz sənə əsla inanan deyilik».
54 Hud Surəsi, Ayə 54

إِن نَّقُولُ إِلَّا ٱعْتَرَىٰكَ بَعْضُ ءَالِهَتِنَا بِسُوٓءٍۢ ۗ قَالَ إِنِّىٓ أُشْهِدُ ٱللَّهَ وَٱشْهَدُوٓا۟ أَنِّى بَرِىٓءٌۭ مِّمَّا تُشْرِكُونَ ﴿54﴾

Mişkini Tərcüməsi: «Biz (sənin barəndə) yalnız bunu deyirik ki, bizim tanrılarımızın bəziləri sənə (ruhi cəhətdən) bir ziyan vurublar». Dedi: «Mən Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin Ona şərik qoşduqlarınızdan uzağam.
55 Hud Surəsi, Ayə 55

مِن دُونِهِۦ ۖ فَكِيدُونِى جَمِيعًۭا ثُمَّ لَا تُنظِرُونِ ﴿55﴾

Mişkini Tərcüməsi: (Və həmçinin) Onun yerinə (ibadət etdiklərinizdən uzağam). Buna görə də hamılıqla mənim barəmdə (bacardığınız kimi) plan cızıb məkr və hiylə işlədin, sonra da (onu həyata keçirin və) mənə heç bir möhlət verməyin».
56 Hud Surəsi, Ayə 56

إِنِّى تَوَكَّلْتُ عَلَى ٱللَّهِ رَبِّى وَرَبِّكُم ۚ مَّا مِن دَآبَّةٍ إِلَّا هُوَ ءَاخِذٌۢ بِنَاصِيَتِهَآ ۚ إِنَّ رَبِّى عَلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿56﴾

Mişkini Tərcüməsi: «Həqiqətən, mən özümün Rəbbim və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir hərəkət edən yoxdur ki, alını (vücudu) Onun ovcunda (ixtiyarında) olmasın. Həqiqətən, Rəbbim doğru yoldadır (yaradılış aləminin işlərinin idarə olunmasında ədalət və hikmət əsasında davranır)».
57 Hud Surəsi, Ayə 57

فَإِن تَوَلَّوْا۟ فَقَدْ أَبْلَغْتُكُم مَّآ أُرْسِلْتُ بِهِۦٓ إِلَيْكُمْ ۚ وَيَسْتَخْلِفُ رَبِّى قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّونَهُۥ شَيْـًٔا ۚ إِنَّ رَبِّى عَلَىٰ كُلِّ شَىْءٍ حَفِيظٌۭ ﴿57﴾

Mişkini Tərcüməsi: «Beləliklə, əgər üz döndərsəniz, (bilin ki,) mən (çatdırılması) üçün göndərildiyim şeyi sizə çatdırdım. Və mənim Rəbbim (tezliklə sizi həlak edəcək və) sizin yerinizə sizdən başqa bir qövmü canişin edəcəkdir. Ona heç bir ziyan vura bilməzsiniz. Şübhəsiz, mənim Rəbbim hər bir şeyi qoruyandır».
58 Hud Surəsi, Ayə 58

وَلَمَّا جَآءَ أَمْرُنَا نَجَّيْنَا هُودًۭا وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ بِرَحْمَةٍۢ مِّنَّا وَنَجَّيْنَٰهُم مِّنْ عَذَابٍ غَلِيظٍۢ ﴿58﴾

Mişkini Tərcüməsi: Və (onların əzabı barədə) Bizim əmrimiz (mələklərə) yetişən və Bizim istəyimiz qətiləşən zaman Huda və onunla birgə iman gətirənlərə tərəfimizdən olan bir rəhmətlə nicat verdik və onları çox çətin bir əzabdan qurtardıq.
59 Hud Surəsi, Ayə 59

وَتِلْكَ عَادٌۭ ۖ جَحَدُوا۟ بِـَٔايَٰتِ رَبِّهِمْ وَعَصَوْا۟ رُسُلَهُۥ وَٱتَّبَعُوٓا۟ أَمْرَ كُلِّ جَبَّارٍ عَنِيدٍۢ ﴿59﴾

Mişkini Tərcüməsi: Bu Ad (qövmü) idi. Onlar özlərinin Rəbbinin nişanələrini (tövhidin aydın dəlillərini və Hudun peyğəmbərliyinin aşkar əlamətlərini) inkar etdilər, Onun peyğəmbərlərinə itaətsizlik göstərdilər və hər bir inadkar zor işlədənin əmrinə tabe oldular.
60 Hud Surəsi, Ayə 60

وَأُتْبِعُوا۟ فِى هَٰذِهِ ٱلدُّنْيَا لَعْنَةًۭ وَيَوْمَ ٱلْقِيَٰمَةِ ۗ أَلَآ إِنَّ عَادًۭا كَفَرُوا۟ رَبَّهُمْ ۗ أَلَا بُعْدًۭا لِّعَادٍۢ قَوْمِ هُودٍۢ ﴿60﴾

Mişkini Tərcüməsi: Bu dünyada və Qiyamət günündə onların arxasınca (Allah və insanlar tərəfindən) bir lənət göndərildi. Bilin ki, Ad qövmü özlərinin Rəbbinə kafir oldular və özlərinin Rəbbinə nankorluq etdilər. Bilin! Hudun qövmü Ada nifrin olsun və (Allahın rəhmətindən) uzaq olsunlar!
61 Hud Surəsi, Ayə 61

۞ وَإِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَٰلِحًۭا ۚ قَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥ ۖ هُوَ أَنشَأَكُم مِّنَ ٱلْأَرْضِ وَٱسْتَعْمَرَكُمْ فِيهَا فَٱسْتَغْفِرُوهُ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ ۚ إِنَّ رَبِّى قَرِيبٌۭ مُّجِيبٌۭ ﴿61﴾

Mişkini Tərcüməsi: Və Səmud qövmünə onların (qan və ya qəbilə) qardaşları Salehi (göndərdik). O dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin Ondan başqa bir tanrınız yoxdur. Sizi (ilk ata və ananızı bilavasitə, onların nəslini isə vasitə ilə) yerdən (torpaqdan) yaradan və sizə orada həyat verən və sizdən oranı abadlaşdırmağınızı istəyən Odur. Buna görə də, Ondan (günahlarınız üçün) bağışlanmaq diləyin, sonra (yaxşı əməllərlə) Ona tərəf qayıdın. Şübəsiz, mənim Rəbbim (Öz bəndələrinə) yaxın və (onların dualarını) qəbul edəndir».
62 Hud Surəsi, Ayə 62

قَالُوا۟ يَٰصَٰلِحُ قَدْ كُنتَ فِينَا مَرْجُوًّۭا قَبْلَ هَٰذَآ ۖ أَتَنْهَىٰنَآ أَن نَّعْبُدَ مَا يَعْبُدُ ءَابَآؤُنَا وَإِنَّنَا لَفِى شَكٍّۢ مِّمَّا تَدْعُونَآ إِلَيْهِ مُرِيبٍۢ ﴿62﴾

Mişkini Tərcüməsi: Dedilər: «Ey Saleh, sən bundan əvvəl bizim aramızda bir ümid yeri idin (bizim dinimizi qəbul edəcəyinə və ya bizə başçılıq edəcəyinə ümid bəsləyirdik). Bizi atalarımızın ibadət etdikləri şeydən çəkindirirsən?! Və doğrudan da biz, bizi tərəfinə çağırdığın şey (şəriksiz Allah) barəsində tərəddüdlü və anlaşılmazlıq gətirən bir şəkk-şübhə içərisindəyik».
63 Hud Surəsi, Ayə 63

قَالَ يَٰقَوْمِ أَرَءَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّى وَءَاتَىٰنِى مِنْهُ رَحْمَةًۭ فَمَن يَنصُرُنِى مِنَ ٱللَّهِ إِنْ عَصَيْتُهُۥ ۖ فَمَا تَزِيدُونَنِى غَيْرَ تَخْسِيرٍۢ ﴿63﴾

Mişkini Tərcüməsi: Dedi: «Ey mənim qövmüm, mənə deyin görüm, əgər mən Rəbbimin tərəfindən aydın bir dəlilə əsaslansam və O Öz tərəfindən mənə bir rəhmət (peyğəmbərlik məqamı) əta etmiş olsa, (ilahi tapşırıqların çatdırılmasında) Ona itaətsizlik etsəm məni Allah(ın qəzəbindən və əzabın)dan kim qurtarar?! Deməli, siz mənə ziyan vurmaqdan başqa bir şey artırmırsınız».
64 Hud Surəsi, Ayə 64

وَيَٰقَوْمِ هَٰذِهِۦ نَاقَةُ ٱللَّهِ لَكُمْ ءَايَةًۭ فَذَرُوهَا تَأْكُلْ فِىٓ أَرْضِ ٱللَّهِ وَلَا تَمَسُّوهَا بِسُوٓءٍۢ فَيَأْخُذَكُمْ عَذَابٌۭ قَرِيبٌۭ ﴿64﴾

Mişkini Tərcüməsi: «Və ey mənim qövmüm, bu, Allahın sizin üçün (Onun tovhidi və mənim peyğəmbərliyim barəsində) bir əlamət və möcüzə olan dişi dəvəsidir (ki, Onun istəyi ilə birdən-birə daşın arasından çıxmışdır). Buna görə də, onu qoyun Allahın torpağında otlasın və ona əsla bir zərər-ziyan vurmayın ki, sizi çox yaxın bir əzab yaxalayar».
65 Hud Surəsi, Ayə 65

فَعَقَرُوهَا فَقَالَ تَمَتَّعُوا۟ فِى دَارِكُمْ ثَلَٰثَةَ أَيَّامٍۢ ۖ ذَٰلِكَ وَعْدٌ غَيْرُ مَكْذُوبٍۢ ﴿65﴾

Mişkini Tərcüməsi: Beləliklə, onun ayaqlarını kəsdilər və öldürdülər. (Saleh) dedi: «Üç gün (möhlətiniz var) evlərinizdə bəhrələnin (sonra əzab gələcəkdir). Bu yalan olmayan bir vəddir».
66 Hud Surəsi, Ayə 66

فَلَمَّا جَآءَ أَمْرُنَا نَجَّيْنَا صَٰلِحًۭا وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ بِرَحْمَةٍۢ مِّنَّا وَمِنْ خِزْىِ يَوْمِئِذٍ ۗ إِنَّ رَبَّكَ هُوَ ٱلْقَوِىُّ ٱلْعَزِيزُ ﴿66﴾

Mişkini Tərcüməsi: Beləliklə, (onların əzabı barəsində) Bizim əmrimiz yetişdikdə və Bizim istəyimiz qətiləşən zaman Saleh və onunla birlikdə iman gətirənlərə tərəfimizdən olan bir rəhmət ilə (həmin qövmün şərindən) və o günün xarlıq və rüsvayçılığından nicat verdik. Doğrudan da sənin Rəbbin O güclü və yenilməz qüdrət sahibidir.
67 Hud Surəsi, Ayə 67

وَأَخَذَ ٱلَّذِينَ ظَلَمُوا۟ ٱلصَّيْحَةُ فَأَصْبَحُوا۟ فِى دِيَٰرِهِمْ جَٰثِمِينَ ﴿67﴾

Mişkini Tərcüməsi: Və zülm etmiş kəsləri (göydən gələn öldürücü bir) bağırtı yaxaladı. Beləliklə, öz evlərində diz çöküb üzü üstə düşmüş ölülər oldular.
68 Hud Surəsi, Ayə 68

كَأَن لَّمْ يَغْنَوْا۟ فِيهَآ ۗ أَلَآ إِنَّ ثَمُودَا۟ كَفَرُوا۟ رَبَّهُمْ ۗ أَلَا بُعْدًۭا لِّثَمُودَ ﴿68﴾

Mişkini Tərcüməsi: Sanki əsla orada yaşamamışdılar. Bilin ki, Səmud qövmü özlərinin Rəbbinə küfr (və nankorluq) etdilər. Bilin! (Allahın rəhmətindən) uzaq olsun Səmud qövmü!
69 Hud Surəsi, Ayə 69

وَلَقَدْ جَآءَتْ رُسُلُنَآ إِبْرَٰهِيمَ بِٱلْبُشْرَىٰ قَالُوا۟ سَلَٰمًۭا ۖ قَالَ سَلَٰمٌۭ ۖ فَمَا لَبِثَ أَن جَآءَ بِعِجْلٍ حَنِيذٍۢ ﴿69﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Bizim (mələklərdən olan) elçilərimiz İbrahimə (oğlu olacağı və Lut qövmünün həlak olması barədə) mücdə gətirdilər. Onlar salam verdilər, o da salam verdi. Sonra, dayanmadan (qonaqlar üçün) qumların üzərində qızardılmış və yağı daman bir buzov gətirdi.
70 Hud Surəsi, Ayə 70

فَلَمَّا رَءَآ أَيْدِيَهُمْ لَا تَصِلُ إِلَيْهِ نَكِرَهُمْ وَأَوْجَسَ مِنْهُمْ خِيفَةًۭ ۚ قَالُوا۟ لَا تَخَفْ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمِ لُوطٍۢ ﴿70﴾

Mişkini Tərcüməsi: Beləliklə, elə ki, onların əllərinin ona (yeməyə) çatmadığını (uzanmadığını) gördü, onları yad bildi və qəlbində onlardan bir qorxu duydu. Onlar dedilər: «Qorxma, həqiqətən, biz (Allah tərəfindən) Lut qövmünə (onları məhv etmək üçün) göndərilmiş (mələklərik)ik».
71 Hud Surəsi, Ayə 71

وَٱمْرَأَتُهُۥ قَآئِمَةٌۭ فَضَحِكَتْ فَبَشَّرْنَٰهَا بِإِسْحَٰقَ وَمِن وَرَآءِ إِسْحَٰقَ يَعْقُوبَ ﴿71﴾

Mişkini Tərcüməsi: Onun zövcəsi ayaq üstə durmuşdu. Beləliklə o, (sirli qonaqlar mələk çıxdıqları üçün) sevincindən güldü. Beləliklə ona İshaq (adlı oğulla) və İshaqın ardınca Yəqub (adlı nəvə) ilə mücdə verdik.
72 Hud Surəsi, Ayə 72

قَالَتْ يَٰوَيْلَتَىٰٓ ءَأَلِدُ وَأَنَا۠ عَجُوزٌۭ وَهَٰذَا بَعْلِى شَيْخًا ۖ إِنَّ هَٰذَا لَشَىْءٌ عَجِيبٌۭ ﴿72﴾

Mişkini Tərcüməsi: Dedi: «Vay! Mən (doxsan yaşlı) qoca bir qarı və bu ərim də (yüz yaşlı) qoca bir kişi ola-ola doğacağam?! Doğrudan da bu, çox təəccüblü bir şeydir».
73 Hud Surəsi, Ayə 73

قَالُوٓا۟ أَتَعْجَبِينَ مِنْ أَمْرِ ٱللَّهِ ۖ رَحْمَتُ ٱللَّهِ وَبَرَكَٰتُهُۥ عَلَيْكُمْ أَهْلَ ٱلْبَيْتِ ۚ إِنَّهُۥ حَمِيدٌۭ مَّجِيدٌۭ ﴿73﴾

Mişkini Tərcüməsi: (Mələklər) dedilər: «Allahın rəhməti və Onun bərəkətləri sizin ailənizə olduğu halda Allahın işinə təəccüb edirsən?! Həqiqətən, O, sifət və işləri mədh edilmiş, ümumi lütf və mərhəmət, geniş cəlal sahibidir».
74 Hud Surəsi, Ayə 74

فَلَمَّا ذَهَبَ عَنْ إِبْرَٰهِيمَ ٱلرَّوْعُ وَجَآءَتْهُ ٱلْبُشْرَىٰ يُجَٰدِلُنَا فِى قَوْمِ لُوطٍ ﴿74﴾

Mişkini Tərcüməsi: Beləliklə, elə ki, İbrahimin qorxusu getdi və (övlad) mücdə(si) ona yetişdi, Lut qövmü barəsində bizim (mələklərimiz)lə söhbət və mübahisə etməyə başladı.
75 Hud Surəsi, Ayə 75

إِنَّ إِبْرَٰهِيمَ لَحَلِيمٌ أَوَّٰهٌۭ مُّنِيبٌۭ ﴿75﴾

Mişkini Tərcüməsi: Doğrudan da, İbrahim çox həlim və camaata ürəyi yanan, dərindən ah çəkən və (Bizə tərəf) qayıdan idi.
76 Hud Surəsi, Ayə 76

يَٰٓإِبْرَٰهِيمُ أَعْرِضْ عَنْ هَٰذَآ ۖ إِنَّهُۥ قَدْ جَآءَ أَمْرُ رَبِّكَ ۖ وَإِنَّهُمْ ءَاتِيهِمْ عَذَابٌ غَيْرُ مَرْدُودٍۢ ﴿76﴾

Mişkini Tərcüməsi: «Ey İbrahim, bundan (bu vasitəçilikdən) əl çək ki, şübhəsiz, artıq (mələklərə) Rəbbinin (onların əzabı barədəki) əmri yetişmişdir və onlara mütləq qarşısıalınmaz bir əzab gələcəkdir».
77 Hud Surəsi, Ayə 77

وَلَمَّا جَآءَتْ رُسُلُنَا لُوطًۭا سِىٓءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًۭا وَقَالَ هَٰذَا يَوْمٌ عَصِيبٌۭ ﴿77﴾

Mişkini Tərcüməsi: Və bizim elçilərimiz Lutun yanına gələn zaman o, onlara görə narahat oldu və (öz qövmünün qonaqlar barəsində pis niyyətdə olmalarından) sıxıntıya düşdü. Və əli onları himayə etməkdən üzüldü və dedi: «Bu gün çox çətin bir gündür».
78 Hud Surəsi, Ayə 78

وَجَآءَهُۥ قَوْمُهُۥ يُهْرَعُونَ إِلَيْهِ وَمِن قَبْلُ كَانُوا۟ يَعْمَلُونَ ٱلسَّيِّـَٔاتِ ۚ قَالَ يَٰقَوْمِ هَٰٓؤُلَآءِ بَنَاتِى هُنَّ أَطْهَرُ لَكُمْ ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ وَلَا تُخْزُونِ فِى ضَيْفِىٓ ۖ أَلَيْسَ مِنكُمْ رَجُلٌۭ رَّشِيدٌۭ ﴿78﴾

Mişkini Tərcüməsi: Və qövmü tələsik onun yanına gəldilər (ki, həmin qonaqlara qarşı hədlərini aşsınlar) və onlar bundan qabaq da bu çirkin işləri görürdülər. Dedi: «Ey mənim qövmüm, bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha pakdırlar (ki, kəbinlərini kəsib aparasınız). Buna görə də Allahdan qorxun və məni qonaqlarım barəsində xəcalətli və rüsvay etməyin. Məgər sizin aranızda xəbərdar və doğru yolu tapmış bir kişi yoxdur?!»
79 Hud Surəsi, Ayə 79

قَالُوا۟ لَقَدْ عَلِمْتَ مَا لَنَا فِى بَنَاتِكَ مِنْ حَقٍّۢ وَإِنَّكَ لَتَعْلَمُ مَا نُرِيدُ ﴿79﴾

Mişkini Tərcüməsi: Dedilər: «Sən yaxşı bilirsən ki, bizim sənin qızların barəsində bir haqqımız (onlara rəğbətimiz və ehtiyacımız) yoxdur. Və əlbəttə, sən bizim nə istədiyimizi yaxşı bilirsən».
80 Hud Surəsi, Ayə 80

قَالَ لَوْ أَنَّ لِى بِكُمْ قُوَّةً أَوْ ءَاوِىٓ إِلَىٰ رُكْنٍۢ شَدِيدٍۢ ﴿80﴾

Mişkini Tərcüməsi: Dedi: Kaş ki, sizinlə mübarizə etməyə bir gücüm olaydı, ya möhkəm və sabit bir arxaya sığınaydım».
81 Hud Surəsi, Ayə 81

قَالُوا۟ يَٰلُوطُ إِنَّا رُسُلُ رَبِّكَ لَن يَصِلُوٓا۟ إِلَيْكَ ۖ فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍۢ مِّنَ ٱلَّيْلِ وَلَا يَلْتَفِتْ مِنكُمْ أَحَدٌ إِلَّا ٱمْرَأَتَكَ ۖ إِنَّهُۥ مُصِيبُهَا مَآ أَصَابَهُمْ ۚ إِنَّ مَوْعِدَهُمُ ٱلصُّبْحُ ۚ أَلَيْسَ ٱلصُّبْحُ بِقَرِيبٍۢ ﴿81﴾

Mişkini Tərcüməsi: (Mələklər) dedilər: «Ey Lut, biz sənin Rəbbinin elçiləriyik. Onlar səni əsla ələ keçirə bilməzlər. Buna görə də, gecədən bir qədər keçmiş ailənlə birgə (məntəqədən çölə) yola düş, sizdən heç kəs yerdə qalmasın və heç kim arxasına dönüb baxmasın – zövcəndən başqa ki, şübhəsiz, sənin qövmünə yetişəcək şey ona da yetişəcəkdir. Əlbəttə onların (əzablarının) vədə vaxtı səhərdir. Məgər səhər yaxın deyilmi?!»
82 Hud Surəsi, Ayə 82

فَلَمَّا جَآءَ أَمْرُنَا جَعَلْنَا عَٰلِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهَا حِجَارَةًۭ مِّن سِجِّيلٍۢ مَّنضُودٍۢ ﴿82﴾

Mişkini Tərcüməsi: Beləliklə, elə ki, Bizim əmrimiz (mələklərə) yetişdi və istəyimiz qətiləşdi, həmin şəhərləri alt-üst etdik və onların üzərinə bişmiş və möhkəm gildən ibarət daş parçalarından dolu yağdırdıq.
83 Hud Surəsi, Ayə 83

مُّسَوَّمَةً عِندَ رَبِّكَ ۖ وَمَا هِىَ مِنَ ٱلظَّٰلِمِينَ بِبَعِيدٍۢ ﴿83﴾

Mişkini Tərcüməsi: Sənin Rəbbinin yanında (Onun sirli yaradılış aləmində) nişanlanmış, rəngbərəng və üzərinə adlar yazılmış daşlar! Bu (növ əzab) bu zalımlardan uzaq deyil.
84 Hud Surəsi, Ayə 84

۞ وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًۭا ۚ قَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥ ۖ وَلَا تَنقُصُوا۟ ٱلْمِكْيَالَ وَٱلْمِيزَانَ ۚ إِنِّىٓ أَرَىٰكُم بِخَيْرٍۢ وَإِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍۢ مُّحِيطٍۢ ﴿84﴾

Mişkini Tərcüməsi: Və Mədyən (camaatına) onların (qan və ya qəbilə) qardaşları Şüeybi (göndərdik). O dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir tanrı yoxdur. Ölçünü və çəkini əskiltməyin. Doğrudan da mən sizi xoşluq (və nemət bolluğu) içərisində görürəm və mən sizin üçün (malları əskik verdiyinizə görə) hər şey əhatə edən və həlakət gətirən günün əzabından qorxuram».
85 Hud Surəsi, Ayə 85

وَيَٰقَوْمِ أَوْفُوا۟ ٱلْمِكْيَالَ وَٱلْمِيزَانَ بِٱلْقِسْطِ ۖ وَلَا تَبْخَسُوا۟ ٱلنَّاسَ أَشْيَآءَهُمْ وَلَا تَعْثَوْا۟ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ ﴿85﴾

Mişkini Tərcüməsi: «Və ey mənim qövmüm, ölçünü və çəkini tam və ədalətlə verin və (bütün çəkilən və ölçülən şeylərdə haqlarını əda edərkən) camaatın mallarını əskik verməyin və yer üzündə fəsad törədən kimi gəzməyin!»
86 Hud Surəsi, Ayə 86

بَقِيَّتُ ٱللَّهِ خَيْرٌۭ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ ۚ وَمَآ أَنَا۠ عَلَيْكُم بِحَفِيظٍۢ ﴿86﴾

Mişkini Tərcüməsi: «Əgər imanınız olsa (başqasının haqqını verdikdən sonra) Allahın sizin üçün saxladığı şey daha xeyirlidir və mən sizə məmur və gözətçi deyiləm (ki, sizin iman və əməlinizə nəzarət edəm və sizə savab və cəza verilməsi mənim öhdəmə olsun)».
87 Hud Surəsi, Ayə 87

قَالُوا۟ يَٰشُعَيْبُ أَصَلَوٰتُكَ تَأْمُرُكَ أَن نَّتْرُكَ مَا يَعْبُدُ ءَابَآؤُنَآ أَوْ أَن نَّفْعَلَ فِىٓ أَمْوَٰلِنَا مَا نَشَٰٓؤُا۟ ۖ إِنَّكَ لَأَنتَ ٱلْحَلِيمُ ٱلرَّشِيدُ ﴿87﴾

Mişkini Tərcüməsi: Dedilər: «Ey Şüeyb, atalarımızın ibadət etdiklərini buraxmağımızı və ya öz mallarımızla istədiyimizi etməyi tərk etməyimizi sənə namazın əmr edir? (Bizi etiqad və əməldə azadlıqdan sənin namazın məhrum edir?) Axı sən həqiqətən, həlim və doğru yolu tapmış bir adamsan! (Belə olan halda bizim azadlığımızı necə məhdudlaşdırırsan?)»
88 Hud Surəsi, Ayə 88

قَالَ يَٰقَوْمِ أَرَءَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّى وَرَزَقَنِى مِنْهُ رِزْقًا حَسَنًۭا ۚ وَمَآ أُرِيدُ أَنْ أُخَالِفَكُمْ إِلَىٰ مَآ أَنْهَىٰكُمْ عَنْهُ ۚ إِنْ أُرِيدُ إِلَّا ٱلْإِصْلَٰحَ مَا ٱسْتَطَعْتُ ۚ وَمَا تَوْفِيقِىٓ إِلَّا بِٱللَّهِ ۚ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ ﴿88﴾

Mişkini Tərcüməsi: Dedi: «Ey mənim qövmüm, mənə bir deyin (görüm), əgər mən Rəbbim tərəfindən açıq-aydın bir dəlilə və (öz peyğəmbərliyim barəsində) möcüzələrə əsaslanmış olsam və O Öz tərəfindən mənə gözəl ruzi (peyğəmbərlik və kamil bir din) vermiş olsa (onda mənim dəvətim yenə də puç və səfehlikdir)? Və mən özüm sizi çəkindirdiyim işin əksinə getmək istəmirəm. Mən yalnız bacardığım qədər (cəmiyyətin vəziyyətini) islah etmək istəyirəm və mənim uğurum yalnız Allahın köməyi ilədir. Ona təvəkkül etdim və Ona tərəf qayıdacağam».
89 Hud Surəsi, Ayə 89

وَيَٰقَوْمِ لَا يَجْرِمَنَّكُمْ شِقَاقِىٓ أَن يُصِيبَكُم مِّثْلُ مَآ أَصَابَ قَوْمَ نُوحٍ أَوْ قَوْمَ هُودٍ أَوْ قَوْمَ صَٰلِحٍۢ ۚ وَمَا قَوْمُ لُوطٍۢ مِّنكُم بِبَعِيدٍۢ ﴿89﴾

Mişkini Tərcüməsi: «Və ey mənim qövmüm, mənimlə müxalifət və düşmənçiliyiniz sizi Nuhun qövmünə, ya Hudun qövmünə, yaxud Salehin qövmünə gələnlərin (tufan, suda batmaq, zəhərli külək, səmadan gələn bağırtı və zəlzələnin) bənzərinin sizə də gəlməsinə gətirib çıxarmasın! Və Lutun qövmü (zaman və məkan baxımından) sizdən o qədər də uzaq deyildir».
90 Hud Surəsi, Ayə 90

وَٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ ۚ إِنَّ رَبِّى رَحِيمٌۭ وَدُودٌۭ ﴿90﴾

Mişkini Tərcüməsi: «Və Rəbbinizdən (keçmiş əməllərinizə görə) bağışlanmaq diləyin, sonra (saleh əməllərlə) Ona tərəf qayıdın. Həqiqətən, mənim Rəbbim mehriban və (tövbəkar bəndələrini) sevəndir».
91 Hud Surəsi, Ayə 91

قَالُوا۟ يَٰشُعَيْبُ مَا نَفْقَهُ كَثِيرًۭا مِّمَّا تَقُولُ وَإِنَّا لَنَرَىٰكَ فِينَا ضَعِيفًۭا ۖ وَلَوْلَا رَهْطُكَ لَرَجَمْنَٰكَ ۖ وَمَآ أَنتَ عَلَيْنَا بِعَزِيزٍۢ ﴿91﴾

Mişkini Tərcüməsi: Dedilər: «Ey Şüeyb, biz sənin (tək olan Allaha tərəf dəvətini və əskik satmağın tərk olunması kimi) dediklərinin çoxunu başa düşmürük və şübhəsiz, səni öz aramızda zəif görürük. Əgər o kiçik qəbilən olmasaydı səni daşqalaq edərdik. Sənin bizim üzərimizdə heç bir qüdrətin yoxdur (yaxud sənin bizim yanımızda heç bir qədir-qiymətin yoxdur)».
92 Hud Surəsi, Ayə 92

قَالَ يَٰقَوْمِ أَرَهْطِىٓ أَعَزُّ عَلَيْكُم مِّنَ ٱللَّهِ وَٱتَّخَذْتُمُوهُ وَرَآءَكُمْ ظِهْرِيًّا ۖ إِنَّ رَبِّى بِمَا تَعْمَلُونَ مُحِيطٌۭ ﴿92﴾

Mişkini Tərcüməsi: Dedi: «Ey mənim qövmüm, məgər sizin nəzərinizdə mənim qəbiləm Allahdan daha qüdrətlidir (ki, onları nəzərə alırsınız) və (lakin) Onu arxaya atıb unudursunuz? Şübhəsiz, mənim Rəbbim sizin etdiklərinizi əhatə etmişdir».
93 Hud Surəsi, Ayə 93

وَيَٰقَوْمِ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنِّى عَٰمِلٌۭ ۖ سَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌۭ يُخْزِيهِ وَمَنْ هُوَ كَٰذِبٌۭ ۖ وَٱرْتَقِبُوٓا۟ إِنِّى مَعَكُمْ رَقِيبٌۭ ﴿93﴾

Mişkini Tərcüməsi: «Və ey mənim qövmüm, elə bu (şirk və azğınlıq) hal(ın)da bacardığınızı edin ki, əlbəttə, mən də edəcəyəm. Tezliklə əzabın kimə yetişərək onu xar və rüsvay edəcəyini və kimin yalançı olduğunu biləcəksiniz. Və gözləyin ki, mən də mütləq sizinlə birgə gözləyirəm».
94 Hud Surəsi, Ayə 94

وَلَمَّا جَآءَ أَمْرُنَا نَجَّيْنَا شُعَيْبًۭا وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ بِرَحْمَةٍۢ مِّنَّا وَأَخَذَتِ ٱلَّذِينَ ظَلَمُوا۟ ٱلصَّيْحَةُ فَأَصْبَحُوا۟ فِى دِيَٰرِهِمْ جَٰثِمِينَ ﴿94﴾

Mişkini Tərcüməsi: Və Bizim (onların əzabı barəsindəki) əmrimiz yetişən zaman, Şüeybə və onunla birgə iman gətirənlərə tərəfimizdən olan bir rəhmətlə nicat verdik və zülm edənləri (səmadan gələn öldürücü) bağırtı tutdu. Beləliklə onlar öz evlərində diz çökmüş halda ölüb üzü üstə düşdülər.
95 Hud Surəsi, Ayə 95

كَأَن لَّمْ يَغْنَوْا۟ فِيهَآ ۗ أَلَا بُعْدًۭا لِّمَدْيَنَ كَمَا بَعِدَتْ ثَمُودُ ﴿95﴾

Mişkini Tərcüməsi: Sanki heç vaxt orada yaşamamışdılar. Bilin! Səmud qövmü uzaq olduğu kimi, Mədyən (əhli) də uzaq olsun (Allahın rəhmətindən) və lənət olsun (onlara)!
96 Hud Surəsi, Ayə 96

وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَٰتِنَا وَسُلْطَٰنٍۢ مُّبِينٍ ﴿96﴾

Mişkini Tərcüməsi: Və həqiqətən, Musanı Öz ayə və nişanələrimizlə və aşkar dəlil-sübutla göndərdik,
97 Hud Surəsi, Ayə 97

إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ فَٱتَّبَعُوٓا۟ أَمْرَ فِرْعَوْنَ ۖ وَمَآ أَمْرُ فِرْعَوْنَ بِرَشِيدٍۢ ﴿97﴾

Mişkini Tərcüməsi: Firona və onun qövmünün başçı və böyüklərinə tərəf. Onlar Fironun əmrinə tabe oldular. Fironun əmri əsla doğru və yol göstərən deyildi.
98 Hud Surəsi, Ayə 98

يَقْدُمُ قَوْمَهُۥ يَوْمَ ٱلْقِيَٰمَةِ فَأَوْرَدَهُمُ ٱلنَّارَ ۖ وَبِئْسَ ٱلْوِرْدُ ٱلْمَوْرُودُ ﴿98﴾

Mişkini Tərcüməsi: O, (Firon) Qiyamət günü öz qövmünün qabağında gedəcək, beləliklə də onları (Cəhənnəm) od(un)a daxil edəcəkdir. Və onların düşəcəkləri yer necə də pisdir!
99 Hud Surəsi, Ayə 99

وَأُتْبِعُوا۟ فِى هَٰذِهِۦ لَعْنَةًۭ وَيَوْمَ ٱلْقِيَٰمَةِ ۚ بِئْسَ ٱلرِّفْدُ ٱلْمَرْفُودُ ﴿99﴾

Mişkini Tərcüməsi: Və burada (bu dünyada) və Qiyamət günündə onların arxasınca bir lənət göndərilmişdir. Onlara verilən (həmin lənət) necə də pis bir bəxşişdir!
100 Hud Surəsi, Ayə 100

ذَٰلِكَ مِنْ أَنۢبَآءِ ٱلْقُرَىٰ نَقُصُّهُۥ عَلَيْكَ ۖ مِنْهَا قَآئِمٌۭ وَحَصِيدٌۭ ﴿100﴾

Mişkini Tərcüməsi: Bu, şəhərlərin və millətlərin xəbərlərindəndir ki, sənə söyləyirik. Onların bəzisi durur, bəzisi isə biçilib məhv olmuşdur.
101 Hud Surəsi, Ayə 101

وَمَا ظَلَمْنَٰهُمْ وَلَٰكِن ظَلَمُوٓا۟ أَنفُسَهُمْ ۖ فَمَآ أَغْنَتْ عَنْهُمْ ءَالِهَتُهُمُ ٱلَّتِى يَدْعُونَ مِن دُونِ ٱللَّهِ مِن شَىْءٍۢ لَّمَّا جَآءَ أَمْرُ رَبِّكَ ۖ وَمَا زَادُوهُمْ غَيْرَ تَتْبِيبٍۢ ﴿101﴾

Mişkini Tərcüməsi: Onlara Biz zülm etmədik və lakin onlar özlərinə zülm etdilər. Beləliklə, sənin Rəbbinin (onların əzabı barəsindəki) əmri yetişən zaman Allahın yerinə çağırdıqları tanrıları (əzabdan) heç bir şeyi onlardan uzaqlaşdırmadılar və onlara ziyan və həlakətdən başqa bir şey artırmadılar.
102 Hud Surəsi, Ayə 102

وَكَذَٰلِكَ أَخْذُ رَبِّكَ إِذَآ أَخَذَ ٱلْقُرَىٰ وَهِىَ ظَٰلِمَةٌ ۚ إِنَّ أَخْذَهُۥٓ أَلِيمٌۭ شَدِيدٌ ﴿102﴾

Mişkini Tərcüməsi: Sənin Rəbbin millət və cəmiyyətləri zalım olan zaman belə yaxalayır və cəzalandırır. Şübhəsiz, Onun yaxalaması və cəzası ağrılı və çətindir.
103 Hud Surəsi, Ayə 103

إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ لِّمَنْ خَافَ عَذَابَ ٱلْءَاخِرَةِ ۚ ذَٰلِكَ يَوْمٌۭ مَّجْمُوعٌۭ لَّهُ ٱلنَّاسُ وَذَٰلِكَ يَوْمٌۭ مَّشْهُودٌۭ ﴿103﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, bunda (bu hekayət və əhvalatlarda) axirət əzabından qorxan kəs üçün (Allahın qüdrət və əzəmətinə dair) bir nişanə vardır. O bütün insanların toplanılacağı bir gündür. O, elə bir gündür ki, (bütün cinlər, şeytanlar və heyvanlar mələklərin nəzarəti ilə) onda çağırılacaqlar və oranın bütün hadisələri orada olanların gözü qarşısında olacaqdır.
104 Hud Surəsi, Ayə 104

وَمَا نُؤَخِّرُهُۥٓ إِلَّا لِأَجَلٍۢ مَّعْدُودٍۢ ﴿104﴾

Mişkini Tərcüməsi: Və Biz onu yalnız (Allahın əzəli elmində əvvəlindən axırınadək) hesablanmış və müəyyən olunmuş bir müddətə qədər təxirə salarıq.
105 Hud Surəsi, Ayə 105

يَوْمَ يَأْتِ لَا تَكَلَّمُ نَفْسٌ إِلَّا بِإِذْنِهِۦ ۚ فَمِنْهُمْ شَقِىٌّۭ وَسَعِيدٌۭ ﴿105﴾

Mişkini Tərcüməsi: Və o (əcəl sona yetişən və Qiyamət) gəlib çatan zaman Onun izni olmadan heç kəs danışmaz. Beləliklə, onlardan bəzisi bədbəxtdir (öz vücudunun bütün xeyirlərini puç edib) və bəzisi xoşbəxt (öz vücudunun bütün xeyirlərini əldə edib).
106 Hud Surəsi, Ayə 106

فَأَمَّا ٱلَّذِينَ شَقُوا۟ فَفِى ٱلنَّارِ لَهُمْ فِيهَا زَفِيرٌۭ وَشَهِيقٌ ﴿106﴾

Mişkini Tərcüməsi: Bədbəxt olanlara gəlincə, onlar od içərisindədirlər, orada nalələri və (eşşəklərin anqırtısına bənzər) nəfəs alıb-vermələri vardır.
107 Hud Surəsi, Ayə 107

خَٰلِدِينَ فِيهَا مَا دَامَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلْأَرْضُ إِلَّا مَا شَآءَ رَبُّكَ ۚ إِنَّ رَبَّكَ فَعَّالٌۭ لِّمَا يُرِيدُ ﴿107﴾

Mişkini Tərcüməsi: Orada (axirət aləminin) göylər(i) və yer(i) durduqca əbədi qalacaqlar, Rəbbinin istədiyi şey (əbədiliyi dəyişdirmək istəməsi) istisna olmaqla (hərçənd ki, şübhəsiz, O da bunu dəyişdirməyəcəkdir). Şübhəsiz, sənin Rəbbin istədiyi şeyi qüdrətlə yerinə yetirəndir.
108 Hud Surəsi, Ayə 108

۞ وَأَمَّا ٱلَّذِينَ سُعِدُوا۟ فَفِى ٱلْجَنَّةِ خَٰلِدِينَ فِيهَا مَا دَامَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلْأَرْضُ إِلَّا مَا شَآءَ رَبُّكَ ۖ عَطَآءً غَيْرَ مَجْذُوذٍۢ ﴿108﴾

Mişkini Tərcüməsi: Xoşbəxt olanlara gəldikdə, onlar Cənnətdədirlər. (Axirət aləminin) göylər(i) və yer(i) durduqca, orada əbədi qalacaqlar, Rəbbinin istədiyi şey istisna olmaqla. (Bu, ardı-arası) kəsilməyən bir bəxşişdir.
109 Hud Surəsi, Ayə 109

فَلَا تَكُ فِى مِرْيَةٍۢ مِّمَّا يَعْبُدُ هَٰٓؤُلَآءِ ۚ مَا يَعْبُدُونَ إِلَّا كَمَا يَعْبُدُ ءَابَآؤُهُم مِّن قَبْلُ ۚ وَإِنَّا لَمُوَفُّوهُمْ نَصِيبَهُمْ غَيْرَ مَنقُوصٍۢ ﴿109﴾

Mişkini Tərcüməsi: Buna görə də onların ibadət etdikləri şey(in batil olması) barəsində şəkk və tərəddüddə olma. Onlar yalnız atalarının bundan qabaq ibadət etdikləri kimi (üsuliddində təqlid etməklə özlərinin düzəltdikləri məbuda) ibadət edirlər. Biz (dünyanın məhdud malından və axirətin qeyri-məhdud əzabından) onların paylarını şübhəsiz, kamil surətdə və əskiltmədən verəcəyik.
110 Hud Surəsi, Ayə 110

وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ فَٱخْتُلِفَ فِيهِ ۚ وَلَوْلَا كَلِمَةٌۭ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِىَ بَيْنَهُمْ ۚ وَإِنَّهُمْ لَفِى شَكٍّۢ مِّنْهُ مُرِيبٍۢ ﴿110﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, Biz Musaya (səmavi) kitab verdik. Beləliklə onun barəsində (ümməti tərəfindən onun qəbul olunmasında, ümmətinin alimləri tərəfindən isə onun məzmununda) ziddiyyət yarandı. Əgər sənin Rəbbinin (azğınlara dəlil-sübutu tamamlamaq üçün müəyyənləşdirilmiş vaxta qədər möhlət verilməsi barəsindəki əzəldən) keçmiş hökmü olmasaydı onların arasında mütləq hökm olunardı (və işləri bitərdi). Həqiqətən, onlar (səninlə müasir olan yəhudilər) bunun (Quranın) barəsində tərəddüd doğuran və qaranlıq gətirən şəkk-şübhə içərisindədirlər.
111 Hud Surəsi, Ayə 111

وَإِنَّ كُلًّۭا لَّمَّا لَيُوَفِّيَنَّهُمْ رَبُّكَ أَعْمَٰلَهُمْ ۚ إِنَّهُۥ بِمَا يَعْمَلُونَ خَبِيرٌۭ ﴿111﴾

Mişkini Tərcüməsi: Həqiqətən, sənin Rəbbin (Qiyamət günü) ixtilaf edən tərəflərin hər ikisinin əməllərini(n cəzasını, yaxud əməllərin gerçək təzahürünü) kamil surətdə verəcəkdir. Çünki O, onların etdiklərindən xəbərdardır.
112 Hud Surəsi, Ayə 112

فَٱسْتَقِمْ كَمَآ أُمِرْتَ وَمَن تَابَ مَعَكَ وَلَا تَطْغَوْا۟ ۚ إِنَّهُۥ بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ ﴿112﴾

Mişkini Tərcüməsi: Odur ki, sənə əmr olunduğu kimi (əqidəndə, əməllərində və dininin təbliğ edilib çatdırılmasında) sabitqədəm və möhkəm ol və həmçinin səninlə birgə (Allah dərgahına) üz tutan kəslər (də belə olsunlar). Və həddi aşmayın. Həqiqətən, O, etdiklərinizi görür.
113 Hud Surəsi, Ayə 113

وَلَا تَرْكَنُوٓا۟ إِلَى ٱلَّذِينَ ظَلَمُوا۟ فَتَمَسَّكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِنْ أَوْلِيَآءَ ثُمَّ لَا تُنصَرُونَ ﴿113﴾

Mişkini Tərcüməsi: Və zülm edən kəslərə ürək bağlamayın, meyl etməyin və arxalanmayın ki, sizin Allahdan başqa heç bir yardımçı və başçınız olmadığı halda od (Allahın qəzəbi) sizə yetişər və Allah tərəfindən sizə kömək də olunmaz.
114 Hud Surəsi, Ayə 114

وَأَقِمِ ٱلصَّلَوٰةَ طَرَفَىِ ٱلنَّهَارِ وَزُلَفًۭا مِّنَ ٱلَّيْلِ ۚ إِنَّ ٱلْحَسَنَٰتِ يُذْهِبْنَ ٱلسَّيِّـَٔاتِ ۚ ذَٰلِكَ ذِكْرَىٰ لِلذَّٰكِرِينَ ﴿114﴾

Mişkini Tərcüməsi: Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qıl (sübh namazını günün birinci yarısında, zöhr və əsr namazlarını günün ikinci yarısında, məğrib və işa namazlarını isə gecənin əvvələrində qıl) ki, həqiqətən, (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır (günahın çirkinliyini nəfsdən, onun fəsadlarını aləmdən, onun ləkəsini əməl dəftərindən və əzaba düçar olmağı günah etmiş şəxsdən uzaqlaşdırır). Bu, yada salıb xatırlayanlar üçün bir öyüddür.
115 Hud Surəsi, Ayə 115

وَٱصْبِرْ فَإِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُحْسِنِينَ ﴿115﴾

Mişkini Tərcüməsi: Və səbr et və dözümlü ol ki, həqiqətən, Allah yaxşılıq edənlərin mükafatını zay etmir.
116 Hud Surəsi, Ayə 116

فَلَوْلَا كَانَ مِنَ ٱلْقُرُونِ مِن قَبْلِكُمْ أُو۟لُوا۟ بَقِيَّةٍۢ يَنْهَوْنَ عَنِ ٱلْفَسَادِ فِى ٱلْأَرْضِ إِلَّا قَلِيلًۭا مِّمَّنْ أَنجَيْنَا مِنْهُمْ ۗ وَٱتَّبَعَ ٱلَّذِينَ ظَلَمُوا۟ مَآ أُتْرِفُوا۟ فِيهِ وَكَانُوا۟ مُجْرِمِينَ ﴿116﴾

Mişkini Tərcüməsi: Bəs nə üçün sizdən qabaqkı insan cəmiyyətlərindən (məsələn Nuhun, Hudun, Salehin və Lutun qövmlərindən) – onların xilas etdiyimiz az bir qismindən (peyğəmbərlər və onların ardıcıllarından) başqa – (insanları) yer üzündə fəsad törətməkdən çəkindirən ağıl və düşüncə sahibləri olmadı (ki, onlar da o cür əzaba düçar olmayaydılar)? Zülm edənlər öz keflərini və eyş- işrətlərini davam etdirdilər və onların hamısı günahkar idilər. (Buna görə də tarix boyu bəşəriyyətin əksəriyyətinin yoldan çıxması təəccüblü və təəssüf doğurandır).
117 Hud Surəsi, Ayə 117

وَمَا كَانَ رَبُّكَ لِيُهْلِكَ ٱلْقُرَىٰ بِظُلْمٍۢ وَأَهْلُهَا مُصْلِحُونَ ﴿117﴾

Mişkini Tərcüməsi: Və sənin Rəbbin şəhər və kəndləri onların əhalisi əməlisaleh və islah edən olduqları halda zülmlə həlak edən deyildir.
118 Hud Surəsi, Ayə 118

وَلَوْ شَآءَ رَبُّكَ لَجَعَلَ ٱلنَّاسَ أُمَّةًۭ وَٰحِدَةًۭ ۖ وَلَا يَزَالُونَ مُخْتَلِفِينَ ﴿118﴾

Mişkini Tərcüməsi: Və əgər Rəbbin qəti iradə ilə istəsəydi, insanların hamsını (məcburi surətədə) tək (bir dinə və bir şəriətə əməl edən) bir ümmət edərdi (hamının qəlb istəyini qeyri-ixtiyari olaraq tək bir etiqad və əməl üzərində möhkəmləndirərdi). (Lakin onları ixtiyar sahibi etdi) və (buna görə də) onlar həmişə ziddiyyətdədirlər.
119 Hud Surəsi, Ayə 119

إِلَّا مَن رَّحِمَ رَبُّكَ ۚ وَلِذَٰلِكَ خَلَقَهُمْ ۗ وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلْجِنَّةِ وَٱلنَّاسِ أَجْمَعِينَ ﴿119﴾

Mişkini Tərcüməsi: Sənin Rəbbinin rəhm etdiyi (iman və birlik qismət etdiyi) kəslər istisna olmaqla. Və onları elə buna görə yaratmışdır. Rəbbinin «şübhəsiz, Cəhənnəmi (azğın) cin və insanlarla büsbütün dolduracağam» kəlməsi (əzəldən) qəti və tamam olmuşdur.
120 Hud Surəsi, Ayə 120

وَكُلًّۭا نَّقُصُّ عَلَيْكَ مِنْ أَنۢبَآءِ ٱلرُّسُلِ مَا نُثَبِّتُ بِهِۦ فُؤَادَكَ ۚ وَجَآءَكَ فِى هَٰذِهِ ٱلْحَقُّ وَمَوْعِظَةٌۭ وَذِكْرَىٰ لِلْمُؤْمِنِينَ ﴿120﴾

Mişkini Tərcüməsi: Elçilər(imiz)in xəbərlərinin hər cürünü – vasitəsi ilə qəlbini sabitləşdirərək möhkəmləndirdiyimiz xəbərləri sənə nəql edirik. Bu hekayətlərdə sənə haqq və möminlər üçün bir öyüd-nəsihət gəlmişdir.
121 Hud Surəsi, Ayə 121

وَقُل لِّلَّذِينَ لَا يُؤْمِنُونَ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنَّا عَٰمِلُونَ ﴿121﴾

Mişkini Tərcüməsi: İman gətirməyənlərə de: «Özünüzün (həmin bu) durumunuzla bacardığınızı edin ki, həqiqətən, biz də (öz vəzifələrimizə) əməl edirik».
122 Hud Surəsi, Ayə 122

وَٱنتَظِرُوٓا۟ إِنَّا مُنتَظِرُونَ ﴿122﴾

Mişkini Tərcüməsi: «Və (küfr və azğınlığınızın nəticəsini) gözləyin ki, həqiqətən, biz də gözləyirik».
123 Hud Surəsi, Ayə 123

وَلِلَّهِ غَيْبُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَإِلَيْهِ يُرْجَعُ ٱلْأَمْرُ كُلُّهُۥ فَٱعْبُدْهُ وَتَوَكَّلْ عَلَيْهِ ۚ وَمَا رَبُّكَ بِغَٰفِلٍ عَمَّا تَعْمَلُونَ ﴿123﴾

Mişkini Tərcüməsi: Göylərin və yerin gizli sirləri Allaha məxsusdur (Onun mülk, qüdrət və elminin əhatəsindədir) və (varlıq aləmində) bütün əmrlər və işlər (səbəb-nəticə qanunu yolu ilə) Ona qayıdır. Buna görə də Ona ibadət et və Ona təvəkkül et. Və Rəbbin etdiklərinizdən əsla xəbərsiz deyildir.
Əvvəlki: 10. Yunus Bütün Surələr ↑ Növbəti: 12. Yusuf