Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
104

Əl-Hüməzə Surəsi

9 Ayə 30-ci Cüz Məkkədə nazil olub
سُورَةُ الهمزة Ayətəllah Mişkini Tərcüməsi

Əl-Hüməzə Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Hüməzə Surəsi, Ayə 1

وَيْلٌۭ لِّكُلِّ هُمَزَةٍۢ لُّمَزَةٍ ﴿1﴾

Mişkini Tərcüməsi: İnsanlarda eyib axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına.
2 Əl-Hüməzə Surəsi, Ayə 2

ٱلَّذِى جَمَعَ مَالًۭا وَعَدَّدَهُۥ ﴿2﴾

Mişkini Tərcüməsi: O kəs ki, mal yığıb onu dönə-dönə sayar (və bu mal-dövləti necə əldə edib, necə xərcləmək barədə Allahın əmrinə heç bir əhəmiyyət verməz).
3 Əl-Hüməzə Surəsi, Ayə 3

يَحْسَبُ أَنَّ مَالَهُۥٓ أَخْلَدَهُۥ ﴿3﴾

Mişkini Tərcüməsi: Və elə zənn edər ki, mal-dövlət onu əbədi yaşadacaqdır (və ölüm, yaxud bədbəxt hadisələr onu haqlamayacaqdır).
4 Əl-Hüməzə Surəsi, Ayə 4

كَلَّا ۖ لَيُنۢبَذَنَّ فِى ٱلْحُطَمَةِ ﴿4﴾

Mişkini Tərcüməsi: (Xeyr,) belə deyildir, şübhəsiz, o Hutəməyə (əzən oda) atılacaqdır.
5 Əl-Hüməzə Surəsi, Ayə 5

وَمَآ أَدْرَىٰكَ مَا ٱلْحُطَمَةُ ﴿5﴾

Mişkini Tərcüməsi: Və sən nə bilirsən ki, Hutəmə nədir?!
6 Əl-Hüməzə Surəsi, Ayə 6

نَارُ ٱللَّهِ ٱلْمُوقَدَةُ ﴿6﴾

Mişkini Tərcüməsi: O, Allahın yanar odudur.
7 Əl-Hüməzə Surəsi, Ayə 7

ٱلَّتِى تَطَّلِعُ عَلَى ٱلْأَفْـِٔدَةِ ﴿7﴾

Mişkini Tərcüməsi: Elə bir od ki, (küfr, şirk və nifaq mərkəzi olan) ürəklərə nüfuz edər (və zahirdən əlavə, batini də yandırıb-yaxar).
8 Əl-Hüməzə Surəsi, Ayə 8

إِنَّهَا عَلَيْهِم مُّؤْصَدَةٌۭ ﴿8﴾

Mişkini Tərcüməsi: Həqiqətən, o odun qapısı (ondan xilas yolu) onların üzünə qapanar (və çıxış yolları olmaz).
9 Əl-Hüməzə Surəsi, Ayə 9

فِى عَمَدٍۢ مُّمَدَّدَةٍۭ ﴿9﴾

Mişkini Tərcüməsi: Onlar hündür sütunlara (bağlanarlar və cəzalanarlar).
Əvvəlki: 103. Əl-Əsr Bütün Surələr ↑ Növbəti: 105. Əl-Fil